Məhkəmə qərarları › İş №2(106)-1643/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1643/2024

17.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1643/2024 17.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və X3 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 iştirakı ilə, İddiaçı Lənkəran rayon Vilvan Bələdiyyəsinin Cavabdeh qarşı «zəbt olunmuş ümumi gediş-gəliş yolunun zəbtdən azad edilməsi və həmin yolun açılması» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(049)-1693/2023 saylı qətnaməsindən (hakim Rəşad Məmmədov) Cavabdeh və qətnamə hüquq və maraqlarına toxunan şəxs X4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı Lənkəran rayon Vilvan Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi Vilvan Bələdiyyəsinin nəzarətində olan ümumi istifadədə olmaqla gediş-gəliş üçün nəzərdə tutulmuş yolun zəbtdən azad edilməsi və həmin gedişgəliş yolunun boşadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayon Vilvan Bələdiyyəsinin yurisdiksiyasına daxil olan Lənkəran rayonu Vilvan kənd sakini X2 rayon Vilvan Bələdiyyəsinə müraciət edərək Lənkəran rayon Aqrar İslahat Komissiyası tərəfindən ona verilmiş paybəlli torpaq sahəsinə gedən yolu həmin kəndin digər sakini Cavabdeh zəbt etdiyi üçün onlar öz paybəlli torpaq sahəsinə gedib gəlməklə həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmədiklərini və həmin yol ümumi istifadə üçün nəzərdə tutulduğuna görə bələdiyyənin nəzarətində olması səbəbindən gediş gəliş yolunun açılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra həm müraciət etmiş sakinlərlə, həm də gediş gəliş yolunu zəbt edən sakinlə görüş keçirilərək müvafiq prafilaktik söhbətlər aparılmış və müvafiq araşdırma aparılmasından ötrü Bələdiyyə sədri, bələdiyyə üzvü, Vilvan kənd icra nümayəndəsinin və kənd sakinlərinin iştirakı ilə həmin əraziyə baxış keçirilmiş və məlum olmuşdur ki, adı qeyd olunan cavabdeh bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadədə olmaqla gediş əgliş yolu üçün nəzərdə tutulmuş yolu zəbt etməklə orada müxtəlif növ ağaclar əkməsi və həmin yolu hasara çəkərək zəbt etməsi müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib edilərək orada iştirak edənlər tərəfindən imzalanmışdır. Bundan sonra yenə də cavabdehə həmin yolun könüllü surətdə açılması təklif edilsə də cavabdehlər zəbt etdikləri gediş gəliş yolunu könüllü qaydada buraxmaqdan imtina etdiklərinə görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Birinci instansiya məhkəməsində iddiaçı Lənkəran rayon Vilvan Bələdiyyəsinin sədri X7 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(049)-1693/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Lənkəran rayonu, Vilvan bələdiyyəsinin gedişgəliş yolu kimi iddia etdiyi 0,015 ha torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsindən azad edilməsi və həmin gediş gəliş yolu hesab edilən torpaq sahəsinin boşaldılması, iş üzrə ekspertiza xərci təşkil edən 50 manatın Cavabdeh aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh və qətnamə hüquq və maraqlarına toxunan şəxs X4 ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş üzrə əlavə ekspertiza keçirilməsini birinci instansiya məhkəməsindən xahiş etsə də, ekspertiza keçirilməmişdir. Ekspert rəyi əsassızdır. Buna görə də, qətnaməni əsassız hesab edir. Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, torpaq sahəsinə dair adına çıxarış almışdır. Lakin bunu nəzərə almayan məhkəmə, torpaq sahəsinin ona məxsus olmasına baxmayaraq, İddiaçı cavabdeh olaraq qardaşı Cavabdeh qeyd etmiş, məhkəmə də, işi araşdırmadığı üçün qeyd olunan tələbə uyğun qətnamə qəbul etmişdir. Kollegiyanın iclasında iştirak etmiş üçüncü şəxs X13 apellyasiya şikayətlərinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı, cavabdeh və qətnamə hüquq və maraqlarına toxunan şəxs X4 apellyasiya baxışında iştirak etməmişdir. Məhkəməyə X8 teleqram göndərərək, məhkəmə iclasında həyat yoldaşı Cavabdeh səhhətilə əlaqədar Rusiya Federasiyasına getdiyi üçün iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə məlumat verilmiş, lakin gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəni, üçüncü şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmçinin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya nstansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Müəyyən edilir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi İddiaçı sədri X10 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Hazırkı halda İddiaçı tərəfindən verilmiş iddia ərizəsini İddiaçı sədri X7 imzalasa da, iddia ərizəsinə Bələdiyyənin sədrinə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsinə dair Bələdiyyənin ümumi yığıncağının qərarı əlavə edilməmişdir. Qeyd edilənlərə əsasən də, belə nəticəyə gəlmək olar ki, iddia ərizəsi hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Göründüyü kimi İddiaçı hazırkı işdə cavabdehə qarşı məhkəməyə müraciət etməmişdən əvvəl bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələni bələdiyyə üzvlərinin ümumi yığıncağında müazkirə etməmiş və yığıncağın müvafiq qərarı qəbul edilmədən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Beləliklə, iddia ərizəsi hüququ olmayan şəxs tərəfindən imzalandığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Bununla yanaşı, kollegiya izah edir ki, hazırkı qətnamənin ləğv edilməsi iddiaçının ümumi əsaslarla iddia vermək hüququnu istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 365, 259.0.3 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh və qətnamə hüquq və maraqlarına toxunan şəxs X4 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(049)-1693/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Lənkəran rayon Vilvan Bələdiyyəsinin Cavabdeh qarşı «zəbt olunmuş ümumi gediş-gəliş yolunun zəbtdən azad edilməsi və həmin yolun açılması» tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kasssasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar