Məhkəmə qərarları › İş №2(106)-1712/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1712/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1712/2023 18.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(032)45/2023 saylı qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 29.300 pulun, 2500 manat dəymiş ziyanın və ödənilmiş 180 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, bir il bundan əvvəl tanıdığı Şirvan şəhər sakini Cavabdeh torpaq sahəsi verməsi müqabilində ondan 29.300 manat pul almışdır. Amma Cavabdeh ona nə torpaq sahəsi vermiş, nə dəki bu günə kimi plunu qaytarmışdır. Cavabdeh qeyd edilən məbləğdə pulun ondan aldığının sübutu kimi ona borc haqqında öz əli ilə yazdığı kağızı və ona məxsus daşınmaz əmlakının çıxarışının əslini də təqdim etmişdir. Dəfələrlə qapısına gedib əli ilə verdiyi pulunu istəmiş, lakin Elçin pulunu verməyib və deyib ki, “hara istəyirəmsə şikayət edim”. O da Şirvan şəhər Polis İdarəsinə şikayət etmiş, müstəntiq Əhməd Baloğlanovun icraatında araşdırma aparılmış və tərəfindən Cavabdeh 29.300 manat pul verməsi faktı təsdiq edilmişdir. Şikayət olunan Cavabdeh istintaqdan yayınmış və izahat vermək üçün Polis Şöbəsinə gəlməmişdir. Şirvan Şəhər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(032)45/2023 saylı qətnaməsi (hakim S.Məmmədova) ilə, iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(032)45/2023 saylı qətnaməsinin surətini tərəflər məhkəmə qəbzinə rəsmi qaydada imza çəkməklə 27 iyul 2023-cü il tarixdə əldə etmişdir. Qətnamədən narazı qalan İddiaçı şikayət vermişdir. Şikayət birinci instansiya məhkəməsinə 22 avqust 2023-cü il tarixdə daxil olmuşdur. Şirvan Şəhər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(032)45/2023 saylı qərardadı ilə, Şirvan Şəhər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(032)45/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qətnamədən İddiaçı tərəfindən yenidən apellyasiya şikayəti verilmiş. Şikayət birinci instansiya məhkəməsinə 23 avqust 2023-cü il tarixdə daxil olmuşdur. Şirvan Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(032)45/2023 saylı qərardadı ilə, Şirvan şəhər Məhkəməsinin 2(032)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, şikayət birinci instansiya məhkəməsinə 29 avqust 2023-cü il tarixdə daxil olmuşdur. Şirvan Şəhər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(032)45/2023 saylı qərardadı ilə, Şirvan şəhər Məhkəməsinin 2(032)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Şirvan Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(032)45/2023 saylı qərardadından narazı qalan iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 şikayət vermişdir. (19 sentyabr 2023-cü il) Qətnamədən elektron qaydada Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayəti vermişdir. (20 sentyabr 2023-cü il) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən prosessual müddətin bərpa olunmasına dair ərizə daxil olmuşdur (22 sentyabr 2023-cü il) (səh 289). Şirvan Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(032)45/2023 saylı qərardadı ilə, şikayətin təmin edilməsi, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)- 45/2023 nömrəli qərardadı ləğv edilsin, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəsinin təmin edilməsi, Şirvan şəhər Məhkəməsinin 2(032)-45/2023 saylı, 13 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa olunması, apellyasiya şikayəti baxılması üçün mülki iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Şəhər Məhkəməsinin Şirvan Apellyasiya Məhkəməsinə ünvanlandığı müşahidə məktubundan görünür ki, birinci instansiya məhkəməsi qətnamədən həm iddiaçı həm də cavabdehin vermiş olduqları apellyasiya şikayətlərini apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 09 oktyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1712/2023 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 18 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Şirvan Şəhər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(032)45/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərəkən birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunu yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın başa düşülməsi üçün verilmiş apellyasiya şikayətlərinə ayrı ayrılıqda hüquqi qiymət verilməsini zəruri hesab edir. İlk növbədə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə aşağıdakılar qeyd olunmalıdır: İlk olaraq qeyd edilməlidir ki, Şirvan Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(032)45/2023 saylı qərardadı ilə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra iddiaçı həmin qərardaddan şikayət vermişdir. Bir müddət sonra isə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi 22 sentyabr 2023-cü il tarixli, 2(032)45/2023 saylı qərardad qəbul etməklə, həm apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı ləğv etmiş həm də müddətin bərpası barədə ərizəni təmin etmişdir. Kollegiya qeyd edir ki, Əgər birinci instansiya məhkəməsi hesab edirdisə, apellyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticə düzgün olmamış və bu səbəbdən qərardad ləğv edilməlidir onda, prosessual müddət ötürülməmiş olacaqdı, bu halda isə müddət ötürülmədiyi halda, müddətin bərpa olunması prosessual qanunvericiliyin tələblərinə uyğun hesab oluna bilməzdi, yox əgər həqiqətən iddiaçı tərəfdən verilmiş apellyasiya şikayəti prosessual məcəllənin tələblərinə uyğun verilməmişdirsə, onda yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən apellyasiya şikayəti verilmişdirsə, bu zaman prosessual müddətin bərpasına dair ərizəyə baxılmalı, müvafiq qərar qəbul etməli, daha sonra isə verilmiş apellyasiya şikayətini MPM-nin tələblərinə uyğunluğunu yoxlayaraq növbəti prosessual hərəkətlər edilməlidir. Belə olan halda isə apellyasiya şikayətinin geri qaytarılma barədə qərardadın ləğv edilməsi üçün əsaslar aradan qalxmış olacaqdı. Lakin birinci instansiya məhkəməsi verilmiş şikayət və müddətin bərpasına dair ərizəyə eyni bir qərardadla hüquqi qiymət verərək prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. Həmçinin qeyd edilməlidir ki, elektron sistemə baxış keçirilən zaman aydın görünür ki, sonuncu apellyasiya şikayəti 23 avqust 2023-cü il tarixində sistemə yerləşdirilmişdir. Elektron qaydada verilmiş apellyasiya şikayətinə baxış keçirilən zaman müəyyən edilir ki, ( hansı ki, iş materiallarına əlavə edilməmişdir, apellyasiya məhkəməsi tərəfindən əlavə edildi) apellyasiya şikayətini MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həm apellyasiya şikayəti verən şəxs həmdə apellyasiya şikayəti verən şəxsin vəkili bölmələrində eyni bir şəxsin adı yəni Nümayəndə2 qeyd edilmişdir. Belə ki, Nümayəndə2 etibarnamə üzrə Adişirin Qurbanovun adınan hərəkətlər yerinə yetirmək üçün səlahiyyət almışdır. Belə ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə (maddə 362.1) sayılır. Göründüyü kimi təmsil edən Nümayəndə2 apellyasiya şikayətini təmsil etdiyi şəxsin adından verməli olduğu halda öz adından apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayəti tam formada tərtib edilmədən ona birləşdirilmiş (1-ci səhifənin sonundan başlayaraq) yeni apellyasiya əlavə edilmişdir. Hansı ki, burada apellyasiya şikayətinin tərtib olunma formasına riayət edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş apellyasiya şikayətini MPMnin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Kollegiya cavabdeh Eçlin Mehdiyev tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayəti 20 sentyabr 2023-cü il tarixdə elektron imza vasitəsilə imzalanmaqla verilmişdir. İş materiallarından görünür ki, cavabdeh rəsmi qaydada qətnamənin surətini 27 iyul 2023-cü il tarixdə əldə etmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüş və onun bərpasına dair ərizə verilməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılmalıdır. 363.1.3-cü maddəsinə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Şirvan Şəhər Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin nəzərinə çatdırır ki, qətnamələrdən verilmiş elektron apellyasiya şikayətlərində ilk olaraq iş materiallarına elektron qaydada tərtib edilmiş apellyasiya şikayəti daha sonra isə zəruri sənədlər (etibarnamə, order, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz və digər əlavə edilmiş sənədlər) əlavə edilməlidir. Həmçinin qeyd olunan ardıcıllıq gözlənilməlidir ki, gələcəkdə həm birinci instansiya məhkəməsi həm də yuxarı instansiya məhkəmələri tərəfindən işə baxılmasına çətinlik yaradan nüanslar aradan qalxmış olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Şirvan Şəhər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(032)45/2023 saylı qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti qeyrimümkün hesab edilsin. Şirvan Şəhər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(032)45/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətlərinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar