Məhkəmə qərarları › İş №2(106)-1664/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1664/2023

06.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1664/2023 06.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) X2 qarşı alimentin miqdarının artırılması tələbinə dair Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)812/2023 saylı, 15 avqust 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 noyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 may 2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşma çatana qədər saxlanılması üçün Astara Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində 70 (yetmiş) manat aliment hissəsi artırılaraq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qarşılıqlı iddia üzrə İddiaçı hər ay 250 (iki yüz əlli) manat pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, Astara Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən 26 iyul 2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 130 (yüz otuz) manat cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh qızma veriməsi, 06 may 2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 70 (yetmiş) manat iddiaçı Cavabdeh ndan alınaraq cavabdeh İddiaçı veriməsi qət edilmişdir. Hazırki dövrdə həmin pulla uşağı saxlamaq qeyri-mümkündür. Mən isə heç bir yerdə işləmir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə birgə nikahlarından 06 may 2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşma çatana qədər saxlanılması üçün Astara Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində 70 (yetmiş) manat aliment hissəsi artırılaraq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.. Məhkəmədə cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddianı qəbul etməyərək bildirdi ki, Astara Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(018) -340/2022 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş 26 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün 23 fevral 2022-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay 130(bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq iddaçı Cavabdeh qızma ödənilməsi, 06 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanması üçün 30 mart 2022-ci il tarixdən ondan hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı veilməsi qət edilmişdir. Hal-hazırda onunla yaşayan 26 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər ay 250 (iki yüz əlli) manat pul məbləğində aliment tutularaq iddaçı Qəhrəmanova (Əskərova) Teyranə Teyyub qızma ödənilməsini qətnamə ilə qət edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, 26 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qarşılıqlı iddia üzrə İddiaçı hər ay 250 (iki yüz əlli) manat pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)812/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: İ.Məmmədov), ilkin iddianın qismən təmin edilməsi, Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-340/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 06 may 2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşınadək saxlanılması üçün cavabdeh-iddiaçı Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment alınıb iddiaçı-cavabdeh İddiaçı verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-340/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 26 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün iddiaçı-cavabdeh İddiaçı hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınıb cavabdeh-iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78 və 112-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Astara Rayon Məhkəməsinin 2(018)812/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İlkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Astara Rayon Məhkəməsinin 2(018)812/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən iddia tələbinin təmin edilməyən hissəsindən apellyasiya şikayəti verilməmişdir. Qətnaməni İddiaçı mübahisələndirərək qətnamənin ləğv edilərək ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Astara Rayon Məhkəməsinin 2(018)812/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsini İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)812/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətinin və Astara rayonu Təngərüd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X3 30 iyul 1994-cü il tarixdə anadan olmuşdur və Astara rayonu Təngərüd kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)- 340/2022 saylı qətnaməsinə əsasən İlkin iddianın qismən təmin edilməsi,26 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 fevral 2022-ci il tarixindən başlayaraq cavabdeh İddiaçı hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 06 may 2009cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 30 mart 2022-ci il tarixindən başlayaraq iddiaçı Cavabdeh hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.

1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.

2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını əsas tutaraq həm ilkin iddianı həm də qarşılıqlı iddianı qismən təmin etmişdir. Odur ki, “İlkin iddia tələbi qismən təmin edilərək Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-340/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 06 may 2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşınadək saxlanılması üçün cavabdeh-iddiaçı X1 hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment alınıb iddiaçı-cavabdeh İddiaçı verilməli və qarşılıqlı iddia tələbi qismən təmin edilərək Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-340/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 26 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün iddiaçı-cavabdeh İddiaçı hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınıb cavabdeh-iddiaçı X2 verilməlidir.” barədə qənaəti qanuni və əsaslıdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi Astara Rayon Məhkəməsinin qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək, 06 may 2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşınadək saxlanılması üçün cavabdeh-iddiaçı X1 hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment alınıb iddiaçı-cavabdeh İddiaçı verilməli və qarşılıqlı iddia tələbi qismən təmin edilərək Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-340/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 26 iyul 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün iddiaçı-cavabdeh İddiaçı hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınıb cavabdeh-iddiaçı X2 verilməsi müəyyən edilmiş, daha sonra iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Belə olan halda iddiaçının apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 3360 (130x12)+(150x12) manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)812/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar