Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1693/2023 23.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Lerik Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(048)130/2023 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X1 təsərrüfat malları dükanından təmir-tikinti işləri ilə əlaqədar qaimələr əsasında götürülmüş malların və usta, fəhlələrə ödənilmiş pulların ümumi dəyəri olan 155535 manat pulun, kredit olaraq götürüb onlar üçün xərclədiyi 116245 ABŞ dolları pulun və 11 ay onlar üçün ödədiyi kredit borclarının ümumi məbləği olan 24750 manat pulun ümumilikdə 180285 manat və 116245 ABŞ dolları maddi ziyan pulunun və ödənilmiş 563 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Baxış iclası zamanı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianın Cavabdeh2 dair tələbindən imtina etdiyini və mülki işin həmin hissədə icraatına xitam verilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(048)130/2023 saylı qərardadı ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh2 hissəsində icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh2 şikayət vermişdir. Lerik Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(048)130/2023 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, Lerik Rayon Məhkəməsinin 2(048)-130/2023 saylı mülki iş üzrə çıxarmış olduğu 04 iyul 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilən şikayət təmin edilməməsi, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə şikayətin təmin edilməməsini şikayətin təmin edilməsi üçün əsasların olmaması ilə əlaqələndirmişdir. Mülki Prosessual Məcəllənin: 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. İş materiallarında görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-130/2023 saylı 04 iyul 2023-cü il tarixli qərardadına əsasən iddiaçının yazılı ərizəsinin nəzərə alınaraq İddiaçı maddi ziyanın ödənilməsi tələbinə dair 2(048)-130/2023 saylı mülki iş üzrə Cavabdeh2 aid olan hissəsi xitam edilmişdir. Həmçinin qeyd edilməlidir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X1 təsərrüfat malları dükanından təmir-tikinti işləri ilə əlaqədar qaimələr əsasında götürülmüş malların və usta, fəhlələrə ödənilmiş pulların ümumi dəyəri olan 155535 manat pulun, kredit olaraq götürüb onlar üçün xərclədiyi 116245 ABŞ dolları pulun və 11 ay onlar üçün ödədiyi kredit borclarının ümumi məbləği olan 24750 manat pulun ümumilikdə 180285 manat və 116245 ABŞ dolları maddi ziyan pulunun və ödənilmiş 563 manat dövlət rüsumunun alınması tələbinə dair mülki iş üzrə 04 iyul 2023-cü il tarixdə qətnamə qəbul edilmişdir. Cavabdeh2 şikayətində dəlillərində qeyd ki, qəbul olunan qətnamə onun maraqlarına toxunur. Belə ki, onun keçmiş həyat yoldaşı iş üzrə Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlaklarda payın müəyyən edilməsi tələbi ilə bağlı iddia tələbi irəli sürməsin deyə, yəni həmin tələbi irəli sürəcəyim halda keçmiş həyat yoldayış Cavabdeh1 hazırkı mülki iş üzrə qismən təmin edilmiş tələbin yarısının Lala Balayevadan tələb edə bilsin. İddiaçı və keçmiş həyat yoldaşı Cavabdeh1 qabaqcadan düşünülmüş planı üzrə hazırkı iddia tələbi irəli sürülmüş və həmin tələbin Lerik Rayon Məhkəməsindən notarius olaraq istifadə edərək məhkəmə qətnaməsi ilə təsdiq edilməsinə nail olmuşlar. Kollegiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, İddiaçı Cavabdeh1 qarşı təsərrüfat malları dükanından təmir-tikinti işləri ilə əlaqədar qaimələr əsasında götürülmüş malların və usta, fəhlələrə ödənilmiş pulların ümumi dəyəri olan 155535 manat pulun, kredit olaraq götürüb onlar üçün xərclədiyi 116245 ABŞ dolları pulun və 11 ay onlar üçün ödədiyi kredit borclarının ümumi məbləği olan 24750 manat pulun ümumilikdə 180285 manat və 116245 ABŞ dolları maddi ziyanın tələb etməsi və məhkəmə tərəfindən bu barədə qətnamə qəbul edilməsi, həmin qətnamədən Cavabdeh2 maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti (hazırda Cavabdeh2 qeyd olunan qətnamədən Apellyasiya şikayəti vermiş və şikayət iş materiallarına əlavə edilərək birinci instansiya məhkəməsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə baxılması üçün göndərilmişdir. )verməsinin, Cavabdeh2 Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlaklarda payın müəyyən edilməsi tələbi ilə bağlı iddia tələbi irəli sürməsinin qarşısını almır. Həmçinin bu hal iddiaçının iddiasından imtina etməsinin qarşısını almır. Nəzərə almaq lazımdır ki, Cavabdeh2 onun əri Cavabdeh1 qarşı təmin olunan tələb üzrə qəbul edilmiş qətnaməni apellyasiya qaydasında mübahisələndirir və mübahisə olunan istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Ərin (arvadın) üçüncü şəxslər qarşısında pul öhdəlikləri yaradan əqdlərdən irəli gələn mübahisələrdə bununla bağlı iddia tələbinin (iddiaya etirazın) olub- olmamasından asılı olmayaraq məhkəmələr iddianın əsaslandığı əqdin etibarlılığı (əhəmiyyətsiz əqd olub-olmadığı) barədə məsələyə hüquqi qiymət verməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azad X2rşı iddiadan imtinası Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin tələblərinə cavab verir və məhkəmə haqlı olaraq İddiaçı Cavabdeh2 qarşı iddiadan imtinası təsdiq etmiş və iddia üzrə icraata xitam vermişdir. Cavabdeh2 tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Lerik Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(048)130/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(048)130/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(106)-1693/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1693/2023
23.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver