Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1572/2025 04.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Əsədov (sədrlik edən və məruzəçi), X16 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İmişli Rayon Мəhkəməsinin 28 dekabr 2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli 035CASA132630008 saylı kredit müqaviləsinə görə Cavabdeh1 İddiaçı ASC-dən 24 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli 035FİZAM38138301 saylı zaminlik müqaviləsinə görə sonuncu, bank qarşısında borclu Cavabdeh1 öhdəliklərin yerinə yetirilməsinə dair zamin durmuşdur. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli 035FİZAM18286501 saylı zaminlik müqaviləsinə görə sonuncu, bank qarşısında borclu Cavabdeh1 kredit müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsinə dair birgə öhdəlik götürmüşdür. İddiaçı ASC hazırkı tələbində borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4368,78 manat məbləğində əsas kredit borcu, 482,41 manat faiz borcu, 436,88 manat penya borcu, cəmi 5288,07 manat məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Borclular- Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4368,78 manat məbləğində əsas kredit borcu, 482,41 manat faiz borcu, 436,88 manat penya borcu, cəmi 5288,07 manat məbləğində borcun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-nin xeyrinə verilməsi barədə İmişli rayon məhkəməsinin 04 dekabr 2015ci il tarixli 2(036)-6651/2015 saylı məhkəmə əmri verilmişdir. İmişli rayon məhkəməsinin 05 aprel 2016-cı il tarixli 2(036)-6651/2015 saylı qərardadı ilə Cavabdeh3 etirazına əsasən İmişli rayon məhkəməsinin 04 dekabr 2015-ci il tarixli 2(036)- 6651/2015 saylı məhkəmə əmri ləğv edilmiş, işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinə əsasən borclu Cavabdeh1 illik 26%-lə, 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 zamin durduqları üçün onların da öhdəliyi vardır. Borclulara xəbərdarlıq olunaraq banka olan borcun ödənilməsini təmin etmələri xahiş olunmuşdur. Lakin cavabdehlər banka olan borcun ödənilməsini təmin etməmişlər. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, təxminən 2013-cü ilin sentyabr ayında özünə toy etmək məqsədi ilə İddiaçı ASC-nin İmişli filialının keçmiş müdiri Əlizamin Şükürovdan 5000 manat pul istəmiş və toydan üç gün sonra qaytaracağını bildirmişdir. Əlizamin Şükürovda ona 10000 manat kredit verəcəyini, 5000 manatı özü götürəcəyini, 5000 manatı isə ona verəcəyini demişdir. O da razılaşmış və kassadan 10000 manatı götürüb 5000 manatını Əlizamin Şükürova vermişdir. Bundan 10-15 gün sonra o, Əlizamin Şükürovun yanına gəlmiş və banka nə qədər borcu olduğunu soruşmuşdur. Əlizamin Şükürovda hesablayıb banka 5177 manat borcu olduğunu demiş və o da 5177 manat pulu Əlizaminə vermişdir. Bundan sonra o, banka heç bir ödəniş etməmişdir. Hazırda onun banka borcu yoxdur. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, bankdan krediti Cavabdeh1 götürmüş və o da zamin durmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ASC-dən onun zaminliyi ilə kredit götürülmüş, lakin onun bu barədə heç bir məlumatı olmamışdır. Onun adından çəkilmiş imza saxtadır. O, zamin durduğu adamı tanımır, heç bir qohumluq və tanışlıq əlaqəsi yoxdur. İmişli Rayon Мəhkəməsinin (hakim Q.Hacıyev) 28 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4368,78 manat məbləğində əsas kredit borcu, 482,41 manat faiz borcu, 50 manat penya borcu, cəmi 4901,19 (dörd min doqquz yüz bir manat, on doqquz qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə verilməsi, əlavə olaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10 (on) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş 11 noyabr 2016-cı il tarixli, 22382 saylı məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 70 (yetmiş) manat pul Cavabdeh3 tutularaq SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab № AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə işi düzgün araşdırmamış qanunsuz qətnamə qəbul etmişdir. Şikayətə görə, onun İddiaçı ASC-nə heç bir borcu yoxdur. Həmin pulun bankın öz işçiləri mənimsəyiblər. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmü ilə o zərərçəkmiş şəxs kimi tanınmışdır. Hökmdə müəyyən edilib ki, bankın müdiri Əlizamin Şükürov və işçisi Samir İsmayılov əlbir olub bizi aldadaraq sənədlərə imza etdirib pulu mənimsəmişlər. Bankdan götürülmüş pul vəsaitinin məhkumlar Əlizamin Şükürov və qeyrisindən alınıb banka ödənilməsinə dair hökm verilmişdir. Həmçinin qeyd edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmüdən sonra onun kimi zərərçəkmiş şəxlərin çoxunun barəsində qəbul olunmuş məhkəmə qətnamələri və məhkəmə əmrləri ləğv olunmuşdur. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi əsasız sübutlar əsasında qeyri qanuni qətnamə qəbul etmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, onun adına kredit borcu vardır. Ona pul lazım olduğundan təxminən 2013-cü ilin sentyabr ayında 5000 manat kredit götürmüşdür. 5000 manatın üzərinə 177 manat da əlavə edib 10 gün sonra banka geri qaytarmışdır. Ödəniş barədə əlində heç bir sənədi qalmayıb. Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, o, başqa bir işlə əlaqədar banka getmişdi, onu təsadüfən çağırıb imza etdirmişlər. Cavabdeh1ı tanımır, özü üçün kredit götürən zaman onu çağırıb dedilər ki, bu sənədə qol çək, o da qol çəkdi. Sənəddə nə yazıldığını bilmirdi. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, Cavabdeh1 borcuna görə zaminlik müqaviləsini imzalamışdır. İddiaçının nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni və izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, 20 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinə görə, Cavabdeh1 İddiaçı ASC-dən 24 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Həmin tarixli zaminlik müqavilələrinə görə, Cavabdeh2 və Cavabdeh3, borclu Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsinə dair öhdəlik götürmüşdür. İddiaçı Bank hazırda kredit müqaviləsi üzrə borcludan və zaminlərdən kredit borcunu tələb etmişdir. İlkin iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 443.1, 472.1, 472.2, 385.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Cavabdeh apellyasiya şikayəti ilə İddiaçı ASC-nin İmişli filialının direktoru vəzifəsində işləmiş X13 və digərləri barəsində çıxarılmış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü təqdim etmişdir. Müəyyən edilir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 1(089)-231/2018 nömrəli hökmü ilə X13 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2ci maddələri ilə təqsirli bilinmiş, CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ıl 6 (altı) ay müddətə azadlıqdan məhrum edilmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) ıl müddətə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəsisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinin tələblərinə əsasən təyin edilmiş əsas cəzaları isə qismən toplamaqla, əlavə cəzanı əsas cəzaya tamamilə birləşdirmək yolu ilə Əlizamin Şükürova qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Ə.M.Şükürov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin başlanğıcının 11 may 2018-ci il tarixdən hesablanması, Ə.M.Şükürovun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Həmin hökmlə: - X4 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum elmə cəzasına məhkum edilsin. S.F.İsmayılov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin başlanğıcı 15 may 2018-ci il tarixdən hesablanması, S.F.İsmayılovun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, - X9 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, P.İ.Həşimovun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş əsas cəza 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, P.İ.Həşimovun üzərinə yaşayış yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulması, P.İ.Həşimovun davranışı üzərində nəzarətin həyala keçirilməsi İmişli Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması, P.İ.Həşimovun barəsində seçilmiş Polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi, - X14 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət məlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azdlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən İmişli Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş qalan 2950 manat cərimə cəza ilə toplamaqla qəti olaraq X17 5 (beş il) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2950 (iki min doqquz yüz əlli) manat cərimə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinin tələbinə əsasən cərimə cəzası müstəqil icra olunması, P.H.Hacıyevin barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş əsas cəza 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərli olaraq tətbiq edilməsi, P.H.Hacıyevin üzərinə yaşayış yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulması, P.H.Hacıyevin davranışı üzərində nəzarətin həyata keçirilməsi İmişli Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması, P.H.Hacıyevin barəsində seçilmiş Polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi, - X18 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəsisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 2000 (iki min) manat cərimə cəzasına məhkum edilməsi, E.F.İbişovun barəsində seçilmiş Polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi, - X5 Azərbaycan Respublikası CM-nin 179.2.1. 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 46.2- ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəsisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yermə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 2000 (iki min) manat cərimə cəzasına məhkum edilsin. E.S.Tağıyevin barəində seçilmiş Polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi, - X15 Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət məlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəsisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, N.N.Cəfərovun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş əsas cəza 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, N.N.Cəfərovun üzərinə yaşayış yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulması, N.N.Cəfərovun davranışı üzərində nəzarətin həyata keçirilməsi İmişli Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması, N.N.Cəfərovun barəsində seçilmiş Polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi, - X6 Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəsisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azdlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, E.Ə.Feziyevin barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş əsas cəza 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, E.Ə.Feziyevin üzərinə yaşayış yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsinin qoyulması, E.Ə.Feyziyevin davranışı üzərində nəzarətin həyala keçirilməsi İmişli Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması, E.Ə.Feziyevin barəsində seçilmiş Polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi, - X10 Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, bələdiyyə, müəsisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il mddətə azdlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, M.Ş.Abbasovun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş əsas cəza 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, M.Ş.Abbasovun üzərinə yaşayış yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsinin qoyulması, M.Ş.Abbasovun davranışı üzərində nəzarətin həyata keçirilməsi İmişli Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması, M.Ş.Abbasovun barəsində seçilmiş Polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi, - X11 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 (min) manat cərimə cəzasına məhkum edilməsi, A.R.Cəfərzadənin barəsində seçilmiş Polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi qərara alınmışdır. Həmin hökmlə iş üzrə mülki iddia təmin edilmişdir. Belə ki, təqsirləndirilən şəxslər X1-165268 manat, X2 99824,30 manat, X7 13410 manat və X12 29434 manatın alınaraq mülki iddiaçı «Bank Respublika” ASC-yə verilməsi qərara alınmış, bu barədə müvafiq icra vərəqəsi yazılıb aidiyyəti üzrə göndərilmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (MM maddə 337.4). Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Kollegiya qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarları (aktları) preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında əqdlərin etibarsızlığına dair normaları nəzərdən keçirərək bir daha qeyd etməyi vacib bilmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yuxarıda qeyd edilən 15 noyabr 2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X13 İddiaçı ASC-nin İmişli filialının direktoru vəzifəsində işləyərkən saxta kredit müqavilələri tərtib edərək pul vəsaitlərini mənimsəmişdir. X13 öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid qəsdlə qabaqcadan əlbir olduğu qeyrisi ilə birlikdə bir qrup şəxs halında mənimsəmə və israf yolu ilə təkrar talamış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, xx.xx.2008-ci il tarixdən - xx.xx.2015-ci il tarixədək olan dövr ərzində İmişli şəhərində yerləşən İddiaçı ASC-nin İmişli filialının direktoru vəzifəsində işləyərkən 01 yanvar 2013-cü il tarixdən 25 may 2015-ci il tarixədək olan müddətdə bankın təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi 12 may 2009-cu il tarixli vəzifə təlimatına əsasən filialın fəaliyyətinə ümumi rəhbərliyin həyata keçirilməsi, işçilər arasında vəzifə bölgüsünün aparılması, filial üzrə bütün əməliyyatların aparılmasına nəzarət edilməsi, filialın əmlakının qorunması, bank tərəfindən icazə verilmiş məbləğlərdə müştərilərə kreditlərin verilməsi və müvafiq müqavilələrin imzalanması, bankın səlahiyyətlərinə aid olan kreditlər üzrə müraciətlərə baxılması, filial tərəfindən verilmiş, habelə bank tərəfindən verilərək filialın nəzarətinə aid edilmiş kreditlər üzrə monitorinqlərin keçirilməsinə məsul şəxs olmaqla öz qulluq mövqeyindən yararlanaraq İddiaçı ASC-nin ona etibar olunmuş külli miqdarda əmlakını vahid qəsdlə talama məqsədi ilə, özü ilə yaxın, qohumluq, tanışlıq və digər münasibətləri olduğu ayrı-ayrı şəxslərin, o cümlədən Cavabdeh1 adına xx.xx.2013-cü il tarixli 149129 nömrəli kredit müqaviləsi ilə 10000 manat pulu mənimsəyərək cinayət əməlini törətmişdir. Həmçinin hökmdən aydın olur ki, Şükürov Əlizamin cinayət yolu ilə əldə etdiyi 194885.48 manat məbləğində pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb özünün şəxsi ehtiyaclarına xərcləmişdir. Sözügedən hökmdən görünür ki, Cavabdeh1 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və dindirilmişdir. Dindirilmə zamanı, o, izahatında bildirmişdir ki, Əlizamindən 5000 manat kredit istəmiş, lakin Əlizamin ona 10000 manat kredit rəsmiləşdirəcəyini, həmin kreditin 5000 manatının onun, qalanın isə özünün ödəyəcəyini bildirmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmü üzrə icra vərəqəsi tərtib edilmiş, icra sənədində iş üzrə mülki iddiaya dair 165268 manat X1 alınıb mülki İddiaçı ASC-yə ödənilməsi qeyd olunmuşdur. İcra sənədi müvafiq qaydada icraya yönəldilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Göründüyü ki, Konstitusiya Məhkəməsi vurğulayır ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) birbirindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıbyaratmaması barədə dəyərləndirmədir. ... Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur. (“Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2022 nömrəli 14 iyun 2022-ci il tarixli birgə qərardadı) Kollegiya hesab edir ki, hazırki halda, iddiaçının istinad etdiyi kredit müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci madəsinə əsasən əhəmiyyətsiz əqd hesab olunur. Bu müqavilə, etibarsızlığı ilə bağlı iddia verilib-verilməməsindən asılı olmayaraq bağlandığı andan etibarsızdır, heç bir hüquqi nəticəyə səbəb olmur. Sözügedən kreditin təminatı olaraq bağlanmış zaminlik müqqavilələri də etibarsızdır. Müqavilələr etibarsız olduğundan kredit müqviləsi üzrə borc tələbinə dair iddia da təmin edilməməlidir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Мəhkəməsinin 28 dekabr 2016-cı il tarixli, 2(036)-3385/2016 saylı qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1572/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1572/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver