Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1614/2024 19.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(020)-977/2024 saylı qərardadından (hakim Xatın Cabbarlı) İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq, kollegiya müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 730 manat pulun və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona müraciət edərək, Abşeron rayonu, Mehdiabad Bələdiyyəsinin 28 may 2002-ci il tarixli qərarına əsasən ona ayrılmış 0,06 ha torpaq sahəsinə çıxarış alınması üçün köməklik göstərilməsini xahiş etmişdir. Həmin torpaq sahəsinin çıxarışın alınması, yəni DƏDRX-də hüquqi qeydiyyata alınması üçün müəyyən hərəkətlər edilmiş və ödənişlər həyata keçirilmişdir. Belə ki, kadastr üçün 100 manat, eskiz layihə üçün 200 manat, vəkil üçün 400 manat və arxiv üçün 30 manat, ümumilikdə 730 manat ödəniş edilmişdir. Lakin cavabdeh qeyd olunan məbləği ödəməkdən müxtəlif bəhanələr gətirməklə yayınmışdır. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə ondan cavabdehin xeyrinə 1000 manat məbləğində pul tutulmuş olsa da, o, həmin pulun 730 manatını əmlakın sənədləşdirilməsi ilə əlaqədar xərcləmişdir, ona görə də, cavabdehə cəmi 270 manat pul verməlidir. Abşeron Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş olsa da, ona müddətin ötürüldüyü bildirilmişdir. Cavabdeh bildirmişdir ki, hal-hazırkı iddiaçının tələb etdiyi pul məbləğinə dair məsələyə onun iddiası əsasında Abşeon Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4381/2023 saylı qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Beyləqan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(020)-977/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Qərardaddan iddiaçı şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə icraata xitam verilməsi üçün əsas kimi isə Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cüil tarixli 2(012)-4381/2023 saylı qətnaməsi göstərilmişdir. Lakin həmin iş üzrə tərəflər arasında eyni tələb, eyni mübahisə olmamışdır. Belə ki, həmin iş üzrə iddiaçı, hazırkı iş üzrə isə cavabdehin tələbi işlərin görülməsi üçün ödəmiş olduğu 1000 manat pulun geri qaytarılması olmuşdur. Lakin İddiaçı həmin iş üzrə qarşılıqlı iddia verməmiş, Cavabdeh görə çəkilmiş xərclər, yəni 730 manatı tələb etməmiş və Mayıs İsgəndərovun həmin iş üzrə tələbi olmamışdır. Belə olan halda da eyni tərəflər arasında, eyni əsas və eyni tələb üzrə işə baxılması kimi qəbul edilə bilməz. Şikayətə baxılmış, Beyləqan Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 19 sentyabr 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(020)-977/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən edilir ki, hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 730 manat pulun və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instasiya məhkəməsində elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(012)-4381/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ondan aldığı 1000 manat, həmin pulun 2 il ərzində əldən çıxmış faydasına görə 190 manat və mənəvi zərərə görə 2000 manat olmaqla, cəmi 3190 (üç min yüz doxsan) manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2(012)-4381/2023 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh İddiaçı 1000 (min) manat pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamənin əsaslandırma hissəsində qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin 28 may 2002-ci il tarixli, 08№-li X5 əsasən Mehdiabad Bələdiyyəsinə məxsus olan torpaq sahəsindən 150 nəfər vətəndaşa fərdi mənzil tikintisi üçün ayrılmış torpaq sahəsindən 0,06 ha ölçüdə, 251 №-li torpaq sahəsi iddiaçının mülkiyyətinə ayrılmış, həmin torpaq sahəsinə görə Mehdiabad Bələdiyyəsinin hesabına xx.xx.2005-ci il tarixli, BYB seriyalı, 134702 №-li kassa mədaxil orderi ilə 450.000 (dörd yüz əlli min) manat məbləğində pul ödəmişdir. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş, 2006-cı ildən həmin evdə ailəsi ilə birlikdə yaşayır və bütün kommunal ödənişləri ödəmişdir. İddiaçı 2021-ci ilin fevral ayında Mehdiabad qəsəbəsində makler kimi tanıdığı cavabdeh İddiaçı yaşadığı evinin çıxarışını düzəltməyə kömək etməyi xahiş etmiş, cavabdeh iddiaçıdan ayrı-ayrı vaxtlarda ümumilikdə 1000 manat pul almış, verdiyi sözləri yerinə yetirməmişdir. Ona görə də iddiaçı cavabdehə verdiyi 1000 manat pulunu geri tələb etmiş, pulun qaytarılmadığını görən iddiaçı Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, müstəntiq Nəsimi Məhərrəmov tərəfindən 20 may 2022-ci il tarixli qərarla material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edərək bu işin mülki xarakterli olduğunu, mülki qaydada məhkəməyə müraciət etməyi bildirilmişdir. Cavabdeh İddiaçı onu aldadıb aldığı 1000 (min) manat pulu, bundan əlavə həmin pulun 2 il ərzində əldən çıxmış faydasına görə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi 1000 manatın ili 9,5 faiz olmaqla 2 ilə görə 190 manat olmaqla ona 1190 manat maddi zərər və 2000 (iki min) manat məbləğində isə mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbini qismən, 1000 (min) manat hissədə qəbul etdiyini bildirmişdir. Eyni zamanda həmin qətnamə qeyd edilmiş və hal-hazırkı iddia ərizəsinə də əlavə edilmiş -Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis, baş leytenantı X2 xx.xx.2022ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, vətəndaş Cavabdeh mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış X4 izahatında göstərmişdir ki, təxminən 10 ildir ki, makler fəaliyyəti ilə məşğul olur. Cavabdeh Mehdiabad qəsəbəsi sakini kimi tanısa da, yaxın münasibətləri olmayıb. 2021ci ilin fevral ayında Cavabdeh ona müraciət edərək yaşadığı evə çıxarış almaqda ona köməklik göstərməsini xahiş etmiş, buna görə də xx.xx.2021-ci il tarixdə notarial qaydada etibarnamə vermişdir. Bundan sonra əvvəlcə o, Cavabdeh yaşadığı evin sxemini hazırlatmış, bunun müqabilində müvafiq şəxlərə 100 manat vermişdir. Daha sonra həmin evin eskiz layihəsini hazırlatmaq üçün 180 manat pul xərcləmiş, bələdiyyə həmin torpağa çıxarış verməkdən imtina etdikdə o, Cavabdeh xərclədiyi pulu geri qaytarmağı təklif etsə də, sonuncu israrla onun prosesi sonadək davam etdirməsini xahiş etmişdir. Daha sonra o, Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmaq məqsədilə Abşeron rayon vəkil bürosunun vəkili X10 ilə 400 manat müqabilində müqavilə bağlamışdır. Lakin Sumqayıt İnzibati Məhkəməsi iddianı təmin etmədikdə Cavabdeh ondan pulunu geri tələb etmiş, Mais İsgəndərov isə ondan ümumilikdə 1000 manat pul aldığını, 730 manatını sənədlər və vəkil üçün xərclədiyini geriyə qalan 270 manatın isə onun zəhmət haqqı olduğunu bildirmişdir. Göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2(012)- 4381/2023 saylı qətnaməsi ilə tərəflər arasında əmlakın sənədləşdirilməsi ilə əlaqədar yaranmış pul tələbi ilə bağlı mübahisəyə hüquqi qiymət verilmişdir. Hal-hazırda İddiaçı sənədləşdirməyə çəkdiyi 730 manat məbləğində xərcin Cavabdeh tutulmasını tələb etmişdir ki, bu da eyni predmet barəsində, eyni əsaslarla və eyni tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olması, hazıki mülki işin icraatına xitam verilməsini zəruri etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qüvvədə olan məhkəmə qərarı vardır. Belə halda iş üzrə icraata xitam verilməlidir. İddiaçı şikayətində həmin iddianın eyni predmet və eyni tərəflər arasında olmadığını, həmin iş üzrə iddiaçı, hazırkı iş üzrə isə cavabdehin tələbinin işlərin görülməsi üçün ödəmiş olduğu 1000 manat pulun geri qaytarılması olmuşdur. Lakin İddiaçı həmin iş üzrə qarşılıqlı iddia verməmiş, Cavabdeh görə çəkilmiş xərclər, yəni 730 manatı tələb etməmiş və Mayıs İsgəndərovun həmin iş üzrə tələbi olmamışdır. Belə olan halda da eyni tərəflər arasında, eyni əsas və eyni tələb üzrə işə baxılması kimi qəbul edilə bilməz. Kollegiya qeyd edir ki, sözügedən digər iddia eyni tərəflər arasındadır. İddia tələbi başqa tələb olsa da, predmet olaraq mübahisə eyni məsələ ilə əlaqədardır. Həmin iddia məhkəmə qaldırılan zaman tərəf ümumiyyətlə bununla bağlı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edə bilərdi. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, şikayət əsassız hesab edilərək təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldi: İddiaçı şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(020)-977/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1614/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1614/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver