Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1566/2024 09.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi) Əsədov İlham Qoşunəli oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qalaş oğluna və Cavabdeh3 Qalaş oğluna qarşı yolun və keçidin açılması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)- 642/2024 saylı, 08 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 oktyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayon Musalı kəndində yerləşən 1,5 ha həyətyanı torpaq sahəsinə gedən 7-8 metr enində yolun və ona məxsus tövlənin arxasında olan keçidin cavabdehlərin hesabına açılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə Saatlı rayon Musalı kəndində yerləşən 1,5 hektar həyətyanı torpaq sahəsi onun və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bu barədə onlara torpağın mülkiyyətə verilməsinə dair JN-010A KOD 90809048 saylı şəhadətnamə də verilmişdir. O, hazırda payına düşən torpaq sahəsinin bir hissəsində fərdi yaşayış evi tikdirərək ailə üzvləri ilə birlikdə yaşayır, digər hissəsindən isə əkin üçün istifadə edir. Cavabdehlər onun həyətyanı torpaq sahəsinə gələn 7-8 metr enində yola bir kamaz mişar daşı tökdürərək həmin ərazini çəpərləmiş, ona məxsus tövlənin araxasında olan keçidi daşla bağladıqları üçün 2 metr enində, 20 metr uzununda tövlənin arxasında olan əraziyə keçə bilmir və nəticədə tövləsi qəzalı vəziyyətə düşmüşdür. 2023-cü ilin dekabr ayında həmin yoldan istifadə etmək istədikdə Cavabdeh2 ona imkan verməmiş, sinəsinə əli ilə vuraraq demişdir ki, ona yol verməyəcəkdir. Odur ki, cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,5 ha həyətyanı torpaq sahəsinə gedən 7-8 metr enində yolun və ona məxsus tövlənin arxasında olan keçidin cavabdehlərin hesabına açılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı onun qardaşıdır. Atalarının sağlığında münasibətləri yaxşı olmuş, lakin ataları vəfat etdikdən sonra iddia ərizəsində göstərilən torpaq üstündə münasibətləri pisləşmişdir. Belə ki, atalarından onlara 1,5 ha həyətyanı torpaq sahəsi qalmışdır. İddiaçı qanunsuz olaraq 40 sot torpaq sahəsini mənimsəmişdir. Əvvəllər həmin 1,5 ha torpaq sahəsinin bölünməsi üstündə aralarında mübahisələr və narazılıqlar olmuş, məhkəmədə işlərinə baxılarkən ekspertiza təyin edilmiş, lakin çıxarışa əsasən sahəsi 1,5 ha olan torpaq sahəsi faktiki olaraq çıxarışda göstəriləndən az, yəni 1,108 ha olduğundan payçıların payına uyğun şəkildə naturada bölgü aparılması mümkün olmamışdır. O, iddiaçı ilə aralarında olan narazılığın aradan qaldırılması üçün qardaşı Fərhad Cəfərov tərəfindən ona hədiyyə edilmiş və hazırda onun istifadəsində olan torpaq sahəsindən bir metr enində iddiaçıya vermiş, iddiaçı həmin hissəni iki metr artırmış, daha sonra iddiaçı həmin hissəni 7-8 metrə qədər də artırmaq istəyərkən ona narazılığını bildirərək yoldan istifadə etməsinə icazə verməmişdir. Hazırda da hesab edir ki, İddiaçı ona qarşı həyətyanı torpaq sahəsinə gedən yolun açılması barədə iddianın heç bir hüququ əsası yoxdur. Belə ki, iddiaçının iddia ərizəsində göstərdiyi həyətyanı torpaq sahəsinə digər gediş-gəliş yolu vardır, bundan əlavə iddiaçının mübahisələndirdiyi yol hazırda onun mülkiyyətindədir və bu barədə mülkiyyətə dair çıxarış da almışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 atası Cavabdeh1 izahatına uyğun izahat verərək göstərdi ki, İddiaçı hazırda mülkiyyətində olan torpaq sahəsinə digər gediş-gəliş yolu vardır, iddia ərizəsində göstərilən yoldan iddiaçı ancaq mal-qarasını öz torpaq sahəsində olan əkin yerinə aparmaq üçün istifadə etmişdir, həmin yolun isə iddiaçıya aidiyyəti olmamışdır, iddiaçının mübahisələndirdiyi torpaq sahəsini digər əmisi Fərhad tərəfindən atası Ənvərə verilmişdir və uzun illərdir həmin torpaq sahəsini onlar həyətyanı torpaq sahəsi kimi istifadə edirlər. Ona görə də, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh3 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayon Musalı kəndində yerləşən 1,5 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçının hazırda mübahisələndirdiyi yol 1,5 ha həyətyanı torpaq sahəsində onun payına düşən torpaq sahəsinin bir hissəsidir. O, həmin torpaq sahəsini uzun illərdir qardaşı, hazırki iş üzrə Cavabdeh1 vermiş, digər qardaşı, İddiaçı isə aidiyyəti olmamışdır. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 üçüncü şəxs əri X6 izahatına uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Saatlı rayon Nərimanov bələdiyyəsinin sədri X27 göstərdi ki, Saatlı rayon Musalı kəndində yerləşən 1,5 hektar həyətyanı torpaq sahəsi Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. X35 isə hazırki iş üzrə iddiaçının, cavabdehin və üçüncü şəxsin atası olmuşdur. Kolxoz dövründə iddiaçının iddia ərizəsində göstərdiyi yol olmamışdır, yəni həmin yol 1,5 ha həyətyanı torpaq sahəsi olmuşdur. Lakin, 1998-ci ildə torpaq islahatı zamanı 1,5 ha həyətyanı torpaq sahəsini iddiaçıya və cavabdehlərə verildikdən sonra onlar öz aralarında birbirlərinin həyətyanı torpaq sahələrinə getmək üçün atalarının sağlığında istifadə etmişlər. Halhazırda isə iddiaçının mübahisələndirdiyi 7-8 metr yol və tövlənin arxasında olan yol bələdiyyə mülkiyyətində deyil, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsidir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsinin 2(055)-642/2024 saylı, 08 iyul 2024-cü il tarixli qətnaməsi (Hakim: İxtiyar Abuşov) ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayon Musalı kəndində yerləşən 1,5 ha həyətyanı torpaq sahəsinə gedən 7-8 metr enində yolun və ona məxsus tövlənin arxasında olan keçidin cavabdehlərin hesabına açılması tələbinə dair iddiasının təmin olunmaması, iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Saatlı Rayon Məhkəməsinin 2(055)-642/2024 saylı, 08 iyul 2024-cü il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qalaş oğlu və Cavabdeh3 Qalaş oğlu tərəfindən iddiaçının apelyasiya şikayətinə yazılı formada etiraz bildirərək, Saatlı Rayon Məhkəməsinin 2(055)-642/2024 saylı, 08 iyul 2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdilər. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Saatlı Rayon Məhkəməsinin 2(055)-642/2024 saylı, 08 iyul 2024-cü il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 apellyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, Saatlı Rayon Məhkəməsinin 2(055)-642/2024 saylı, 08 iyul 2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri həddində Saatlı Rayon Məhkəməsinin 2(055)-642/2024 saylı, 08 iyul 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikası Mülki Məcəllənin; 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 47-ci maddəsinin 2-ci bəndində qeyd olunur ki, bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, isttifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 152.1 və 152.5-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-642/2024 saylı, 08 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN- 010A KOD 90809048 saylı şəhadətnamənin surətindən görünür ki, Saatlı rayon Musalı kəndində yerləşən 1,5 ha həyətyanı torpaq sahəsi Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə X2, X11, X7, X6, X3, İddiaçı, X8, X9 və X4 mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********85 olan çıxarışa əsasən Saatlı rayonu, Musalı kəndində yerləşən, sahəsi 1.50 ha olan torpaq sahəsi X12 0.2 ha, X13 0.2 ha, Ağayeva(Cəfərova) Zəminə Qalaş qızına 0.2 ha, İddiaçı 0.2 ha, X14 0.16666667 ha, X15 0.16666667 ha, X16 0.03333333 ha, X1 0.03333333 ha, X10 0.03333333 ha, X17 0.03333333 ha, X22 0.03333333 ha və Cavabdeh1 0.2 ha olmaqla paylı mülkiyyətdədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2- 10/7243 nömrəli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********85 olan çıxarışa əsasən Saatlı rayonu, Musalı kəndində yerləşən, sahəsi 1.50 ha olan torpaq sahəsinin naturada istifadə etdikləri faktiki sahəsi 1.108 ha olduğundan X12 0.2 ha, X13 0.2 ha, Ağayeva(Cəfərova) Zəminə Qalaş qızına 0.2 ha, İddiaçı 0.2 ha, X14 0.16666667 ha, X15 0.16666667 ha, X16 0.03333333 ha, X1 0.03333333 ha, X10 0.03333333 ha, X17 0.03333333 ha, X22 0.03333333 ha və Cavabdeh1 0.2 ha olmaqla təcrid olunmuş şəkildə, yəni çıxarışa əsasən sahəsi 1.50 ha olan torpaq sahəsi faktiki olaraq çıxarışda göstəriləndən az, 1.108 ha olduğundan payçıların payına uyğun şəkildə naturada bölgü aparılması mümkün deyildir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(055)-19/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1, X19 və X8 cavabdehlər X23, İddiaçı, X21, X24, X18, Ağayeva(Cəfərova) Zəminə Qalaş qızı, X5, X25 və X22 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Nərimanov Bələdiyyəsinin sədri tərəfindən imzalanmış 10 iyun 2024-cü il tarixli, 02 saylı arayışdan görünür ki, mübahisə predmeti olan yol Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair JN-010A KOD 90809048 saylı şəhadətnamə ilə iddiaçı və cavabdehlərin ümumi birgə istifadəsində olan torpaq sahəsidir. Mübahisə predmeti olan 7-8 metr enində yol və tövlənin arxasında olan yol bələdiyyə mülkiyyətinə aid deyildir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbindən müəyyən edilir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə Saatlı rayon Musalı kəndində yerləşən 1,5 hektar həyətyanı torpaq sahəsi onun və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bu barədə onlara torpağın mülkiyyətə verilməsinə dair JN-010A KOD 90809048 saylı şəhadətnamə də verilmişdir. O, hazırda payına düşən torpaq sahəsinin bir hissəsində fərdi yaşayış evi tikdirərək ailə üzvləri ilə birlikdə yaşayır, digər hissəsindən isə əkin üçün istifadə edir. Cavabdehlər onun həyətyanı torpaq sahəsinə gələn 7-8 metr enində yola bir kamaz mişar daşı tökdürərək həmin ərazini çəpərləmiş, ona məxsus tövlənin arxasında olan keçidi daşla bağladıqları üçün 2 metr enində, 20 metr uzununda tövlənin arxasında olan əraziyə keçə bilmir və nəticədə tövləsi qəzalı vəziyyətə düşmüşdür. 2023-cü ilin dekabr ayında həmin yoldan istifadə etmək istədikdə Cavabdeh2 ona imkan verməmiş, sinəsinə əli ilə vuraraq demişdir ki, ona yol verməyəcəkdir. Odur ki, cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh1 iddiaya etirazından müəyyən edilir ki, İddiaçı onun qardaşıdır. Atalarının sağlığında münasibətləri yaxşı olmuş, lakin ataları vəfat etdikdən sonra iddia ərizəsində göstərilən torpaq üstündə münasibətləri pisləşmişdir. Belə ki, atalarından onlara 1,5 ha həyətyanı torpaq sahəsi qalmışdır. İddiaçı qanunsuz olaraq 40 sot torpaq sahəsini mənimsəmişdir. Əvvəllər həmin 1,5 ha torpaq sahəsinin bölünməsi üstündə aralarında mübahisələr və narazılıqlar olmuş, məhkəmədə işlərinə baxılarkən ekspertiza təyin edilmiş, lakin çıxarışa əsasən sahəsi 1,5 ha olan torpaq sahəsi faktiki olaraq çıxarışda göstəriləndən az, yəni 1,108 ha olduğundan payçıların payına uyğun şəkildə naturada bölgü aparılması mümkün olmamışdır. O, iddiaçı ilə aralarında olan narazılığın aradan qaldırılması üçün qardaşı Fərhad Cəfərov tərəfindən ona hədiyyə edilmiş və hazırda onun istifadəsində olan torpaq sahəsindən bir metr enində iddiaçıya vermiş, iddiaçı həmin hissəni iki metr artırmış, daha sonra iddiaçı həmin hissəni 7-8 metrə qədər də artırmaq istəyərkən ona narazılığını bildirərək yoldan istifadə etməsinə icazə verməmişdir. Hazırda da hesab edir ki, İddiaçı ona qarşı həyətyanı torpaq sahəsinə gedən yolun açılması barədə iddianın heç bir hüququ əsası yoxdur. Belə ki, iddiaçının iddia ərizəsində göstərdiyi həyətyanı torpaq sahəsinə digər gediş-gəliş yolu vardır, bundan əlavə iddiaçının mübahisələndirdiyi yol hazırda onun mülkiyyətindədir və bu barədə mülkiyyətə dair çıxarış da almışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli tədqiqi edərək müəyyən edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-010A KOD 90809048 saylı şəhadətnamə əsasında Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə Saatlı rayon Musalı kəndində yerləşən 1,5 hektar həyətyanı torpaq sahəsi mərhum X2 və onun ailə üzvlərinin (iddiaçının, cavabdehlərin, iş üzrə cəlb edilmiş üçüncü şəxslərin və onların digər ailə üzvlərinin) mülkiyyətinə verilmişdir. X35 hazırki iş üzrə iddiaçının, cavabdehin və üçüncü şəxslərin atası olmuşdur. Kolxoz dövründə iddiaçının iddia ərizəsində göstərdiyi yol olmamışdır. Torpaq islahatı zamanı həmin 1,5 ha torpaq sahəsi iddiaçıya, cavabdehlərə və onların digər ailə üzvlərinə ümumi birgə mülkiyyət kimi verildikdən sonra onlar öz aralarında bir-birlərinin həyətyanı torpaq sahələrinə getmək üçün atalarının sağlığında istifadə etmişlər. Sonradan qeyd olunan torpaq sahəsi ilə bağlı iddiaçı, cavabdeh, üçüncü şəxslər və digər ailə üzvləri Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən paylı mülkiyyətçi olmalarına dair çıxarış almışlar və həmin çıxarışda hər bir mülkiyyətçinin payı müəyyən edilmişdir. Qeyd olunan 1,5 ha torpaq sahəsinin naturada paylı mülkiyyətçilər arasında paylarına uyğun şəkildə bölünməsi barədə olan iddiaya məhkəmədə baxılmış və qanuni qüvvəyə minmiş qətnamədən görünür ki, 1,50 ha olan torpaq sahəsi faktiki olaraq çıxarışda göstəriləndən az olduğundan, yəni torpağın real ölçüsü 1,108 ha olduğundan payçıların payına uyğun şəkildə naturada bölgü aparılması mümkün olmamışdır. Buradan da görünür ki, payçıların payının torpaq sahəsinin hansı hissəsinə düşməsini müəyyən etmək mümkün deyildir. Eyni zamanda da iddiaçının mübahisələndirdiyi 7-8 metr yol və tövlənin arxasında olan yol paylı mülkiyyətdə olan torpaq sahəsi olmaqla iddiaçının və yaxud cavabdehlərin ayrıca olaraq mülkiyyətində olan torpaq sahəsi deyildir, həmin mübahisəli torpaq sahəsinin hansı paylı mülkiyyətçinin torpaq sahəsinə düşməsini müəyyən etmək olmur. Həmçinin də məhkəmədə üçüncü şəxs qismində dinlənilmiş bələdiyyə sədri də təsdiq edir ki, iddiaçının mübahisələndirdiyi yol bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsi deyildir, tərəflərin və onların ailə üzvlərinin paylı mülkiyyətində olan torpaq sahəsidir. Bununla da, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hal (cavabdehlər tərəfindən iddiaçının mülkiyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun bağlanması) təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü bəndinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 25 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayon Musalı kəndində yerləşən 1,5 ha həyətyanı torpaq sahəsinə gedən 7-8 metr enində yolun və ona məxsus tövlənin arxasında olan keçidin cavabdehlərin hesabına açılması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir” qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları müəyyənləşdirmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Saatlı Rayon Məhkəməsinin 2(055)-642/2024 saylı, 08 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 2(055)-642/2024 saylı, 08 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1566/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1566/2024
09.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver