Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1663/2025 04.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh, X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli e-2(069)- 124/2025 saylı qərardadından İddiaçı QSC-nin nümayəndəsi X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı QSC məhkəmədə iddia qaldıraraq, Cavabdeh, X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə müştərək qaydada 16000 manat əsas, 1971,80 manat faiz, 403,20 manat cərimə borcu və ödənilmiş 145,12 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh, X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə müştərək qaydada 16000 manat əsas, 1971,80 manat faiz, 403,20 manat cərimə borcu və ödənilmiş 145,12 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulmuşdur. Qətnamə 04 avqust 2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə icra olunması üçün Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qətnamədən narazı qalan X2 və X1 qanuni nümayəndəsi Qanuni Nümayəndəsi və vəkili olan Vəkil1 elektron məhkəmə sistemi vasitəsi ilə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(069)-124/2025 saylı qətnaməsinin qismən - X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə müştərək qaydada 16000 manat əsas, 1971,80 manat faiz, 403,20 manat cərimə borcu və ödənilmiş 145,12 manat məbləğində dövlət rüsumunun “AccessBank QSC-nin xeyrinə tutulması hissəsində ləğv edilməsini, iddia tələbinin qismən təmin edilərək - X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə 1755,3 manat pulun İddiaçı QSC-nin xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli 2(069)-124/2025 saylı qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh, X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli qətnaməsindən X2 və X1 qanuni nümayəndəsi Qanuni Nümayəndəsi və vəkili olan Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. X2 və X1 qanuni nümayəndəsi Qanuni Nümayəndəsi və vəkili olan Vəkil1 elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, Xocavənd Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli qətnaməsindən tərəflərindən verilmiş apellyasiya şikayətinin baxılması üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətini baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən Beyləqan rayon İcra və Probasiya şöbəsinə məhkəmə qətnaməsinin icrası ilə əlaqədar çağırıldığı vaxt məlumatı olmuşdur. Bundan sonra isə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət etdikdən sonra 04 sentyabr 2025-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə götürüb və şikayəti də qanunla müəyyən edilmiş müddətdə (04 oktyabr qeyri-iş günü olduğundan) 06 oktyabr 2025-ci il tarixdə vermişdir. Xocavənd Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli 2(069)-124/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, Xocavənd Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli qətnaməsindən X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə buraxdığı apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilmiş, X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı QSC-nin nümayəndəsi X3 elektron məhkəmə sistemi vasitəsi ilə şikayət ilə məhkəməyə müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsi, X2 və X1 qanuni nümayəndəsi Qanuni Nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin rədd edilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1, 135.3 və 135.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Məhkəmə tərkibi qeyd edir ki, Xocavənd Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli 2(069)-124/2025 saylı qətnaməsinin surəti işdə olan 03 iyul 2025-ci il tarixli məktubla cavabdehlər Cavabdeh, X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə və qətnamənin cavabdehlərə təqdim edilməsi üçün Xocavənd rayonu Xocavənd KİƏD Nümayəndəliyinə 03 iyul 2025-ci il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. Həmin məktubdan görünür ki, Cavabdeh faktiki ünvanı Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon Həmzə Babaşov küçəsi, X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə faktiki ünvanı isə Bakı şəhəri Telnov küçəsi ev 1 mənzil 906 müəyyən edilmişdir (səh. 94). Xocavənd Rayon Məhkəməsinin 03 iyul 20205-ci il tarixdə göndərilən sifarişli məktubların reyestr məlumatından görünür ki, X4 Xocavənd Rayon Məhkəməsinin 2(069)-124/2025 saylı qətnamə Bakı şəhəri Telnov küçəsi ev 1 mənzil 906 ünvanına göndərilmişdir (səh. 96). xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Qanuni nümayəndə xx.xx.2025-ci il tarixli 2(069)-124/2025 saylı qətnamənin surətini xx.xx.2025-ci il tarixdə almışdır (səh. 107). Göründüyü kimi, barəsində apellyasiya şikayəti verilən adıçəkilən qətnaməni qanuni nümayəndə olan Qanuni nümayəndə rəsmi olaraq xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Bununla yanaşı, məhkəmə tərkibi diqqətə çatdırır ki, Xocavənd RİHB-nin Xocavənd KİDN-in 04 sentyabr 2025-ci il tarixli 5-52-5/2-71/2025 saylı məktubunun kserosurətinə əsasən Cavabdeh və Qanuni nümayəndə xx.xx.2025-ci il tarixdə Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(069)-124/2025 saylı qətnaməsi verilmişdir. Ancaq həmin məktub surət olmaqla yanaşı, işdə olan müşayiət məktubu və reyestrdən də aşkar görünür ki, adıçəkilən qətnamə Xocavənd rayonu ərazisində deyil, Bakı şəhəri ərazisində yerləşən ünvana - ünvan 3i, Xocavənd RİHB-nin Xocavənd KİDN-in 04 sentyabr 2025-ci il tarixli 5-52-5/2-71/2025 saylı məktubunun əsasında duran hər hansı sənəd – qətnamənin göndərilməsinə dair müşayiətedici məktub, qətnamənin təqdim edilməsinə dair hər hansə qəbz və s. iş materiallarında mövcud deyildir. Məhkəmə tərkibi qeyd edir ki, MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdıraraq belə nəticəyə gəlir ki, Xocavənd Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli 2(069)-124/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə X2 və X1 qanuni nümayəndəsi Qanuni Nümayəndəsi Vəkil1 ərizəsinin təmin edilməsinə dair Xocavənd Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, e-2(069)-124/2025 saylı qərardadından İddiaçı QSC-nin nümayəndəsi X3 tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRARVERDİ: Şikayət təmin edilməsin. Xocavənd Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli 2(069)-124/2025 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1663/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1663/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver