Məhkəmə qərarları › İş №2(106)-1644/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1644/2024

25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1644/2024 25.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(020)-596/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 noyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onlara məxsus 160 baş keçiyə, 204 baş qoyuna, 4 baş inəyə və 1 baş danaya görə heyvanların dəyəri olan cəmi 73.730 manat, heyvanların qiymətləndirilməsinə görə ödənilmiş 185 manat və dövlət rüsumuna görə ödənilmiş 321 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhəkəmə iclasında izahat verən iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkalətli nünayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi və izahatında göstərdi ki, iddiaçıların mərhum ataları X1 məxsus Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində 14,5 hektar torpaq sahəsi olmuş, atanın sağlığında həmin yerdə fermer təsərrüfatı yaradaraq mal-qara və qoyun saxlamışdır. Cavabdeh da həmin fermaya yaxın, Beyləqan rayonu, Xaçınabad kəndi ərazisində yerləşən idarə binasında yaşamışdır. İddiaçılar Səbaili qardaşları Arifin vasitəsi ilə tanımışlar. İddiaçılar atalarının yaratdığı təsərrüfatın dağılması üçün 2020-ci ilin yay aylarında heyvan alıb saxlamaq qərarına gəlmişlər. Həmin günə fermada 92 baş keçi, 8 baş qoyun olmuşdur. 31 avqust 2020-ci il tarixdə iddiaçıların qardaşı Arif onlara Səbailin keçi satdığını söyləmiş, bundan sonra iddiaçılar Ariflə birlikdə Səbailin olduğu yerə getmişlər. Həmin vaxt Səbaildən 8 baş keçi və 2 baş qoyun almışlar. Bundan sonra fermada 100 baş keçi və 10 baş qoyun olmuşdur. İddiaçılar ferma sahəsində əkin altında olan torpaq sahəsinin suvarılması üçün suçu axtararkən Səbail özünün suçu olduğunu və torpaq sahəsini suvaracağını bildirmişdir. 2020-ci ilin noyabr ayında İddiaçı1 və qohumu İddiaçı2 ilə ibrlikdə kredit götürüb heyvan alıb həmin fermada saxlamaq qərarına gəlmiş və bu barədə Səbailə demişlər. Səbail çoban gələ biləcəyini, çoban işləməsinə görə alacağı əmək haqqı ilə maraqlanmış, Səbailə əmək haqqı verə bilməyəcəyini, çoban işləyəcəyi halda onu da üçüncü şərik edə biləcəyini demişdir. Bundan sonra Səbail onunla razılaşdığına görə fermada olan 100 baş keçini, 10 baş qoyunu götürüb öz fermasına apararaq orada saxlamışdır. İlham 2020-ci ilin dekabr ayında heyvan almaqdan ötrü “Access" bankdan 20.000 manat pul götürüb həmin pula birinci dəfəyə 77 baş qoyun 14 baş quzu və ikinci dəfəyə isə 5 baş keçi, 6 baş çəpiş almışlar. 2022-ci ilin aprel ayının axırına Səbailin öhdəsində 160 baş keçi, 204 baş qoyun, 4 inək və 1 baş dana olmuşdur. 04 may 2022-ci il tarixdə İlhamın götürdüyü krediti bağlamaq üçün fermada olan quzu və keçilərdən satıb krediti bağlamaq üçün Beyləqan rayonuna gəlmiş Səbaildən heyvanları gətirməsini xahiş etmişdir. Səbail heyvanları gətirəcəyini deyib qonşu fermaya getmiş, lakin heyvanları gətirməmişdir. İddiaçı1 Səbailin arxasınca getmiş, orada Səbail heyvanların hamısını satıb pulunu xərclədiyini və ona veriləcək heç pulunun olmadığını demişdir. Bununla bağlı İddiaçı1 Beyləqan rayon Polis şöbəsinə ərizə vermiş, ərizə Beyləqan rayon prokurorluğuna göndərilmişdir. Beyləqan rayon prokurorluğunun 27 oktyabr 2022-ci il tarixli, qərarı ilə ərizə əsasında toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 322-ci maddəsi üzrə araşdırmanın davam etdirilməsi üçün material ayrılıb göndərilmişdir. Beyləqan rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqinin 25 noyabr 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Hər iki material üzrə Cavabdeh fermada qoyun, keçiləri şərikinə birlikdə saxladığını, 2021-ci ilin yanvar, fevral, mart aylarında hər ay 350 manat, 2021ci ilin aprel ayından 2022-ci ilin aprel ayının sonuna kimi 950 manatdan İlhama krediti bağlamaq üçün pul verdiyini göstərmişdir. Bundan sonra iddiaçılar məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. Səbail özü də heyvanlarının bir qismini 6.950 manata satdığını, pulu əmək haqqı hesabına götürdüyünü etiraf etmişdir. Lakin onların arasında əmək haqqı söhbəti olmamış, qazancı 3 yerə bölməyə razılaşmışlar. Ona görə də Cavabdeh onlara məxsus 160 baş keçiyə, 204 baş qoyuna, 4 baş inəyə və 1 baş danaya görə heyvanlarının dəyəri olan cəmi 73.730 manat, heyvanların qiymətləndirilməsinə görə ödənilmiş 185 manatın, dövlət rüsumuna görə ödənilmiş 321 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh vəkalətli nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etmədi və izahatında göstərdi ki, Cavabdeh ona deməsinə görə təxminən 2020-ci ilin avqust ayının sonlarında səbail özünə məxsus keçiləri satan zaman Sabir və qardaşı Arif gələrək keçi almaq istədiklərini bildirmişlər və Sabir ondan 8 baş keçi və 2 baş qoyun almışdır. Həmin vaxt heyvanları neçəyə satdığını dəqiq xatırlamır. Təxminən bir iki ay sonra yolda Sabirlə qarşılaşmış, Sabir torpaq sahəsinin suvarılması üçün suçu axtardığını demiş, o da öz köməyini təklif etmişdir. O, Sabirin 2 hektar torpaq sahəsini suvarmış, bundan sonra təxminən 2020-ci ilin noyabr ayında Sabir ona çoban axtardığını demiş, o da Sabirdən çobana nə qədər əmək haqqı verə biləcəyini soruşmuş, Sabir ona 350 manat əmək haqqı verəcəyini demişdir. O, Sabirə çobanlarla maraqlanacağını, gəlmək istəyən olsa, ona deyəcəyini bildirmiş, bir neçə gün sonra o, Sabirə çobanların daha çox əmək haqqı istədiklərini demiş, Sabir isə daha çox əmək haqqı verməyəcəyini bildirərək, onun heyvanlarını saxlamasını, əldə edəcəkləri qazanca onun da şərik olacağını demişdir. O, Sabirdən nə qədər heyvanının olduğunu soruşduqda Sabir 100 baş keçisinin, 2 baş qoyununun və 8 baş quzusunun olduğunu demiş, o isə Sabirə həmin keçiləri sataraq qoyun almasını təklif etmişdir. Bundan sonra Sabir bir neçə tanımadığı alverçiləri çağırmış, ancaq onlar keçiləri almamışlar. Sabir həmin heyvanları saxlamasını təklif etmiş, o isə Sabirə onun fermasında yaxşı şərait olmadığını, qarşıdan qış fəsli gəldiyini, heyvanları özü qaldığı fermaya aparmağı təklif etmişdir. Sabir də onunla razılaşmış və o, həmin heyvanları götürüb öz fermasına apararaq təxminən 20 gün orada saxladıqdan sonra Sabirin fermasında şəraiti yaxşılaşdırıb yenidən ora gətirmişdir. Dekabr ayında Sabir qaynı İlhamın əlində pulu olduğunu, onun pulu ilə də qoyun alıb saxlamağı, əldə olunan qazancı üçünün arasında böləcəyini demiş, o isə Sabirə heyvan aldıqdan sonra heyvanları otarmağa yaxşı yerlərinin az olacağını, əlavə yer alarsa, saxlaya biləcəyini demişdir. Sabir də ona ot və yem alacağını bildirmişdir. Bundan sonra o, Sabirlə birlikdə Beyləqan rayonu, Kəbirli kənd sakini Bakirin oğlu Aslandan 64 baş qoyun, iki qoç və 14 baş quzu almış, bunun müqabilində Aslana ümumilikdə 16500 manat pul vermişlər. Sabir həmin pulun 12500 manatını əvvəlcədən vermiş, qalan 4000 manatı isə Aslana çatdırması üçün sonradan ona vermişdir. O da öz növbəsində həmin pulu Aslana çatdırmışdır. Bundan sonra o, əlavə olaraq bazardan tanımadığı şəxsdən 150 manatdan 10 baş qoyun almış, yol pulu ilə birlikdə Səbail ona 1600 manat pul vermişdir. Sonra isə Sabirlə birlikdə bazardan 170 manata bir baş qoyun almışlar. Bundan sonra o, 100 baş keçini, 85 baş qoyunu, 2 baş qoçu və 14 baş quzunu əvvəlcə Sabirin fermasında, sonra isə öz qaldığı fermada saxlamağa başlamışdır. Daha sonra Sabir İlhamın 18.000 manat kredit götürüb onlara verdiyini və aybaay həmin krediti ödəyəcəklərini demişdir. Cavabdeh İlhamın əvvəlcədən pul götürməsi və şərik olmaları barədə heç bir məlumatı olmamışdır. Səbailə bu barədə Sabir məlumat vermişdir. Sabir kreditin ilk üç ayı 350 manatdan, növbəti ayları isə 950 manatdan ödəməli olduqlarını bildirmiş, o da razılaşmışdır. 2021-ci ilin yanvar, fevral və mart ayında hər ay 350 manat. 2021-ci ilin aprel ayından 2022-ci ilin aprel ayının sonuna kimi hər ay 950 manat pulu Sabirə vermiş, Sabir isə həmin pulları kreditə ödədiyini bildirmişdir. O, ümumilikdə Sabirə kreditə ödəməsi üçün 13.400 manat pul vermiş, həmin pulları hər ayın 22-i və ya 23-fı Sabirə verirmişdir. Sabir çox vaxt fermada onun yanında olmuş, fermada olanda pulu Sabirin özünə vermiş, Bakı şəhərində olanda isə onun dediyi hesab kartlarına göndərmişdir. Həmin hesab kartlarının nömrələri hazırda yadında qalmamış, ödəniş çeklərini isə Sabirin özünə vermişdir. Bir dəfə İlhamın özünə 950 manatı poçtla, bir dəfə isə İlhamın özünə şəxsən vermişdir. Ancaq hansı ayda göndərdiyini xatırlamır. Həmin ödənişin bir ayını isə Sabirin qardaşı Arifə vermiş, Arif həmin pulu Sabirə göndərmişdir. O, həmin pulları Sabirlə birlikdə saxladığı qoyunlardan satıb vermişdir. Həmin qoyunları Tacəddin, Şaban, Məhərrəm adlı şəxslərin avtomobilləri ilə aparıb Beyləqan rayon mal bazarında ayrı-ayrı şəxslərə satmış, bir neçə dəfə isə fermaya gələn alverçilərə satmışdır. Qoyun satdığı şəxslərin kim olmasını xatırlamır, onlar müxtəlif yerlərdən gələn alverçilər olmuşlar. O, nə qədər qoyun satdığını da xatırlamır. Bundan başqa həmin qoyunun 13 başını Məhərrəm adlı taksi şoferi ilə birlikdə ayrı-ayrı vaxtlarda Sabirin Beyləqan rayonunda yerləşən ata evinə gətirib özünə vermiş, həmin qoyunlardan 3 başı xəstəlikdən, bir başı isə zəhərlənərək ölmüşdür. Bundan başqa, qoyunların 4 başını bazarda satıb qonşuluqda yaşayan Dilarədən 2 ay heyvan otarmağa 2,5 hektar torpaq sahəsini 500 manata icarəyə götürmüş, bir qoyunu satıb heyvanların dərmanına vermiş, iki baş qoyunu satıb bir toğlu alıb Sabirin dediyi adama pay vermiş, həmin şəxs Sabirin tanışı olmuşdur. Bir qoyunu Sabirin sözü ilə qardaşı Arifgilə aparmış, bir neçə dəfə qoyundan satıb İlqar adlı şəxsdən ot kipi almış, həmin qoyun və quzuları satdıqca hər dəfə bunu Sabirin özünə deyib satmış, ondan xəbərsiz satmamışdır. 2022-ci ilin aprel ayının sonunda 15 baş qoyun və 6 baş quzu qalmışdır. Qoyunlardan əlavə Sabirin 100 baş keçisini saxlamış, həmin keçilərin 39 başı aclıqdan və qocalıqdan ölmüşdür. Sabir sahənin suvarılmasına görə alıb gətirdiyi su nasosunun pulu üçün heyvan satmasını demiş, o da 20 baş keçini 50 manatdan satıb 750 manatını Sabirin özünə vermiş, 50 manatını Sabirin sözü ilə onun göndərdiyi motoru gətirən taksiyə, 50 manatını yenidən Sabirin özünə. 100 manatını Sabirin sözü ilə gətirdiyi qaynaqçıya, 50 manatını isə özü yol pulu olaraq götürmüşdür. Bir keçini isə Sabir özü motoru düzəldən ustaya vermiş, bir keçini Xaçınabadda yaşayan Mübariz adlı şəxsə verib ondan 180-lik boru almış, daha sonra 8 baş keçini satıb 40 ədəd ot kipi aldığı Xaçınabadda ot satan Vüsala 200 manat vermişdir. Bundan başqa müxtəlif vaxtlarda keçi və çəpiş satıb fermanın xərclərinə işıq puluna, torpaq icarəsi puluna, dava- dərmana vermiş, həmin keçiləri də bazarda tanımadığı şəxslərə, qapıya gələn alverçilərə müxtəlif qiymətlərə satmış, həmin heyvanları da qeyd etdiyi taksilərlə aparıb satmışdır. 2022-ci ilin aprel ayının sonlarında Sabirin onda 41 baş keçisi qalmış, 2022-ci ilin aprel ayının sonlarında Sabirə keçiləri satıb inək alacağını demiş, Sabir onunla razılaşdıqdan sonra o. həmin 41 baş keçini hissə-hissə taksilərlə bazara gətirib ümumilikdə 2050 manata satmış, bir neçə gün sonra Sabir onun yanma gələrək torpaq sahəsini satdığını və heyvanları satıb ona verməsini demiş, o isə Sabirə əziyyət çəkdiyini, heç bir qazanc götürmədiyini bildirmiş, Sabir də ona əlavə yer alacağını, yenə heyvan saxlayacaqlarını demişdir. O, keçiləri satdığını, qoyunları isə satmadığını demiş, Sabir də krediti bağlayacağını bildirmişdir. O, Sabirə yerdə qalan heyvanları çəkdiyi əziyyətə görə əmək haqqı götürəcəyini dedikdə, Sabir onunla razılaşmayaraq ona pul verməyəcəyini bildirmişdir. Sabirə çəkdiyi əziyyətin qarşılığını verməsə, həmin qoyunları və keçinin pullarını verməyəcəyini dedikdə, Sabir ondan şikayət edəcəyini deyərək çıxıb getmişdir. Bundan sonra o, Sabirin yerdə qalan 15 baş qoyununu və 6 baş quzusunu satıb, 4.400 manat pulu özünə götürmüşdür. O, Sabirin 100 baş keçisini, 101 baş qoyununu və 4 baş inəyini ondan xəbərsiz satıb mənimsəməmiş, Sabirin inəyi olmamışdır. O, hər heyvan satdıqca Sabirin özünə deyib satmış və qeyd etdiyi xərclərə çəkmişdir. Ancaq yekunda Sabir torpağı satdığını dediyi üçün o, yerdə qalan 15 baş qoyunu, 6 baş quzunu və 41 baş keçini satıb ümumilikdə 6.450 manat pulu Sabir ona əmək haqqı vermədiyi üçün götürmüşdür. Bundan sonra Sabirin onda heç bir mal qarası qalmamışdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(020)-596/2024 saylı qətnaməsi ilə (Hakim: Ramiz Nurullayev), iddianın qismən təmin edilməsi, Cavabdeh 10.526 (on min beş yüz iyirmi altı) manat, dövlət rüsumuna görə ödənilmiş 46 (qırx altı) manat və mütəxəssis rəyinə görə ödənilmiş 27 (iyirmi yeddi) manat pulun alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, Beyləqan rayon məhkəməsi mübahisə üzrə tərəflər arasında yaranmış münasibətlərin xarakterini düzgün müəyyənləşdirməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki tərəflər arasında olan münasibətlərin mübahisə olunmayan halı ondana ibarətdir ki tərəflər heyvanın saxlanılması ilə əlaqədar razılığa gəlmiş, iddiaçının dediyinə görə qazancın isə üç nəfər arasında bərabər hissəyə bölünməsinə razılaşmışlar. Həmin vaxt iddiaçılardan İlham adında şəxsin bankdan götürdüyü kreditin hesabına heyvan alıb fermaya gətirmişlər. Bu hal məhkəmə tərfindən heç bir dəlillərlə təsdiqini tapmır. Belə ki 20.000 manata həmin vaxt heyvanın alınması və fermaya gətirilməsi heç bir halla təsdiqini tapmadığı halda, həmin kreditin ödənilməsi üçün cavabdeh tərəfindən 20.000 manat məbləğində pul iddiaçılardan İddiaçı1 göndərilmiş və bu hal işin mübahisəsiz halıdır. Məhkəmə ancaq iddiaçıların dəlillərinə qiymət vermiş, cavabdehin əmək haqqı müqabilində orda çoban işlədiyinə və ona əmək haqqı ödənilməsi barədə heç bir sübutun olmamasına baxmayaraq, işin həmin hallarına qiymət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki həmin müddət ərzində iddiaçılardan İddiaçı1 və onun qardaşı Arif mütəmadi olaraq təsərrüfata baş çəkmiş, orada olan heyvanlara baş çəkmiş, heyvanların sayı barədə məlumatlı olmuşlar. Aprel ayında isə sonuncu dəfə qalan heyvanların Səbailə aid olduğunu və ona çatan əmək haqqı olduğunu bilmiş və heç bir mübahisə olmadan getmişdir. Əksi olduğu halda Sabir Xııdırov iddia etdiyi heyvanların olmadığı halda hüquq-mühafisə orqanlarına müraciət etmiş olardı. Niyə həmin vaxt yox, üstündən uzun müddət keçəndən sonra Sabir Xıdırobv hüquq mühafizə orqnlarına müraciət etməsi qaranlıq qalıər. Beyləqan rayon məhkəməsi işin bu hallarına diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili Rüstəmov X2 Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(020)-596/2024 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(020)-596/2024 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(020)-596/2024 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. 16.1-ci maddəsinə əssən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirtdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(020)- 596/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materaiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi AB yaşayış sahəsi, bina 117b, mənzil 19-da qeydiyyatda olmaqla yaşayan İddiaçı1 Beyləqan rayonu, Tatalılar kənd sakini Cavabdeh fermada olan ona məxsııs 100 baş keçini, 101 baş qoyunu və 4 baş iri buynuzlu heyvanını ondan xəbərsiz sataraq mənimsədiyini bildirməsi barədə material üzrə Cavabdeh əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığı üçün Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və İddiaçı1 məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Həmin materiallarda olan Cavabdeh izahatından görünür ki, İddiaçı1 əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik, yaxud qohumluq münasibətləri olmamışdır. Təxminən 2020-ci ilin avqust ayının sonlarında özünə məxsus keçiləri satan zaman Sabir və qardaşı Arif gələrək keçi almaq istədiklərini bildirmişlər və Sabir ondan 8 baş keçi və 2 baş qoyun almışdır. Həmin vaxt heyvanları neçəyə satdığını dəqiq xatırlamır. Təxminən bir iki ay sonra yolda Sabirlə qarşılaşmış, Sabir torpaq sahəsinin suvarılması üçün suçu axtardığını demiş, o da öz köməyini təklif etmişdir. O, Sabirin 2 hektar torpaq sahəsini suvarmış, bundan sonra təxminən 2020-ci ilin noyabr ayında Sabir ona çoban axtardığını demiş, o da Sabirdən çobana nə qədər əmək haqqı verə biləcəyini soruşmuş, Sabir ona 350 manat əmək haqqı verəcəyini demişdir. O, Sabirə çobanlarla maraqlanacağını, gəlmək istəyən olsa, ona deyəcəyini bildirmiş, bir neçə gün sonra o, Sabirə çobanların daha çox əmək haqqı istədiklərini demiş, Sabir isə daha çox əmək haqqı verməyəcəyini bildirərək, onun heyvanlarını saxlamasını, əldə edəcəkləri qazanca onun da şərik olacağını demişdir. O, Sabirdən nə qədər heyvanının olduğunu soruşduqda Sabir 100 baş keçisinin, 2 baş qoyununun və 8 baş quzusunun olduğunu demiş, o isə Sabirə həmin keçiləri sataraq qoyun almasını təklif etmişdir. Bundan sonra Sabir bir neçə tanımadığı alverçiləri çağırmış, ancaq onlar keçiləri almamışlar. Sabir həmin heyvanları saxlamasını təklif etmiş, o isə Sabirə onun fermasında yaxşı şərait olmadığını, qarşıdan qış fəsli gəldiyini, heyvanları özü qaldığı fermaya aparmağı təklif etmişdir. Sabir də onunla razılaşmış və o, həmin heyvanları götürüb öz fermasına apararaq təxminən 20 gün orada saxladıqdan sonra Sabirin fermasında şəraiti yaxşılaşdırıb yenidən ora gətirmişdir. Dekabr ayında Sabir qaynı İlhamın əlində pulu olduğunu, onun pulu ilə də qoyun alıb saxlamağı, əldə olunan qazancı üçünün arasında böləcəyini demiş, o isə Sabirə heyvan aldıqdan sonra heyvanları otarmağa yaxşı yerlərinin az olacağını, əlavə yer alarsa, saxlaya biləcəyini demiş, Sabir də ona ot və yem alacağını bildirmişdir. Bundan sonra o, Sabirlə birlikdə Beyləqan rayonu, Kəbirli kənd sakini Bakirin oğlu Aslandan 64 baş qoyun, iki qoç və 14 baş quzu almış, bunun müqabilində Aslana ümumilikdə 16.500 manat pul vermişlər. Sabir həmin pulun 12.500 manatını əvvəlcədən vermiş, qalan 4.000 manatı isə Aslana çatdırması üçün sonradan ona vermişdir. O da öz növbəsində həmin pulu Aslana çatdırmışdır. Bundan sonra o, əlavə olaraq bazardan tanımadığı şəxsdən 150 manatdan 10 baş qoyun almış, yol pulu ilə birlikdə Səbail ona 1.600 manat pul vermişdir. Sonra isə Sabirlə birlikdə bazardan 170 manata bir baş qoyun almışlar. Bundan sonra o, 100 baş keçini, 85 baş qoyunu, 2 baş qoçu və 14 baş quzunu əvvəlcə Sabirin fermasında, sonra isə öz qaldığı fermada saxlamağa başlamışdır. Daha sonra Sabir İlhamın 18.000 manat kredit götürüb onlara verdiyini və aybaay həmin krediti ödəyəcəklərini demiş, Sabir ilk üç ayı 350 manatdan, növbəti ayları isə 950 manatdan ödəməli olduqlarını bildirmiş, o da razılaşmışdır. 2021-ci ilin yanvar, fevral və mart ayında hər ay 350 manat. 2021-ci ilin aprel ayından 2022-ci ilin aprel ayının sonuna kimi hər ay 950 manat pulu Sabirə vermiş, Sabir isə həmin pulları kreditə ödədiyini bildirmişdir. O, ümumilikdə Sabirə kreditə ödəməsi üçün 13.400 manat pul vermiş, həmin pulları hər ayın 22-i və ya 23-fı Sabirə verirmişdir. Sabir çox vaxt fermada onun yanında olmuş, fermada olanda pulu Sabirin özünə vermiş, Bakı şəhərində olanda isə onun dediyi hesab kartlarına göndərmişdir. Həmin hesab kartlarının nömrələri hazırda yadında qalmamış, ödəniş çeklərini isə Sabirin özünə vermişdir. Bir dəfə İlhamın özünə 950 manatı poçtla, bir dəfə isə İlhamın özünə şəxsən vermişdir. Ancaq hansı ayda göndərdiyini xatırlamır. Həmin ödənişin bir ayını isə Sabirin qardaşı Arifə vermiş, Arif həmin pulu Sabirə göndərmişdir. O, həmin pulları Sabirlə birlikdə saxladığı qoyunlardan satıb vermişdir. Həmin qoyunları Tacəddin, Şaban, Məhərrəm adlı şəxslərin avtomobilləri ilə aparıb Beyləqan rayon mal bazarında ayrı-ayrı şəxslərə satmış, bir neçə dəfə isə fermaya gələn alverçilərə satmışdır. Qoyun satdığı şəxslərin kim olmasını xatırlamır, onlar müxtəlif yerlərdən gələn alverçilər olmuşlar. O, nə qədər qoyun satdığını da xatırlamır. Bundan başqa həmin qoyunun 13 başını Məhərrəm adlı taksi şoferi ilə birlikdə ayrı-ayrı vaxtlarda Sabirin Beyləqan rayonunda yerləşən ata evinə gətirib özünə vermiş, həmin qoyunlardan 3 başı xəstəlikdən, bir başı isə zəhərlənərək ölmüşdür. Bundan başqa, qoyunların 4 başını bazarda satıb qonşuluqda yaşayan Dilarədən 2 ay heyvan otarmağa 2,5 hektar torpaq sahəsini 500 manata icarəyə götürmüş, bir qoyunu satıb heyvanların dərmanına vermiş, iki baş qoyunu satıb bir toğlu alıb Sabirin dediyi adama pay vermiş, həmin şəxs Sabirin tanışı olmuşdur. Bir qoyunu Sabirin sözü ilə qardaşı Arifgilə aparmış, bir neçə dəfə qoyundan satıb İlqar adlı şəxsdən ot kipi almış, həmin qoyun və quzuları satdıqca hər dəfə bunu Sabirin özünə deyib satmış, ondan xəbərsiz satmamışdır. 2022-ci ilin aprel ayının sonunda 15 baş qoyun və 6 baş quzu qalmışdır. Qoyunlardan əlavə Sabirin 100 baş keçisini saxlamış, həmin keçilərin 39 başı aclıqdan və qocalıqdan ölmüşdür. Sabir sahənin suvarılmasına görə alıb gətirdiyi su nasosunun pulu üçün heyvan satmasını demiş, o da 20 baş keçini 50 manatdan satıb 750 manatını Sabirin özünə vermiş, 50 manatını Sabirin sözü ilə onun göndərdiyi motoru gətirən taksiyə, 50 manatını yenidən Sabirin özünə. 100 manatını Sabirin sözü ilə gətirdiyi qaynaqçıya, 50 manatını isə özü yol pulu olaraq götürmüşdür. Bir keçini isə Sabir özü motoru düzəldən ustaya vermiş, bir keçini Xaçınabadda yaşayan Mübariz adlı şəxsə verib ondan 180-lik boru almış, daha sonra 8 baş keçini satıb 40 ədəd ot kipi aldığı Xaçınabadda ot satan Vüsala 200 manat vermişdir. Bundan başqa müxtəlif vaxtlarda keçi və çəpiş satıb fermanın xərclərinə işıq puluna, torpaq icarəsi puluna, dava- dərmana vermiş, həmin keçiləri də bazarda tanımadığı şəxslərə, qapıya gələn alverçilərə müxtəlif qiymətlərə satmış, həmin heyvanları da qeyd etdiyi taksilərlə aparıb satmışdır. 2022-ci ilin aprel ayının sonlarında Sabirin onda 41 baş keçisi qalmış, 2022-ci ilin aprel ayının sonlarında Sabirə keçiləri satıb inək alacağını demiş, Sabir onunla razılaşdıqdan sonra o. həmin 41 baş keçini hissə-hissə taksilərlə bazara gətirib ümumilikdə 2050 manata satmış, bir neçə gün sonra Sabir onun yanma gələrək torpaq sahəsini satdığını və heyvanları satıb ona verməsini demiş, o isə Sabirə əziyyət çəkdiyini, heç bir qazanc götürmədiyini bildirmiş, Sabir də ona əlavə yer alacağını, yenə heyvan saxlayacaqlarını demişdir. O, keçiləri satdığını, qoyunları isə satmadığını demiş, Sabir də krediti bağlayacağını bildirmişdir. O, Sabirə yerdə qalan heyvanları çəkdiyi əziyyətə görə əmək haqqı götürəcəyini dedikdə, Sabir onunla razılaşmayaraq ona pul verməyəcəyini bildirmişdir. Sabirə çəkdiyi əziyyətin qarşılığını verməsə, həmin qoyunları və keçinin pullarını verməyəcəyini dedikdə, Sabir ondan şikayət edəcəyini deyərək çıxıb getmişdir. Bundan sonra o, Sabirin yerdə qalan 15 baş qoyununu və 6 baş quzusunu satıb, 4400 manat pulu özünə götürmüşdür. O, Sabirin 100 baş keçisini, 101 baş qoyununu və 4 baş inəyini ondan xəbərsiz satıb mənimsəməmiş, Sabirin inəyi olmamışdır. O, hər heyvan satdıqca Sabirin özünə deyib satmış və qeyd etdiyi xərclərə çəkmişdir. Ancaq yekunda Sabir torpağı satdığını dediyi üçün o, yerdə qalan 15 baş qoyunu, 6 baş quzunu və 41 baş keçini satıb ümumilikdə 6450 manatı pulu özü götürmüş, həmin pulu Sabir ona əmək haqqı vermədiyi üçün götürmüşdür. Sabirlə aralarındakı razılaşmaya görə onlar heyvanı saxlayıb, İlhamın kreditini bağladıqdan sonra əldə edəcəkləri xeyirə onun da şərik olacağı olmuş, İlham ona əmək haqqı verməklə bağlı razılıq olmasa da, sonda torpağı və yerdə qalan heyvanları da satmaq istədiyi üçün Sabirə çəkdiyi əziyyətə görə ona əmək haqqı verməsini demiş, Sabir isə ona əmək haqqı verməyəcəyini bildirmişdir. Bu səbəbdən də o, qalan heyvanları satıb pulunu götürmüş və öz borclarına vermişdir. O, həmin pulu Mətanətin aptekinə, Kəbiıii kəndində yerləşən Cavid, İlqar adlı şəxslərin mağazalarına, Sənan adlı qəssaba olan borcuna, bir az da öz kreditinə venmişdir. O, Arifdən özü 4 baş inəyi 4000 manata almış, bunun müqabilində Arifə 3500 manat nağd pul, 2 quzu vermiş, 300 manat isə borcu qalmışdır. Həmin inəkləri öz pulu ilə almış, pulun və inəklərin Sabirə aidiyyəti olmamışdır. Həmin 3500 manat pulu atasının adma götürdükləri kredit pulu olmuşdur. Onun özünün atamın heyvanı ilə birlikdə 14 baş qoyunu olmuş, o, həmin heyvanları öz qaldığı fermada və Sabirin fermasında saxlamışdır. İddiaçı1la aldıqları heyvanlardan öz şəxsi istifadəsi üçün satmamış, ancaq yekunda qalan heyvanları satıb pulunu götürmüşdür. O, Sabir və İlhamdan 750 manat borc almış, həmin pulla Sabirdən 5 baş keçi və 6 baş çəpiş almış, bir həftə sonra isə həmin heyvanları satıb 45 manat öz xeyrini götürüb, 750 manat pulu onların özlərinə qaytarmışdır. O, hər hansı qadına qoşulduğımu, sonuncu dəfə 26 aprel 2022-ci il tarixdə 78 baş qoyun və 126 baş quzu olmaqla, 204 qoyunun, 4 baş inəyinin və 160 baş keçinin olmasını Sabirə deməmiş, Sabir özü heyvanların azaldığını, az heyvan qaldığını bilirmişdir. O. kreditə ödəməsi üçün Sabirə 10 500 manat yox, 13.400 manat pul vermiş, heyvanları Sabir razılığı ilə satıb pulunu ona vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, tərəflər iri və xırda buynuzlu heyvanların saxlanılması bağlı birgə fəaliyyət haqqında müqavilə bağlamiş, müqavilənin şərtlərinə görə iddiaçılar İddiaçı1 və İddiaçı2 heyvanları saxlamaq üçün Cavabdeh ilə razılığa gəlir, Cavabdeh heyvanları saxlamağı öz öhdəsinə götürür və razılığın şərti kimi onlar şərik işləyirlər və əldə olunan gəlir tərəflər arasında bərabər bölünür. Mülki Məcəllənin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Qeyd edilən maddi hüquq normasından və mülki qanunvericiliyin sahibkarlıqla bağlı digər müddəalarından müəyyən edildiyi kimi, şəxs sahibkarlıqla bağlı fəaliyyətlə müstəqil şəkildə, şəxsi riski ilə məşğul olur. Bu zaman birgə fəaliyyət tərəfləri arasında müqavilədən irəli gələn öhdəliklərlə bağlı mübahisələrin həll edilməsi üçün müqavilənin şərtləri ilə bağlı hallar tam aydın olmalıdır. Cavabdeh polis şöbəsində aparılan araşdırma zamanı verdiyi izahatından, həmçinin məhkəmədə iddia tələbinə etirazında o, heyvanları Sabirin razılığı ilə sataraq ona heyvanların alınması ilə bağlı götürdüyü kreditin ödənilməsi üçün13400 manat pul verdiyini iddia etsə də, iddiaçı ona yalnız 10.500 manat pul verildiyini qəbl edir. Hazırki mübahisədə tərəflərin üzərinə götürdükləri öhdəliyin şərtləri ilə bağlı mübahisə olmasa da, cavabdeh öhdəliyi yerinə yetirməməsinin səbəbini onunla aralarında razılaşma olmasına baxmayaraq ona heyvanların saxlanması üçün çobanlıq etməsinə görə ona hər ay ödənilməli olan 350 manat əmək haqqının verilməməsi səbəbndən o, heyvanları sataraq əmək haqqı olaraq 6450 manat pulu götürməsi və onun iddiaçılar qarşısında hər hansı öhdəliyinin qalmaması ilə izah edir. Kollegiya cavabdehin iddia tələbinə etirazının və apellyasiya şikayətinin bu dəlilini də əsaslı hesab etmir. Çünki cavabdeh iddia tələbinə etirazın əsaslarını təşkil edən halların təsdiqi barədə məhkəməyə hər hansı sübutu təqdim etmir. Belə ki, əgər tərəflər arasında bu barədə razılaşma olmuşdusa onda Cavabdeh bunun təsdiqi kimi müvafiq razılşmanı məhkəməyə təqdim etməliydi, yalnız bu halda mülki hüquq münasibətlərinin subyekti kimi öz hüquq və vəzifələrini vicdanla həyata keçirməsi, iddiaçı ilə aralarında razılaşma öhdəliyinin yerinə yetirilməməsinin onun təqsiri ucbatından baş verməməsi, həmçinin öhdəlik üzrə məsuliyyətin yaranmaması müəyyən edilə bilərdi ki, hansı ki, bu əsaslar işdə olan sübutlarla öz təsdiqini tapmır. Belə ki, Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini MM-in 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kollegiya qeyd edir ki, tərəflərin iradəsini azad şəkildə ifadə edən və qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirən birgə fəaliyyət göstərmə barədə yazılı müqavilə olmasa da, tərəflər birgə fəaliyyət göstərmə barədə razılığa gəlmələrini etiraf edirlər. Prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-nin 106.1cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-yə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Belə ki, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, tərəflər arasında birgə fəaliyyət barədə müqavilə münasibəti yaranmışdır. Belə olan halda məhkəmə müəyyən etməlidir ki, iddiaçılar və cavabdeh hansı öhdəlikləri üzərilərinə götürmüş və müqavilə öhdəliyini kim icra etməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, iddiaçılar öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, yəni iddiaçılar cavabdehə saxlamaqdan ötrü qoyun, keçi və inək heyvanları vermişlər. Cavabdehin bildirdiyinə görə isə Sabir torpağı satdığını dediyi üçün yerdə qalan 15 baş qoyunu, 6 baş quzunu və 41 baş keçini satıb ümumilikdə 6450 manatı pulu Sabir cavabdehə əmək haqqı vermədiyinə görə cavabdeh əmək haqqı hesabına özünə götürmüşdür. Lakin əldə edilmiş sübutlarla müəyyən olunur ki, tərəflər arasında əmək haqqı ilə bağlı hər hansı razılaşma olmamış, onların birgə fəaliyyətinin əsasını şərik iş görmək və əldə edilən gəlirin tərəflər arasında bölünməsi təşkil etmişdir. Bununla bağlı cavabdeh nə birinci instansiya məhkəməsində nə də apelyasiya icraatı zamanı sübut təqdim edə bilməmişdir. Həmçinin cavabdeh saxlanılan heyvanların arasında inək olmadığını göstərsə də, iddiaçıların ərizəsindən də göründüyü kimi bir baş damazlıq inək, 1 baş düyə (boğaz), 1 baş düyə (balalı) olmuş və tərəflər arasında narazılıq yaranarkən də, həmin heyvanlar orada olmuşdur. Lakin cavabdeh iddiaçılara məlumat vermədən həmin heyvanları satmışdır. Cavabdeh 41 baş keçi, 15 baş qoyun və 6 baş quzunu 6450 manata satdığını göstərsə də, işdə olan mütəxəssis rəyinə əsasən həmin heyvanların cəmi dəyəri 10990 manat təşkil etmişdir. Həmçinin bir baş damazlıq inək, 1 baş düyə (boğaz), 1 baş düyə (balalı) heyvanların dəyəri isə mütəxəssis rəyinə əsasən 4800 manat olmuşdur. Göründüyü kimi tərəflər arasında öhdəlik hüququ münasibəti mövcud olmuş, lakin cavabdeh aralarında olan öhdəliyə riayət etmədən heyvanları satmış və əldə etdiyi 15790 manat məbləğində pulun aralarında üç yerə bölünməli olması və iddiaçılara düşən hissəsini ödəməmiş, nəticədə iddiaçılar maddi ziyana məruz qalmışdır. Cavabdehin iddia tələbinə etirazının əsası isə onla iddiaçılar arasında əmək haqqı barədə razılaşma olması və ona görə də heyvanları satdıqdan sonra əldə etdiyi gəliri əmək haqqı kimi özündə saxlamasını bildirmişdir. Kollegiya cavabdehin nümayəndəsi və vəkili Nümayəndə cavabdehin əmək haqqı müqabilində orda çoban işlədiyi və ona əmək haqqı ödənilməsi barədə işin həmin hallarına qiymət verilməməsi barədə apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar iddia tələblərində cavabdehlə şərik işləmək barədə razılaşdıqlarını, cavabdeh isə ona hər ay əmək haqqı ödənilməsi barədə razılaşdıqlarını, heyvanları da ona ödənilməli olan əmək haqqının əvəzi kimi satdığını bildirsə də, bu barədə sübutlar məhkəmə kollegiya təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “yekunda cavabdehdə 15.790 manat dəyərində mal-qara qalmış, tərəflərin razılığına əsasən qazanc 3 yerə bölünməli olduğu halda hər birinə düşən mal-qaranın dəyəri 5.263 manat təşkil edir. Burdan da görünür ki, həmin pulun 2 hissəsi, yəni iddiaçılara düşən məbləğ 10.526 manat təşkil edir. Ona görə də cavabdehdən həmin məbləğ alınıb iddiaçılara verilməli, iddia qalan hissədə rədd edilməlidir.” Qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Beyləqan Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(020)-596/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2(020)-596/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar