Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1597/2025 01.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X4 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Əhmədov Fərid Mahir oğluna qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Əhmədov Fərid Mahir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Əhmədov Fərid Mahir oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Əhmədov Fərid Mahir oğlundan maddi ziyan kimi 8670 manat maddi ziyan, 800 manat hüquqi yardım üçün və 107,10 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Iddia ərizəsini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan “Nissan Altima” minik markalı ** RZ *** dövlət qeydiyyat nömrəli, 2007-ci il istehsalı, Ban *N*AL**DX*C****** nömrəli avtomobili Vəkilov Elvin Rəfael oğluna 2 il müddətinə həmin nəqliyyat vasitəsini idarə etməyə etibarnamə vermişdir. Həmin avtomobili Vəkilov Elvin Rəfael oğlu X2 icarəyə vermiş, sonuncu isə həmin avtomobili iş üzrə cavabdehə Əhmədov Fərid Mahir oğluna ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək icarə vermişdir. Iş üzrə cavabdeh ##.##.2024-cü il tarixdə həmin avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iş üzrə iddiaçıya ümumilikdə 8670 manat maddi ziyan vurmuşdur. Bu hadisə nəticəsində iş üzrə cavabdehin barəsində inzibati qaydada protokol tərtib edilərək, cərimə edilmişdir. Həmin hadisə nəticəsində iş üzrə cavabdehin ətraf mühizə vurduğu maddi ziyana görə sığorta həmin ziyanı ödəsə də, ona dəymiş ziyanı ödəməmişdir. Iddiaçı İddiaçı nümayəndəsi-vəkili X3 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Əhmədov Fərid Mahir oğlu məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, polisə müraciət etməmişdən əvvəl Amid adlı şəxs hansı ki, avtomobillərin icarəsini həyata keçirir. Həmin şəxs əvvəl ondan 2.000 manat istədi ki, avtomobili təmir etdirsin, sonra razılıq olmadığı üçün 4100 manat, Hacıqabul rayon Polis Şöbəsinə müraciətdə isə 5000 manat dəymiş ziyan istədi. Deyilən məsələlərlə razı olmadı, çünki avtomobilin icarə proseduru və eyni zamanda “Nissan Altima” minik markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan həqiqəti əks etdirmir. Əksinə, çox şişirdilmiş rəqəmlər tələb olunur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Əhmədov Fərid Mahir oğlu hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq bunun səbəbi barəsində heç bir məlumat verməmiş, məhkəmə iclasına gəlməmiş və yuxarıda qeyd olunan qurumlara müraciət olunması ilə bağlı hər hansı bir sənəd təqdim etməmişdir. ##.##.2024-cü il tarixli rəy aktından görünür ki, qəza zamanı “Nissan Altima” minik markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qəza zamanı əzilib sıradan çıxan hissələr üzrə dəyən maddi ziyan ümumilikdə 8670 manat təşkil edir. ##.##.2024-cü il tarixli, IXP ******* nömrəli Sabunçu rayon DYPŞ R X1 tərəfindən tərtib edilmiş protokolun surətindən görünür ki, Əhmədov Fərid Mahir oğlu Azərbaycan Respublikası IXM-nin 327.1ci maddəsi ilə təqsirli bilinmişdir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, **-***/** nömrəli rəyində göstərilmişdir ki, 1,2 və 3-cü sualların cavablandırılması qiymətləndiricinin səlahiyyətlərinə aid deyildir. Aparılan araşdırmalar və təhlillərə əsasən 4, 5 və 6-cı suallar üzrə “Nissan Altima” minik markalı, ** RZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə təmir işlərinin aparılması, dəyişdirilmiş və yenilənmiş ehtiyyat hissələri ilə birlikdə 6270 manat ehtiyyat hissələrinin xərci və 2400 manat olmaqla, ümumilikdə, 8670 manat məbləğində ziyan dəymişdir Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (Hakim: Əli Imanov) iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Əhmədov Fərid Mahir oğlu apellyasiya şikayətində qeyd etmişdir ki, hadisə zamanı maşını o, idarə etməmişdir. Bununla bağlı Sabunçu Rayon Polis Idarəsinə müraciət etmişdir. Bundan əlavə, qətnamədə avtomobilin mülkiyyətçisi kimi Vəkilov Elvin Rafael oğlu qeyd edilmiş, lakin hazırki iddia tələbi isə İddiaçı tərəfindən verilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsində qeyd edildiyi kimi İddiaçı ilə Vəkilov Elvin Rəfael oğlu və sonuncu ilə ilə X2rasında olan icarə müqavilələrinə münasibət bildirməmişdir. Şirvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, məhkəmə kollegiyası Şirvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin bütövlükdə yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Əhmədov Fərid Mahir oğlunun apellyasiya şikayətində Şirvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Cavabdeh apellyasiya şikayətində göstərir ki, hadisə zamanı maşını o, idarə etməmişdir. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlilinə münsibət bildirərək qeyd edir ki, işdə olan ##.##.2024-cü il tarixli, IXP ******* nömrəli Sabunçu rayon DYPŞ R X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Əhmədov Fərid Mahir oğlu yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək Azrbaycan Respublikası IXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Cavabdeh apellyasiya şikayətində göstərir ki, qətnamədə avtomobilin mülkiyyətçisi kimi Vəkilov Elvin Rafael oğlu qeyd edilmiş, lakin hazırki iddia tələbi isə İddiaçı tərəfindən verilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsində qeyd edildiyi kimi, İddiaçı ilə Vəkilov Elvin Rəfael oğlu və sonuncu ilə X2 arasında olan icarə müqavilələrinə münasibət bildirməmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməsindən görünür ki, "Nissan Altima" minik markalı, ** RZ *** dövlət nömrə nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. Iddiaçı mülkiyyətçi olaraq məhkəmə müdafiəsi hüququndan istifadə edərək iddia irəli sürmüşdür. Bu zaman İddiaçı ilə Vəkilov Elvin Rəfael oğlu və sonuncu ilə X2 arasında olan icarə münasibtləri hər hansı əhəmiyyət kəsb etmir. Odur ki, kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfin müraciəti əsasında apellyasiya baxışı zamanı müstəqil qiymətləndirici dəvət edilmiş və rəy alınmışdır. “xxxx” MMC-nin qiymətləndirmə hesabatından görünür ki, "Nissan Altima" minik markalı, ** RZ *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci 8305.00 (səkkiz min üç yüz beş) manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, **-***/** nömrəli ekspert rəyində göstərilmişdir ki, “Nissan Altima” minik markalı, ** RZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə təmir işlərinin aparılması, dəyişdirilmiş və yenilənmiş ehtiyyat hissələri ilə birlikdə 6270 manat ehtiyyat hissələrinin xərci və 2400 manat olmaqla, ümumilikdə, 8670 manat məbləğində ziyan dəymişdir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası mərhələsində əldə edilmiş qiymətləndirmə rəyində müəyyən olunmuş 8305 manat məbləğ, birinci instansiya məhkəməsi tərəfindən əsas götürülmüş ekspert rəyində göstərilən 8670 manat məbləğinə yaxın olmaqla, həmin rəyin nəticələrini mahiyyət etibarilə təsdiqləyir. Bu hal onu göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş ekspert rəyi real bazar dəyərinə uyğun olmaqla obyektiv və etibarlı sübut kimi çıxış edir. Apellyasiya mərhələsində əldə edilmiş rəy ilə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş ekspert rəyi arasında mövcud uyğunluq, məhz birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş rəyin düzgünlüyünü və əsaslılığını təsdiq edir və bu səbəbdən iş üzrə hüquqi qiymətləndirmə həmin rəy əsasında aparılmalıdır. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayəti isə əsaslandırılmamış və formal mülahizələrdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Əhmədov Fərid Mahir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1597/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1597/2025
01.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver