Məhkəmə qərarları › İş №2(106)-1689/2025

Şirvan Apellyasiya Məhkəməsi Əlavə qətnamə — İş №2(106)-1689/2025

28.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Əlavə qətnamə Şirvan şəhəri İş № 2(106)-1689/2025 28.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Kürdəmir Rayon Məhkəməsinin (hakim X.İmanov) ## ###### 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh ödəniləcək günə manatla məzənnəyə uyğun olaraq 45720.58 (qırx beş min yeddi yüz iyirmi ABŞ dolları 58 sent) ABŞ dolları əsas, 28881.70 (iyirmi səkkiz min səkkiz yüz səksən bir ABŞ dolları 70 sent) ABŞ dolları faiz, 4572 (dörd min beş yüz yetmiş iki) ABŞ dolları cərimə, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumun əvəzinin tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan, Abşeron rayonu, Novxanı kəndi, Xurşudbanu Natəvan küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 90.3 kv.m ümumi sahədən ibarət ** saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmiş və iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh ödəniləcək günə məzənnəyə uyğun olaraq manatla əsas borca görə 44.044,58 (qırx dörd min qırx dörd tam, əlli səkkiz) ABŞ dolları, müqavilə müddətinin sonuna olan faiz borcuna görə 18.169,75 (on səkkiz min yüz altmış doqquz tam, yetmiş beş) ABŞ dolları, cərimə borcuna görə 4000 (dörd min) ABŞ dolları, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 40 (qırx) manat tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan, Abşeron rayonu, Novxanı kəndi, Xurşudbanu Natəvan küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 90.3 kv.m ümumi sahədən ibarət ** saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılması təmin edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərcinə görə, İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 100 manat, Cavabdeh 100 manat tutulub Məhkəmə Ekpertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iş üzrə çıxarılmış qətnamənin qət etdi hissəsində əmlakın likvid dəyəri qeyd olunmamışdır. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək əlavə qətnamə çıxarılmasına dair məsələyə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya işə, MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya məruzəni dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə əlavə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 229-cu maddəsinə əsasən: 229.1. İş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. İşin hallarından görünür ki, iş üzrə müvafiq araşdırma aparılmış, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici təyin edilmiş, “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli, ****/** saylı hesabatı alınmış, qiymətləndirmə rəyinə görə Abşeron rayonu, Novxanı kəndi, Xurşudbanu Natəvan küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 90.3 kv.m ümumi sahədən ibarət ** saylı fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiyməti) 225.000 (iki yüz iyirmi beş min) manat müəyyən edilmişdir. Lakin qətnamənin nəticə hissəsində ilkin satış qiyməti göstərilməmişdir. Qətnamənin əsaslandırıcı hissəsindən də görünür ki, Kollegiya iş üzrə “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli qiymətləndiricinin rəyində göstərilən ilkin satış qiymətini nəzərə alıb və hesab etmişdir ki, ipoteka predmeti olan, Abşeron rayonu, Novxanı kəndi, Xurşudbanu Natəvan küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 90.3 kv.m ümumi sahədən ibarət ** saylı fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiyməti) 225.000 (iki yüz iyirmi beş min) manat müəyyən edilməlidir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin tələbinə görə ipoteka predmetinə tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsində ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Kollegiya hesab edir ki, iş üzrə əlavə qətnamə qəbul edilməli, ipoteka predmeti olan, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan, Abşeron rayonu, Novxanı kəndi, Xurşudbanu Natəvan küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 90.3 kv.m ümumi sahədən ibarət ** saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin (likvid qiyməti) 225000 (iki yüz iyirmi beş min) manat müəyyən edilməsi qətnanənin nəticə hissəsində göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 365, 229.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli qətnaməsinə aşağıdakı məzmunda əlavə edilsin: İpoteka predmeti olan, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan, Abşeron rayonu, Novxanı kəndi, Xurşudbanu Natəvan küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 90.3 kv.m ümumi sahədən ibarət ** saylı fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiyməti) 225.000 (iki yüz iyirmi beş min) manat müəyyən edilsin. Əlavə qətnamə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli qətnaməsinə əlavə edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar