Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-16/2025 03.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mağazadan istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, mağazaya müdaxilənin cavabdehə qadağan edilməsi və mağazanın qapısının açılması” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(017)- 492/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 fevral 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “mağazadan istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, mağazaya müdaxilənin cavabdehə qadağan edilməsi və mağazanın qapısının açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, 14 dekabr 2010-cu il tarixdə Cavabdeh 26000 manat məbləğində pul ödəyərək mağaza tikmək məqsədilə ona məxsus həyətyanı torpaq sahəsindən 16 kv.m torpaq sahəsi almışdır. Bu barədə Cavabdeh Ağcabədi rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmiş, 15 dekabr 2010-cu il tarixdə komissiya üzvləri torpaq sahəsinə baxış keçirmiş, torpaq sahəsində mağaza tikintisini məqsədə müvafiq hesab etmişdir. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamı ilə ona əldə etdiyi torpaq sahəsində 4m x 4m = 16 kv.m ticarət mağazasının tikintisinə icazə verilmişdir. Bundan sonra 15000 manat məbləğində xərc çəkərək mağazanı tikmiş və həmin vaxtdan mağazada ticarətlə məşğul olmuşdur. Lakin bu ilin əvvəllərində, məhkəməyə müraciət etdiyi vaxtdan təxminən bir neçə gün qabaq cavabdeh və onun ailə üzvləri onun üzərinə hücum çəkərək mağazanı zorla əlindən almış və mağazanın qapısını kilidləyərək mağazadan sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Aralarında yaranmış mübahisə ilə bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılmış, mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması hüququ ona izah olunmuşdur. Bu səbəbdən də pozulmuş hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisəni məhkəmədən kənar qaydada həll etmək istəsə də bu mümkün olmamışdır. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli mağazanın torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. Həmin torpaq sahəsində mağaza inşa etmək üçün 2011-ci ilin mart ayında Ağcabədi rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmiş, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 20 oktyabr 2011-ci il tarixli 211 nömrəli sərəncamı ilə torpaq sahəsində 20 m x 4 m = 80 kv.m ticarət mağazasının tikintisinə icazə verilmişdir. Mağazanı tikdikdən sonra ayrı-ayrı şəxslərə, o cümlədən 16 kv.m sahəni İddiaçı icarəyə vermişdir. Lakin aralarında icarə müqaviləsi bağlanmamışdır. İcarə üçün razılaşdıqları müddət başa çatmışdır. Hazırda İddiaçı onun tikilisində işləməsinə razı deyil. Ona görə də Rizvanı mübahisəli sahədən çıxarmışdır. İddiaçıya heç bir vaxt onun torpaq sahəsində mağaza inşa etdirməyə icazə verməmişdir. İddiaçı iddiasının rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Nümayəndə Cavabdeh izahatına uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş cavabdeh tərəfin şahidi X7 ifadəsində göstərdi ki, Ağcabədi şəhərində xırda ticarətlə məşğul olur. Bir ilə yaxındır ki, Nadiyaya aid mağazanı icarəyə götürüb işlədir. Onunla eyni cərgədə yerləşən qonşu mağazada isə İddiaçı alver edir. Lakin Rizvanın işlədiyi mağazanın kimə məxsus olmasını və İddiaçı kiməsə icarə haqqı veribverməməsindən məlumatı yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(017)-492/2022 saylı qətnaməsi ilə (Hakim: Etibar Quliyev), iddianın təmin edilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında İddiaçı məxsus, sahəsi 16 kv.metr olan mağazadan istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və mağazanın giriş-çıxış qapısının açılması, mağazaya müdaxilənin Cavabdeh qadağan edilməsi, Cavabdeh dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Ağcabədi rayon İcra Hakimiyyətinin 16 saylı 04 fevral 2011-ci il tarixli Sərəncamında, bu sərəncamın Cavabdeh Ağcabədi Notariat Kontorunda 7E-8823 reyestr nömrəsi ilə təsdiq edilmiş 14 dekabr 2010-cu il tarixli razılıq ərizəsi əsasında verildiyi qeyd edilmişdir. Birincisi, torpaq sahəsi ümumi birgə paylı mülkiyyət olduğundan üzərində sahiblik və ondan istifadə, həmçinin barəsində sərəncan vermək onun bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Belə olan halda həmin torpaq sahəsi üzərində mağaza tikilməsinə təkbaşına icazə vermək hüququm olmamışdır. İkincisi mən Rizvana heç bir vaxt torpaq satmamışam və qanunvericiliyə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Belə bir müqavilə isə olmamışdır və yoxdur. Üçüncüsü mən ümumiyyətlə nə notariatda, nə də ki, sərbəst qaydada belə bir razılıq ərizəsi yazmamışam və imza etməmişəm. Sorğuya cavab olaraq Ağcabədi Regional "Asan Xidmət" Mərkəzindəki Notariat Ofisinin 401 saylı 31 may 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Cavabdeh adına "E-Notariat" avtomatlaşdırılmış informasiya sistemində 14 dekabr 2010-cu il tarixli 7E-8823 reyestr nömrəsi ilə razılıq ərizəsi aşkar edilməmişdir. Hesab edirəm ki, həmin razılıq ərizəsi mənə məlum olmayan şəxs tərəfindən saxta tərtib edilmişdir. Bildiriəm ki, həyətyanı torpaq sahəsindəki mübahisəli mağazanı 2007-ci ildə özüm tikdirmişəm və müxtəlif vaxtlarda həmin mağazaları kənar şəxslərə, o cümlədən İddiaçı 2009-cu ildə hər ayı 150 manat icarə haqqı olmaqla icarəyə vermişəm. İcarə haqqını vermədiyinə görə 2022-ci ilin əvvəlində Rizvanı mağazadan çıxarmışam. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Quliyeva X6 Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(017)-492/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayəti üzrə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Ağcabədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(017)-492/2022 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh, onun nümayəndəsi Nümayəndə və vəkili Vəkil apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək izahatlarında apelyasiya şikayətinin təmin edilməsini, Ağcabədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(017)-492/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Ağcabədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(017)-492/2022 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası; Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 158.1.2-ci maddəsinə əsasən maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(017)- 492/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan 14 dekabr 2010-cu il tarixli ərizənin surətindən görünür ki, Quliyeva X6 şəhəri, H.Hacıyev küçəsi, 24 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsindən İddiaçı tikinti aparmaq üçün sərəncam verilməsinə razılıq vermişdir. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdeh 14 dekabr 2010-cu il tarixli razılıq ərizəsi əsasında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində, Cavabdeh həyətyanı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı ərizə ilə müraciət edərək 4 m x 4 m=16 kv.m ölçüdə ticarət mağazasının tikintisinə icazə verilməsini xahiş etmiş, yuxarıda qeyd olunan sərəncamla İddiaçı əldə etdiyi torpaq sahəsində 4 m x 4 m=16 kv.m ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş 15 dekabr 2010-cu il tarixli aktın surətindən görünür ki, Cavabdeh notariatda qeydiyyatdan keçmiş razılıq ərizəsi və İddiaçı 14 dekabr 2010-cu il tarixli müraciəti nəzərə alınaraq Ağcabədi şəhərinin H.Hacıyev küçəsində Cavabdeh həyətyanı sahəsində sahibkarlıqla məşğul olmaq məqsədi ilə İddiaçı 4 m x 4 m=16 kv.m ölçüdə ticarət mağazası tikintisinə torpaq sahəsi seçmək üçün naturada baxış keçirilmiş, bu məqsəd üçün yuxarıda göstərilən ünvanda layihə əsasında tikinti işləri aparılması komissiya tərəfindən məqsədə müvafiq hesab edilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı və Cavabdeh DİN-nin “102” xidmətinə etdikləri zəng əsasında HK-1/321 və 322 saylı material üzrə araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, yaşadığı evin həyətində 2011-ci ildə rəsmi icazə alaraq beş obyekt tikmişdir. Həmin obyektlərin birini 2011-ci ildə İddiaçı icarəyə vermişdir. Bir müddət sonra təcili pul borcu olduğu üçün Rizvandan kömək istəmişdir. Rizvan isə ona 20000 manat verə biləcəyini demiş, ancaq bir dəfəyə yox, hissə-hissə verəcəyini söyləmişdir. Onların razılaşmalarına əsasən Rizvan həmin verdiyi pula əsasən orada işləyəcək və icarə haqqı verməyəcəkdir. Bu isə 2022-ci ilin fevral ayına kimi olan müddəti əhatə etmişdir. xx.xx.2022-ci il tarixdə qızı Rahilə obyektə getmiş və Rizvandan çıxmasını tələb etmişdir. İş materiallarına əlavə edilmiş 28 mart 2011-ci il tarixli ərizənin surətindən görünür ki, Quliyeva X6 rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmiş, ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsində 20 x 4=80 kv.metr ərazidə ticarət mağazası tikməyə sərəncam verilməsini xahiş etmişdir. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 20 oktyabr 2011-ci il tarixli 211 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdeh ərizə ilə müraciət edərək şəhərin H.Hacıyev küçəsi 24 saylı ünvanda öz həyətyanı torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 20 m x 4 m=80 kv.m ölçüdə ticarət mağazasının tikintisinə icazə verilməsini xahiş etmiş, yuxarıda qeyd olunan sərəncamla X3 şəhərin H.Hacıyev küçəsində öz həyətyanı torpaq sahəsində 20 m x 4 m=80 kv.m ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti başçısı aparatı memarlıq və tikinti şöbəsinin 31 mart 2022-ci il tarixli 9/71 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti və Cavabdeh ərizəsinə əsasən 04 fevral 2011-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında İddiaçı şəhərin Hüsü Hacıyev küçəsində, 24 saylı ünvanda 4m x 4m=16 kv.m ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir. Yuxarıda qeyd olunan sərəncama əsasən İddiaçı ticarət mağazası inşa etdirərək istifadəyə verilmişdir. Sərəncam bu gündə qüvvədədir. Eyni zamanda 20 oktyabr 2011-ci il tarixdə şəhərin Hüsü Hacıyev küçəsi 24 saylı ünvanda Cavabdeh 20m x 4m = 80 kv.metr ölçüdə ticarət mağazasının tikintisinə sərəncam verilmişdir. Hər iki sərəncam fərqli-fərqli sərəncamlardır və bu gündə qüvvədədir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında yaranan hüququ münasibətinin mahiyyətindən müəyyən olunur ki, iddiaçı cavabdehlər tərəfindən Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş və tərəfindən tikilmiş mağazanın istifadəsinə yaradılan maneələrin aradan qaldırılmasını məhkəmə qaydasında tələb edir. Belə ki, iddiaçının iddia tələbindən görünür ki, 14 dekabr 2010-cu il tarixdə Cavabdeh 26000 manat məbləğində pul ödəyərək mağaza tikmək məqsədilə ona məxsus həyətyanı torpaq sahəsindən 16 kv.m torpaq sahəsi almışdır. Bu barədə Cavabdeh Ağcabədi rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmiş, 15 dekabr 2010-cu il tarixdə komissiya üzvləri torpaq sahəsinə baxış keçirmiş, torpaq sahəsində mağaza tikintisini məqsədə müvafiq hesab etmişdir. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamı ilə ona əldə etdiyi torpaq sahəsində 4m x 4m = 16 kv.m ticarət mağazasının tikintisinə icazə verilmişdir. Bundan sonra 15000 manat məbləğində xərc çəkərək mağazanı tikmiş və həmin vaxtdan mağazada ticarətlə məşğul olmuşdur. Lakin bu ilin əvvəllərində, məhkəməyə müraciət etdiyi vaxtdan təxminən bir neçə gün qabaq cavabdeh və onun ailə üzvləri onun üzərinə hücum çəkərək mağazanı zorla əlindən almış və mağazanın qapısını kilidləyərək mağazadan sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Aralarında yaranmış mübahisə ilə bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılmış, mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması hüququ ona izah olunmuşdur. Bu səbəbdən də pozulmuş hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisəni məhkəmədən kənar qaydada həll etmək istəsə də bu mümkün olmamışdır. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnın iddiaya etirazından müəyyən edilir ki, mübahisəli mağazanın torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. Həmin torpaq sahəsində mağaza inşa etmək üçün 2011-ci ilin mart ayında Ağcabədi rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmiş, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 20 oktyabr 2011-ci il tarixli 211 nömrəli sərəncamı ilə torpaq sahəsində 20 m x 4 m = 80 kv.m ticarət mağazasının tikintisinə icazə verilmişdir. Mağazanı tikdikdən sonra ayrı-ayrı şəxslərə, o cümlədən 16 kv.m sahəni İddiaçı icarəyə vermişdir. Lakin aralarında icarə müqaviləsi bağlanmamışdır. İcarə üçün razılaşdıqları müddət başa çatmışdır. Hazırda İddiaçı onun tikilisində işləməsinə razı deyil. Ona görə də Rizvanı mübahisəli sahədən çıxarmışdır. İddiaçıya heç bir vaxt onun torpaq sahəsində mağaza inşa etdirməyə icazə verməmişdir. İddiaçı iddiasının rədd olunmasını xahiş etdi. İşin apelyasiya icraatı zamanı Cavabdeh hazırki iş üzrə mübahisənin mahiyyətini və əsasını təşkil edən Ağcabədi Rayon İcra Hakimiyyətinin 04 fevral 2011-ci il tarixli, 16 saylı sərəncamının ləğv edilməsinə dair Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh inzibati mübahisə üzrə iddiasının belə əsaslandırmışdır ki, mübahisə predmeti olan mağaza 2007-ci ildə ünvan 3 ünvanında yerləşən, ona məxsus torpaq sahəsində inşa edilmişdir. Ağcabədi rayon Notariat kontorunda 7E-8823 reyestr nömrəsi ilə qeydə alınıb təsdiq olunmuş 14 dekabr 2010-cu il tarixdə ona məxsus həyətyanı torpaq sahəsində İddiaçı 16 kv.metr ölçüdə mağaza inşa etməsinə icazə verməyə razılıq ərizəsi əsasında Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən 04 fevral 2011-ci il tarixli, 16 saylı sərəncam verilmişdir. Notariat kontorunda sərbəst qaydada belə bir razılıq ərizəsi yazmamış və imza etməmişdir. Ağcabədi Regional "Asan Xidmət” mərkəzində notariat ofisinin 31 may 2022-ci il tarixli, 401 saylı sorğuya cavab məktubunda onun adına "E-Notariat” avtomatlaşdırılmış informasiya sistemində 14 dekabr 2010-cu il tarixli, 7E-8823 reyestr nömrəsi ilə razılıq ərizəsi aşkar edilməmişdir. Həmin razılıq ərizəsi ona məlum olmayan şəxs tərəfindən saxta tərtib edilmişdir. Həyətyanı torpaq sahəsində yerləşən mübahisə predmeti olan mağazanı 2007-ci ildə özü tikdirmiş və müxtəlif vaxtlarda həmin mağazaları kənar şəxslərə, o cümlədən İddiaçı 2009-cu ildə hər ay 150 manat icarə haqqı ödənilməklə icarəyə vermişdir. İddiaçı icarə haqqını ödəmədiyinə görə 2022-ci ilin əvvəlində onu mağazadan çıxarmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı, 23 yanvar 2016-cı il tarixli çıxarışla mağazanın yerləşdiyi 0,0601 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş 109,4 kv.metr olan fərdi yaşayış evinə onun və ailə üzvləri Nümayəndə, X1, X5, X2 və X4 1/5 pay olmaqla ümumi birgə mülkiyyət hüquqları tanınmış və həmin ünvana yeni-20A ünvanı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq 04 fevral 2011-ci il tarixli, 16 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(120)-638/2023 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddia mümkün sayılmamışdır. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli, 16 saylı sərəncamından 2011-ci il tarixindən məlumatlı olduğundan və prosessual müddətin axımı həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərziəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 04 fevral 2011-ci il tarixli, 16 nömrəli sərəncamından məlumatlı olduğu vaxtdan 11 (on bir) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Hal-hazırda qeyd edilən qərar qüvvədədir. Bundan sonra işin apelyasiya icraatı zamanı mülki işin tam və hərtərəfli araşdırılması üçün məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 3-16-16/2-10/2336 saylı, 10 dekabr 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir: 1-ci sual üzrə. İddiaçı tərəfindən Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamına əsasən 4m x 4m=16 kv.m ölçüdə tikintisinə icazə verilmiş ünvan 5 ünvanda yerləşən ticarət mağazası tikilisinin mövcud olub-olmamasını həmin tikiliyə aid hüquqmüəyyənedici sənədin və eyni zamanda qeyd olunan ticarət mağazasının tikilisinin yerləşdiyi əraziyə aid yerquruluşu planının mülki işin içərisində olmadığına görə naturada təyin etmək mümkün olmadı. Ancaq İddiaçı tərəfindən iddia olunan 4m x 4m=16 kv.m ölçüdə olan tikilinin yerləşdiyi ərazi naturada müəyyən edildi və tərtib olunmuş ölçü planında qeyd olundu. 2-ci sual üzrə. Cavabdeh tərəfindən Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 20 oktyabr 2011-ci il tarixli 211 nömrəli sərəncamına əsasən 20m x 4m=80 kv.m ölçüdə tikintisinə icazə verilmiş ünvan 5 ünvanda yerləşən ticarət mağazasına aid tikili mövcuddur. 3-cü sual üzrə. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş, İddiaçı məxsus ünvan 5 ünvanda yerləşən 4m x 4m=16 kv.m ölçüdə olan ticarət mağazası, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 20 oktyabr 2011-ci il tarixli 211 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş Cavabdeh məxsus Ağcabədi H.Hacıyev küçəsində N. Quliyevanın öz həyətyanı torpaq sahəsində yerləşən 20m x 4m=80 kv.m ölçüdə olan ticarət mağazasının tərkib hissəsinə daxil olmaqla sol tərəfdən 2-ci sırada yerləşir. (Tərtib olunmuş ölçü planında qeyd olunmuşdur) 4-cü sual üzrə. ünvan 5 ünvanda 20m x 4m=80 kv.m ölçüdə olan qeyri-yaşayış obyektində 5 ədəd ticarət obyekti mövcuddur. Kollegiya iş materiallarını əlaqəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Quliyeva X6 şəhəri, H.Hacıyev küçəsi, 24 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsindən İddiaçı tikinti aparmaq üçün sərəncam verilməsinə razılıq vermişdir. Cavabdeh 14 dekabr 2010-cu il tarixli razılıq ərizəsi əsasında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində, Cavabdeh həyətyanı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı ərizə ilə müraciət edərək 4 m x 4 m=16 kv.m ölçüdə ticarət mağazasının tikintisinə icazə verilməsini xahiş etmiş, yuxarıda qeyd olunan sərəncamla İddiaçı əldə etdiyi torpaq sahəsində 4 m x 4 m=16 kv.m ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir. Cavabdeh notariatda qeydiyyatdan keçmiş razılıq ərizəsi və İddiaçı 14 dekabr 2010-cu il tarixli müraciəti nəzərə alınaraq Ağcabədi şəhərinin H.Hacıyev küçəsində Cavabdeh həyətyanı sahəsində sahibkarlıqla məşğul olmaq məqsədi ilə İddiaçı 4 m x 4 m=16 kv.m ölçüdə ticarət mağazası tikintisinə torpaq sahəsi seçmək üçün naturada baxış keçirilmiş, bu məqsəd üçün yuxarıda göstərilən ünvanda layihə əsasında tikinti işləri aparılması komissiya tərəfindən məqsədə müvafiq hesab edilmişdir. Quliyeva X6 rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmiş, ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsində 20 x 4=80 kv.metr ərazidə ticarət mağazası tikməyə sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə müraciət edərək şəhərin H.Hacıyev küçəsi 24 saylı ünvanda öz həyətyanı torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 20 m x 4 m=80 kv.m ölçüdə ticarət mağazasının tikintisinə icazə verilməsini xahiş etmiş, yuxarıda qeyd olunan sərəncamla X3 şəhərin H.Hacıyev küçəsində öz həyətyanı torpaq sahəsində 20 m x 4 m=80 kv.m ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir. İddiaçı müraciəti və Cavabdeh ərizəsinə əsasən 04 fevral 2011-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında İddiaçı şəhərin Hüsü Hacıyev küçəsində, 24 saylı ünvanda 4m x 4m=16 kv.m ölçüdə ticarət mağazasının tikintisinə icazə verilmişdir. Yuxarıda qeyd olunan sərəncama əsasən İddiaçı ticarət mağazası inşa etdirərək istifadəyə verilmişdir. Cavabdeh həmin Sərəncamın ləğv edilməsi ilə bağlı inzibati məhkəməyə müraciət etsə də, iş materiallarından görünür ki, iddia mümükün yayılmamış və həmin sərancam bu günə qədər də qüvvədədir. Həmçinin ekspert rəyi ilə də, iddiaçının mübahisələndirdiyi ölçüləri 4 m x 4 m=16 kv.m olan mağazanın da 20 m x 4 m=80 kv.m ölçüdə ticarət mağazasının tərkibində yerləşdiyi və həmin sıradakı 2-ci mağaza olduğu müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında hər nəqədər ki, 2 fərqli sərancam olsa da, sübutlardan müəyyən edilir ki, iddiaçı 2010-cu il tarixdə Cavabdeh 26000 manat məbləğində pul ödəyərək mağaza tikmək məqsədilə ona məxsus həyətyanı torpaq sahəsindən 16 kv.m torpaq sahəsi almış, bundan sonra Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamı ilə əldə etdiyi torpaq sahəsində 4m x 4m = 16 kv.m ticarət mağazasının tikintisinə icazə verilmiş və mağaza tikilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Cavabdeh torpaq sahəsinin satılması ilə bağlı razılıq vermədiyini və mağazanın inşa edildiyi torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini olduğunu bildirsə də, iş materiallarından görünür ki, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının 04 fevral 2011-ci il tarixli 16 nömrəli sərəncamı hal-hazırda qüvvədədir və həmin sərəncam əsasında iddiaçı tərəfindən tikinti işləri aparılaraq mağaza tikilmişdir. Belə olan halda iddiaçıya həmin mağazadan istifadə hüququna maneələr yaradılması, qadağalar qoyulması iddiaçının gözlənilən hüququna təsir göstərir. Bu baxımdan kollegiya cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillər ilə razılaşmır və birinci instansiya məhkəməsinin “Cavabdeh tərəfindən ünvan 1 ünvanında İddiaçı məxsus, sahəsi 16 kv.metr olan mağazadan istifadəyə yönəlmiş maneələr aradan qaldırılsın və mağazanın giriş-çıxış qapısı açılsın. Mağazaya müdaxilə Cavabdeh qadağan edilsin” qənətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci insatansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə məcmu halda dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(017)-492/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(017)-492/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-16/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-16/2025
03.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver