Məhkəmə qərarları › İş №2(106)-1713/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1713/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1713/2023 24.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), X8 və Həsənov Müşfiq Kamil oğlundan ibarət məhkəmə tərkibində, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(073)-1346/2021 saylı qərardadından "xxxx" ASC tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(073)-1346/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, "xxxx" İKB ASC (indiki “Yelobank ASC) ilə Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli 19-M-5-0-53-15 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11.384,61 (on bir min üç yüz səksən dörd ABŞ dolları 61 sent) ABŞ dolları əsas borc, 9.202,96 (doqquz min iki yüz iki ABŞ dolları 96 sent) ABŞ dolları faiz borcu, 150 (bir yüz əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20.737,57 (iyirmi min yeddi yüz otuz yeddi ABŞ dolları 57 sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı ASC-yə verilməsi qət edilmişdir. Cavabdeh Əliyev X5 Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(073)- 1346/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-(073)1346/2021 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi vəkil X10 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 nümayəndəsi vəkil X1 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(073)-1346/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin üzrlü səbəbdən ötürülməsini nəzərə alaraq apellyasiya şikayətini baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(073)-1346/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-1346/2021 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi vəkil X10 tərəfindən verilmiş apellyasiya şikayətini vermə müddəti Cavabdeh2, eyni zamanda onun nümayəndəsi vəkil Nümayəndə münasibətdə ötürülməmiş hesab edilərək apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)311/2023 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1346/2021 saylı 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğun yoxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(073)-1346/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-1346/2021 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi vəkil X10 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə 23 avqust 2023-cü il tarixdə ərizə (eyni zamanda, apellyasiya şikayəti) ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(073)-1346/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(073)-1346/2021 saylı qərardadı ilə Cavabdeh2 nümayəndəsi vəkil X2 prosessual müddətin bərpa edilməsi haqqında vəsatətinin təmin edilməsi, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-1346/2021 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi vəkil X4 münasibətdə bərpa edilməsi qərara alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(073)-1346/2021 saylı qərardadından iddiaçı "xxxx" ASC tərəfindən şikayət verilərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(072)1346/2023 saylı qərardadının ləğv edilməsini, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-1346/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin Cavabdeh2 nümayəndəsi vəkil X4 münasibətdə bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(073)-1346/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-1346/2021 saylı qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsi, şikayətin işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası yazılı icraat qaydasında şikayətin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)-1346/2021 saylı qərardadı ləğv edilməli, vəkil Nümayəndə prosessual müddətin bərpa edilməsi haqqında ərizəsinin geri qaytarılması məsələsinə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Habelə, MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası işin hallarını ətraflı araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsi vəkil Nümayəndə prosessual müddətin bərpa edilməsi haqqında ərizəsinin təmin edilməsi zamanı onun müvafiq olaraq ərizəni və apellyasiya şikayətini imzalayan vaxt səlahiyyətli olub-olmamasını yoxlamalı olduğu halda, bunu etməmişdir. Belə ki, iş materiallarına nəzər saldıqda (səh. 145-152) ərizənin və apellyasiya şikayətinin məhz vəkil Nümayəndə tərəfindən imzalanması aşkar olur. Ancaq işdə olan 16 avqust 2022-ci il tarixli (** AA ***2843) etibarnamədən müəyyən edilir ki, həmin etibarnamə 1 il müddətinə verilmişdir. Beləliklə, həmin etibarnamənin qüvvədə olma müddəti 16 avqust 2022-ci il tarixdə bitdiyindən (səh. 102-104), prosessual müddətin bərpa edilməsi haqqında ərizəni və apellyasiya şikayətini imza edən zaman vəkil Nümayəndə zəruri səlahiyyətə malik olmamışdır. Bununla da, vəkil Nümayəndə Cavabdeh2 adından ərizəni və şikayəti imzalamaq səlahiyyəti (etibarnaməsi) olmamışdır. MPM-in 68.3-cü maddəsinə görə işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. MPM-in 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. MPM-in 133.1, 133.2 və 133.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını səhv tətbiq və təfsir etməklə düzgün nəticəyə gəlməmişdir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və Mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və Mülki kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 149-152, 155-156, 263-269, 397, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cəlilabad Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(073)-1346/2021 saylı qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(073)-1346/2021 saylı qərardadı ləğv edilsin. Vəkil Nümayəndə prosessual müddətin bərpa edilməsi haqqında ərizəsinin hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla geri qaytarılması məsələsinə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar