Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1708/2023 26.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair iş üzrə iddia ərizənin geri qaytarılması barədə Biləsuvar Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e-2(022)-1239/2023 saylı qərardadından ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə verdiyi şikayətə yazılı məhkəmə icraat qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 09 yanvar 2020-ci il tarixli, LM012000093 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 2.788 manat 73 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 125 manat 54 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 manat 55 qəpik, cəmi 2.914 manat 27 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinin (iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.) tələblərinə cavab vermədiyinə görə, Biləsuvar Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(022)-1239/2023 saylı qərardadı ilə geri qaytarılmışdır. Qərardaddan iddiaçı tərəf şikayə vermiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini, şikayət təmin edilmədiyi halda işin şikayət əsasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsində işə yazılı icraat qaydasında baxılan zaman, məhkəməyə iddiaçı tərəfin və eyni zamanda onun nümayəndəsi Nümayəndə şikayətdən imtinaları daxil olmuşdur. Ərizədə şikayətin geri qaytarılması xahiş edilmişdir. Məhkəm kollegiyası hesab edir ki, iddiaçı tərəfin şikayətdən imtinası qəbul edilməli və qərardaddan verilmiş şikayət üzrə apellyasiya icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 398.0-cı maddəsində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, qərardaddan şikayət verən şəxs həm də şikayətdən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəfin şikayətdən imtinası qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qanunvericiliyin məzmunundan da, görünür ki, qanunvericilikdə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264, 402-407, 397.3, 398.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: İddiaçı ASC-nin Biləsuvar Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e- 2(022)-1239/2023 saylı qərardadından verdiyi şikayətdən imtinası qəbul edilsin Biləsuvar Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, e-2(022)-1239/2023 saylı qərardadından ləğv prosesində olan İddiaçı ASC-nin şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1708/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1708/2023
26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver