Məhkəmə qərarları › İş №2(106)-169/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-169/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-169/2023 10.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu X2 Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, Cəbrayıl Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Cəbrayıl Rayon Məhkəməsinin (hakim T.Nüsrətov) 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 1859.50 (min səkkiz yüz əlli doqquz, əlli) manat məbləğində əsas kredit borcunun, 343.27 (üç yüz qırx üç, iyirmi yeddi) manat məbləğində faiz borcun, 50 (əlli) manat məbləğində cərimə borcun, ümumilikdə 2252.77 (iki min iki yüz əlli iki, yetmiş yeddi) manat məbləğində kredit borcunun 38.48 (otuz səkkiz, qırx səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddia tələbinin cavabdeh (zamin) Cavabdeh2 münasibətdə rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı QSC apellyasiya şikayəti vermişdir. İşinhalları 003A********** saylı, 31 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən “AccessBank" QSC-nin “Sumqayıt” filialı borcalan Cavabdeh1 illik 2.25 % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə 2000 manat kredit vermişdir. Kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilmişdir, kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixli sazişlə xx.xx.2021-ci il tarixədək, xx.xx.2020-ci il tarixli sazişlə xx.xx.2021-ci il tarixədək və xx.xx.2020-ci il tarixli sazişlə xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Borcalan Cavabdeh1 kredit öhdəliklərinin icrasının təminatı məqsədilə “AccessBank" QSC ilə Cavabdeh2 arasında 003G**********01 saylı, 31 yanvar 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 borcalanın öhdəliklərinin icrası üçün kreditorun qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Hazırki tələbində İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1859.50 manat məbləğində əsas kredit borcunun, 343.27 manat məbləğində faiz borcunun, 621.08 manat məbləğində cərimə borcunun, ümumilikdə 2823,85 manat məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 48.24 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq, iddiaçı “AccessBank QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər ay vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, kredit müqaviləsinə bir neçə dəfə əlavə saziş bağlanmaqla, kreditin müddəti uzadılmışdır. Belə ki, 21 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əlavəyə əsasən kreditin müddəti 08 fevral 2022-ci il tarixədək uzadılmışdır. Cavabdeh1 kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərim tam icra etməmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 460.1, 477.0.1, 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı “AccessBank QSC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin zamin Cavabdeh2 dair hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, zamin banka gəlməsə də öz razılığını şifahi olaraq bildirmişdir. Prosessualməsələlər Apellyasiya baxışında iddiaçının nümayəndəsi iştirak etməmişdir. İddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, metroloji şəraitin nəzərə alınaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İş üzrə cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə müəyyən edilmiş məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı apellyasiya şikayətində qətnaməni zaminə aid hissədə mübahisələndirmişdir. Kollegiya işə apellyasiya şikayəti həddində baxır. İşin faktiki hallarından görünür ki, 31 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən “AccessBank" QSC-nin “Sumqayıt” filialı borcalan Cavabdeh1 illik 2.25 % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə 2000 manat kredit vermişdir. Kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixli sazişlə xx.xx.2021-ci il tarixədək, xx.xx.2020-ci il tarixli sazişlə xx.xx.2021-ci il tarixədək və xx.xx.2020-ci il tarixli sazişlə xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İddiaçı“AccessBank" QSC xx.xx.2020-ci il tarixli saziş üzrə borcunu tələb etmişdir. İş materiallarında olan 3916 saylı, 01 aprel 2022-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh1 kredit müqaviləsinə əsasən 10 yanvar 2022-ci il tarixə banka 1859.50 (min səkkiz yüz əlli doqquz, əlli) AZN məbləğində əsas kredit borcu, 343.27 (üç yüz qırx üç, iyirmi yeddi) AZN məbləğində faiz borcu, 621.08 (altı yüz iyirmi bir, sıfır səkkiz) AZN məbləğində cərimə borcu və ümumilikdə 2823.85 (iki min səkkiz yüz iyirmi üç, səksən beş) AZN məbləğində kredit borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya qeyd edir ki, iddiaçı Bank cavabdehlərdən borcunu və ona vurulan ziyanı tələb etməkdə özlüyündə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsi borcu yalnız əsas borcludan tutmuş, zaminə münasibətdə Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən iddianı təmin etməmişdir. Mahiyyətcə məhkəmə hesab etmişdir ki, zaminliyə xitam verilmiş hesab edilməlidir. Kollegiya məhkəmənin mövqeyini əsaslı sayır. Qüvvədə olan qanunvericilik, mübahisələndirilib-mübahisələndirilməməsindən asılı olmayaraq, zaminliyə xitam verilməsinin hallarını müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun tələbinə görə, zaminliyin təmin etdiyi öhdəlik zaminin razılığı olmadan dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarında göstərilmşdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Konstitusiya məhkəməsinin hüquqi mövqeyinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması”müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Müəyyən edilir ki, İddiaçı QSC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 asında bağlanmış 31 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə və ödəniş cədvəlinə sonuncu dəfə 003A**********SB saylı, 21 dekabr 1120-ci il tarixli sazişlə dəyişiklik edilərək, kreditin müddəti 08 fevral 2022-ci il tarixədək uzadılmışdır. Lakin kredit müqaviləsinin uzadılmasına və ödəniş planına dəyişiklik edilməsinə zamin Cavabdeh2 razılığı olmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, sonrakı dəyişikliyə zaminin razılığı alınmadığından İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə Qanunun tələbinə görə xitam verilmiş hesab edilməlidir. Bu baxımdan o, iddiaçının qarşısında məsuliyyət daşımır. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı QSC -nin apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(072)-404/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar