Məhkəmə qərarları › İş №2(106)-1698/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1698/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1698/2023 16.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsinə, Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin ləğvi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(048)-354/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya mümkünlüyünü yoxlayaraq məhkəmə kollegiyası müəyyənetdi: Lerik Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(048)-354/2023 saylı qətnaməsi ilə (hakim Atabəy Kiçibəyov) ilkin iddianın qismən təmin edilməsi, 12 oktyabr 2021-ci il tarixli saylı kredit müqaviləsinə əsasən Cavabdeh 29600 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv/m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv/m olan torpaq sahəsinə yönəldilməsi, əmlakın açıq hərracada satılaraq və həmin satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, Cavabdeh İddiaçı qarşı qaldırdığı “xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə müəyyən edilən 50.000 (əlli min) manat pulun tutulması və ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv metr olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv metr olan torpaq sahəsinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, həmin satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ona ödənilməsi” və 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsinin ləğv edilməsi tələbinin əsassız olduğundan təmin edilməməsi, Cavabdeh tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Lerik Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(073)-270/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qəbul edilərək mülki iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) tələblərinə cavab vermir. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki, MPM-in 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Beləcə, işdən də göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq, yalnız həmin normanın tələblərinə cavab verən apellyasiya şikayətini, ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, yanlış olaraq apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Lerik Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(048)-354/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh edilənlərə əsasən və MPM-nin 263-264, 366, 402.2.1-ci və 403-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Lerik Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(048)-354/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 363.1.5-ci maddəsinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Lerik Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar