Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1715/2025 31.03.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Cavabdeh İddiaçı cavabdeh Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ##### 2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, sürücü Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsi Binəqədi PRİ-nin DYPŞ-yə həvalə edilmişdir. Həmin qərardan görünür ki, ##.##.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində R.İsmayılov küçəsi ilə Xurşudbani Natavan küçəsinin kəsişdiyi Biləcəri enişinin qarşısında İddiaçı idarə etdiyi “Toyota Cruiser” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh idarə etdiyi “Mersedes Vito” markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verməsi müəyyən edilmişdir. İnzibati tənbeh vermə haqqında TP ******* saylı ##.##.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh ##.##.2025-ci il tarixdə saat 04:50 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində “X1” markalı ** MH *** dövlət nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə qaydalarını pozması nəticəsində İXM-in 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və inzibati qaydada 80 manat məbləğdə cərimə edilmişdir. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qüsur aktından görünür ki, Ağayev Şakir oğluna məxsus "Toyota FJ Cruiser" markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 13310 manat hesablanmışdır. ##.##.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, “38817944004193148100” saylı kart hesabına 5000 manat pul vəsaiti mədaxil edilmişdir. Lerik Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli */**** saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatında təqdim edilmiş mülki iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktında qeyd olunan 2008-ci il buraxılışlı "Toyota FJ Cruiser" markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin 3 adda ehtiyyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 380 manat müəyyən edilmiş, 20 adda ehtiyat hissələrinin yerli internet saytlarında satışına və qiymətinə dair məlumat olmadığı üçün dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır. Lerik Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025-ci il tarixli *-**-**/*-*/****/**** saylı məktubunda və ona əlavə edilmiş məlumatda “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli qüsur aktında göstərilən ehtiyyat hissələrinin satışı və qiyməti barədə yerli internet saytlarında məlumat olmadığından tədqiqat aparmaq mümkün olmadığı bildirilərək ekspertizanın aparılmasından imtina edilmişdir. Lerik Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Qiymətləndiricilər Palatasına tapşırılmışdır. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli QXM/***M saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, apardıqları araşdırmalar, təhlillər və hesablamalarla “Toyota FJ Cruiser" markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişilməli olan və təmir edilməli olan hissələri (detalları) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli Qüsur Aktında göstərilən qiymətə uyğun olaraq 13310 manat olduğu müəyyən edilmişdir. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli PQ-Y-**/**** saylı hesabatından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadına uyğun olaraq “Toyota FJ Cruiser” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə bazar araşdırılması aparılmışdır. Məlum olmuşdur ki, həmin avtomobilin ehtiyat hissələrinin bəziləri yerli bazarda bəziləri isə xarici ölkələrdən gətirilərək satışı həyata keçirilir. Avtomobilin hansı hissələrinə zərər dəyibdəyməməsinin müəyyən edilməsi isə bu sahə ilə məşğul olan ustalardan təqdim edilmiş fototəsvirlər və qüsur aktı əsasında şifahi sorğular nəticəsində müəyyən edilmişdir. Beləliklə “Toyota FJ Cruiser” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği həmçinin onun bərpası üçün tələb olunan xərclərin ümumi dəyəri 13155 manat məbləğ təşkil edir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə vurduğu zərərə görə 8310 manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olaraq ödədiyi 104 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə idarə etdiyi özünə məxsus “Toyota FJ Cruiser” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonunun ərazisində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi X2” minik markalı ** MH *** dövlət nişanlı nəqliyyat vasitəsi sfetoforun qırmızı işığında hərəkət etməsi nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Törədilmiş hadisə ilə əlaqədar Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsində araşdırma aparılmış, yekun olaraq ##.##.2024cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Qərara əsasən sürücü Cavabdeh İXM-in 327.1 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsi Binəqədi RPİ-nin DYPŞ-yə həvalə edilmişdir. ##.##.2024-cü il tarixində Binəqədi rayon DYPŞ-nin inspektoru X3 TP ******* №-li qərarı ilə Cavabdeh İXM-in 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 80 manat məbləğində cərimə edilmişdir. “xxxx” ASC-nin tərtib etdiyi PME ********** №-li Qüsur Aktına əsasən onun avtomobilinə dəymiş zərər 13310 manat hesablanmışdır. Sığorta şirkəti ##.##.2024-cü il tarixində ********** №-li qəbzlə dəymiş ziyanın 5000 manatını ödəmişdir. Avtomobilinə dəymiş ziyanın yerdə qalan 8310 manat pulunun ona ödənilməsi üçün dəfələrlə Cavabdeh müraciət etsə də, sonuncu bundan imtina edir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Lerik Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə (hakim Yusif Zeynalov) iddia təmin edilərək Cavabdeh 8310 manat məbləğində maddi ziyan, “xxxx” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti və ödənilmiş 104 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının avtomobilinə hadisə nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin - 13310 manat təşkil etdiyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş 13310 manat ziyan məbləğindən sığorta şirkəti tərəfindən 5000 manat məbləğində ödəniş olunmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 8310 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh izahatında “Toyota FJ Cruiser” markalı avtomobilin “ABS bloku”nda əvvəlcədən nasazlıq olduğunu bildirsə də, məhkəməyə buna dair sübutları təqdim etməmiş, iddiaçı da izahatında “Toyota FJ Cruiser” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili uzun müddətdir idarə etdiyini və avtomobilin “ABS bloku”nda heç bir nasazlıq olmadığını bildirmişdir. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə idarə etdiyi “X2” minik markalı ** MH *** dövlət nişanlı nəqliyyat vasitəsi İddiaçı idarə etdiyi “Toyota FJ Cruiser” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonunun ərazisində hərəkətdə olan zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə əlaqədar Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsində araşdırma aparıldı, yekun olaraq ##.##.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarıldı. Qərara əsasən İXM-in 327.1 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsi Binəqədi RPİ-nin DYPŞyə həvalə edildi. ##.##.2024-cü il tarixində Binəqədi rayon DYPŞ-nin inspektoru X3 TP ******* №-li qərarı ilə İXM-in 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. “xxxx” ASC-nin tərtib etdiyi PME ********** №-li Qüsur Aktına əsasən iddiaçının avtomobilinə dəymiş zərər 13310 manat hesablanmışdır. Sığorta şirkəti dəymiş ziyanın 5000 manatını ödəmişdir. İddiaçı yerdə qalan 8310 manat pulunu tələb edir. “xxxx” ASC-nin tərtib etdiyi PME ********** №-li Qüsur Aktı ilə qətiyyən razı deyildir. Çünki iddiaçı onu xəbərdar etmədən özü gedib öz maşınını düzəltdirib. Necə inanmaq olar ki, maşına o qədər ziyan dəymişdir. Digər tərəfdən “ABS bloku” qəzada zədələnə bilməzdi. Ona görə ki, yüngül qəza baş verib. İki fərqli ekspertiza rəyi var. “xxxx”nın baş ofisinə yaxınlaşanda bildirmişlər ki, ümumiyyətlə maşını gətirib baxmayıblar. Sadəcə iddiaçı özündən detalları yazıb və “xxxx” ASC də həmin siyahıya əsasən aktlaşdırılıb. Ekspertiza Mərkəzi ilə əlaqə saxladıqda, sözügedən avtomobilin Ekspertiza Mərkəzinə də aparılmadığı müəyyən edilmişdir. Ekspertiza Mərkəzi Akta əsasən rəy verib. Orada “ABS bloku” var. “ABS bloku”nun orada xarab olma ehtimalı sıfıra bərabərdir. Buna baxmayaraq, iddiaçı onu da tələb edir. İstəyir ki, tərəfindən dəymiş ziyan aradan qalxsın, lakin qəzadan öncə iddiaçının avtomobilinin xarab olan detallarını qəza ilə bağlaması düzgün deyil. Bu hadisəyə görə ona cərimə yazılıb və cəriməni ödəmişdir. Əsas narazı qaldığı məqam “ABS bloku”nun qüsur aktına əlavə edilməsi və yüksək qiymətlədirilməsidir. “ABS bloku”nun orada xarab olma ehtimalı sıfıra bərabərdir. “ABS bloku” özü 4 hissədən ibarət olur. Qəza nəticəsində dəymiş ziyanı ödəməyə hazırdır, lakin ziyan həddən artıq şişirdilib və əlavə detallar qüsur aktına qeyd olunub. TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, ekspert rəyində göstərilən nəticələrlə razı deyil. Qəza zamanı avtomobilə baxış keçirmişdir. “ABS bloku”nun zədələnməsi əsassız olaraq nəzərə alınmışdır və həmin hissəyə zərər dəyməsi mümkün deyildir. Təqdim olunmuş rəy ümumilikdə avtomobilin bazar dəyərinin təxminən yarısı həddində hesablanmışdır. “ABS bloku”na dair hissə istisna olmaqla, digər zədələr üzrə ödəniş etməyə razıdır və bu mövqeyini birinci instansiya məhkəməsində də bildirmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, “ABS bloku” avtomobilin sol tərəfində yerləşir və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin hissə zədələnmişdir. Avtomobil sonradan təmir olunsa da, “ABS bloku” nasaz vəziyyətdə qalmışdır və bərpa edilməsi mümkün deyildir. Hadisədən sonra ekspert rəyi alınmış və bundan sonra nəqliyyat vasitəsini təmir etdirmiş, cavabdehə müraciət edərək məsələni məhkəmədən kənar qaydada həll etməyi təklif etmişdir. Lakin cavabdeh zərərin ödənilməsi ilə bağlı heç bir addım ata bilməyəcəyini, yalnız ayda 5 manat ödəyə biləcəyini bildirmişdir. Bu səbəbdən məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində avtomobilin bazar dəyəri də aşağı düşmüşdür. Faktiki dəymiş zərər rəydə göstəriləndən daha artıq olmuşdur, lakin əlavə xərclərin artmaması məqsədilə bəzi halları qeyd etməmişdir. Həmçinin ekspertiza keçirilməsi üçün 500 manat məbləğində xərc çəkmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASI: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan əlavə, MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin dəymiş zərərin məbləği ilə bağlı gəldiyi nəticə dəyişdirilməlidir. Belə ki, işin apellyasiya baxışı zamanı əldə olunmuş “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli PQ-Y-**/**** saylı qiymətləndirici hesabatına əsasən “Toyota FJ Cruiser” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin və onun bərpası üçün tələb olunan xərclərin ümumi dəyəri 13155 (on üç min yüz əlli beş) manat təşkil edir. Məhkəmə tərkibi Cavabdeh qiymətləndirici hesabatla ümumilikdə razılaşdığını, lakin “ABS bloku”na dəymiş zərərin məbləğini qəbul etmədiyinə dair izahatlarını, eləcə də iş üzrə toplanmış sübutları və aparılmış təhlil və hesablama nəticələrini qiymətləndirərək belə qənaətə gəlir ki, nəqliyyat vasitəsinin ehtiyat hissələrinin dəyəri və təmir-bərpa xərcləri birlikdə qeyd olunan məbləğdə əsaslıdır. Bu səbəbdən, dəymiş zərərin ümumi məbləği 13155 (on üç min bir yüz əlli beş) manat müəyyən edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, sığorta ödənişi qismində ödənilmiş 5000 (beş min) manat çıxıldıqdan sonra cavabdeh tərəfindən ödənilməli olan yekun məbləğ 8155 (səkkiz min yüz əlli beş) manat təşkil edir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək Lerik Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi zərərin əvəzinin tutulması hissədə dəyişdirilməli və “Toyota FJ Cruiser” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərərin əvəzi olaraq 8155 (səkkiz min yüz əlli beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməli, “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli PQ-Y-**/**** saylı qiymətləndirici rəyinin verilməsi ilə əlaqədar tədqiqatın dəyəri qismində İddiaçı tərəfindən ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 392- 393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi zərərin əvəzinin tutulması hissədə dəyişdirilərək “Toyota FJ Cruiser” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 8155 (səkkiz min yüz əlli beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli PQ-Y-**/**** saylı qiymətləndirici rəyinin verilməsi ilə əlaqədar tədqiqatın dəyəri qismində İddiaçı tərəfindən ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1715/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1715/2025
31.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver