Məhkəmə qərarları › İş №2(106)-1707/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1707/2024

08.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1707/2024 08.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(017)-9/2024 saylı qərardadından (hakim Etibar Quliyev) Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-9/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir. İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-9/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(017)-9/2024 nömrəli qərardadı ilə Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)- 9/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş şikayət Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-9/2024 nömrəli qərardadı ilə təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1069/2024 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(017)-9/2024 nömrəli qərardadı ləğv edilmiş və hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün mülki iş materialları Ağcabədi Rayon Məhkəməsinə qaytarılmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh izahatında göstərmişdir ki, Ağcabədi Rayon Məhkəməsindən adına göndərilmiş məhkəmə qətnaməsinin olduğu zərf onun ünvanına xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Hazırda həmin zərfi sübut kimi məhkəməyə təqdim edir. Əvvəlcədən zərfin surətini məhkəməyə göndərmiş, həmin zərfin surətinin arxa üzündə özü tərəfindən zərfi almasına dair müvafiq qeyd aparmışdır. Lakin hazırda məhkəməyə təqdim etdiyi zərfin üzərində apardığı qeydləri sonradan ağardıcı vasitəsilə silmiş, həmin qeyddə yazılmış rəqəmi özü qaralamışdır. Müddətin bərpası ilə bağlı məhkəməyə ərizə verməmişdir. Hesab edir ki, müddəti buraxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Cavabdeh tanıyır. Ona qarşı heç bir düşmənçiliyi və ədavəti yoxdur. Ağcabədi rayon Mərkəzi poçtunda “poçtalyon” vəzifəsində işləyir. Poçta daxil olan sifarişli məktub, teleqram və s. dərhal vətəndaşların ünvanına çatdırılır. Ağcabədi Rayon Məhkəməsindən daxil olmuş ştrix kodu SX016839000AZ olan sifarişli məktub xx.xx.2024-cü il tarixdə Cavabdeh ünvanına onun tərəfindən çatdırılmışdır. Bu barədə F-8 jurnalına qeydiyyat aparmış və həmin jurnala imza etdirilmişdir. Həftənin altıncı günləri onlarda iş günü hesab olunur. İfadəsinə əlavə olaraq bildirir ki, iş yükünün çoxluğu, eyni zamanda təcili çatdırılmalı olan məktublar, teleqramlar və s. olduqda həmin sənədlərin şöbənin işçiləri tərəfindən qeyri iş günlərində çatdırılması da təmin olunur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(017)-9/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixli reyestrlə (sifarişli məktubla) Cavabdeh göndərilmiş, xx.xx.2024-cü il tarixdə poçt işçisi X2 tərəfindən onun ünvanına çatdırılmış və F-8 jurnalına qeyd olunaraq ona təqdim olunmuşdur. Apellyasiya şikayəti Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir. Həmçinin iş materiallarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-9/2024 nömrəli qətnaməsindən qanunla müəyyən olunan bir ay müddətində Cavabdeh apellyasiya şikayəti verməmiş, nə də buraxılmış prosessual müddətin bərpa olunmasına dair məhkəməyə vəsatət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.1.3cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildikdə apellyasiya şikayəti geri qaytarılır. Ağcabədi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(017)-9/2024 nömrəli qətnaməsindən Cavabdeh vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan Cavabdeh şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, Ağcabədi Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət ötürülmədiyindən, icraata qəbul edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərə məhkəmə bildirişi göndərilmiş, bildirişlə iddiaçının şikayətə qarşı etiraz vermək hüququ və tərəflərin işə məhkəmə iclasında baxılmasını istədikləri halda bununla bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Müəyyən edilmiş müddət ərzində məhkəməyə hər hansı ərizə və yaxud da vəsatət daxil olmamışdır. Məhkəmə Kollegiyası, qərardaddan verilmiş şikayətə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan, yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşin hallarından müəyyən edilir ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(017)-9/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixli reyestrlə (sifarişli məktubla) Cavabdeh göndərilmiş, xx.xx.2024-cü il tarixdə ona təqdim olunmuşdur. Apellyasiya şikayəti Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir. Həmçinin, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-9/2024 nömrəli qətnaməsindən qanunla müəyyən olunan bir ay müddətində Cavabdeh apellyasiya şikayəti verməmiş, nə də buraxılmış prosessual müddətin bərpa olunmasına dair məhkəməyə vəsatət verməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, cavabehin şikayətinin dəlilləri əsaslı deyil və buna görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, cavabdeh müddəti ötürməməsini bildirirsə, bunu əsaslandırmalı və məhkəməyə müvafiq sübutlarını təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Qeyd edilənlərə əsasən də, Məhkəmə Kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən şikayət təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(017)-9/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh tərəfindən şikayət təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(017)-9/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar