Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1651/2025 02.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2(049)-2423/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə atası və ailə üzvlərinə verilmiş Lənkəran rayonunun Yuxan Nüvədi kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin və X3 alqı-satqı ilə aldıqları 0.10 ha torpaq sahəsinin naturada tanıdılması (yerində müayinəsi) və ölçmə işlərinin aparılması üçün DƏDKR PHŞin Lənkəran10 saylı Ərazi İdarəsinin əməkdaşlarına törədilən maneənin aradan qaldırılması və Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1971-ci il tarixdə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olmuş və hal-hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə atası və ailə üzvlərinə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində 0.07 ha torpaq sahəsi ayrılmış və buna uyğun olaraq atası və ailə üzvlərinin Torpağın mülkiyyətə verilməsinə dair JN-160F kod 80218028 nömrəli şəhadətnamə verilmişdir. Həmkəndlisi və qonşusu X10 mərhum ərindən ona miras qalan və Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində yerləşən, DƏDKR PHŞ-in Lənkəran 10 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayışla tam mülkiyyət hüququ ilə ona məxsus olan 0.10 ha torpaq sahəsinin satdığını bildikdə o, həmin torpaq sahəsinin alınması ilə bağlı onunla razılığa gəlmişdir. Buna görə də, xx.xx.2025-ci il tarixdə X25 xidmət mərkəzində qonşusu X10 ilə daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlamış və həmin müqavilə AN-İ ******* nömrə ilə rəsmiləşdirilmişdir. Bundan sonra o həm Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə atası və ailə üzvlərinə verilmiş 0.07 ha torpaq sahəsi, həm də alqı-satqı ilə aldığı 0.10 ha torpaq sahəsinin naturada tanıdılması və DƏDKR PHŞ-in ünvan 1 ərizə ilə müraciət etmişdir. Çünki o və ailə üzvləri atasına ayrılmış həyətyanı torpaq sahəsinin və alqı-satqı ilə aldıqları 0.10 ha torpaq sahəsinin dəqiq olaraq naturada harada yerləşməsi, yəni qonşu torpaqlarla döngə nöqtələrinin haradan keçməsini bilmir. Odur ki, ünvan 1 ərizə ilə müraciət edərək qeyd edilən 0.07 ha və 0.10 ha torpaq sahələrinin naturada tanıdılması, harada yerləşməsini və buna uyğun olaraq çıxarışın götürülməsi üçün xahiş etsə də, Cavabdeh Lənkəran 10 saylı Ərazi İdarəsinin əməkdaşlarına yaratmış olduğu maneələrə görə torpağın naturada və harada yerləşməsini göstərmək mümükün olamamışdır. Lənkəran 10 saylı Ərazi İdarəsi ona xx.xx.2025-ci il tarixli 3-21-3-43/2-1570/2025 nömrəli imtina məktubunda göstərmişdir ki, həmin ərazidə mübahisə yaranması səbəbindən sözügedən torpaq sahəsinin naturada yerinin tanıdılması mümükün olmamışdır. Halbuki, o özünə və ailəsinə ayrılmış torpaq sahəsinin harada yerləşməsini istəmiş və buna görə də, ünvan 1 ərizə ilə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2025-ci il tarixdə etiraz vermiş və onu belə əsaslandırmışdır ki, iddia tam əsassızdır. 13 may 2025-ci il tarixdə ona heç bir xəbərdarlıq olmadan bir polis işçisi, sahə müvəkkili olmadan bələdiyyənin sədri, İcra Nümayəndələrindən ərazi dairəsi üzrə İddiaçı ilə birlikdə öz həyətyanı torpaq sahəsində qalaraq onu polis ilə hədələyərək çəpərinin dağılmasını tələb etdilər. O isə bildirib ki, öz ailə üzvləri ilə 57 il yaşayıb heç vaxt dövlət orqanları tərəfindən ona bildirilməyib ki, X6 əri Məmmədov Mirkazımdan miras qalmış torpağı vardır. Reyestr xidmətinin əməkdaşı da onu eşidəndən sonra onun həyətyanı sahəsinə daxil olmasına etiraz etmişdir. Amma oraya polis işçisi gəlməsinə baxmayaraq onu hədələyirdilər. Bu hadisədən sonra o, babası X8 məxsus olduğu evdən nə qədər və hansı ailə üzvləri ilə yaşadığını aidiyyəti orqanlara müraciət etməyə başlamışdır. X19 hansı formada babasının evinin yerləşdiyi torpaq sahəsinə sənəd alması heç vaxt onlara məlum olmamışdır. Babasının 6 uşağı olduğunu qonşular və kənd sakinlərin xəbərdardırlar. Onun 57 il əvvəl doğulduğu, sonradan istifadələrində olan yaşadığı həyətyanı evin torpaq sahəsinə əmisi Mirkazım və arvadı Nigarın həmin sözügedən torpaq sahəsinin sənədləşməsini hansısa səbəblərə görə onlardan gizli saxlanılmışdır. Hətta İddiaçı ilə Məmmədov Nigar arasında alqı-satqı müqaviləsinin bağlandığı ondan və ailə üzvlərindən gizli saxlanılmışdır. Müqaviləni bağlamamışdan qabaq bir qonşu kimi sözügedən torpaq sahəsinin alınması ondan gizli saxlanılmışdır. xx.xx.2004-cü il tarixindən X13 verilmiş JN-160F KOD80218028 nömrəli şəhadətnamədə qonşu torpaqlar qeydə alınanda X4 adı qeydə alınmamışdır. Məmmədov Mirkazımdan arvadı Məmmədova Nigara qalan miras torpaq sahəsinin sənədləri onlara heç vaxt heç kim tərəfindən bildirilməmişdir. Hal-hazırda yaşadığı atasının və anasının adına qeydə alınmış xx.xx.2004-cü ildə UN 162 A KOD 80218028 nömrəli şəhadətnamə 08 hektar torpaq sahəsi sənədləşdirilmişdir. 1972-ci ildə atası babasının evində qeydiyyatda olmaqla ona ayrılmış torpaq sahəsində ev tikərək yaşamağa başlamışdır. X21 yaşadığı palçıqlı ev yararsız vəziyyətə düşdükdən sonra babası onlar ilə bir evdə yaşayıb 1987-ci il fevral ayında vəfat etmişdir. Amma əmisi 1982-ci ildən Lənkəran şəhərində yaşamağa köçmüş, babasının sökülmüş evinin yerləşdiyi torpaq sahəsi onların istifadəsində hal-hazırkı vaxta kimi olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2(049)-2423/2025 saylı qətnaməsi ilə (hakim Muradağa Qasımov) iddia tələbi təmin edilərək Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 27.03.1 998-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı ailə üzvlərinə verilmiş Lənkəran rayonunun Yuxan Nüvədi kəndində yerləşən JN-160F kod 80218028 nömrəli şəhadətnamədə göstərilən 0.07 hektar və iddiaçının X1 aldığı, Lənkəran rayonunun Yuxan Nüvədi kəndində yerləşən 0.10 hektar həyətyanı torpaq sahələrində DƏDKR PHŞ-in 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşları tərəfindən yerində müayinə və ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən mane törədilməsinin qadağan edilməsi, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi və sonuncudan tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi Vəkil qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. İŞİNHALLARİ: X25 Xidmət Mərkəzinin notariat ofisinin X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı DƏDKR PHŞ-in ünvan 1 ünvanladığı məktubun məzmunundan görünür ki, X9 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və vərəsələrin dairələri müəyyən edilmişdir. Qanunvericiliyə əsasən arvadı X10 miras qoyanın vərəsəsi olması barədə məlumat və X5 məxsus olan əmlak barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən notariat ofisinə arayış göndərilməsi xahiş olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ünvan 2 ünvanladığı xx.xx.2025-ci il tarixli cavabından görünür ki, sonuncunun onlara ünvanlanmış ünvan 3ndən alqı-satqı üzrə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyat ilə bağlı xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi ilə əlaqədar olaraq bildirirlər ki, hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sözügedən torpaq sahəsinin faktiki yerində olan vəziyyəti ilə bağlı mübahisə səbəbindən müayinə (çöl-ölçmə işləri) təmin olunmadığından ərizənin icrası mümkün olmamışdır. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Səpnəkəran kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində 0.07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evində yaşayır. Daşınmaz Əmlakın Alqı-satqısı müaviləsindən görünür ki, Lənkəran ərazi idarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə X7 verilmiş **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0.10 ha torpaq sahəsinin alqı satqısı barədə satıcı X10 ilə alıcı İddiaçı arasında xx.xx.2025-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-160F KOD 80218028 nömrəli şəhadətnamənin surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat komissiyasının 27 mart 1998-ci il tarixli 05 saylı qərarı ilə 0.07 ha torpaq sahəsi Lənkəran rayonu Yuxarı Nüvədi kənd sakini X17 və onun ailə üzvləri X18 və X14 mülkiyyətinə verilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində torpaq sahəsinin onun atasına və ailə üzvlərinə verildiyi göstərilsə də, torpağın mülkiyyətə verilməsinə dair JN-160F kod 80218028 nömrəli şəhadətnamədə X11, oğulları X12 və X15 adları göstərilsə də, İddiaçı adı həmin şəhadətnamədə yoxdur. Aqrar islahatları keçirilən vaxt İddiaçı 27-28 yaşı olmuşdur. Həmin vaxt onun ayrıca ailəsinin olması və ayrıca torpaq sahəsi alması istisna olunmur, yaxud hər hansı səbəbdən (həmin vaxt həmin ərazidə yaşamaması və digər səbəblərdən) ona torpaq sahəsi ayrılmamışdır. Atasına və qardaşlarına məxsus olan həyətyanı torpaq sahəsinin vərəsəlik qaydasında bağışlama, alqı-satqı və sair qaydada onun mülkiyyətinə keçməsi barədə işdə heç bir sənəd yoxdur. Eyni zamanda torpaq sahəsinin qanuni əsasla onun istifadəsində və sahibliyində olması barədə də heç bir sənəd yoxdur. Sənəkəran Ərazi Dairəsinin 29 may 2025-ci il tarixli 12- 31/184 saylı arayışında torpaq sahəsində ev olması təsdiq edilsə də, torpağın kimin mülkiyyətində və ya qanuni sahibliyində olması təsdiq və ya inkar edilmir. Məhkəməyə notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli AN-İ № ******* nömrəli alqısatqı müqaviləsinə əlavə edilmiş şəhadətnamə X7 məxsus deyil, iddiaçının atası X11 adına verilmiş JN-160F, kod 80218028 nəmrəli şəhadətnamədir. Belə görünür ki, İddiaçı öz atasının torpaq sahəsini Nigardan satın almışdır. Belə vəziyyətdə həmin alqı-satqı müqaviləsinin qanuniliyi şübhəlidir və xeyli cavabsız suallar doğurur. Lənkəran Rayon Məhkəməsində bu məsələlərə diqqət yetirilməmiş və təhlil edilərək hüquqi qiymət verilməmişdir. Əslində, İddiaçı Qahib oğlunun iddia verməyə subyektiv hüququ (səlahiyyəti) olmamışdır. Ona görə də, iddia ərizəsi icraata götürülməməli, səhvən icraata götürülmüşdüsə, baxılmamış saxlanmalı idi. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, mülkiyyət sənədində İddiaçı adı qeyd olunmamışdır. Mübahisə olunan torpaq sahəsi ilə bağlı sərəncam verilməsi üçün mülkiyyətçilər tərəfindən hər hansı səlahiyyətin ona verilməsinə dair iş materiallarında heç bir sənəd mövcud deyil. Bu səbəbdən iddianın baxılmamış saxlanılması tələb edilmişdir. Nigardan alınmış torpaq sahəsinin koordinatlarının İddiaçı torpağı əldə etməzdən əvvəl məlum olmalı idi. Həmin torpaq sahəsi əvvəlcə Nigara məxsus olmuş, daha sonra onun yoldaşı Mirkazımın adına rəsmiləşdirilmişdir. Mirkazım 2020-ci ildə vəfat etmişdir. Bununla yanaşı, həmin torpaq sahəsinin dəqiq yerləşmə yeri müəyyən edilməmişdir. Hazırda Rüfət tərəfindən istifadə edilən torpaq sahəsi onun qardaşının adına qeydə alınıb və Rüfət həmin ərazidən etibarnamə əsasında istifadə edir. Qarşı tərəfin ilk olaraq torpaq sahəsinin dəqiq yerini və koordinatlarını müəyyən etməsi, daha sonra isə Mirkazımın adına olan sxemi Reyestr İdarəsindən əldə edərək təqdim etməsi tələb olunur ki, iş üzrə obyektiv nəticəyə gəlinə bilsin. Göstərilən hallara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, 1995-ci ildən etibarən həmin torpaq sahəsində yaşayır. Mülkiyyət sənədində atası Rahibin, həmçinin qardaşları Sehran və Sadiqin adları qeyd olunmuşdur. Atası ilə ayrı yaşayır, qardaşlarının isə hər birinin ayrıca yaşayış evi mövcuddur. Reyestr İdarəsinin əməkdaşları alınmış torpaq sahəsinin koordinatlarının ölçülməsi üçün əraziyə gəlmiş, lakin Cavabdeh ölçmənin aparılmasına imkan verməmişdir. Məhkəmə tərkibi işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. MƏHKƏMƏ TƏRKİBİNİN MÖVQEYİ: Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ona verilmiş hüquqdan istifadə edərək Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yerləşən 0.10 ha torpaq sahəsini sənədləşdirmək üçün DƏDKR PHŞ-in Lənkəran10 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh sənədləşmə aparmaq istəyən şəxsləri mübahisəli əraziyə buraxmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, torpaq sahəsinin sənədləşdirilməsini aparan şəxslərə torpaq sahəsində ölçmə işlərinin aparılması üçün şərait yaradılmalı, cavabdehin torpaq sahəsində ölçmə işlərinin aparılmamasına maneə törətməsi qadağan olunmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsi yoxlanılarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması çox vacibdir. Habelə işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi həmin normaya uyğun yoxlanılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə tərkibi bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Bu səbəbdən də, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nin 04 may 2007-ci tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2007-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahari azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olarq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə anlayışın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar başqa borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqasından tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçıların bu tələblə iddia qaldırmaq məqsədi isə ona qərəzli olaraq intiqam almaq fikrindədir. Birinci instansiya məhkəməsi iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmadan iddianı tam şəkildə əsaslı sayaraq təmin etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, işdə olan mötəbər sübutlar hazırkı iddianın təmin edilməsinə əsas vermir. Məhkəmə tərkibi hesab edir ki, hazırkı tələb iki istiqamət üzrə araşdırılmalı və müvafiq hüquqi qiymət verilməlidir. İlk olaraq nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X16 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Normanın mahiyyətini və məqsədini nəzərə alaraq məhkəmə tərkibi qeyd edir ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. Məhkəmə tərkibi qeyd edir ki, işdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN- 160F KOD 80218028 nömrəli şəhadətnaməyə əsasən Lənkəran rayon Aqrar İslahat komissiyasının 27 mart 1998-ci il tarixli 05 saylı qərarı ilə 0.07 ha torpaq sahəsi Lənkəran rayonu Yuxarı Nüvədi kənd sakini X17 və onun ailə üzvləri X18 və X14 mülkiyyətinə verilmişdir. Beləcə, göründüyü kimi, iddia ərizəsində yuxarıda göstərilən 0.07 ha torpaq torpaq sahəsinin İddiaçı atasına və ailə üzvlərinə verildiyi göstərilsə də, müvafiq şəhadətnamədə İddiaçı özünün adı yoxdur və o, hazırkı iddia tələbi üzrə mülkiyyətçi kimi subyektiv hüquqa malik deyildir. Bundan əlavə, qeyd edilməlidir ki, adıçəkilən sənəd üzrə mülkiyyətçilər hazırda sağdırlar. İddiaçı mübahisəli torpaq sahəsində hal-hazırda yaşadığı üçün hazırkı iddianı qaldırmışdır ki, həmin fakt özlüyündə hazırkı iddianın qaldırılması və təmini üçün əsas hesab edilə bilməz. Məhkəmə tərkibi daha sonra qeyd edir ki, MM-in 159-cu maddəsinin tələbinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Yəni, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur. Göründüyü kimi, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. Habelə MM-in 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Bununla yanaşı, məhkəmə tərkibi diqqətə çatdırır ki, MM-in 164-cü maddəsi və ondan sonrakı maddələrdə ehtiva olunan normalar sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. 164-cü maddədə qeyd edilmişdir ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Beləliklə, əşya hüquqları başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən hüquqlardır. Bu səbəbdən də, əşya hüquqları mütləq hüquqlar sayılır. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Göründüyü kimi, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. MM-in 572-ci maddəsinə görə alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin; Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Yuxarıda göstərilən normanın tələblərindən irəli gələrək tərkib hesab edir ki, hazırkı iş üzrə iddiaçıya cavabdeh tərəfindən hər hansı maneənin törədilməsi iş materialları ilə təsdiq edilmir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli AN-İ ******* nömrəli Alğı-satqısı müqaviləsinə əsasən Lənkəran ərazi idarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə X7 verilmiş **********23 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0.10 ha torpaq sahəsinin alğı-satqısı barədə satıcı X10 ilə alıcı İddiaçı arasında müqavilə imzalanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Lənkəran 10 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əsasən Lənkəran rayonu Yuxarı Nüvədi kəndi ərazisində yerləşən, 0.10 ha torpaq sahəsi üzərindən alqı-satqı üzrə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyatla bağlı xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəsi ilə əlaqədar olaraq bildirirlər ki, hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sözügedən torpaq sahəsinin faktiki yerində olan vəziyyəti ilə bağlı mübahisə səbəbindən müayinə (çöl-ölçmə işləri) təmin olunmadığından ərizənin icrası mümkün olmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Bu zaman söhbət X10 və İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi üzrə sonuncu tərəfindən alınmış torpaq sahəsindən gedir. Ancaq qeyd edilən torpaq sahəsi üçüncü şəxslərin hüquqlarından azad şəkildə alıcı İddiaçı verilməmişdir. Belə ki, göstərilən hal Lənkəran 10 saylı Ərazi İdarəsinin yuxarıda adıçəkilən xx.xx.2025-ci il tarixli məktubundan da görünür: həmin torpaq sahəsinin faktiki yerində olan vəziyyəti ilə bağlı mübahisə səbəbindən müayinə (çöl-ölçmə işləri) təmin olunmadığından ərizənin icrası mümkün olmamışdır. Bundan əlavə, İddiaçı Cavabdeh tərəfindən hansı maneənin yaradılması da iş üzrə müəyyən edilmir. Hətta cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında göstərmişdir ki, iddiaçıya məxsus mübahisəli torpaq sahələrinin dəqiq yerləşmə yeri müəyyən edilməmişdir. Hazırda Rüfət tərəfindən istifadə edilən torpaq sahəsi onun qardaşının adına qeydə alınıb, Rüfət isə sadəcə oradan istifadə edir. Beləcə, hazırkı mülki işin mübahisəsiz hallarına əsasən xx.xx.2025-ci il tarixli AN-İ ******* nömrəli Alğı-satqı müqaviləsinə əsasən X7 məxsus mübahisəli 0.10 ha torpaq sahəsi satıcı X10 tərəfindən alıcı İddiaçı faktiki olaraq təhvil verilməmiş və bununla da, faktiki sahibliyin həyata keçirilməsi mümkün olmamışdır. Göründüyü kimi, iddiaçı adıçəkilən torpaq sahəsi üzərində faktiki idarəçiliyi ələ keçirməmiş, sahiblikdən irəli gələn hüquqları əldə etməmiş və cavabdeh tərəfindən iddiaçının sahibliyinin özbaşınalıqla pozulması faktı aşkar edilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, göstərilənlərə əsasən İddiaçı Cavabdeh qarşı hazırkı iddia tələbinin qanuni əsası mövcud olmadığından təmin edilə bilməz. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməməli, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Cavabdeh ödənilməlidir. Qeyd edilməlidir ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2(049)-2423/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Cavabdeh ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1651/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1651/2025
02.12.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver