Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1666/2025 28.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Bəşirzadə Turac Fəyyaz qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.000.000 manatın və 1.290 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, əvvəllər tanıdığı Cavabdeh adlı şəxslə təqribən 2016-cı illərin əvvəllərindən başlayaraq xırda biznes fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, cavabdeh tikinti işləri ilə məşğul olmuş, şirkətlərlə biznes əlaqəsində olmuş, iddiaçı isə onu ilk vaxtlar kiçik məbləğdə nisyə tikinti materialları (sement və klinker) ilə təchiz etmişdir. Əvvəl verdiyi tikinti materiallarının dəyərinin bir hissəsini ödədikdən sonra, cavabdehin xahişi ilə yenə də ona nisyə tikinti materialları vermişdir. Bir müddət normal qaydada tikinti materiallarının nisyə alış-verişi ilə məşğul olmuşlar. İlk illər tərəfindən malın buraxılması və cavabdeh tərəfindən buraxılmış malın dəyərinin hissə-hissə ödənilməsi ilə əlaqədar heç bir problem olmamışdır. Bu səbəbdən də heç nədən şübhələnməyərək cavabdehin xahişi və istəyi ilə ona nisyə satdığı tikinti materiallarının həcmini hər dəfə artırır və verdiyi malların ödənilməmiş ümumi borc hissəsi 2017-ci ilin sonuna təqribən 1.600.000 manata yaxınlaşmışdır. Məbləğ artdıqdan sonra, ödənişlərdə çətinliklər yaranmağa başlamışdır. Belə ki, cavabdehə verdiyi tikinti materiallarının dəyəri onun hissə-hissə ödədiyi borc məbləğini daha sürətlə üstələməyə başlamışdır. Bu səbəbdən 2017-ci ilin sonlarından başlayaraq cavabdeh X4 tikinti materiallarının nisyə verilməsini dayandırmışdır. Oturub onunla yaranmış ümumi borcu hesablamışdır. Hər ikisi əmin olmuşdur ki, ümumi borc 1.600.000 manat təşkil edir. Bundan sonra, cavabdeh Cavabdeh Adığözəl oğlu ona mal verilməsini dayandırdığından öz ofisində onu Rafiq adlı dostu ilə tanış etmişdir ki, bu dəfə Rafiq adlı dostu ilə birgə fəaliyyət göstərib ona olan borcunu ödəyəcəkdir. Odur ki, yenə satış üçün ona mal buraxmağını xahiş etmişdir. Beləcə, o, cavabdehə yenə də 330.000 manat dəyərində tikinti materialları buraxmışdır. Ümumi borc 1.930.000 manat olmuşdur. İkinci dəfə mal buraxdıqdan sonra ümumi borcun az bir hissəsi ödənilmişdir. Lakin ödənişlərdə yenə problem yarandığından xahiş etmişdir ki, həmin borcun bir hissəsini cavabdeh dediyinə görə, ona borcu olan digər şəxslərin adına qeydiyyatdan keçmiş torpaq sahələri ilə əvəzləşdirilsin. Beləliklə, torpaq sahələrinə hüquqları olan şəxslərin razılığı ilə Abşeron rayonu, Maştağa Tərəvəzçiliksüdçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 4 ədəd torpaq sahələri iddiaçının adına qeydiyyata almışdır. Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsi tərəfindən aparılan qiymətləndirməyə görə, iddiaçının adına qeydiyyatdan keçmiş torpaq sahələrinin ümumi bazar qiyməti 578.500 manat təşkil etmişdir ki, həmin məbləğ də ümumi borcdan çıxılmışdır. Bundan sonra, qalan borcun ödənilməsi üçün cavabdeh bir müddət heç bir hərəkət etməmişdir. Bu səbəbdən iddiaçı məcbur olub 2018-ci ilin sonlarında hüquq mühafizə orqanına şikayət etmişdir. Şikayətə baxılan dövrlərdə yenə də əvəzləmə yolu ilə 143.000 manat məbləğində dəyərləndirilən mənzil iddiaçının adına keçirilmişdir. Beləliklə, cavabdeh Cavabdeh 2019-cu ilin ortalarına iddiaçıya yaranmış borcu 1.060.000 manat təşkil etmişdir ki, həmin borcu da qarşılıqlı razılaşmaya görə, Cavabdeh 5 il müddətinə ona tam qaytarmağa söz vermişdir. 2022-ci ilin ortalarına qədər cavabdeh ümumi borcdan hissə hissə 60.000 manat ödəmişdir. Bundan sonra 1.000.000 manat məbləğində ödənilməmiş borc qalmışdır. Bundan əlavə, borcunun əvəzi kimi 2022-ci ilin ortalarına qədər cavabdeh Cavabdeh iddiaçıya yenə də müxtəlif yerlərdə icarə əsasında olan torpaq sahələri təklif etmişdir. Lakin, təklif edilən torpaq sahələrinin istəyinə uyğun istifadəsində problemlər olduğundan onun təkliflərindən imtina etmişdir. 2022-ci ilin ortalarında o da iddiaçıya məlum olmuşdur ki, cavabdehin təşəbbüsü ilə borcun bir hissəsinin əvəzi kimi dəyərini 143.000 manat hesab etdiyi və iddiaçının adına keçirilmiş mənzil başqa şəxsə satılmışdır. Bu səbəbdən cavabdehlə əlaqə yaradıb, məsələyə aydınlıq gətirməsini istəmişdir. O, söhbətdən yayınmağa başlamışdır. Belə olan halda, ondan şübhələnməyə başlamışdır və 5 ilin tamamını gözləmədən qalan borcu da ödəməsini tələb etmişdir. Lakin o, müxtəlif bəhanələrlə ondan yayınmağa başlamış, daha sonra isə telefon zənglərinə ümumiyyətlə cavab verməmişdir. Bu səbəbdən pulun qaytarılması tələbi ilə məhkəməyə müraciət edir və cavabdeh Cavabdeh 1.000.000 manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Füzuli Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 1.000.000 manat məbləğində borc və 1.290 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixdə Füzuli Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Füzuli Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qiyabi qətnaməsinin surətinin ona təqdim edilməsini xahiş etmiş, həmin tarixdə qətnamənin surəti ona təqdim edilmiş və ##.##.2024-cü il tarixdə o, Füzuli Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qiyabi qətnaməsinin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Füzuli Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qiyabi qətnaməsi ləğv edilmiş, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə (hakim Elmir İsmayılov) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə nisyə alğı-satqı müqaviləsi əsasında yaranmış 136.000 (yüz otuz altı min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 426 manat pulun tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: - Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,89 ha torpaq sahəsi üzrə icarə hüququ bağışlanma yolu ilə İddiaçı adına rəsmiləşdirilmişdir (RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən). - Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,36 ha torpaq sahəsi üzrə icarə hüququ bağışlanma yolu ilə İddiaçı adına rəsmiləşdirilmişdir (RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən). - Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,775 ha torpaq sahəsi üzrə icarə hüququ bağışlanma yolu ilə İddiaçı adına rəsmiləşdirilmişdir (RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən). - Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,885 ha torpaq sahəsi üzrə icarə hüququ bağışlanma yolu ilə İddiaçı adına rəsmiləşdirilmişdir (RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən). - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin surəti əsasən müəyyən olunur ki, ünvan 1 2538 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, ümumi sahəsi 143,84 m2 olan ** nömrəli, 3 otaqdanibarət mənzil müqavilə şərtlərinə uyğun olaraq İddiaçı təhvil verilməsi “İnşaat Konstruksiyaları” MMC-yə həvalə edilmişdir. - “İlqar Company” MMC-nin ##.##.2025-ci il tarixli, **/** nömrəli arayışına əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında “İlqar Company” MMC-yə məxsus yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbə, ümumi sahəsi 95 kv.m. olan 2 otaqlı, ** saylı mənzil Cavabdeh məxsus olmuş, ##.##.2018-ci il tarixdə həmin mənzil İddiaçı verilmişdir. - ##.##.2018-ci il tarixli müqavilə əsasında müəyyən edilir ki, ünvan 3 ünvanında “İlqar Company” MMC-yə məxsus yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbə, ümumi sahəsi 95 kv.m. olan 2 otaqlı, ** saylı mənzil bir kv.m-i 1.500 manatdan hesablanmaqla İddiaçı verilmiş və müqavilə imzalanarkən “payçı” müqavilənin ümumi dəyərinin 100%-ni ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəfindən həmin mənzilin dəyərinin 142.500 manat olduğu müəyyən edildi (95* 1.500=142.500). - Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ##.##.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 1.280.000 manat pulunun Cavabdeh tərəfindən ələ keçirilməsi ilə bağlı müraciəti əsasında BMCMİ-də araşdırma aparılaraq müəyyən edilmişdir ki, Cavabdeh pulunu sonradan ödəmək şərti ilə 2016-2017-ci illər ərzində İddiaçı tikinti materialları almış, sonrakı müddətdə pulun bir hissəsini ödəsə də, qalan 1.060.000 manat pulu ödəyə bilməmişdir. Araşdırma zamanı İddiaçı tələbi təmin edildiyindən o, təkrar ərizə ilə müraciət edərək şikayətinin olmadığını bildirmişdir. - Mədaxil qəbzinə əsasən müəyyən edilir ki, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 1290 manat məbləğində pul ödəmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında hüquq münasibətlərinin xarakteri onlar arasında şifahi formada nisyə alğı-satqı müqaviləsinin bağlanmasını ehtiva edir. Cavabdeh nisyə aldığı malın (sement və klinker) dəyərinin bir hissəsini ödəmədiyindən tərəflər arasında mübahisə yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin ona 1.930.000 manat borclu olduğunu göstərsə də, məhkəməyə həmin borcun mövcudluğunu təsdiq edən heç bir sübut təqdim etmədiyindən həmin borcun göstərilən həcmdə mövcudluğu sübuta yetirilməmişdir. Bundan başqa məhkəmə tərəfindən o da müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya nisyə alğı-satqı müqaviləsi əsasında 1.060.000 manat borcu yaranmış, cavabdeh 1.060.000 manat borcun 578.500 manatını iddiaçıya hələ Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılandan öncə iddiaçı ilə qarşılıqlı razılaşma əsasında ümumi bazar dəyəri 578.500 manat müəyyənləşdirilmiş Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələri verməklə, həmçinin 42.000 manatını nağd pulla və 18.000 manatını dəyəri iddiaçı ilə qarşılıqlı razılaşma əsasında 18.000 manat dəyərləndirilən “RANGE ROVER” markalı avtobillə, 143.000 manatını dəyəri iddiaçı ilə qarşılıqlı razılaşma əsasında 143.000 manat dəyərləndirilən ünvan 1 2538 ünvanında yerləşən ümumi sahəsi 143,84 kv.m. olan, 3 otaqdan ibarət mənzillə və 142.500 manatını isə dəyəri iddiaçı ilə qarşılıqlı razılaşma əsasında 142.500 manat dəyərləndirilən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 95 kv.m. olan, 2 otaqlı, ** saylı mənzillə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılan zaman ödəmişdir. Lakin iddiaçı iddia ərizəsində nağd pulla ödənilmiş 42.000 manatı və “RANGE ROVER” markalı avtobillə ödənilmiş 18.000 manatı 1.060.000 manatdan çıxaraq 1.000.000 manat həcmində cavabdehə qarşı iddia irəli sürmüşdür. Bu hallar həm iddiaçının iddia ərizəsində göstərdikləri, həm də sonuncunun məhkəmə iclası zamanı “Whatsapp” tətbiqi vasitəsilə nümayəndəsi vəkil Nümayəndə tərəfindən ona görüntülü zəng edilən zaman (şəxsiyyəti müəyyən edilməklə) verdiyi izahatı ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya nisyə alğı-satqı müqaviləsi əsasında yaranmış 1.000.000 manat borcun 864.000 manatı ödənilmiş və 136.000 manat borc qalmışdır. Məhkəmə iddiaçının sonuncu ilə qarşılıqlı razılaşma əsasında verilmiş ümumi bazar dəyəri 578.500 manat olan Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin yararsız olduğu üçün borc məbləğindən çıxmaması ilə bağlı ifadəsinə hüquqi qiymət verərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində icarə hüququ bağışlanma yolu ilə adına rəsmiləşdirilmiş torpaq sahələrinin ümumi bazar qiyməti olan 578.500 manatını ümumi borcdan çıxdığını göstərdiyindən, həmçinin həmin özgəninkiləşdirmədən artıq 8 (səkkiz) ilə yaxın bir vaxt keçsə də həmin sənəd məhkəmə qaydasında mübahisələndirilmədiyindən həmin tələb əsasızdır və Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin razılaşdırılmış 578.500 manat dəyəri ümumi borcdan çıxılmalıdır. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 567, 600.1 600.4, Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 88, 106.3, 107, 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilərək cavabdeh Cavabdeh iddiaçı X2 xeyrinə ən azı 1.000.000 manat məbləğində pul borcunun və ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan 1.930.000 manat borcun mövcudluğunu təsdiq edən sübutların təqdim edilmədiyini əsas gətirərək, məhkəmə bu məbləği rədd etmişdir. Lakin iddiaçı əvvəlki dövrlərdə cavabdehə 1.600.000 manat dəyərində, daha sonra isə əlavə olaraq 330.000 manat dəyərində tikinti materiaları vermişdir. Bu, tərəflər arasında ümumi 1.930.000 manat məbləğində borcun yaranmasına səbəb olmuşdur. Məhkəmə, faktiki ödənişləri qiymətləndirərkən bu ilkin borc məbləğini tam nəzərə almamışdır. Məhkəmə MPM-in 14.2-ci maddəsinə (yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı) və 77.1-ci maddəsinə (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) istinad etmişdir. Lakin məhkəmə, iddiaçının torpaq sahələrinin istifadəyə yararsız olması barədə bəyanatını lazımi səviyyədə araşdırmamış və ya bu barədə əlavə sübut tələb etməmişdir. Bir əmlakın istifadəyə yararsız olması, onun dəyərinin borc əvəzi kimi tam nəzərə alınmamasını şərtləndirə bilər. Məhkəmənin bu faktı sübuta ehtiyac duymadan qəbul etməsi, işin hərtərəfli araşdırılması prinsipinə ziddir. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıya borcun bir hissəsinin əvəzi kimi verilmiş Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 578.500 manat dəyərində olduğunu qəbul edərək, bu məbləği ümumi borcdan çıxmışdır. Lakin məhkəmə iclasında iddiaçı “Whatsapp” vasitəsilə verdiyi izahatında, bu torpaq sahələrinin istifadəyə yararsız olduğunu, onlardan istifadə etməyin mümkün olmadığını bəyan etmişdir. Məhkəmə bu faktı qiymətləndirərkən yalnız sənədin "8 ilə yaxın bir vaxt keçməsi" və "məhkəmə qaydasında mübahisələndirilməməsi"ni əsas gətirmişdir. Lakin əmlakın təyinatına uyğun istifadə edilə bilməməsi onun dəyərinin borcdan çıxılması üçün əsas ola bilməz. Əgər əmlak praktiki olaraq dəyərsizdirsə və ya istifadəsi qeyri-mümkündürsə, onun borc əvəzi kimi qəbul edilməsi İddiaçının hüquqlarını pozur. Bu, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyin düzgün icra edilməməsi kimi qiymətləndirilməlidir, çünki alınan əmlak borcun real əvəzi kimi funksional deyildir. Cari işdə, cavabdeh tərəfindən borcun əvəzi kimi verilmiş torpaq sahələrinin (578.500 manat dəyərində) və digər əmlakların (o cümlədəmənzillərin) real bazar dəyəri və istifadəyə yararlılığı ilə bağlı ciddi mübahisə yaranmışdır. Belə ki, bu torpaq sahəsi necə qiymətləndirilə bilər ki, bu torpaq sahəsi ona 99 illik icarə müqaviləsi verilmişdir. Onu sata bilməz və ya ordan hər hansı mənfəət götürə bilməz. Və üstəlik bəzi əmlaklar borcdan əvvəl verilmişdir, hazırkı borc tələbinin dairəsinə də aid olmamalıdır 143.000 manat Nizami rayonundakı mənzil özü mübahisəli mənzildir, belə ki, mənzil bir neçə nəfərə satılmışdır. Müqavilə olduğu üçün bir neçə şəxsə satılmışdır, hazırda da apelyasiya məhkəməsinin icraatındadır. Məhkəmə bu faktı nəzərə almadan mülahizəsinə görə birbaşa qərar verərək borc məbləğindən çıxmışdır. Məhkəmə qətnaməsində Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ##.##.2025-ci il tarixli məktubuna istinad edərək, iddiaçının tələbinin təmin edildiyini və onun təkrar ərizə ilə müraciət edərək şikayətinin olmadığını bildirməsini əsas gətirmişdir. Lakin bu araşdırma zamanı edilən ödənişlər (42.000 manat nağd, 18.000 manat "RANGE ROVER" avtomobili, 143.000 manat Nizami rayonundakı mənzil, 142.500 manat Yasamal rayonundakı mənzil) mövcud borcun yalnız bir hissəsini təşkil etmişdir. İddiaçının həmin dövrdə şikayətinin olmaması, qalan borcun ödənəcəyi barədə cavabdehin vədləri ilə əlaqədar idi. Lakin cavabdehin sonradan borcu ödəməkdən yayınması və təklif etdiyi torpaq sahələrinin yararsız olması, iddiaçının təkrar şikayətə müraciət etməsinə səbəb olmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətə etiraz edərək iddiaçının tələb etdiyi məbləğdə borcunun olmadığını, ona görə də qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı hazırda Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən mənzildən məhrum olmuşdur və həmin mənzilin 143.000 manat dəyərinin cavabdehdən tutulmasını tələb edir. O, həmçinin cavabdeh tərəfindən borcun əvəzi olaraq verilmiş torpaq sahələrinin istifadəyə yararsız olduğunu və bu səbəbdən onların dəyərinin borcun əvəzləşdirilməsi zamanı nəzərə alınmamalı olduğunu bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Füzuli Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilərək cavabdeh Cavabdeh iddiaçı X2 xeyrinə ən azı 1.000.000 manat məbləğində pul borcunun və ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Mübahisələndirilən qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-iddianın təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mübahisəni yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında yaranmış mübahisə onların arasında bağlanmış şifahi nisyə alqısatqı müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində yaranmış pul borcu ilə bağlıdır. Tələbin əsasını mülki məcəllənin 385.1, 442, 600.1, 600.4, 445.2.1-ci maddələri təşkil edir. İddiaçı iddia etmişdir ki, cavabdehə ümumilikdə 1.930.000 manat dəyərində tikinti materialları vermiş, sonradan borcun bir hissəsi müxtəlif əmlakların verilməsi və müəyyən məbləğlərin ödənilməsi yolu ilə əvəzləşdirilmiş, lakin nəticədə 1.000.000 manat məbləğində ödənilməmiş borc qalmışdır. Birinci instansiya məhkəməsi isə iddianı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında şifahi formada nisyə alqı-satqı müqaviləsinin bağlanması və həmin müqavilə əsasında cavabdehin iddiaçıya müəyyən məbləğdə borclu olması iş materialları ilə təsdiq olunur. Bununla belə, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən 1.930.000 manat məbləğində ilkin borcun mövcudluğunu təsdiq edən kifayət qədər mötəbər sübut təqdim edilməmişdir. Tərəflər arasında yaranmış və cavabdeh tərəfindən etiraf olunan borc məbləği 1.060.000 manat olmuşdur. Həmin borcun 578.500 manat hissəsi Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən torpaq sahələri üzrə icarə hüquqlarının iddiaçının adına rəsmiləşdirilməsi yolu ilə, 142.500 manat hissəsi Yasamal rayonu üzrə mənzilin verilməsi yolu ilə, 143.000 manat hissəsi Nizami rayonu üzrə mənzilin verilməsi yolu ilə, 42.000 manat hissəsi nağd pul ödənişi ilə, 18.000 manat hissəsi isə avtomobilin verilməsi ilə əvəzləşdirilmişdir. İddiaçının özü də iddia ərizəsində 42.000 manat və 18.000 manat məbləğlərini ümumi borcdan çıxmaqla 1.000.000 manat tələb etdiyini göstərmişdir. Cavabdeh tərəfindən ödənilmiş və tərəflərin qarşılıqlı razılığı ilə borcdan çıxılmış məbləğlər nəzərə alındıqda 1.000.000 manat borcun 864.000 manatı icra edilmiş, yalnız 136.000 manat hissəsi ödənilməmiş qalmışdır. Torpaq sahələrinin yararsız olması barədə iddia isə həmin əmlakların iddiaçının adına rəsmiləşdirilməsindən uzun müddət keçməsinə baxmayaraq onların etibarsızlığı və ya yararsızlığı barədə məhkəmə qaydasında hər hansı mübahisə qaldırılmaması səbəbindən əsassız hesab edilmişdir. Buna görə də məhkəmə torpaq sahələrinin razılaşdırılmış 578.500 manat dəyərinin borcdan çıxılmalı olduğu nəticəsinə gəlmişdir. İddiaçı isə apellyasiya şikayəti verərək iddianın tam təmin edilməli olduğunu bildirmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri aşağıdakı hissələrdən ibarətdir: İlkin borc məbləğinin düzgün müəyyən edilməməsi; Torpaq sahələrinin borcun əvəzi kimi qiymətləndirilməsi ilə bağlı düzgün araşdırma aparılmaması və 99 illik icarə hüququnun real iqtisadi dəyərinin nəzərə alınmaması; 143.000 manat dəyərində mənzillə bağlı mübahisə olduğundan borcdan çıxılmasının düzgün olmaması; DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin materiallarının düzgün qiymətləndirilməməsi; Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri iş materialları ilə qarşılıqlı tədqiq edərək aşağıdakıları qeyd edir: Birincisi: iddiaçının apellyasiya şikayətinin ilkin borc məbləğinin 1.930.000 manat olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, iddiaçı cavabdehin ona 1.930.000 manat borclu olduğunu iddia etsə də, həmin məbləğdə borcun mövcudluğunu təsdiq edən mötəbər və kifayət edən sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Bu səbəbdən də göstərilən məbləğdə borcun mövcudluğu sübuta yetirilmiş hesab edilə bilməz. MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar əsasında işə baxır və həmin sübutlara hüquqi qiymət verir. Buna görə də, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, o, bu vəzifəsini yerinə yetirə bilməmişdir. İkincisi, torpaq sahələrinin borcun əvəzi kimi qiymətləndirilməsi ilə bağlı düzgün araşdırma aparılmaması, torpağın yararsız olması və 99 illik icarə hüququnun real iqtisadi dəyərinin nəzərə alınmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə 99 illik icarə hüquqları bağışlanma yolu ilə iddiaçının adına dövlət qeydiyyatına alınmış və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Həmin torpaq sahələrinin ümumi bazar dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 578.500 manat müəyyən edilmiş və bu məbləğ borcun əvəzləşdirilməsi zamanı nəzərə alınmışdır. Apellyasiya şikayətində iddiaçı torpaq sahələrinin yararsız olması, onlardan istifadə edə və ya sata bilməməsi səbəbindən həmin məbləğin borcdan çıxılmamalı olduğunu bildirsə də, tərəflər borcun müəyyən hissəsinin qeyd olunan torpaq sahələri üzrə icarə hüquqlarının iddiaçıya verilməsi yolu ilə əvəzləşdirilməsi barədə qarşılıqlı razılığa gəlmiş, bu razılaşma əsasında icarə hüquqları iddiaçının adına dövlət qeydiyyatına alınmış və ona müvafiq çıxarışlar verilmişdir. Eyni zamanda, həmin hüquqların iddiaçının adına rəsmiləşdirilməsindən təxminən səkkiz il keçməsinə baxmayaraq, iddiaçı nə bağışlanma müqavilələrini, nə də onların əsasında aparılmış dövlət qeydiyyatını məhkəmə qaydasında mübahisələndirməmişdir. Bu isə onun həmin əqdləri qəbul etdiyini və onların hüquqi nəticələri ilə razılaşdığını göstərmişdir. İddiaçının sonradan torpaq sahələrindən istifadə edə bilməməsi, yaxud onları özgəninkiləşdirməkdə çətinliklərlə üzləşməsi özlüyündə tərəflər arasında əldə olunmuş razılaşmanın etibarsızlığına və ya borcun həmin qaydada əvəzləşdirilməsinin nəticələrinin aradan qalxmasına əsas verə bilməz. Belə hallar mövcud olmuşdursa belə, iddiaçı həmin hüquqların müdafiəsi üçün qanunvericiliklə müəyyən edilmiş müvafiq hüquqi vasitələrdən istifadə edə bilərdi. Məhkəmə tərkibi torpaq sahələrinin dəyərinin və onların obyektiv şəkildə istifadəyə yararlılığının ekspertiza vasitəsilə müəyyən edilməsinin zəruriliyi barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, hazırkı mübahisənin predmeti torpaq sahəsi üzərində hüququn müəyyən edilməsi, həmin hüququn etibarlılığı və ya etibarsız hesab edilməsi deyil, nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş pul vəsaitinin tutulması ilə bağlıdır. Bu səbəbdən torpaq sahələrinin hazırkı vəziyyətinin, istifadəyə yararlılığının və ya bazar dəyərinin ekspertiza yolu ilə müəyyən edilməsinə zərurət olmamışdır. Belə olan halda, məhkəmənin sonradan həmin torpaq sahələrinin faktiki istifadəyə yararlılığını və ya bazar dəyərini ekspertiza yolu ilə müəyyən etdirməsi və nəticəsindən asılı olaraq tərəflərin razılaşdığı əvəzləşdirmə məbləğini yenidən hesablaması üçün əsas yoxdur. Bundan əlavə, məhkəmənin torpaq sahələrinin hazırkı iqtisadi dəyərini və ya istifadəyə yararlılığını əsas götürərək, cavabdeh tərəfindən borcun əvəzi olaraq iddiaçıya verilmiş əmlakın dəyərini borcun əvəzləşdirilməsində nəzərə almaması cavabdehin qanunla qorunan hüquq və mənafelərinin pozulmasına səbəb olardı. Çünki tərəflər həmin torpaq sahələrinin borcun müəyyən hissəsinin əvəzi kimi verilməsi barədə qarşılıqlı razılığa gəlmiş, bu razılaşma icra edilmiş, icarə hüquqları iddiaçının adına dövlət qeydiyyatına alınmış və müvafiq çıxarışlar verilmişdir. Tərəflərin sərbəst iradəsi ilə bağlanmış və hüquqi nəticə doğurmuş bu razılaşmanın nəticələrinin hazırkı mübahisə çərçivəsində nəzərə alınmaması mülki hüququn əsas prinsiplərindən olan müqavilə azadlığı, hüquqi müəyyənlik və mülki dövriyyənin sabitliyi prinsiplərinə zidd olardı. Belə müdaxilə, eyni zamanda, cavabdehin artıq icra etdiyi öhdəliyin hüquqi nəticələrinin aradan qaldırılmasına gətirib çıxarar ki, bunun üçün qanuni əsas mövcud deyildir. Buna görə də apellyasiya şikayətinin bu hissədəki dəlili əsaslı hesab edilə bilməz. Üçüncüsü, 143.000 manat dəyərində mənzillə bağlı mübahisə olduğundan həmin məbləğin borcdan çıxılmasının düzgün olmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh tərəfindən borcun müəyyən hissəsinin əvəzi olaraq iddiaçıya "İnşaat Konstruksiyaları" MMC tərəfindən inşa edilən yaşayış binasında yerləşən mənzil təqdim edilmiş, bununla bağlı iddiaçı ilə həmin MMC arasında müqavilə bağlanmış və iddiaçıya maliyyə arayışı verilmişdir. İddiaçı İddiaçı ilə "İnşaat Konstruksiyaları" MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli ***** nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində inşa olunan yaşayış binasında yerləşən ** nömrəli mənzilin iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuşdur. Bu müqavilədən irəli gələn hüquqların müdafiəsi məqsədilə iddiaçı "İnşaat Konstruksiyaları" MMC-yə qarşı iddia qaldırmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək, mübahisəli mənzilin müqavilə şərtlərinə uyğun iddiaçıya təhvil verilməsi MMC-nin üzərinə qoyulmuşdur. Lakin sonradan işdə iştirak etməyə cəlb edilməmiş, hüquqlarına toxunan şəxs X5 apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Apellyasiya instansiyası müəyyən etmişdir ki, həm iddiaçının, həm də üçüncü şəxsin istinad etdiyi müqavilələr və maliyyə arayışları saxta deyildir və etibarlı sənədlərdir. Eyni zamanda müəyyən edilmişdir ki, mübahisəli mənzil artıq üçüncü şəxsə təhvil verilmiş, onun tərəfindən təmir edilərək uzun müddətdir istifadə olunur. Bu səbəbdən iddiaçının mənzilin təhvil verilməsi tələbi təmin edilməmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti üzrə icraatın nəticəsi gözlənildiyindən məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmış, sonradan Azərbaycan Respublikasının Ali Məhkəməsi ## ##### 2026-cı il tarixli qərarı ilə kassasiya şikayətini təmin etməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Belə olan halda, iddiaçının mənzili əldə edə bilməməsi hazırkı iş üzrə cavabdehin üzərinə əlavə öhdəlik və ya məsuliyyət qoyulması üçün əsas yarada bilərmi? İş materiallarından görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirərək iddiaçıya həmin mənzilə dair müqavilənin bağlanmasını və maliyyə arayışının verilməsini təmin etmişdir. Mənzilin sonradan iddiaçıya təhvil verilməməsi isə cavabdehin davranışı ilə deyil, müqavilə tərəfi olan "İnşaat Konstruksiyaları" MMC-nin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi və eyni mənzil üzərində yaranmış hüquqi mübahisə ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, qeyd olunan mənzilə dair müqavilənin tərəfləri iddiaçı ilə "İnşaat Konstruksiyaları" MMC olmuşdur. Buna görə də həmin müqavilədən irəli gələn hüquq və öhdəliklər, müqavilənin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi və ya digər tələblər hazırkı iş üzrə cavabdehə deyil, müqavilə tərəfi olan "İnşaat Konstruksiyaları" MMCyə qarşı irəli sürülə bilər. İddiaçının müqavilədən irəli gələn hüququnu əldə edə bilməməsinin hüquqi nəticələrinin hazırkı iş üzrə cavabdehin üzərinə qoyulması yolverilməzdir. Buna görə də iddiaçının sonradan mənzili əldə edə bilməməsi 143.000 manat məbləğinin borcun əvəzləşdirilməsi zamanı nəzərə alınmaması üçün əsas hesab oluna bilməz. Əks yanaşma cavabdehin təqsiri olmadan onun üzərinə ikinci dəfə eyni öhdəliyin qoyulmasına gətirib çıxarar ki, bu da mülki hüququn ədalətlilik, vicdanlılıq və öhdəliklərin lazımi qaydada icrası prinsiplərinə zidd olardı. Belə ki, MM-nin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İddiaçı həmin müqavilədən irəli gələn hüquqlarının pozulduğunu hesab edirsə, bu hüquqlarını müqavilə tərəfi olan "İnşaat Konstruksiyaları" MMC-yə qarşı qanunla müəyyən edilmiş qaydada müdafiə etmək hüququna malikdir. Dördüncüsü: apellyasiya şikayətində Daxili İşlər Nazirliyinin araşdırması zamanı müəyyən edilən ödənişlərin yalnız borcun bir hissəsini təşkil etdiyi və həmin ödənişlər çıxıldıqdan sonra da 1.060.000 manat borcun qaldığına dair dəlil də əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilən 1.060.000 manat məbləği araşdırmanın aparıldığı tarixə mövcud olan vəziyyəti əks etdirən məlumatdır və həmin məktubdan sonra tərəflər arasında həyata keçirilmiş əmlakın verilməsi, borcun əvəzləşdirilməsi və digər hesablaşmaları istisna etmir. İş materialları ilə müəyyən olunur ki, sonrakı dövrdə cavabdeh tərəfindən borcun müəyyən hissəsinin ödənilməsi məqsədilə iddiaçıya pul vəsaiti, avtomobil, mənzil və torpaq sahələri verilmiş, birinci instansiya məhkəməsi də həmin halları iş üzrə toplanmış sübutlar əsasında araşdıraraq borc məbləğini müəyyən etmişdir. Bundan əlavə, iddiaçının istinad etdiyi Daxili İşlər Nazirliyinin məktubunda da göstərilir ki, cavabdeh borcun bir hissəsini ödəmiş, qalan hissə isə 1.060.000 manat təşkil etmişdir. Həmin məktubda bu məbləğin son və dəyişməz borc məbləği olduğu və sonrakı hesablaşmaların aparılmadığı barədə hər hansı qeyd mövcud deyildir. Buna görə də həmin məktubun hazırkı iş üzrə bütün sonrakı ödəniş və əvəzləşdirmələri istisna edən sübut kimi qiymətləndirilməsi mümkün deyildir. Yekunda məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmadığından, iddianın təmin edilməyən hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən edilmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Ona görə də iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1666/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1666/2025
28.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver