Məhkəmə qərarları › İş №2(106)-1590/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1590/2025

04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1590/2025 04.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, “X6 Azərbaycan” QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-1283/2025 saylı qətnaməsindən “X6 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: “X6 Azərbaycan” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 İnqlab oğlundan və Cavabdeh2 İnqlab oğlundan müştərək qaydada 23030,45 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 7794.22 ABŞ dolları borcun və 129.75 manat ödənilmiş dövlət rüsumunun “X6 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 fevral 2013-cü il tarixində «X6 Azərbaycan QSC ilə Cavabdeh1 arasında 92539/1 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 avtomobil almaq məqsədi ilə 47200 ABŞ dolları məbləğində pul ayrılmışdır və o, 48 ay müddətində kreditin əsas məbləği və ona illik 17% faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Bununla yanaşı, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə Cavabdeh2 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri öz üzərlərinə götürmüşdülər. Borcalanın 92539/1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 22 fevral 2013-cü il tarixində «X6 Azərbaycan» QSC ilə ipoteka qoyan Cavabdeh1 arasında 92539/1 nömrəli ipoteka (girov) müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 2012ci il buraxılış tarixli mühərrik B6324S**********3 ban SALFA2BA3CH293111 olan ** RR *** dövlət qeydiyyat nişanlı, ağ rəngli “X5” minik markalı nəqliyyat vasitəsi “X6 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi DİN BDYPİ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. “X6 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi “X6 Azərbaycan” QSC-yə olan borcunu ödəməmişdir. Lakin öhdəliklər cavabdeh(lər) tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ümumilikdə 23030,45 ABŞ dolları və 40,50 manat pul borcun tutulması və tutmanın ipoteka predmeti olan, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “X5” minik markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac vasitəsi ilə satılması və əldə edilmiş məbləğlərdən borcun ödənilməsi qət edilmişdir. İlkin olaraq xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən hərrac keçirilmiş, hərrac mərhələsi baş tutmuş və ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “X5” minik markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil 16000 manat vəsaitə digər şəxsə - qalib alıcıya satılmışdır. Göründüyü kimi, cavabdeh(lər)in xx.xx.2017-ci il tarixə əsas borc üzrə 23030,45 ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) xx.xx.2017-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfindən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən 13618.69 ABŞ dolları hissəsi ödənilməmiş qalmaqdadır. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5% (beş faiz) olmaqla : 1) xx.xx.2017 tarixindən xx.xx.2023 tarixinə qədər – 6682.03 ABŞ dolları (gecikmə gün sayı - 2089 gün) 2) xx.xx.2023 tarixindən xx.xx.2025 tarixinə qədər – 1112.19 ABŞ dolları (gecikmə gün sayı - 588 gün) olmaqla ümumilikdə cəmi 7794.22 ABŞ dolları təşkil edir. Cavabdeh1 iddiaya dair etirazında bildirmişdir ki, “X6 Azərbaycan” QSC ilə aralarındada bağlanmış xx.xx.2013-cü il tarixli 92539/1 sayı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 48 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 47200 ABŞ dolları məbləğdə kredit verilmişdir. “X6 Azərbaycan” QSC ilə qardaşı Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 onunla “X6 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 92539/1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti onunla birgə öz üzərinə götürmüşdür. Həmçinin “X6 Azərbaycan” QSC ilə bağlanmış 92539/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin edilməsi məqsədilə xx.xx.2013-cü il tarixdə “X6 Azərbaycan” QSC ilə 92539/1 nömrəli ipoteka (girov) müqaviləsi bağlanmışdır. Həmin ipoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus olan 2012-ci il buraxılış tarixli mühərrik B63245**********3 ban SALFA2BA3CH293111 olan ** RR *** dövlət qeydiyyat nişanı ağ rəngli “X5” minik markalı nəqliyyat vasitəsi “X6 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “X6 Azərbaycan” QSC-dən 47000 ABŞ dolları məbləğində krediti götürəndən sonra 2017-ci ilin fevral ayına kimi həmin kredit üzrə əsas borc, faiz və cərimə borcuna görə ödənişlər etməklə Bankın hesablamalarına görə xx.xx.2017-ci il tarixinə əsas məbləğ üzrə 20373,50 ABŞ dolları, faiz borcu üzrə 2456.95 ABŞ dolları, cərimə borcu üzrə 5659,05 ABŞ dolları məbləğində borcumun qalması müəyyən edilmişdir. Qalan kredit borcunun ödənilməsinin təmin edilməsi məqsədilə “X6 Azərbaycan” QSC Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, tələb “X5” markalı avtomobilə yönəldilmiş və avtomobil açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsait banka ödənilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 İnqlab oğlundan və Cavabdeh2 İnqlab oğlundan müştərək qaydada 21 fevral 2013-cü il tarixli 92539/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda olaraq ödəniş gününə olan Azərbaycan manatı ekvivalentində 1112,19 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 manat tutularaq “X6 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbi təmin edilməklə Cavabdeh1 İnqlab oğlu və Cavabdeh2 müştərək qaydada 6,682.03 ABŞ dolları (xx.xx.2017-xx.xx.2023-cü illər üzrə) və 1,112.19 ABŞ dolları (xx.xx.2023-xx.xx.2025-ci illər üzrə) olmaqla, ümumilikdə 7,794.22 ABŞ dolları məbləğdə pul vəsaitinin və 129.75 manat dövlət rüsumunun “X6 Azərbaycan” QSC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-374/2017 nömrəli qətnaməsi ilə "X6 Azərbaycan" QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracda satılması tələbinə dair iddiası qismən təmin edilərək, 20373,50 ABŞ dolları əsas borc, 2456,95 ABŞ dolları faiz borcu. 200 ABŞ dolları cərimə borcu, cəmi ******* ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və borclulara bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci 10.50 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 40,50 manat məbləğində pulun Cavabdeh1 və X1 müştərək qaydada alınaraq «X6 Azərbaycan» QSCyə ödənilməsi, tələbin Cavabdeh1 məxsus ipoteka ilə yüklü edilmiş «X5» minik markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən cəmi 23030,45 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 40,50 manat məbləğində pulun “X6 Azərbaycan” QSC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 637/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatından "xxxx" QSC-nin Hüquq Departamentinin hüquqşünası Kamil Məmmədovanın məktubuna baxılmış və müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə 15 sentyabr 2020-ci il tarixdə baxılmış, kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 21 fevral 2013-cü il tarixli 92539/1 saylı kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmış ümumilikdə cəmi 7794.22 ABŞ dolları məbləğində borcu vardır. "X6 Azərbaycan" QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 21 fevral 2013cü il tarixli 92539/1 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank tərəfindən borcalan Cavabdeh1 48 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 47200 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. "X6 Azərbaycan" QSC və zamin Cavabdeh2 arasında bağlanmış 21 fevral 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bank tərəfindən borcalan zamin Cavabdeh2 borclu Cavabdeh1 21 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. İpoteka saxlayan "X6 Azərbaycan" QSC ila ipoteka qoyan və borcalan Cavabdeh1 arasında bağlanmış 22 fevral 2013-cü il tarixli 92539/1 saylı ipoteka (girov) müqaviləsindən görünür ki, "X6 Azərbaycan" QSC-nin Babək filialı ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2013-cü il tarixli 92539/1 saylı istehlak kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus 2012-ci il buraxılışlı "X5” minik markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka predmeti 59000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Açıq hərracın nəticələri haqqında 177/23 nomrəli protokola əsasən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən hərrac keçirilmiş, hərrac mərhələsi baş tutmuş və ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “X5” minik markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil 16000 manat vəsaitə digər şəxsə - qalib alıcıya satılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hərracın 6 il sonra keçirilməsini iddiaçının üzərinə qoymuşdur. Halbuki, bu gecikmə sırf Cavabdeh2 İnqlab oğlunun verdiyi hüquqi müdafiə vasitələrindən - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-637/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından qaynaqlanmışdır. Bu məhkəmə çəkişmələri nəticəsində icra prosesi hüquqi baxımdan dayandırılmış və yalnız yekun qərar qüvvəyə mindikdən sonra hərrac mümkün olmuşdur. Deməli, həmin 6 illik gecikmənin hüquqi məsuliyyəti Banka aid edilə bilməz. Əksinə, məhz cavabdehlərin apellyasiya və kassasiya şikayətləri hərracın uzanmasına səbəb olmuşdur. İddiaçı Bank gecikdirilmiş 2089 gün üçün 6,682.03 ABŞ dolları məbləğini ətraflı cədvəllərlə sübuta yetirmişdir. Məhkəmə isə bu hesablamaları təkzib etməmiş, əsassız olduğunu qeyd etmişdir. Halbuki, məhkəmə prosessual qanunvericiliyin tələbinə görə sübutları qiymətləndirərkən əks sübut təqdim edilmədiyi halda, iddiaçının hesablamalarını rədd edə bilməzdi. Avtomobil ekspertiza dəyərinə görə 59000 ABŞ dollar, lakin hərracda cəmi 16000 manat (təqribən 9400 ABŞ dolları) qiymətə satılmışdır. Bu vəziyyət də borcluların gecikdirmə və prosesi uzatma davranışının nəticəsi olmuşdur. İddiaçı Bankın hüquqları bu səbəbdən ikili şəkildə pozulmuşdur: orcun uzun müddət ödənilməməsi; Əmlakın dəyərindən çox aşağı qiymətə satılması. Belə olan halda, məhkəmə qanunauyğun olaraq iddianı tam təmin etməli, yalnız 588 gün üzrə deyil, bütün dövr (2677 gün üzrə) üzrə faizlərin ödənilməsinə qərar verməli idi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Ona məxsus olan avtomobil 2017-ci ildə bank tərəfindən ondan alınmış və 2023-cü ildə hərrac vasitəsi ilə satılmışdır. Avtomobilin satışından əldə olunan məbləğ kredit borcundan çıxıldıqdan sonra 23000 manat məbləğində qalıq kredit borcu qalmışdır. Kredit götürdüyü zaman 1 ABŞ dollarının dəyəri 0.78 manat təşkil edirdi. Məzənnə dəyişikliyi zamanı kredit borcunu ödəməkdə çətinlik çəkmiş və bu barədə banka müraciət etsə də, bank tərəfindən güzəştlər edilməmişdir. Bu səbəbdən borcun ödənilməsində gecikmələr olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bununla belə məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin tam təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə tərkibi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən onların iddiaçının iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 445-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Habelə mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşdən də göründüyü kimi, iddiaçıya qalıq borcun məbləği 23030,45 ABŞ dolları pul vəsaiti təşkil etdiyi halda, ipoteka ilə yüklü edilmiş avtomobil - ipoteka predmeti müqavilənin 3.1-ci bəndinə əsasən 59000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Ancaq Açıq hərracın nəticələri haqqında 177/23 nomrəli protokola əsasən xx.xx.2023-cü il tarixdə hərrac mərhələsi baş tutmuş və ipoteka predmeti olan “X5” minik markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil 16000 manata satılmışdır. Beləcə, ipoteka predmetinin borc məbləğindən dəfələrlə baha dəyərə malik olması – dəyərləndirilməsi səbəbindən cavabdehlər həmin avtomobil satıldıqda bütün borcu ödəyəcəyinə arxayın olmuş və borcun gecikdirilməsi kimi hər hansı niyyətləri olmamışdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir və cavabdehin yuxarıda qeyd edilən və araşdırılan dəlilləri hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-1283/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar