Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1610/2024 19.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(020)-563/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin oğlu Nümayəndə onun oğlu X3 işə düzəltmək məqsədi ilə onlardan 8000 manat məbləğində pul almışdır. Sonradan cavabdehin oğlu Nümayəndə əməli dələduzluq kimi qiymətləndirilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunaraq barəsində ittihamedici hökm çıxarılmışdır. İbtidai istintaq dövründə 8000 manatdan 6000 manat qaytarılmış, yerdə qalan 2000 manatı da cavabdeh ödəyəcəyi barədə iltizam yazmışdır. Cavabdeh yazdığı iltizamda oğlu tərəfindən dəymiş ziyanın 6000 manat ödədiyi, 8000 manatdan qalan 2000 manatı 4 ay ərzində ayda 500 manat olmaqla 2023-cü ilin fevral ayına qədər ödəməyi öhdəsinə götürmüş və iltizamı imzalamışdır. Ona görə də, o, həmin gün Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idaraəsinə ərizə yazaraq Nümayəndə tərəfindən ona dəymiş 8000 manat ziyanın tam ödənilməsini göstərmişdir. Həmçinin işə məhkəmədə baxılarkən də ziyanın ödənilməsini bildirmişdir. Həmin fikirlərini Fərdin atası Fazilin ona verdiyi iltizama görə bildirmişdir. Lakin vəd edilən müddət keçməsinə baxmayaraq cavabdeh onun pulunu ödəməmişdir. Hazırda səhhətində problemləri var, əməliyyat olunmuş, maddi vəziyyəti çox pisdir. Beyləqan Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(020)-563/2024 saylı qətnaməsi (hakim Ramiz Nurullayev) ilə iddia təmin edilərək Cavabdeh 2000 (iki min) manatın və ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manatın alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İş materiallarında olan: xx.xx.2022-ci il tarixli iltizama əsasən Cavabdeh göstərmişdir ki, oğlu tərəfindən dəymiş ziyanın 6000 manatını ödədiyini, 8000 manatdan qalan 2000 manatı 4 ay ərzində ayda 500 manat olmaqla 2023-cü ilin fevral ayına qədər ödəməyi öhdəsinə götürmüşdür və iltizamı imzalamışdır. İddiaçı notariat qaydasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli **********040 nömrəli ərizəsində göstərilmişdir ki, Nümayəndə tərəfindən ona dəymiş maddi və mənəvi ziyan sonuncu tərəfindən tam ödənilmişdir. Bununla əlaqədar Nümayəndə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Bu ərziənin məzmunu ona məlumdur və heç bir kənar təsir olmadan onun tərəfindən imzalanmışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(093)-15/2023 saylı hökmünə əsasən Nümayəndə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cərimə və şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdə zərərçəkmiş şəxs İddiaçı ifadəsinə əsasən Nümayəndə ona dəymiş ziyanı tamamilə ödəmiş və hazırda ona qarşı hər hansı şikayət və ya tələbi yoxdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun tərəfindən əllə yazılmış xx.xx.2022-ci il tarixli iltizama əsaslanaraq İddiaçı iddiasını təmin etmişdir. Halbuki, pul borc münasibətləri oğlu Nümayəndələ, iddiaçının oğlu Rüstəmov Həmzə arasında baş vermiş və oğlu Nümayəndə barəsində cinayət işi həm ibtidai istintaqda olarkən və həm də məhkəmədə baxılarkən İddiaçı öz əl yazısı ilə xx.xx.2022-ci il tarixində öz əli ilə yazmışdır ki, Nümayəndə tərəfindən ona dəymiş 8000 manat məbləğində ziyan tam ödənilib. Həmin vaxt oğlu Nümayəndə həbsdə olmuşdur. Oğlu Nümayəndə həbsdə olarkən İddiaçı onu aldatdı ki, oğlun Fəridin 2000 manat borcu qalıb. O da oğlu həbsdə olduğuna görə və həbsdən azad olunması üçün inanıb yazdı ki, 2000 manat pulu 4 ay müddətinə ödəyəcəkdir. X6 Məhkəməsinin qərarı ilə həbsdən azad olunduqdan sonra, ona məlum oldu ki, onun İddiaçı borcu yoxdur və 8000 manat pulu tam ödəyib. Beləliklə, İddiaçı onu aldatdığı məlum olmuşdur. Buna görə də, oğlu Nümayəndə İddiaçılə görüşmüş və onunla birlikdə Notariat ofisinə getmişlər və İddiaçı xx.xx.2022-ci il tarixində ünvan ünvanlanmış ərizə yazaraq bildirmişdir ki, “Mən, İddiaçı bildirirəm ki, Nümayəndə tərəfindən mənə dəymiş maddi və mənəvi ziyan onun tərəfindən tam olaraq ödənilmişdir. Bununla əlaqədar Nümayəndə qarşı heç bir şikayətim, tələbim və iddiam yoxdur. Bu ərizənin məzmunu mənə məlumdur və heç bir kənar təsir olmadan mənim tərəfimdən imzalanmışdır”. Bundan başqa, Nümayəndə cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılarkən, iş üzrə zərərçəkmiş İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı Hərbi Məhkəməsinə teleqram vuraraq bildirmişdir ki, Nümayəndə ilə barışmışdır, ona qarşı hər hansı bir tələbi, şikayəti yoxdur. Növbəti məhkəmə iclasını onun iştirakı olmadan keçirilsin. Beləliklə, əgər indiyə kimi onun İddiaçı pul borcu var idisə, niyə 4-5 ay ərzində tələb etmirdi. Nə ona, nə də oğlu Fəridə zəng etmişdir. Bakı Hərbi Məhkəməsində zərərçəkmiş kimi ifadə verərkən də oğlunun ona heç bir borcunun olmadığını şifahi şəkildə və ərizə ilə təsdiq etmişdir. Lakin bütün qeyd etdiyi sənədlər və sübutlar Beyləqan Rayon Məhkəməsinə təqdim edilsə də, məhkəmə işin bu kimi əhəmiyyətli hallarına diqqət etməmiş, təqdim etdiyi sübutları araşdırmamış, ən əsası oğlu Nümayəndə barəsində Bakı Hərbi Məhkəməsində baxılmış cinayət işinin materillarını tələb etməmiş, beləliklə də, tam, hərtərəfli və obyektiv məhkəmə araşdırması prinsipini pozmuşdur. Halbuki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır (Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə 13 iyul 2009-cu il tarixli Qərarı). Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, iddiaçının tələb etdiyi pul vəsaiti tam şəkildə ödənilmişdir. Hətta bununla bununla bağlı onun barəsində həbs qətimkan tədbiri seçilərkən iddiaçı borcun tamamilə ödənilməsi ilə bağlı ərizə təqdim etmişdir. Bu fakt iş materiallarında olan sənədlərdə öz əksini tapmışdır. İddiaçı ondan 2000 manat məbləğində faiz borcunu tələb edir. Həmin faiz borcu ilə bağlı iddiaçı ilə aralarında razılaşma mövcud olmamışdır. İddiaçıya olan borcunu tamamilə ödəmiş və borcu qalmamışdır. İddiaçı əvvəlki məhkəmə iclasında bildirmişdir ki, cavabdehi 2018-ci ildən tanımışdır. Cavabdehlə yaxın münasibətləri yarandıqdan sonra ondan borca pul almış, lakin hələ də qaytarmamışdır. Belə ki o, cavabdehin qanunsuz hərəkətləri ilə bağlı müvafiq qurumlara şikayətlər ünvanladıqdan sonra cavabdeh məsuliyyətə cəlb olunmuşdur. Bundan sonra cavabdehin atası ondan xahiş etmişdir ki, cavabdehin barəsində onun qanunsuz hərəkətlərindən verdiyi şikayət ərizəsini geri götürsün və guya cavabdehin ona heç bir borcunun qalmaması barədə ərizə yazsın. Belə olan halda, atasının çıxılmaz vəziyyətini gördükdən sonra razılaşmışdır. Cavabdehin atası da bütün məsuliyyəti öz üzərinə götürmüşdür ki, o, pulun iddiaçıya ödənilməsinin məsuliyyətini öz üzərinə götürür. 2000 manat məbləğində pul vəsaitinin 4 ay ərzində hissə hissə ödənilməsi ilə bağlı razılıq əldə olunmuş, əvəzində isə iddiaçı borcun tamamilə ödənilməsinə dair ərizə yazmışdır. Ondan sonra iddiaçıdan xahiş etmişlər ki, notariat orqanında da ərizə versin. Bu zaman cavabdehin atası yazılı şəkildə iltizam təqdim edərək bildirmişdir ki, cavabdehin ona olan 2000 manat borcunu 4 ay ərzində qaytaracaqdır. İddiaçı da onların dediyinə inanmış, cavabdehin 2 azyaşlı övladına görə razılaşmışdır. Lakin onlar cavabdehi vədlərinə inandırmışlar. Hətta ona sonradan məlum olmuşdur ki, cavabdehin cəmi 1 övladı var. Onun bankdan kredit götürdüyü 8000 manat məbləğində pulu cavabdeh qaytaracağı vədi ilə almasına baxmayaraq, həmin puldan 6000 manatını qaytarsa da, 2000 manat məbləğində pulu qaytarmaqdan imtina etmişdir. Həmin hadisədən sonra ailəvi olaraq keçirdiyi mənəvi sarsıntılar onun və arvadının səhhətini daha da pisləşdirmişdir. Belə ki, hadisədən sonra o, açıq ürək əməliyyatı keçirmiş, arvadının da səhhəti pisləşmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İddiaçı hazırkı məhkəmə iclasında bildirmişdir ki, o, cavabdehin qanunsuz hərəkətləri ilə bağlı polis orqanlarına müraciət etmiş və araşdırma başlanmışdır. Fərid barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunda cavabdeh tərəf ona borc məbləğindən 6000 manatını qaytarmış və xahiş etmişdir ki, ona dəyən maddi ziyanın ödənilməsi ilə bağlı notariat orqanında ərizə yazsın. Cavabdeh tərəf onu inandırmışdır ki, qısa zaman ərzində qalan borcu da ödəyəcəkdir. Ondan bir neçə gün sonra - xx.xx.2022-ci il tarixdə notariat orqanına gedərək cavabdehin ona dəyən maddi ziyanı tam olaraq ödəməsinə dair ərizə yazmışdır. O, cavabdehin pulu qaytaracağı ümidi ilə ayın sonunu gözlədiyini bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq cavabdehə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Cavabdehin borc məbləğini ödəməməsi ilə bağlı heç bir sübutu mövcud deyildir. Lakin cavabdeh borcunu qaytaracağını vəd vermişdir. O da həmin vədlərə inanmışdır. O, 8000 manatla bağlı bildirmişdir ki, bankdan 6000 manat götürüb cavabdehə vermiş, qalan 2000 manat isə banka həmin pula görə ödəməli olduğu faiz borcudur. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Beyləqan Rayon Məhkəməsinin 2(020)- 563/2024 saylı, 02 iyul 2024-cü il tarixli qətnaməsi tam ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia tələbi rədd edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi; MM-in 21-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə; MPM-in 14-cü maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən öz tələbinin əsaslarına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Kollegiya diqqətə çatdırır hazırkı iddia tələbi İddiaçı Cavabdeh qarşı 2000 manat məbləğində pul vəsaiti barədədir. Göründüyü kimi, cavabdeh tələb edilən pul məbləğini iddiaçıya tam olaraq ödədiyini bildirmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli iltizama əsasən Cavabdeh 2000 manatı 4 ay ərzində ayda 500 manat olmaqla 2023-cü ilin fevral ayına qədər ödəməyi öhdəsinə götürmüşdür. Daha sonrakı tarixlərdə İddiaçı notariat qaydasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli **********040 nömrəli ərizəsinə əsasən Nümayəndə tərəfindən ona dəymiş maddi və mənəvi ziyan sonuncu tərəfindən tam ödənilmişdir. Bununla əlaqədar Nümayəndə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Bu ərziənin məzmunu ona məlumdur və heç bir kənar təsir olmadan onun tərəfindən imzalanmışdır. Bundan başqa, Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(093)-15/2023 saylı hökmdə olan zərərçəkmiş şəxs İddiaçı ifadəsinə əsasən Nümayəndə ona dəymiş ziyanı tamamilə ödəmiş və hazırda ona qarşı hər hansı şikayət və ya tələbi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin izahatı və işdə olan sübutların müqayisəli təhlili əsasında kifayət qədər araşdırma aparılmamış və işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilməmişdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Belə ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində hazırkı iş üzrə cavabdehin dəymiş ziyanı ona tam olaraq ödədiyi, heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir. Nəzərə alınmalıdır ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, kollegiya birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının pozulması həmin məhkəmə tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edildiyi nəticəsinə gəlməyə imkan vermir. MPM-in 217-ci madəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Göründüyü kimi, məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və eyni zamanda məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplər, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün deyildir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Beləcə, dövlət adından qəbul edilən qətnamə ehtimallar əsasında çıxarılmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmayaraq, gəlinən nəticəni işin faktiki hallarına uyğun olmamaqla qanuni və əsaslı hesab etmir. Nəhayət, kollegiya tərəflər arasında münasibətlərin hüquqi təbiətinə qiymət verərək hesab edir ki, iddiaçının yuxarıda qeyd edilən və cavabdeh tərəfindən ona mübahisəli pul vəsaitinin qaytarılmasının təsdiqinə dair ərizəsi həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi dəyərləndirilməlidir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır ("F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərcləri üzrə qeyd edir ki, İddiaçı apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh verilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(020)-563/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia rədd edilsin. İddiaçı apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh verilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1610/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1610/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver