Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1641/2025 30.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evinin tikintisi zamanı cavabdeh tərəfindən iddiaçıya dəymiş 25000 manat maddi ziyanın indeksasiya olunaraq ödənilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: fərdi yaşayış evinin tikintisi zamanı cavabdeh tərəfindən iddiaçıya dəymiş 25000 manat maddi ziyanın indeksasiya olunaraq ödənilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması tələbi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, (Cavabdeh Cavabdeh kollegiyanın əvvəlki iclasında iştirak etmişdir). İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evinin tikintisi zamanı cavabdeh tərəfindən iddiaçıya dəymiş 25000 manat maddi ziyanın indeksasiya olunaraq ödənilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsindən (hakim. Z.Pirverdiyev) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı fərdi yaşayış evinin tikintisi zamanı cavabdeh tərəfindən iddiaçıya dəymiş 25000 manat maddi ziyanın indeksasiya olunaraq ödənilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi */*** saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mərtəbəli yaşayış evi tikmək üçün cavabdehlə danışıb razılığa gəlmişlər. Cavabdeh qonşu küçədə yerləşən yaşayış üçün tam hazır, sahəsi 195 kv.m olan ev göstərmişdir. Belə bir ev, həyətdə su hovuzu, naves, manqal otağı (isti döşəmə və sökülüb yığılan şüşə ilə) tikmək, evi istifadə üçün tam hazır açar altında təhvil vermək və həyətdə abadlıq işləri görmək üçün 100.000 manata razılaşmışlar. Evi 2022-ci ilin fevral ayına qədər yaşayış üçün tam hazır vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh 2021-ci ilin noyabr ayında tikintiyə başlamış, iddiaçı əvvəl iş gördükcə hissə-hissə pul vermişdir. Bir qədər sonra cavabdeh iddiaçının etibarını qazanmışdır. İddiaçı ümumilikdə cavabdehə 90000 manat pul vermişdir. Cavabdeh 2022-ci ilin mart ayında işi tamamlamış və iddiaçıya bu evi yaxşı qiymətə satacağı barədə vəd versə də bu vədini yerinə yetirməmişdir. Sonra iddiaçı cavabdehə nə qədər zəng vursa da nə telefonuna, nə də mesajlarına cavab verməmişdir. Evi ucuz materiallardan istifadə etməklə tikmiş, artıq qısa müddət ərzində hasar divarlarında çatlar əmələ gəlmiş, kombi, mətbəx mebeli, su hovuzunun motoru quraşdılmamış, manqal otağına isti döşəmə çəkilməmiş, şüşə quraşdırılmamış, tavanı yararsız hala düşmüş, evin ətrafına aqlay döşənməmiş, həyətdəki sanitar qovşağın tavanı düzəlməmişdir. İddiaçı ona dəymiş ziyanın ödənilməsi barədə ##.##.2022-ci il tarixində Xəzər rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin Xəzər rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı R Ruhan Adilbəylinin ##.##.2022-ci il tarixli cavab məktubunda şikayət ərizəsindəki iddiasının təmin olunmadığı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh Cavabdeh iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçının evini X2 adına 200.000 manata almışdır. Evi tikməyə iddiaçı ilə 100.000 manata razılaşmışlar, lakin iddiaçı 90.000 manat vermiş, 10.000 manatı verməmişdir. Həmin evə 100.000 manatdan çox xərc çəkmişdir. Ekspert rəyində qeyd edilənlərlə də razı deyildir, çünki həmin rəydə evə istifadə olunan materialların əksəriyyəti qeyd olunmamışdır. 6 ay orada iş görmüşdür. İddiaçı pulu ona tam şəkildə deyil, hissə-hissə vermişdir. Ustaların pulunu pensiya kartından çıxarıb vermişdir. Evi öz pulu ilə tikmişdir. İddiaçıya evi satmaq üçün 10.000 manat pulu verməsini demişdir. Lakin iddiaçı onunla razılaşmamışdır. Həmin evin həyətində ağac, qazon əkmişdir. 5-6 ay evə və həyətə baxan olmadığı üçün həyətdə əkilən ağaclar, qazon yanmışdır. Yenidən həyəti təmizlətdirmiş, evi və divarları rənglətdirmişdir. Yenə də iddiaçı ilə razılığa gələ bilməmişlər. Sonda cavabdeh iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evinin tikintisi zamanı cavabdeh tərəfindən iddiaçıya dəymiş 25000 manat maddi ziyanın indeksasiya olunaraq ödənilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə iddiası rədd edilmiş, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərcləri iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyasında birinci icraat: İmişli Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsindən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin iddiaya qarşı vermiş olduğu etirazının dəlilləri əsassız sayılmalıdır. Cavabdeh etirazında (izahatında) qeyd etmişdir ki, evi tikməyə iddiaçı ilə 100.000 manata razılaşmışlar, lakin iddiaçı 90.000 manat vermiş, 10.000 manatı verməmişdir. Həmin evə 100.000 manatdan çox xərc çəkmişdir. İlk əvvəl qeyd edilməlidir ki, iddiaçı tərəfindən 10000 manat pulun cavabdehə verilməməsi iddiaçı tərəfindən cavabdehə verilmiş 90000 manat pulun müqabilində 67307 manat dəyərində yarımçıq fərdi yaşayış evinin tikilməsinə əsas ola bilməz. Ən azından cavabdeh aldığı 90000 manat pulun qarşılığında həmin məbləğdə dəyəri olan fərdi yaşayış evi tikməli idi. Eyni zamanda mübahisəli fərdi yaşayış evinin tikilməsi üçün cavabdeh tərəfindən 100000 manat xərc çəkilməsi iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2024-cü il tarixli ekspert rəyi ilə təkzib edilir. Şirvan Apellyasiya Məhkəməsinin # #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, İmişli rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi iddianın təmin edilməyən 22.693 manat hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilmiş, cavabdeh Cavabdeh 22.693 manat pulun alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 165 manat dövlət rüsumunun yarısının 82 manat 50 qəpik cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində ekspertiza xərclərinin yarısının 75 manat iddiaçı İddiaçı, 75 manatının isə cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Kassasiya instansiyasında birinci icraat: Şirvan Apellyasiya Məhkəməsinin # #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə cavabdeh razılaşmamış və kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən (iddianın təmin edildiyi) hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək İmişli Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv olunması, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Cavabdeh qarşı İmişli Rayon Məhkəməsinə fərdi yaşayış evinin tikintisi zamanı ona vurulmuş 25.000 manat maddi ziyanın və məhkəmə xərclərinin cavabdehdən tutularaq ödənilməsi tələbi ilə iddia ərizəsi ilə müraciət etmiş, lakin İmişli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- **/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Şikayətdə göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsində bir mərtəbəli yaşayış evinin tikintisi üçün cavabdehlə razılıq əldə olunmuş, cavabdeh əvvəl tikdiyi 195 kv.m sahəsi olan yaşayış evini nümunə kimi göstərərək eyni xüsusiyyətlərə malik, həyətdə su hovuzu, manqal otağı, isti döşəmə, şüşə konstruksiyalar və digər elementlərdən ibarət yaşayış evini istifadəyə tam hazır vəziyyətdə tikib təhvil verəcəyini, tikintidən sonra abadlıq işlərini də görəcəyini öhdəsinə götürmüşdür. Tərəflər tikinti işlərinin ümumi dəyərini 100.000 manat məbləğində razılaşdırmış, cavabdeh evi 2022-ci ilin fevral ayınadək təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı tikinti işləri aparıldıqca hissə-hissə olmaqla cavabdehə ümumilikdə 90.000 manat ödəmiş, lakin tikinti başa çatdıqdan sonra evin keyfiyyətsiz materiallarla inşa edildiyini, tikinti işlərinin tam başa çatdırılmadığını müəyyən etdiyindən evi qəbul etməmişdir. Şikayətdə qeyd olunmuşdur ki, kombi, mətbəx mebeli, su hovuzunun motoru quraşdırılmamış, manqal otağına isti döşəmə çəkilməmiş, şüşələr quraşdırılmamış, tavan yararsız vəziyyətdə qalmış, evin ətrafına aqlay döşənməmiş, həyətdəki sanitar qovşağın tavanı düzəldilməmiş, sonradan isə keyfiyyətsiz tikinti materiallarından istifadə edilməsi səbəbindən hörgü divarlarında çatlar əmələ gəlmişdir. Cavabdeh əvvəlcə çatışmazlıqları aradan qaldıracağını bildirsə də, sonradan telefon zənglərinə cavab verməmiş, görüşməkdən yayınmış, bununla əlaqədar iddiaçı ##.##.2022-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinə müraciət etmiş, araşdırmanın nəticəsində mübahisənin mülki-hüquqi xarakter daşıdığı göstərilərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Şikayətçi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (atası) Nümayəndə apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdehin gördüyü bəzi işlər qüsurlu olmuşdur. Belə ki, hasar divarında çatlar yaranmış, manqal otağının döşəməsi yararsız olmuş, həyətdəki sanitar qovşağın tavanı düzəldilməmiş, kombi, mətbəx mebeli, su hovuzunun motoru quraşdırılmamışdır, manqal otağına isti döşəmə vurulmamış, evin ətrafına aqlay döşənməmişdir. Həmçinin göstərmişdir ki, evin tikilməsi üçün cavabdehlə 100.000 manata razılaşmış, lakin cavabdeh yarımçıq və keyfiyyətsiz iş görüdüyü üçün 100 000 deyil, cəmi 90.000 manat pul vermiş, 10.000 manatını verməmişdir. Həmçinin qeyd etmişdir ki, cavabdehin evi sata bilcəyini ona demiş, lakin sonra bundan boyun qaçırmışdır. Belə ki, İmişli rayon məhkəməsinin iclası zamanı cavabdeh evi 180000 manat sata bilcəyini ona demişdir. Lakin o cavabdehə evi 200 000 manat satmasını təklif etmişdir. Qeyd etmişdir ki, əgər cavabdeh onun evini 200 000 manata satıb pulunu ona vermiş olsa idi o cavabdehə qarşı sözügedən iddianı qaldırmış olmazdı. O, xərc çəkərək evə kombi çəkdirmiş, divarda olan çatları təmir etdirmişdir. Lakin o, hazırda evi ##.##.2024-cü il tarixdə 197 000 manata satmış və ev hazırda başqa şəxsin mülkiyyətindədir. Hesab edir ki, cavabdeh ona 25000 manat maddi ziyan vurmuşdur. Kollegiyanın əvvəlki iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Cavabdeh bildirmişdir ki, evin tikilməsi üçün iddiaçı ilə 100000 manata razılaşmışlar. İddiaçı ona 90000 manat pul vermiş, lakin 10000 manatını vermədiyindən evə mətbəx mebelini, su nasosunu və sairəni quraşdırmamışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o sonuncu apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən (iddianın təmin edildiyi) hissədə ləğv edilmiş və həmin hissədə baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddianın ləğv edildiyi hissəsində yохlanılmasını düzgün hеsab еdir. İddianın təmin edilməyən hissəsi, yəni maddi ziyanın indeksasiya olunaraq ödənilməsi hissəsində isə qətnamə qüvvədə saxlanıldığından həmin hissədə yoxlanılmasına zərurət yoxdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Maddə 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, İmişli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi işin faktiki hallarının natamam araşdırılması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi səbəbindən ləğv edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarında olan; Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2024-cü il tarixli ekspertiza rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərclərin məbləği bazar qiymətlərinə uyğun olaraq 67307 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2024-cü il tarixli rəyinə əsasən tədqiqat hissəsindən göstərilənlərə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən) müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən 25000 manat pul məbləğinin ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixinədək 12.9% inflyasiya faiz dərəcəsi nəzərə alınmaqla qeyd edilən 25000,0 manatın indeksasiya məbləği 3225,0 manat (25000x12.9%) məbləğində müəyyən edilir. Ümumilikdə 28.225,0 manat. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarının göstərişləri və apellyasiya şikayətinin dəlililərinin araşdırılması ilə əlaqədar iş üzrə qiymətləndirmə təyin edilmiş və müvafiq rəy əldə edilərək işə əlavə edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-cı il tarixli, **/E nömrəli Qiymətləndirmə hesabatında çatışmazlıqların dəyəri 18 063 (on səkkiz min altmış üç) azn, iş üçün əhəmiyyətli halların dəyəri isə 14 013.50 azn (on dörd min on üç manat əlli qəpik) olması kimi qeyd edilmişdir. Göründüyü kimi iddia təmin edilməmiş, qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, cavabdeh öhdəliyi yerinə yetirmədiyi üçün əvvəl cavabdehin qanuna zidd əməlləri barədə Xəzər rayon Polis İdarəsinə şikayət etmiş, Polis İdarəsində araşdırma aparılmış və mübahisə mülki xarakterli olduğu üçün mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. O, sübut kimi Xəzər rayon Polis İdarəsinin qərarını və vurulmuş zərərin müəyyən olunması məqsədilə tikintinin çəkilmiş videosunu məhkəməyə təqdim etmişdir. Qeyd etmək istəyir ki, təhqiqatçı tərəfindən material üzrə araşdırma aparılarkən izahatında cavabdeh qeyd etmişdir ki, ondan tikinti işləri üçün 90000 manat pul almışdır, aldığı pulun guya 77000 manatını evin tikintisinə, 13000 manatını isə əlavə tikililərə xərcləmişdir. Cavabdeh etiraf etmişdir ki, ondan iddiada qeyd etdiyi tələb üzrə tikinti işlərinin aparılması üçün 90000 manat almışdır. Digər tərəfdən məhkəmə tikinti texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspert Mərkəzinin iş üzrə ekspert rəyində (##.##.2024-cü il tarixli 3- **-**/***/*** saylı) qeyd olunur ki, Xəzər rayonu Mərdəkan qəsəbəsi */*** saylı sahədə yerləşən 0,6 HA torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərclərin məbləği 67307 manat təşkil edir. Göründüyü kimi cavabdeh ondan 90.000 manat aldığı halda tikinti işlərinə 67307,00 manat xərcləmişdir. Məhkəmə qeyd etdiyi faktlara hüquqi qiymət verməmiş, iş üçün əhəmiyyətli halları araşdırmamışdır. Digər tərəfdən məhkəmə mübahisə predmetinə yerli baxış keçirməmiş, faktları yerindəmüəyyənləşdirməmişdir. Baxmayaraq ki, məhkəmə qətnaməsində də qeyd edir ki, (14-cü bənd) həqiqətən işlər qüsurlu görülmüşdür. Kollegiya apellyasiya şikayətlərinin dəlilləri üzrə aşağıdakıları qeyd edir.
1. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Xəzər rayonu, Mərdəkan qəsəbəsi */*** saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mərtəbəli yaşayış evi tikmək üçün cavabdehlə danışıb razılığa gəlmişlər. Cavabdehlə evin tikintisi üçün 100000 manata razılaşmışlar. Cavabdeh evi 2022-ci ilin fevral ayına qədər yaşayış üçün tam hazır vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh 2021-ci ilin noyabr ayında tikintiyə başlamış, iddiaçı isə iş görüldükcə hissə-hissə olmaqla cavabdehə pul vermişdir. Bir qədər sonra cavabdeh iddiaçının etibarını qazanmışdır. İddiaçı ümumilikdə cavabdehə 90000 manat pul vermişdir. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ona görə də cavabdeh tərəfindən iddiaçıya dəymiş 25000 manat maddi ziyanın indeksasiya olunaraq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında podrat münasibətləri olmuş, həmin münasibətlərə əsasən cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahənin bir hissəsində iddiaçıya məxsus 0,06 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi tikməyi və iddiaçıya təhvil verməyi, iddiaçı isə razılaşdırılmış 100.000 manat muzdu ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh fərdi yaşayış evini tikib iddiaçıya təhvil vermişdir. Podratın nəticəsində qüsurlar olduqda, onların aradan qaldırılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763-cü maddəsində öz əksini tapmışdır. Maddənin məzmunundan göründüyü kimi, məmulatın qüsuru podratçının hesabına aradan qaldırılır. Belə ki, məmulatda qüsur müəyyən edən sifarişçi onun aradan qaldırılması üçün podratçı tərəfindən əlavə icra tələb edə bilər. Əlavə icranın predmetini podratçı tərəfindən qüsurların aradan qaldırılması təşkil edir.
3. İş materialları və eyni zamanda tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdeh mübahisəli fərdi yaşayış evini 2022-ci ilin fevral ayına kimi tikib hazır təhvil verməli idi. Ancaq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək evi təhvil verməmiş, iddiaçının müraciətlərinə cavab vermədiyi üçün iddiaçı Xəzər Rayon Polis İdarəsinə müraciət etmişdir. Yəni, birinci instansiya məhkəməsinin iddiaçının cavabdehdən əlavə icra tələb etməməsi və bununla bağlı müəyyən vaxt verməməsi barədə gəldiyi nəticə əsassız olmuşdur.
4. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı podratçıya ümumilikdə 90.000 manat ödəmiş, qalan 10.000 manat isə tikinti işlərinin müqavilə şərtlərinə uyğun icra edilməməsi səbəbindən ödənilməmişdir. Bu hal həm tərəflərin izahatları, həm də iş materialları ilə təsdiq olunur.
5. Birinci instansiya məhkəməsi iddiaçının podratçıya əlavə icra üçün ayrıca müddət verməməsinə istinad etməklə iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Halbuki iş materiallarından görünür ki, tərəflər arasında mübahisə təkcə aradan qaldırıla bilən qüsurlarla deyil, həm də ümumiyyətlə yerinə yetirilməmiş işlər və müqavilədə nəzərdə tutulmuş xüsusiyyətlərə malik olmayan tikinti nəticəsi ilə bağlı olmuşdur. Buna görə də məhkəmə mübahisənin mahiyyətini yalnız Mülki Məcəllənin 763-cü maddəsi mövqeyindən deyil, podrat müqaviləsinin lazımi qaydada icra edilməməsinin nəticələri baxımından da qiymətləndirməli idi.
6. Apellyasiya baxışı zamanı əldə edilmiş ##.##.2026-cı il tarixli, **/E nömrəli qiymətləndirmə hesabatında yaşayış evində mövcud tikinti qüsurlarının və çatışmazlıqların aradan qaldırılması üçün tələb olunan xərc 18.063 manat, iş üzrə əhəmiyyət kəsb edən digər tamamlanmamış və ya müqavilə şərtlərinə uyğun yerinə yetirilməmiş işlərin dəyəri isə 14.013,50 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, podrat müqaviləsinin lazımi qaydada icra edilməməsi nəticəsində sifarişçiyə dəymiş ümumi əmlak zərəri 32.076,50 manat təşkil edir.
7. Lakin kollegiya hesab edir ki, zərərin məbləği müəyyən edilərkən tərəflərin qarşılıqlı öhdəlikləri də nəzərə alınmalıdır. Belə ki, podrat müqaviləsinin ümumi dəyəri 100.000 manat olduğu halda iddiaçı tərəfindən cavabdehə yalnız 90.000 manat ödənilmiş, qalan 10.000 manat pul məbləği isə ödənilməmişdir. Buna görə də, sifarişçinin faktiki məruz qaldığı zərərin hesablanması zamanı bu məbləğin ümumi zərərdən çıxılması daha məqsədəuyğundur. Belə olduqda tutulmalı maddi zərərin məbləği 22.076,50 manat təşkil edir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarında da vurğulanmışdır ki, podrat müqaviləsindən irəli gələn mübahisələrdə məhkəmə tikinti nəticəsinin müqavilə şərtlərinə uyğun olub-olmamasını, qüsurların xarakterini, onların aradan qaldırılması üçün tələb olunan xərcləri və tərəflərin qarşılıqlı öhdəliklərinin icra vəziyyətini birlikdə qiymətləndirməli, yalnız bundan sonra sifarişçiyə dəymiş real zərərin məbləğini müəyyən etməlidir.
9. Həmin qərarın 46-cı bəndində göstərilmişdir ki, "Bundan əlavə tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə işin görülərək 2022-ci ilin mart ayında təhvil verildiyi işin mübahisəsiz halı olduğu halda (iddia ərizəsində qeyd edilmiş və izahatlarla təsdiq edilmiş) apelyasiya instansiyası məhkəməsi qətnamədə işin təhvil verilmədiyini qeyd edir ki, bu da qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olduğuna dair 217.3-cü maddəsinin tələbinə ziddir."
10. Hazırkı iş üzrə də müəyyən edilir ki, tərəflər arasında mübahisə yaşayış evinin ümumiyyətlə təhvil verilməməsi ilə bağlı olmamışdır. Mübahisəsiz haldır ki, tikili sifarişçiyə təhvil verilmiş, lakin podrat müqaviləsində razılaşdırılmış keyfiyyət göstəricilərinə uyğun icra edilməmiş, bir sıra işlər ümumiyyətlə yerinə yetirilməmiş, görülmüş işlər isə qüsurlu olmuşdur. Buna görə də mübahisə podrat nəticəsinin təhvil verilməsi deyil, onun müqaviləyə uyğun olmaması ilə bağlıdır.
11. Həmin qərarın 47-ci bəndində vurğulanmışdır ki, "Məhkəmə nəzərə almamışdır ki, hazırkı halda tərəflər arasında mübahisə podratın nəticəsinin təhvil verilməməsi ilə bağlı deyil, qüsurlu təhvil verilməsi ilə bağlı olmuşdur. İddia ərizəsində öhdəliyin podratçı tərəfindən lazımı qaydada icra edilməməsi aşağıdakı kimi əsaslandırılmışdır: görülmüş işlərdə mövcud olan qüsurlar (hasar divarında çatların olması, manqal otağının döşəməsinin yararsız olması, həyətdəki sanitar qovşağın tavanının düzəldilməməsi) və razılaşdırıldığı halda görülməmiş işlər (kombi, mətbəx mebeli, su hovuzunun motorunun quraşdırılmaması, manqal otağına isti döşəmə vurulmaması, evin ətrafına aqlay döşənməməsi)." Hazırkı iş üzrə keçirilmiş **/E saylı qiymətləndirmə hesabatı da həmin hüquqi mövqeyi təsdiq edir. Hesabatda tikilidə mövcud çatışmazlıqların aradan qaldırılması üçün 18.063 manat, iş üçün əhəmiyyətli digər tamamlanmamış işlərin dəyərinin isə 14.013,50 manat təşkil etdiyi müəyyən edilmişdir.
12. Həmin qərarın 48-ci bəndində göstərilmişdir ki, "Eyni zamanda görülmüş işlərin razılaşdırılmış bazar dəyəri ilə bağlı tərəflər arasında mübahisə olmadığından məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilərkən podratçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin orta bazar dəyərinin müəyyənləşdirilməsinə zərurət olmamışdır. Mübahisənin həlli üçün ekspertiza qarşısında qoyulmuş ikinci və üçüncü sualların (görülmüş işlərdə iddia edilən çatışmamazlıqlar varmı, onların aradan qaldırılması üçün nə qədər vəsait tələb olunur) cavablandırılması zəruri olmuş, üçüncü sual ekspert tərəfindən natamam cavablandırıldığı (görülmüş işlərdəki qüsurların aradan qaldırılması üçün nə qədər vəsait tələb olunduğu qeyd edilmədiyi) halda apelyasiya instansiyası məhkəməsi qeyd edilən ekspert rəyi əsasında mübahisəni həll etmişdir. Halbuki MPM-nin 102.1-ci maddəsində ekspert rəyi tam olmadıqda məhkəmənin əlavə ekspertiza təyin etmək səlahiyyəti nəzərdə tutulmuşdur." Məhz Ali Məhkəmənin bu göstərişi nəzərə alınaraq hazırkı apellyasiya baxışı zamanı əlavə qiymətləndirmə aparılmış, əvvəlki ekspertiza və qiymətləndirmələrdə tədqiq edilməmiş məsələlər tam araşdırılmış və ##.##.2026-cı il tarixli, **/E nömrəli qiymətləndirmə hesabatı ilə çatışmazlıqların dəyəri və iş üçün əhəmiyyətli digər işlərin dəyəri ayrıca müəyyən edilmişdir.
13. Həmin qərarın 50-ci bəndində isə qeyd edilmişdir ki, "İşdən görünür ki, cavabdeh məhkəmə iclaslarında iddianı qəbul etməmiş, işlərdə qüsur olmadığını, işdəki ifadəsində razılaşdırılmış məbləğdən 10.000 manat ödənilmədiyi üçün yalnız kombi və hovuzun motorunun quraşdırılmadığını bildirmişdir. Belə olan halda MPM-nin 77.1-ci maddəsinə cavabdehin qəbul etmədiyi müqavilə şərtlərini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən yalnız bu hallar iddiaçı tərəfindən sübut edildikdən sonra podratçıya ödənilmiş muzdun hansı məbləğdə azalmalı olduğunu müəyyənləşdirmək üçün (MM-nin 766-cı maddəsinə əsasən) ekspertiza təyin edilməsi müzakirə edilə bilərdi." Hazırkı iş üzrə həmin sübutetmə vəzifəsi yerinə yetirilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sübutlar və apellyasiya instansiyasında aparılmış qiymətləndirmə nəticəsində podratçı tərəfindən görülməmiş və qüsurlu görülmüş işlərin ümumi dəyərinin 32.076,50 manat olduğu müəyyən edilmişdir. Bununla yanaşı, tərəflər arasında razılaşdırılmış 100.000 manat məbləğin 90.000 manatı ödənilmiş, 10.000 manatı isə ödənilməmiş qalmışdır. Buna görə də podratçıya ödənilməmiş 10.000 manat ümumi zərər məbləğindən çıxılmalı və nəticə etibarilə cavabdehdən iddiaçının xeyrinə 22.076,50 manat maddi zərər tutulmalıdır.
14. Belə olan halda kollegiya hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə podrat müqaviləsinin lazımi qaydada icra edilməməsi nəticəsində vurulmuş 22.076,50 (iyirmi iki min yetmiş altı manat əlli qəpik) məbləğində maddi zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
15. Kollegiya həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən (iddianın təmin edildiyi) hissədə ləğv edilmiş və həmin hissədə baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın ləğv edilən hissəsində yохlanılmasını düzgün hеsab еdir. İddianın təmin edilməyən hissəsi, yəni maddi ziyanın indeksasiya olunaraq ödənilməsi hissəsində qətnamə qüvvədə saxlanıldığından həmin hissənin yoxlanılmasına zərurət yoxdur. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu təmin edilmiş tələbin həcminə uyğun olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Mülki və Kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.2-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə podrat müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində vurulmuş 22.076,50 (iyirmi iki min yetmiş altı manat, əlli qəpik) məbləğində maddi zərər tutulsun. İddia mübahisəli qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 156.23 manat hissəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 78.11 manat hissəsi cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin, qalan hissəsi isə iddiaçının özünə aid edilsin. İddiaçı tərəfindən ödənilmiş qiymətləndirmə xərci olan 500 manat pul məbləğinin 441.53 manat hissəsi cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin, qalan hissəsi isə iddiaçının özünə aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində ekspertiza xərclərinin 132.46 manat hissəsi Cavabdeh, qalan 17.54 manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X5, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BİK: CTREAZ22, AZ**CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.