Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1546/2024 01.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X3 iştirakı ilə, Cəbrayıl Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: 02 dekabr 2020-ci il tarixli BRED3269168A299 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3800 (üç min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3468.79 (üç min dörd yüz altmış səkkiz, yetmiş doqquz) AZN məbləğində əsas kredit borcunun, 756.01 (yeddi yüz əlli altı, sıfır bir) AZN məbləğində faiz borcunun, ümumilikdə 4224.80 (dörd min iki yüz iyirmi dörd, səksən) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 62.24 (altmış iki, iyirmi dörd) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış BRED3269168A299 saylı, 02 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 25 (iyirmi beş) % dərəcəsi tətbiq edilməklə, 59 (əlli doqquz) ay müddətinə 3800 (üç min səkkiz yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, bank tərəfindən ona əsassız olaraq kredit borcunun ödənilməsi tələbi irəli sürülmüş, eləcə də ekspertiza tədqiqi düzgün aparılmamışdır. Hesab edir ki, onun banka kredit borcu yoxdur və bu səbəbdən də iddia tələbi rədd edilməlidir. Cəbrayıl Rayon Məhkəməsinin (hakim T.Nüsrətov) 29 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X1 13347.07 (on üç min üç yüz qırx yeddi manat yeddi qəpik) manat əsas borc, 1383.54 (bir min üç yüz səksən üç manat əlli dörd qəpik) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 134.19 (bir yüz otuz dörd manat on doqquz qəpik) manat pulun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə yanlış qətnamə qəbul etmişdir. Prosessual məsələlər Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək, onun iştirakı olmadan mülki işə baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-in) 376.2ci maddəsinə əsasən etibarlı məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış 02 dekabr 2020-ci il tarixli BRED3269168A299 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3800 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış BRED3269168A299 saylı, 02 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 1 (bir) ədəd plastik kart təqdim edilmişdir. 13 dekabr 2022-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh kredit müqaviləsinə əsasən 02 dekabr 2022-ci il tarixə banka 3468.79 (üç min dörd yüz altmış səkkiz, yetmiş doqquz) AZN məbləğində əsas kredit borcu, 756.01 (yeddi yüz əlli altı, sıfır bir) AZN məbləğində faiz borcu və ümumilikdə 4224.80 (dörd min iki yüz iyirmi dörd, səksən) AZN məbləğində kredit borcu mövcuddur. 31 oktyabr 2022-ci il tarixli bildirişlə Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, borcun ödənilməsində pozuntular olduğuna, borclu tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyinə görə, Bank əvvəlcə yazılı surətdə borcludan (cavabdehdən) borcunu tələb etmiş, borcun ödənilməsi təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. İddiaçı borcunu vaxtından əvvəl tələb etmiş, bununla da iddiaçı mahiyyətcə müqavilə şərtlərinə vaxtından əvvəl xitam verilməsini istəmişdir. Cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulmasına yol verildiyi halda iddiaçının tələbi keçərlidir. İşin hallarından görünür ki, cavabdeh (borclu) borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməməklə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu, icranı gecikdirmə sayılmalıdır. Ona görə də iddiaçı kredit borcunu və borca hesablanmış faizi haqlı olaraq tələb etmiş, məhkəmə də tələbi təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində qətnaməni əsassız hesab etdiyini bildirsə də bu əsassızlığın nədən ibarət olmasını konkret əsaslandırmamışdır. Borc məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının 9/3433 №-li, 18 may 2023-cü il tarixli rəyinə görə, Cavabdeh 02 dekabr 2022-ci il tarixə (iddia tarixinə...) İddiaçı ASC-yə əsas kredit borcu üzrə- 3468.79 (üç min dörd yüz altmış səkkiz, yetmiş doqquz) AZN məbləği, faiz borcu üzrə- 549.33 (beş yüz qırx doqquz, otuz üç) AZN məbləği təşkil edir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının 9/7027 №-li, 23 oktyabr 2023-cü il tarixli rəyinə görə, Cavabdeh İddiaçı ASC-yə 02 dekabr 2022-ci il tarixədək (maliyyə arayışında göstərilmiş tarix...) əsas kredit borcu üzrə-3468.79 (üç min dörd yüz altmış səkkiz, yetmiş doqquz) AZN məbləği, faiz borcu üzrə- 549.33 (beş yüz qırx doqquz, otuz üç) AZN məbləği təşkil edir. Kollegiya iş üzrə ekspert rəylərini sübut olaraq qəbul edir. Kollegiya qeyd edir ki, cavabdeh, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında imkanı olduğu halda borcun vaxtında ödənilməsi ilə bağlı hər-hansı sübut təqdim etməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2(036)-116/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1546/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1546/2024
01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver