Məhkəmə qərarları › İş №2(106)-1682/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1682/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1682/2024 30.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(049)-9689/2017 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 2(049)-9689/2017 saylı məhkəmə əmri ilə tələb təmin edilmiş, borclu xx xxxxxx 1984-cü il tarixdə doğulmuş, Lənkəran rayonunun Velədi kəndində yaşayan Borclu 9000 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 20 manatın tutularaq Cəlilabad rayonunun Adnalı kəndində yaşayan kreditor X2 ödənilməsi əmr edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli göndəriş məktubu ilə məhkəmənin 21 dekabr 2017-ci il tarixli məhkəmə əmri məlumat üçün borcluya göndərilmişdir. 30 sentyabr 2022-ci ildə Borclu məhkəmə əmrinin ləğv edilməsi barədə etiraz ərizəsi vermişdir. Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(049)-9689/2017 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 2(049)-9689/2017 saylı əmrinin ləğv edilərək iddia icraatına keçilməsinə dair Borclu etirazı təmin edilməmişdir. Daha sonra, 16 avqust 2024-cü ildə Borclu şikayət vermiş, şikayətində Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(049)-9689/2017 saylı qərardadının ləğv edilməsini və Lənkəran Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 2(049)- 9689/2017 saylı məhkəmə əmrindən verdiyi etirazın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(049)-9689/2017 saylı qərardadı ilə (sədrlik edən hakim Kamran Süleymanov) kreditor X1 Borclu qarşı borcun tutulması tələbi barədə mülki iş üzrə məhkəmə əmrinə verilmiş etirazın təmin edilməməsi ilə bağlı Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(049)-9689/2017 nömrəli qərardadından borclunun verdiyi şikayət geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Borclu şikayət vermiş, şikayətində Lənkəran Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(049)-9689/2017 saylı qərardadının ləğv edilməsini və şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, kreditor X1 Borclu qarşı borcun tutulması tələbi barədə mülki iş üzrə 21 dekabr 2017-ci il tarixli, 2(049)-9689/2017 nömrəli məhkəmə əmrinə əsasən tələb təmin edilmişdir. 21 dekabr 2017-ci il tarixli məhkəmə əmrinə qanunla müəyyən edilmiş müddətdə etiraz verilməmiş, məhkəmə əmri qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Borclu Lənkəran Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 2(049)-9689/2017 nömrəli məhkəmə əmrinə 30 sentyabr 2022-ci il tarixdə etiraz vermişdir. Məhkəmənin 06 dekabr 2022-ci il tarixli, 2(049)-9689/2017 nömrəli qərardadına əsasən etirazın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardadda etirazın təmin edilməməsinin əsası olaraq etirazın qanunla müəyyən edilmiş müddət bitdikdən sonra verilmiş olması qeyd edilmişdir. Borclu 16 avqust 2024-cü il tarixdə məhkəmənin 06 dekabr 2022-ci il tarixli, 2(049)-9689/2017 nömrəli qərardadından şikayət vermişdir. Borclu şikayətində məhkəmənin 06 dekabr 2022-ci il tarixli, 2(049)-9689/2017 nömrəli qərardadını qanunsuz və əsassız hesab etdiyini qeyd etmiş, həmin qərardadın ləğv edilərək məhkəmə əmrinə verilmiş etirazın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-9689/2017 saylı, 19 avqust 2024-cü il tarixli qərardadı ilə kreditor X1 Borclu qarşı borcun tutulması tələbi barədə mülki iş üzrə məhkəmə əmrinə verilmiş etirazın təmin edilməməsi ilə bağlı Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(049)-9689/2017 nömrəli qərardadından borclunun verdiyi şikayətin qaytarılması qərara alınmışdır. Qərardad aşağıdakı kimi əsaslandırılmışdır: “İş materiallarını və şikayəti nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə əmrinə verilmiş etirazın təmin edilməməsi ilə bağlı 06 dekabr 2022-ci il tarixli, 2(049)-9689/2017 nömrəli məhkəmə qərardadı 07 dekabr 2022-ci il tarixdə Borclu göndərilmişdir. Həmin qərardaddan qanunla müəyyən edilmiş müddətdə şikayət verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Borclu hazırkı şikayətində qeyd etmişdir ki, məhkəmənin 06 dekabr 2022-ci il tarixli, 2(049)-9689/2017 nömrəli qərardadını 16 avqust 2024-cü il tarixdə almışdır. Lakin iş materiallarından görünür ki, məhkəmənin 06 dekabr 2022-ci il tarixli, 2(049)-9689/2017 nömrəli qərardadının Borclu göndərilməsinə dair məhkəmə sənədi onun həmin ünvanda yaşamaması əsası ilə 15 dekabr 2022-ci il tarixdə geri qaytarılmışdır. Borclu etibarnamə üzrə nümayəndəsi X3 15 avqust 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə rəsmi qaydada müraciət edərək məhkəmənin 06 dekabr 2022-ci il tarixli, 2(049)-9689/2017 nömrəli qərardadının ona verilməsini xahiş etmişdir. Qərardadın surəti həmin şəxsə veriləndən sonra Borclu qərardaddan şikayət vermişdir. Eyni zamanda, iş materiallarından görünür ki, borclu məhkəmə əmrinə verdiyi etiraz ərizəsinə baxılması (ərizəyə baxılmasının təxirə salınması) ilə bağlı məhkəməyə bir neçə dəfə teleqram göndərmiş, həmin teleqramları ünvan 1 ünvanından göndərmişdir. Məhkəmənin 06 dekabr 2022-ci il tarixli, 2(049)-9689/2017 nömrəli qərardadı da həmin ünvana göndərilmişdir. Borclu məhkəmənin 06 dekabr 2022-ci il tarixli, 2(049)-9689/2017 nömrəli qərardadının ona göndərildiyi vaxtdan 1 il 8 ay müddət keçəndən sonra həmin qərardaddan şikayət vermiş, lakin əgər bu müddət üzrlü səbəblərdən keçmişsə, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə vəsatət verməmişdir. Eyni zamanda, Borclu izah edilir ki, məhkəmənin 06 dekabr 2022-ci il tarixli, 2(049)-9689/2017 nömrəli qərardadından yenidən şikayət verilərsə, şikayət vermək üçün qanunla müəyyən edilmiş müddət bitdiyindən şikayətin həmin müddət bitdikdən sonra verilməsinin üzrlü səbəblərdən baş verməsini əsaslandıran və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edən vəsatət verərək və şikayəti həmin vəsatətə əlavə edərək qərardaddan yenidən ümumi qaydada şikayət verilə bilər”. İşin hallarından da göründüyü kimi, məhkəmə işin hallarını düzgün qiymətləndirməmişdir. Belə ki, borclunun səhhətinə görə məhkəmə iclasında iştirak edə bilmədiyi halda, məhkəmə bunu işə baxılmasının lüzumsuz olaraq uzadılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirmişdir. Bu isə işin həqiqi vəziyyətini düzgün əks etdirməmişdir. Hesab edir ki, qərardad ləğv olunmalı və onun etirazı təmin olunmalıdır. Məhkəmə isə işin hallarını düzgün araşdırmadığına görə çıxarılmış qərardadı əsassız və qanunsuz hesab edir. Həmçinin qeyd edir ki, qərardadı rəsmi şəkildə 16 avqust 2024-cü il tarixdə almışdır. Bu səbəbdən də şikayət vermə müddəti ötürülməmişdir. Hesab edir ki, verilmiş şikayət icraata qəbul edilməlidir. Lənkəran Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 2(049)-9689/2017 saylı qərardadı ilə kreditor X1 Borclu qarşı borcun tutulması tələbi barədə mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(049)-9689/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan Borclu tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş materialları 13 sentyabr 2024-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(049)-9689/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda müəyyən olunur ki, borclunun Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərardadından verdiyi şikayət məhkəmənin 19 avqust 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmış, geri qaytarmanın əsası kimi şikayətin qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilməsinə və şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verilməməsinə istinad edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 19 avqust 2024-cü il tarixli qərardadında gəldiyi nəticə və mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri sayır: MPM-in 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından görünür ki, borclu məhkəmə əmrinə verdiyi etiraz ərizəsinə baxılması (ərizəyə baxılmasının təxirə salınması) ilə bağlı birinci instansiya məhkəməsinə bir neçə dəfə teleqram göndərmiş, həmin teleqramları ünvan 1 ünvanından göndərmişdir. Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(049)-9689/2017 nömrəli qərardadı da həmin ünvana göndərilmişdir. Lakin həmin qərardadın Borclu göndərilməsinə dair məhkəmə sənədi onun həmin ünvanda yaşamaması əsası ilə 15 dekabr 2022-ci il tarixdə geri qaytarılmışdır. MPM-in məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydalarını müəyyən edən 135-ci maddəsinin məzmununa görə, MPM-in 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, MPM-in 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. MPM-in 135.5-ci maddəsinə əsasən, MPM-in 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd olunan prosessual hüquq normalarının məzmununu və işin faktiki hallarını nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərardadının borclunun özünün qeyd etdiyi ünvana göndərilməsi həmin sənədin ona rəsmi qaydada verilməsi hesab edilir. Borclu məhkəmənin 06 dekabr 2022-ci il tarixli, 2(049)-9689/2017 nömrəli qərardadının ona göndərildiyi vaxtdan 1 il 8 ay müddət keçəndən sonra həmin qərardaddan şikayət vermiş, lakin əgər bu müddət üzrlü səbəblərdən keçmişsə, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə vəsatət verməmişdir. MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi məhkəmənin 06 dekabr 2022-ci il tarixli, 2(049)-9689/2017 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətin qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilməsinə və şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verilməməsinə görə şikayəti qaytarmaqda haqlı olmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsi borcluya izah etmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(049)-9689/2017 nömrəli qərardadından yenidən şikayət verilərsə, şikayət vermək üçün qanunla müəyyən edilmiş müddət bitdiyindən şikayətin həmin müddət bitdikdən sonra verilməsinin üzrlü səbəblərdən baş verməsini əsaslandıran və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edən vəsatət verərək və şikayəti həmin vəsatətə əlavə edərək qərardaddan yenidən ümumi qaydada şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(049)-9689/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 397, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(049)-9689/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar