Məhkəmə qərarları › İş №2(106)-1717/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1717/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1717/2023 15.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İmranov Orxan Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-594/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 847,72 manat əsas, 2,76 manat faiz və 0 manat cərimə, cəmi 850,48 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə borcalan X4 arasında bağlanmış 1275sCNTR/18 saylı, 04 may 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank borcalana 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) 10000 manatadək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Ödəniş kartında olan kredit xəttindən istifadəyə görə minimum 1 faiz, maksimum 5 faiz, nağdsız əməliyyatlar üzrə isə 0 faiz komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Borcalan 09 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Hacıqabul rayon Notariat ofisinin məlumatına əsasən Cavabdeh mərhumun vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə cavabdehin mərhumun hüquqi varisi olması anlamına gəlir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Hacıqabul Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(071)-594/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi” barədə ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. Bundan başqa, iddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2705,35 manat əsas, 7,84 manat faiz və 0 manat cərimə, cəmi 2713,19 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 47,54 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə borcalan X4 arasında bağlanmış 520sCNTR/18 saylı, 04 may 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35 faizədək olmaq şərtilə 20000 manat məbləğinədək krediti, kredit prosedurlarına görə 5 faiz (minimum 20 manat) məbləğinədək, kredit müraciəti üçün 5 manat komisyon haqqı tutmaqla, borcalana verə bilər. İddiaçı tərəfindən borcalanın cari hesabına 04 may 2018-ci il tarixində illik 26 faiz olmaqla 5000 manat məbləğində kredit köçürülmüşdür. Borcalan 09 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Hacıqabul rayon Notariat ofisinin məlumatına əsasən Cavabdeh mərhumun vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə cavabdehin mərhumun hüquqi varisi olması anlamına gəlir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Hacıqabul Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(071)-595/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi” barədə ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. Hacıqabul Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, e-2(071)-594/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” 2(071)-595/2023 saylı mülki işlə iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” 2(071)-594/2023 saylı mülki iş bir icraatda birləşdirilmiş və mülki işə 2(071)-594/2023 nömrəsi ilə baxılması, iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddialara dair mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında ərizələrinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Hacıqabul Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2(071)-594/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Mustafayev) iddianın təmin edilməsi, Cavabdeh 04 may 2019-cu il tarixli, 1275sCNTR/18 saylı kredit müqaviləsi üzrə yaranmış 847,72 manat əsas borc və 2,76 manat faiz borcu olmaqla, cəmi 850,48 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat pulun alınaraq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Hacıqabul Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(071)-594/2023 saylı qətnaməsinin ləğv edilərək iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı 04 may 2018-ci il tarixli, 1275sCNTR/18 saylı kredit müqaviləsi üzrə 847,72 manat əsas, 2,76 manat faiz, cəmi 850,48 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin, 04 may 2018-ci il tarixli, 520sCNTR/18 saylı kredit müqaviləsi üzrə 2705,35 manat əsas, 7,84 manat faiz, cəmi 2713,19 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 47,54 manat məbləğində vəsaitin tutulması barədə iddiasının tam təmin edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 27,82 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iki ayrı-ayrı iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, mərhum X2 "xxxx" KB ASC ilə bağladığı 04 may 2018-ci il tarixli 1275sCNTR/18 saylı kredit müqaviləsi üzrə 847,72 manat əsas, 2,76 manat faiz, cəmi 850,48 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması, 04 may 2018-ci il tarixli, 520sCNTR/18 saylı kredit müqaviləsi üzrə üzrə 2705,35 manat əsas, 7,84 manat faiz, cəmi 2713,19 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 47,54 manat məbləğində vəsaitin tutulması barədə qətnamələr çıxarılmasını xahiş etmişdir. İddia ərizələri e-2(071)-595/2023 və e-2(071)-594/2023 iş nömrələri ilə ayrıayrı işlər kimi məhkəmə tərəfindən icraata götürülmüşdür. Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-594/2023 saylı, 22 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim Zaur Hüseynov) iddiaçı "Unibank” KB ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” 2(071)-595/2023 saylı mülki işlə iddiaçı "Unibank” KB ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” 2(071)- 594/2023 saylı mülki iş bir icraatda birləşdirilmiş və mülki işə 2(071)-594/2023 nömrəsi ilə baxılması, iddiaçı "Unibank” KB ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddialara dair mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında ərizələrinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Hacıqabul rayon Məhkəməsinin e-2(071)-594/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddia tələbi təmin edilərək, Cavabdeh 04 may 2019-cu il tarixli, 1275sCNTR/18 saylı kredit müqaviləsi üzrə yaranmış 847,72 manat əsas borc və 2,76 manat faiz borcu olmaqla, cəmi 850,48 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat pulun alınaraq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Lakin məhkəmə qətnamə çıxararkən iki işin bir icraatda birləşdirilməsini nəzərə almamış, qətnamə çıxararkən bir kredit müqaviləsi (2(071)- 594/2023 saylı iş) üzrə iddia tələbini təmin etmiş, digər kredit müqaviləsi üzrə tələb olunan borcla (2(071)-595/2023) bağlı heç bir münasibət bildirməmiş, qətnamənin mətnində heç bir məlumat belə göstərilməmişdir. Bununla da məhkəmə işin faktiki hallarını və iş materiallarını araşdırmadan qərar qəbul etmişdir. Beləliklə, Hacıqabul Rayon məhkəməsi iki işi baxılmaq üçün bir icraatda birləşdirsə də, bir iş barədə, yəni 04 may 2019-cu il tarixli, 1275sCNTR/18 saylı kredit müqaviləsi üzrə qətnamə çıxarmaqla kifayətlənmiş, 04 may 2018-ci il tarixli, 520sCNTR/18 saylı kredit müqaviləsi və onunla bağlı digər sübutlar barədə ümumiyyətlə münasibət bildirməmiş, heç bir qeyd aparmamışdır. Lakin məhkəmə səhvini aradan qaldırmaq üçün heç bir tədbir görməmiş və əlavə qətnamə də çıxarmamışdır. MPMin 88-ci maddəsinin tələbləri baxımından məhkəmə 04 may 2019-cu il tarixli, 1275sCNTR/18 saylı kredit müqaviləsi üzrə təqdim olunmuş sübutlara baxıb qiymət verməklə kifayətlənmiş, 04 may 2018-ci il tarixli, 520sCNTR/18 saylı kredit müqaviləsinə və onunla bağlı digər sübutlara qiymət verməmiş, ümumiyyətlə, bununla bağlı qətnamədə heç bir münasibət bildirməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(106)- 1717/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-594/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməklə icraata qəbul edilmiş, işə apellyasiya qaydasında baxılması 15 noyabr 2023-cü il tarixə, saat 10:00-a təyin edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 çıxış edərək bildirdi ki, 520sCNTR/18 saylı, 04 may 2018-ci il tarixli kredit müqaviləsi üzrə tələb ilə bağlı birinci instansiya məhkəməsinin əlavə qətnamə çıxarmalı olduğu və bunun üçün ərizə ilə həmin məhkəməyə müraciət etməli olduqları onlara məlum olsa da, apellyasiya şikayəti verməyəcəkləri təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minəcəyindən qorxmuş, bu səbəbdən də qətnamədən apellyasiya şikayəti vermişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq belə nəticəyə gəlir ki, Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-594/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(106)-1717/2023 saylı qərardadı ləğv edilməli, iddiaçının apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya baxışından çıxarılmaqla Hacıqabul Rayon Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya şikayəti üzrə mülki işə məhkəmədə baxılarkən məlum olmuşdur ki, iddiaçının apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar mövcud deyil. Belə ki, hazırda iddiaçı "xxxx" KB ASC iki fərqli kredit müqaviləsi üzrə (04 may 2018-ci il tarixli, 1275sCNTR/18 saylı və 04 may 2018-ci il tarixli, 520sCNTR/18 saylı kredit müqavilələri üzrə) borcun tutulması üçün Cavabdeh qarşı ayrı-ayrı iddia ərizələri ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmiş, Hacıqabul Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(071)-594/2023 saylı və 22 may 2023-cü il tarixli, 2(071)-595/2023 saylı qərardadları ilə həmin iddia ərizələrinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Sonradan Hacıqabul Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, e-2(071)-594/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” 2(071)- 595/2023 saylı mülki işlə iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” 2(071)-594/2023 saylı mülki iş bir icraatda birləşdirilmiş və mülki işə 2(071)- 594/2023 nömrəsi ilə baxılması, iddiaçı "xxxx" X7 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddialara dair mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında ərizələrinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Lakin Hacıqabul Rayon Məhkəməsi tərəfindən 15 avqust 2023-cü il tarixli, e-2(071)-594/2023 saylı qətnamə qəbul edilərkən, yalnız 04 may 2018-ci il tarixli, 1275sCNTR/18 saylı kredit müqaviləsi üzrə tələbə hüquqi qiymət verilmiş, iddiaçının 04 may 2018-ci il tarixli, 520sCNTR/18 saylı kredit müqaviləsi üzrə tələbinə hər hansı münasibət bildirilməmişdir. İddiaçı isə apellyasiya şikayətinin yeganə dəlili kimi müvafiq sübutların təqdim edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən 04 may 2018-ci il tarixli, 520sCNTR/18 saylı kredit müqaviləsi üzrə tələbə hər hansı hüquqi qiymət verilməməsinə istinad etmiş, qətnamə üzrə iddianın təmin edilmiş hissəsini mübahisələndirməmişdir. Göründüyü kimi, hazırda iddiaçı tərəfindən mübahisələndirilən hissədə ümumiyyətlə qətnamə qəbul edilməmişdir. Mülki Prosessual Məcəllənin 229.1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və ya qərardad çıxara bilər. MPM-in 229.2-ci maddəsinə əsasən, əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə kollegiyası iddiaçıya onu izah etməyi zəruri sayır ki, barəsində qətnamə çıxarılmamış tələb üzrə (04 may 2018-ci il tarixli, 520sCNTR/18 saylı kredit müqaviləsi üzrə borcun tutulması) əlavə qətnamənin çıxarılması üçün iddiaçı MPM-in 229-cu maddəsinə müvafiq olaraq ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər. Hazırda apellyasiya şikayətində barəsində qətnamə qəbul edilmədiyinə istinad edilən tələb üzrə qətnamənin qəbul edilməməsi səbəbindən Hacıqabul Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2(071)-594/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün də əsas müəyyən edilmir. Buna baxmayaraq, iddiaçının apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-594/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(106)-1717/2023 saylı qərardadı ləğv edilməli, iddiaçının apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya baxışından çıxarılmaqla Hacıqabul Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. MPM-in 402.2.5-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının MPM-in 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 384.0.6, 400, 402.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-594/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(106)-1717/2023 saylı qərardadı ləğv edilsin. Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-594/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya baxışından çıxarılmaqla Hacıqabul Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar