Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1678/2024 29.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X11 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçıın cavabdeh X6 qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2(032)-515/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X8 ilə birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-cü il tarixli 2(016)- 1124/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə sabit pul məbləğində 500 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh X8 ilə 2009-cu il tarixdə ailə həyatı qurub. Onların birgə nikahlarından iki uşaqları xx.xx.2010-cu il tarixidə X10 və xx.xx.2012ci il tarixdə X3 anadan olub. Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-cü il tarixli 2(016)- 1124/2018 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, oğlu İbrahimxəlil və qızı Validə onun himayəsində saxlanılmışdır. X7 və X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşağa görə sabit pul məbləği ilə 120 manat, cəmi 240 manat aliment alınıb ona verilməsi qət olunmuşdur. Hazırda o, iki az yaşlı uşağı ilə birlikdə ayrı yaşayır, özüdə heç bir yerdə işləmir. Cavabdeh də uşağına əlavə heç bir maddi yardım göstərmir. Bu səbəbdən də, uşaqlarının gündəlik artan təlabatını 240 manat alimentlə ödəməkdə böyük çətinlik çəkir. 2024-cü ildə ölkə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısını özü çəkir. Belə ki, uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq o çətinlik çəkir. Cavabdeh fərdi əməklə məşğul olmaqla yüksək aliment ödəməyə kifayət qədər maddi imkanı var. Cavabdeh X8 iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2(032)-515/2024 saylı (Müseyib Bayramov) qətnaməsi ilə iddia qismən təmin edilərərk Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-cü il tarixli 2(016)-1124/2018 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilməsi, İddiaçı ilə cavabdeh X5 birgə nikahlarından xx.xx.2010-cu il tarixdə anadan olmuş X7 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq X4 hər ay hər bir uşağa görə sabit pul məbləğində 180 manat olmaqla, cəmi 360 manat alimentin tutularaq İddiaçı ödənilməsi, X4 ödəniləcək illik alimentin həcminə görə 63 (altmış üç) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İş materiallarına əlavə olunmuş AZE № 11838065 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə Validə adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZE № 11838067 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il tarixdə İbrahimxəlil adlı uşaqları doğulmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda heç bir yerdə işləmir və himayəsində yaşlı anası və bacısının uşaqları onun himayəsindədir. Məhkəmə isə bu halı nəzərə almamışdır. Belə ki, o hazırda da uşaqların alimentinin ödənilməsində çətinlik çəkir, onun maddi imkanı olduqca zəifdir. Belə olduğu halda, alimentin artırılması onun vəziyyətini ağırlaşdırmaqla bərabər, aliment ödənilməsində çətinlik yaranacağı qaçılmazdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı və cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Lakin iddiaçı iddia ərizəsində özünün ünvanını ünvan 2işdir. Lakin bu barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Belə ki, məhkəmə qətnaməsində iddiaçının yaşayış yeri barədə arayışın olması barədə hər hansı bir qeyd yoxdur. Belə olan halda, məhkəmə həmin işə baxmamalı və işi geri qaytarmalı idi. İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri Kürdəmir Rayon Məhkəməsinə təqdim etmiş və məhkəmə tərəfindən elektron məhkəmə sisteminə bütün sənədlər əlavə edilmişdir. Həmin sənədlərdə də iddiaçının məhz Kürdəmir rayonuna bağlılığı müəyyən edilməmişdir. Hazırkı iddia tələbinə Kürdəmir Rayon Məhkəməsində baxılması qanunsuzdur və məhkəmə aidiyyəti qaydalarının pozulması ilə nəticələnməkdədir. İddiaçı apellyasiya şikayətinə etiraz verərək apellyasiyanın təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil ərizə ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Kürdəmir Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2(032)- 515/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Habelə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, ailə qanunvericliyinin tələbinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Beləcə, uşaqların gündəlik zəruri qida və digər ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Habelə həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə əsasən qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıbyaşamamasından asılı olmayaraq, uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə birinci instansiya məhkəməsi tərəfindən ərazi aidiyyəti normalarının pozulması ilə bağlı bildirir ki, MPM-in 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmçinin MPM-in 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər və hərtərəfli şəkildə araşdırmış, yuxarıda qeyd edilənlər, eləcə də Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi halı nəzərə alınmaqla mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki birinci instansiya məhkəməsinin gəldiyi hazırkı nəticə qanuni və əsaslıdır. Buna görə də, cavabdehin verdiyi apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2(032)-515/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1678/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1678/2024
29.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver