Məhkəmə qərarları › İş №2(106)-1567/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1567/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1567/2023 18.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X2 ibarət tərkibdə, Zeynalov Faiq Şəkixan oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 və onun nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-1019/2023 saylı, 24 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı QSC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 6768,6 ABŞ dolları məbləğində kredit borcu, 2410,86 ABŞ dolları məbləğində faiz borcu və 4172,05 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13351,51 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 03L000010381 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 003R**********S saylı; xx.xx.2016-cı il tarixli, 003R**********SA saylı; xx.xx.2016-cı il tarixli, 003R**********SB saylı və xx.xx.2016-cı il tarixli, 003R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3231,4 ABŞ dolları ödəmiş, onun 6768,6 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 566 gün üçün hesablanmış faiz borcu 2410,86 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 566 gün üçün hesablanmış cərimə 4172,05 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Füzuli Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2(064)-1134/2018 saylı qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı QSC 13 sentyabr 2018-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “pul tələbinə dair” ərizəsi ilə bağlı iş üzrə icraatın təzələnməsini və ona mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(064)-1134/2018 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş, mülki işin icraatı təzələnmiş və işin baxılması 03 oktyabr 2018-ci il tarixə təyin edilmişdir. Füzuli Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(064)-1134/2018 saylı qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı QSC 19 avqust 2022-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” ərizəsinin baxılmamış saxlanılmasına dair Füzuli Rayon Məhkəməsinin qərardadının ləğv edilib mülki işin mahiyyəti üzrə baxılması üçün təyin edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(064)-1652/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilmiş, mülki işin icraatı təzələnmiş və işin baxılması 22 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. Füzuli Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(064)-1652/2022 saylı qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı QSC 01 may 2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” ərizəsinin baxılmamış saxlanılmasına dair Füzuli Rayon Məhkəməsinin qərardadının ləğv edilib mülki işin mahiyyəti üzrə baxılması üçün təyin edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(064)-1019/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin qərardadı ləğv edilmiş, mülki işin icraatı təzələnmiş və işin baxılması 24 iyun 2023-cü il tarixə təyin edilmişdir. Füzuli Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(064)-1019/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Yaşar Həşimov) iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 6953,26 manat kredit borcunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddia tələbinin digər hissədə rədd olunması qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanı ilə əhatə olunan kreditdir və Cavabdeh1 borcundan restrukturizasiyaya yönəlmiş məbləğ 6953,26 manat təşkil edir. Zaminlərə dair hissədə iddia tələbinin rədd edilməsi Mülki Məcəllənin 477.0.1-ci maddəsinə və Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarına istinad edilməklə əsaslandırılmışdır. Qətnamədən narazı qalan İddiaçı QSC və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçı QSC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarına əlavə edilən kredit sənədlərindən göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri xx.xx.2018-ci il tarixindən əvvəl yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında kredit xətti müqaviləsi və həmin müqavilə üzrə bağlanmış kredit razılaşması xx.xx.2015-ci il tarixində imzalanmışdır. Zaminlər ilə iddiaçı arasında zaminlik müqavilələri də eyni tarixdə, xx.xx.2015-ci ildə bağlanmışdır. Göründüyü kimi, hazırkı iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdehlər arasında münasibətlər Plenumun müvafiq Qərarların qüvvəyə minməsindən əvvəl yaranmışdır. Bu səbəbdən də, Füzuli Rayon Məhkəməsi Mülki Məcəllənin 477.0.1-ci maddəsini və Plenumun müvafiq qərarını tətbiq etməklə səhvə yol vermişdir. Həmçinin, Bank tərəfindən xx.xx.2018-ci il tarixdə iddia tələbi ilə Füzuli Rayon Məhkəməsinə müraciət olunsa da, məhkəmə tərəfindən 5 il sonra xx.xx.2023-cü il tarixində qətnamə çıxarılıraq Konstitusiya Məhkəməsinin Plenum qərarlarının tətbiq olunması nə hüquqa, nə ağlabatan müddətdə işə baxılma müddətinə, nə də məhkəmə qərarlarının təsirliliyi prinsipinə sığmır və bu hal araşdırılmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. ... Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil ... Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır.” Sonradan bağlanmış sazişdəki faiz məbləği kredit razılaşması üzrə faiz dərəcəsindən daha az olduğundan bu razılaşma zaminlərin məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, işə baxan məhkəmə mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materiallarına əlavə edilmiş sübutlar birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmadığından və həmin sübutlara düzgün qiymət verilmədiyindən apellyasiya şikayətində qeyd olunmuş maddi hüquq normalarının pozuntusuna yol verilməklə nəticədə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və bununla da qətnamədə göstərilmiş nəticələr işin halları ilə uyğunsuzluq təşkil etmişdir. İddiaçı apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(064)-1019/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 dair hissədə də təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi hüquq normaları pozulmuş və işin həqiqi hallarına uyğun düzgün tətbiq edilməmişdir. Belə ki, işin həqiqi halları ondan ibarətdir ki, tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016cı il tarixli və xx.xx.2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Lakin müqavilənin müddəti (əvvəlki razılaşmada xx.xx.2016-cı il tarixində bitirdi) bir neçə dəfə uzadılsa da, bu barədə zaminlərə xəbər verilməmiş və onların razılığı alınmadan təmin etdikləri öhdəliyin müddəti dəyişdirilmiş (artırılmışdır) ki, bu da onların məsuliyyətlərinin artmasına səbəb olmuşdur. Həmin müqavilələr cavabdehlər, o cümlədən kredit müqaviləsi üzrə zaminlər tərəfindən mübahisələndirilir və onlar tərəfindən müvafiq iddia qaldırılacaqdır. Cavabdeh1 kredit borcunun əksər hissəsini ödəmiş, lakin bank həmin məbləğləri nəzərə almamış və bununla da birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə şərait yaratmışdır. Birinci instansiya məhkəməsi məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etməmiş, bununla da MPM-in 9, 14, 88, 217.4, 372.7 və 387.1-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi prosesdə cavabdehlərin hamısının iştirakını təmin etməmişdir. Belə ki, əvvəla, işdən də göründüyü kimi, cavabdehlər məcburi köçkün olaraq Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, BSU yataqxanasında məskunlaşmışlar. Belə olan halda, iddia, həmin iddia qaldırılan vaxt işğal altında olan qeydiyyatda olduqları Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndinin yerləşdiyi ərazi üzrə Füzuli Rayon Məhkəməsinə deyil, məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olaraq yaşadıqları Bakı şəhəri, Binəqədi rayonunun yerləşdiyi ərazi üzrə Binəqədi Rayon Məhkəməsinə verilməli və baxılmalı idi. İkincisi, iş üzrə cavabdehlərdən biri Cavabdeh3 xx.xx.2022-ci il tarixində vəfat etmiş və onun hüquqi varisi müəyyən edilməmişdir. Belə olan halda, MPM-in 254.1.1 və 256.0.1-ci maddələrinə əsasən məhkəmə iş üzrə icraatı şəxsin hüquqi varisi müəyyən edilənədək dayandırmalıdır. Üçüncüsü, iddia ərizəsində qeyd edildiyi kimi tərəflər arasında müqavilənin müddəti 2018-ci ildə bitmiş, həmçinin xx.xx.2016-cı il tarixdən bugünədək heç bir ödəniş edilməmişdir. Belə olan halda, iddia müddəti ötürülmüşdür və məhkəmə tərəfindən Mülki Məcəllənin 373-cü maddəsinə əsasən iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli olduğu halda, bu edilməmişdir. Bundan başqa, işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə, o cümlədən kredit müqaviləsi üzrə borcun dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməli, ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməlidir. Hesab edir ki, borclar, o cümlədən əsas borc və həmin borca hesablanmış faiz borcu düzgün hesablanmamış, şişirdilmişdir. İş üzrə bundan əvvəlki məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərdən heç birinə məlumat verilməmiş, həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərdən heç birinə göndərilməmişdir. Cavabdeh1 apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(064)-1019/2023 saylı qətnaməsinin qismən – iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə də iddia müddəti tətbiq edilərək iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini, Füzuli Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(064)-1019/2023 saylı qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin zaminlərə dair hissədə də təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin, o, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi vəkil Nümayəndə verdikləri apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək onun təmin edilməsini, Füzuli Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(064)-1019/2023 saylı qətnaməsinin qismən – iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Həmçinin, onlar iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh1 istisna olmaqla, digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddia tələbinin zaminlərə münasibətdə təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Cavabdeh1 isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki 03L000010381 saylı, 06 avqust 2014-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması ilə müəyyən edilir. İşdəki 06 avqust 2014-cü il tarixli, 03S000021770 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh2 Cavabdeh1 İddiaçı QSC qarşısındakı məbləği 300000 ABŞ dolları, müddəti 120 ay olan 03L000010381 saylı, 06 avqust 2014-cü il tarixli kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə öhdəliklərini tamamilə icra etməsi üçün tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşdəki 06 avqust 2014-cü il tarixli, 03S000021769 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh3 Cavabdeh1 İddiaçı QSC qarşısındakı məbləği 300000 ABŞ dolları, müddəti 120 ay olan 03L000010381 saylı, 06 avqust 2014-cü il tarixli kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə öhdəliklərini tamamilə icra etməsi üçün tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşdəki 12 iyun 2015-ci il tarixli, **********82101 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh4 Cavabdeh1 İddiaçı QSC qarşısındakı məbləği 300000 ABŞ dolları, müddəti 120 ay olan 03L000010381 saylı, 06 avqust 2014-cü il tarixli kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə öhdəliklərini tamamilə icra etməsi üçün tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İşdəki 03L000010381 saylı, 06 avqust 2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə 12 iyun 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC Cavabdeh1 aylıq faiz dərəcəsi 2,0833% olmaqla, 18 ay müddətinə 10000 ABŞ dolları kredit verməyi, sonuncu isə kredit məbləğini və ona hesablanmış faizləri hər təqvim ayı bərabər hissələrlə 12 dekabr 2016-cı il tarixədək ödəməyi, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0,5%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasına əlavə edilmiş xx.xx.2015-ci il tarixli ödəniş planı bankın nümayəndəsi, borclu Cavabdeh1, zaminlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən İşdəki 15 dekabr 2015-ci il tarixli, 003R**********S saylı sazişdən görünür ki, bank ilə Cavabdeh1 arasında 06 avqust 2014-cü il tarixli, 03L000010381 saylı kredit xətti müqaviləsi üzrə 12 iyun 2015-ci il tarixində bağlanmış 003R********** saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan 12 iyun 2015-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 15 dekabr 2015-ci il tarixli ödəniş planına uyğun olaraq (son ödəniş tarixi 14 avqust 2017-ci il) dəyişdirilir. Saziş və ödəniş planı sadəcə Bankın nümayəndəsi və kredit alan Cavabdeh1 tərəfindən imzalanmışdır. İşdəki 26 yanvar 2016-cı il tarixli, 003R**********SA saylı sazişdən görünür ki, bank ilə Cavabdeh1 arasında 06 avqust 2014-cü il tarixli, 03L000010381 saylı kredit xətti müqaviləsi üzrə 12 iyun 2015-ci il tarixində bağlanmış 003R********** saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 15 dekabr 2015-ci il tarixdən aylıq ödənişlər yenidən hesablanır və kredit razılaşmasının ayrılmaz hissəsi olan 15 dekabr 2015-ci il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 26 yanvar 2016-cı il tarixli ödəniş planına uyğun olaraq (son ödəniş tarixi 14 avqust 2017-ci il) dəyişdirilir. Saziş və ödəniş planı sadəcə Bankın nümayəndəsi və kredit alan Cavabdeh1 tərəfindən imzalanmışdır. İşdəki 22 fevral 2016-cı il tarixli, 003R**********SB saylı sazişdən görünür ki, bank ilə Cavabdeh1 arasında 06 avqust 2014-cü il tarixli, 03L000010381 saylı kredit xətti müqaviləsi üzrə 12 iyun 2015-ci il tarixində bağlanmış 003R********** saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixdən aylıq 1,7635% dərəcəsi ilə faizlər hesablanır. Kredit alan bu sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq (son ödəniş tarixi 12 iyul 2018-ci il) kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəyir. Kredit alan ödəniş planı üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğinə bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və kredit alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda kredit alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməlidir. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 179,70 USD məbləğd ödənilməmiş cəriməni güzəşt etməyi öhdəsinə götürür. Saziş və ödəniş planı sadəcə Bankın nümayəndəsi və kredit alan Cavabdeh1 tərəfindən imzalanmışdır. İşdəki 12 may 2016-cı il tarixli, 003R**********SC saylı sazişdən görünür ki, bank ilə Cavabdeh1 arasında 06 avqust 2014-cü il tarixli, 03L000010381 saylı kredit xətti müqaviləsi üzrə 12 iyun 2015-ci il tarixində bağlanmış 003R********** saylı kredit razılaşması əsasında kredit alan verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri bu sazişə əlavə olunan 12 may 2016-cı il tarixli ödəniş planına uyğun olaraq (son ödəniş tarixi 30 iyul 2018-ci il) Banka ödəməlidir. Kredit alan ödəniş planı üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün bank kreditin qalıq məbləğinə aylıq 1,7635% dərəcəsi ilə faizlər hesablaya və kredit alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda kredit alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməlidir. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 362,75 USD məbləğdə ödənilməmiş cəriməni güzəşt etməyi öhdəsinə götürür. Saziş və ödəniş planı sadəcə Bankın nümayəndəsi və kredit alan Cavabdeh1 tərəfindən imzalanmışdır. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə borcu əsas kredit borcu qismində (restrukturizasiya olunması təklif olunan kredit məbləği) 6953,26 manat məbləğində müəyyən edilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk öncə İddiaçı QSC-nin apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız zaminlərə münasibətdə iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirmiş, öz mövqeyini birinci instansiya məhkəməsinin Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeləri və Mülki Məcəllənin 477.0.1-ci maddəsini tətbiq etməklə səhvə yol verməsi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarının tərəflər arasında münasibətlərin yaranmasından sonra qəbul edilməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən 31 may 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Sözügedən Qərarda həmçinin bildirilmişdir ki, zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. İş materiallarında olan 03L000010381 saylı, 06 avqust 2014-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, həmin kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməmişdir. Həmin kredit xətti müqaviləsi üzrə 12 iyun 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması bağlanmışdır. Kredit razılaşmasında və ona əlavə edilmiş ödəniş planında kreditin müddətinin 12 dekabr 2016-cı il tarixədək olması və həmin müqavilə üzrə aylıq faiz dərəcəsinin 2,0833 faiz olması qeyd edilmişdir. Həmin kredit müqaviləsi və ödəniş planı ilə zaminlərdən Cavabdeh2 və Cavabdeh3 tanış olaraq öz razılıqlarını bildirmişlər. Lakin bu zaman zaminlərdən Cavabdeh4 ümumiyyətlə razılığı alınmamış, bu barədə nə kredit razılaşmasında, nə də ödəniş planında hər hansı qeyd aparılmamışdır. Bundan sonra, kredit razılaşmasına və ödəniş planına dəyişiklikləri nəzərdə tutan 15 dekabr 2015-ci il tarixli, 26 yanvar 2016-cı il tarixli, 22 fevral 2016-cı il tarixli və 12 may 2016-cı il tarixli sazişlər bağlanılarkən zaminlərdən heç birinin razılığı alınmamışdır. Məhkəmə kollegiyası bildirir ki, 22 fevral 2016-cı il tarixli və 12 may 2016-cı il tarixli sazişlərlə kredit razılaşmasında nəzərdə tutulmuş aylıq faiz dərəcəsinin azaldılaraq 1,7635 faiz nəzərdə tutulmasına baxmayaraq, həmin sazişlərlə kreditin qaytarılma müddəti kredit razılaşmasında nəzərdə tutulmuş müddətdən 1 il 7 aydan da artıq müddətə uzadılmışdır. Belə ki, zaminlərdən Cavabdeh2 və Cavabdeh3 öz razılıqlarını bildirdikləri 12 iyun 2015-ci il tarixli kredit razılaşmasında və ödəniş planında kreditin qaytarılması üçün sonuncu müddət 12 dekabr 2016-cı il olaraq müəyyən edilsə də, sonradan həmin razılaşmaya və ödəniş planına dəyişikliklər edilməsi barədə sazişlərin bağlanması ilə kreditin qaytarılması üçün sonuncu müddət yekun olaraq 30 iyul 2018-ci il olaraq göstərilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında da ifadə edilən hüquqi mövqeyə görə, kreditin qaytarılma müddətinin uzadılması zaminin məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olur. Belə ki, zaminlərdən Cavabdeh2 və Cavabdeh3 12 iyun 2015-ci il tarixli kredit razılaşmasında və ödəniş planında kreditin qaytarılma müddətinin 12 dekabr 2016-cı il olaraq müəyyən edilməsinə razılıqlarını bildirsələr də, bu müddətin uzadılması barədə sazişlər bağlanılarkən onları razılığı alınmamışdır. Baxmayaraq ki, sazişlər üzrə nəzərdə tutulan uzadılma müddətləri kredit xətti müqaviləsində nəzərdə tutulan ümumi müddət çərçivəsində olmuşdur, bununla belə, nəzərə alınmalıdır ki, zaminlərin faizlə bağlı öhdəliyi birbaşa olaraq kredit xətti müqaviləsi ilə əlaqədar deyil, ayrıca bağlanılmış kredit müqavilələri ilə birlikdə yaranır və həmin müqavilə üzrə kreditin qaytarılma müddətinin uzadılması əlavə olaraq aylıq faizlərin hesablanmasına gətirib çıxarır. Belə olan halda zaminlərin razılığı alınmadan kreditin qaytarılma müddətinin uzadılması onların məsuliyyətinin artmasına səbəb olmuşdur. Göründüyü kimi, zamin Cavabdeh4 kredit xətti müqaviləsində faiz dərəcəsinin göstərilməməsinə baxmayaraq, kredit razılaşmasında nəzərdə tutulan faiz dərəcəsi ilə bağlı razılığı alınmadığından, zaminlər Cavabdeh2 və Cavabdeh3 isə kreditin qaytarılma müddətinin uzadılması barədə sazişlər imzalanarkən onların razılıqları alınmadığından, Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 zaminliyinə xitam verilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi zaminlərə münasibətdə iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarının tərəflər arasında münasibətlər yarandıqdan sonra qəbul edilməsi ilə bağlı iddiaçının dəlilinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4, 66.1 və 66.2-ci maddələrinə görə, Konstitusiya Məhkəməsinin Qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir, qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, eləcə də Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 67.0.2-ci maddəsinə əsasən isə Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə qərarları dərc olunduğu gündən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 2019-cu il 24 aprel tarixli Qərarına dair” 12 may 2020-ci il tarixli Qərardadında qeyd etmişdir ki, qanunverici hüquqi müəyyənlik və məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması baxımından Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi məsələlərlə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə yenidən baxılması mexanizmini nəzərdə tutmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən hüquqi mövqeyinin təhlilindən müəyyən olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelər həmin Qərar çıxarıldıqdan sonra baxılan bütün əlaqəli işlər üzrə mütləq nəzərə alınmalı, şərtsiz icra olunmalıdır. Hazırkı mübahisə üzrə tətbiq edilən Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 31 may 2018-ci il tarixində qəbul edilmiş, iddiaçı da 13 iyun 2018-ci il tarixində hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsi 3 dəfə baxılmamış saxlanılaraq, Füzuli Rayon Məhkəməsinin qətnaməsi 24 iyun 2023-cü il tarixində qəbul olunmuşdur. Bu halı nəzərə alan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında verilmiş şərhə uyğun olaraq Mülki Məcəllənin 477.0.1-ci maddəsini tətbiq edərək, zaminlərə münasibətdə iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Bundan başqa, iddiaçı apellyasiya şikayətində iddia ərizəsinin 2018-ci ildə verilməsinə baxmayaraq, məhkəmənin iş üzrə qətnaməni bundan 5 il sonra çıxardığını bildirmişdir. Lakin Füzuli Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 23 noyabr 2018-ci il tarixli və 13 oktyabr 2022-ci il tarixli qərardadlarından görünür ki, məhkəmə MPM-in 259.0.6-cı maddəsinə istinad edərək, hazırkı iş üzrə iddia ərizəsini baxılmamış saxlamış, iddia ərizəsinə onun məhkəməyə daxil olmasından təxminən 5 il sonra baxılaraq qətnamə çıxarılmasında hər hansı pozuntuya yol verməmişdir. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, iddiaçı apellyasiya şikayətinin məzmununda hazırkı işlə əlaqəsi olmayan kredit xətti və zaminlik müqavilələrinə, eləcə də, kredit razılaşmasına istinad etmiş, başqa müqavilələr üzrə tərəf olmuş şəxslərin adlarını qeyd etmişdir. Beləliklə, məhkəmə kollegiyası İddiaçı QSC-nin apellyasiya şikayəti ilə bağlı belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası indi isə Cavabdeh1 apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Cavabdeh1 apellyasiya şikayətində bir sıra dəlilləri sadalasa da, “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə də iddia müddəti tətbiq edilərək iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. MPM-in 372.6-cı maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində mübahisə edilən hissəsi üzrə yoxlamağı düzgün hesab edir. Cavabdeh1 iddia tələbinin təmin edilmiş hissəsində qətnamənin ləğv edilməsi ilə bağlı əsas dəlili ondan ibarət olmuşdur ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia müddəti tətbiq edilərək iddia tələbi təmin olunmuş hissədə də rədd edilməlidir. Belə ki, Cavabdeh1 apellyasiya şikayətində qeyd etmişdir ki, tərəflər arasında müqavilənin müddəti 2018-ci ildə bitmiş, həmçinin xx.xx.2016-cı ildən bugünədək də heç bir ödəniş edilməmişdir. Bu səbəbdən də iddia müddəti ötürülmüşdür və iddia müddəti tətbiq edilərək iddia tələbi rədd edilməli idi. İddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. MM-in 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. İşdəki 03L000010381 saylı, 06 avqust 2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə 12 iyun 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşmasından görünür ki, həmin razılaşma üzrə sonuncu ödəniş tarixi 12 dekabr 2016-cı il müəyyən edilmiş, bundan sonra bir neçə dəfə həmin razılaşmaya və ödəniş planına dəyişiklərlə bağlı sazişlər imzalanaraq kreditin qaytarılması müddəti uzadılmış, sonuncu dəfə isə 12 may 2016-cı il tarixli, 003R**********SC saylı sazişlə və ödəniş planı ilə kredit razılaşması üzrə sonuncu ödəniş tarixi 30 iyul 2018-ci il olaraq müəyyən edilmişdir. Bu səbəbdən də, MM-in 377.2-ci maddəsinə uyğun olaraq, icra müddəti 30 iyul 2018-ci il tarixində bitdiyindən həmin razılaşma üzrə iddia müddətinin axımı da məhz 30 iyul 2018-ci il tarixindən başlanmışdır. İddiaçının hazırkı iş üzrə iddia ərizəsi isə 13 iyun 2018-ci il tarixində məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə iddia ərizəsi 3 dəfə baxılmamış saxlanılsa da, sonradan məhz elə birinci instansiya məhkəməsinin öz qərardadları ilə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardadlar ləğv edildiyindən, hazırkı iş üzrə Mülki Məcəllənin 381.1-ci maddəsinin tətbiqi üçün də hər hansı əsas mövcud deyil. Bundan başqa, sonuncu dəfə Füzuli Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad ləğv edildikdən sonra məhkəmə iclası 24 iyun 2023-cü il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barəsində bildiriş tərəflərə göndərilmişdir. İş materiallarının 100-cü vərəqində olan SS822818615AZ ştrix kodlu poçt xəbərnaməsindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barəsində bildiriş 07 iyun 2023-cü il tarixində Cavabdeh1 təqdim edilmiş, o, xəbərnamədə imza etməklə sözügedən bildirişi qəbul etmişdir. Göründüyü kimi, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılsa da, iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Halbuki, MM-in 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiqi barədə ərizə mübahisə tərəfi tərəfindən yalnız məhkəmə qərarı çıxarılanadək verilməli idi. İş materiallarında olan xəbərnamələr həmçinin onu da təsdiq edir ki, cavabdehlərin məhkəmə iclaslarının vaxtı və yeri barəsində məlumatlandırılmamasına dair Cavabdeh1 bildirdikləri də əsaslı deyil. Bundan əlavə, Cavabdeh1 apellyasiya şikayətində bildirmişdir ki, kredit müqaviləsi üzrə borc məbləğinin dəqiq müəyyənləşdirilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli olsa da, bu edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda Cavabdeh1 12 iyun 2015-ci il tarixli kredit razılaşması üzrə borcunun dəqiq məbləği Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışla müəyyən edilir. Həmin çıxarışdan da göründüyü kimi, Cavabdeh1 İddiaçı QSC-yə borcu əsas kredit borcu qismində (restrukturizasiya olunması təklif olunan kredit məbləği) 6953,26 manat təşkil edir. Cavabdeh1 iddiaçıya olan kredit borcunun məbləğinin Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışla müəyyən edildiyini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, 12 iyun 2015-ci il tarixli kredit razılaşması üzrə borc məbləği dəqiq müəyyən edilmişdir, bu səbəbdən də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət yoxdur. Həmçinin, Cavabdeh1 apellyasiya şikayətində faiz borcunun düzgün hesablanmadığını qeyd etsə də, birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, faiz borcu kimi hər hansı məbləğdə pul vəsaiti Cavabdeh1 tutulmamışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında maddi hüquq münasibətlərinin yarandığı vaxt Mülki Məcəllənin 739-cu maddəsinin qüvvədə olmuş mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, Cavabdeh1 apellyasiya şikayətində bildirmişdir ki, hazırkı mülki işə ərazi aidiyyəti qaydaları pozulmaqla baxılmışdır. MPM-in 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. MPM-in 33-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırkı iş materiallarından görünür ki, cavabdehlərin hər biri Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi üzrə qeydiyyata alınmışlar. Cavabdehlərin hazırda məcburi köçkün olaraq Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşamaları isə iddianın həmin rayon üzrə Binəqədi Rayon Məhkəməsinə verilməli olmasına əsas vermir. İddiaçı hazırkı iddia ərizəsini cavabdehlərin rəsmi qeydə alındıqları yer üzrə Füzuli Rayon Məhkəməsinə verməkdə haqlı olmuş, Füzuli Rayon Məhkəməsi isə ərazi aidiyyəti qaydalarını pozmadan mülki işə baxaraq qətnamə qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh1 da apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Beləliklə, yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı QSC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(064)-1019/2023 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(064)-1019/2023 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddi aşdıqda, qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar