Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1718/2023 14.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X8 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, tələbkar İddiaçı, Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 iştirakı ilə, Tələbkar İddiaçı ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəsi üzrə Saatlı Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(055)-1156/2021 saylı qərardadından iş üzrə tələbkar İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək 3504 manat pulun və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 3504 manat pulun, dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun və həmçinin torpaq sahəsinin abadlaşdırılması üçün çəkdiyi 3000 manat xərcin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(055)-1156/2021 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli 2(106)- 324/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(102)-3206/2022 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 09 avqust 2022-ci il tarixli 2(106)- 1665/2022 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(055)-1156/2021 saylı qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 3504 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 3534 manat pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tələbkar İddiaçı ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona ödənilməli olan 3504 manat pulun ödəniş anı üçün xx.xx.2007-ci il tarixdən indeksasiyası ilə 10161.6 manat təşkil etdiyini göstərib 3504 manat pulun indeksləşdirilməsinin müəyyən edilərək ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(055)-1156/2021 saylı qərardadı ilə (hakim Mirlətif Sadıqov) ərizə təmin edilməmişdir. Qərardadda göstərilmişdir ki, iddia tələbi ümumi birgə mülkiyyətə verilmiş 2,92 ha torpaq sahəsinin 27 may 2007-ci il tarixdə alınması müqabilində ödənilmiş 3504 manat məbləğdə pulun cavabdehdən geri qaytarılması ilə bağlı olmuşdur. Belə ki, Cavabdeh 12 sentyabr 2007-ci ildə JN-267 kod 90800048 saylı Dövlət aktı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.92 hektar torpaq sahəsini torpağın alqı-satqı müqaviləsi əsasında 3504 manata ona satmış və alqı-satqı müqaviləsi Saatlı rayon Mircəlalkənd bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Həmin müqaviləyə Cavabdeh anası X5 imza etsə də, pulu Cavabdeh vermişdir. Həmin torpaq sahəsini bir müddət istifadə etdikdən sonra pula ehtiyacı olduğu üçün Saatlı rayon Mircəlalkənd kənd sakini X1. Lakin Cavabdeh Saatlı rayon Mircəlalkənd sakini X3 mübahisəli torpaq sahəsini geri almışdır. X2 torpağın dəyəri üçün ondan 3504 manat məbləğdə pulu geri almışdır. Bundan sonra Cavabdeh 2.92 hektar torpaq sahəsinin dəyəri üçün verdiyi 3504 manat məbləğdə pulu tələb etmiş, lakin sonuncu müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. İş üzrə qanuni qüvvəyə minmiş Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 09 avqust 2022-ci il tarixli 2(106)- 1665/2022 saylı qətnaməsindən də görünür ki, məhkəmə araşdırması zamanı iddiaçının 3504 manat məbləğdə pulu cavabdehə deyil, cavabdehin mərhum anası X7 verməsi təsdiq olunmuş, cavabdehin isə mərhum anasının vərəsəsi kimi miras əmlakı qəbul etməsinə əsasən 3504 manat məbləğdə pulun ondan alınaraq İddiaçı verilməsi qət edilmişdir. Odur ki, belə olan halda ödənilməli olan 3504 manat pul məbləğinin 2007-ci ildən başlanaraq indeksasiya olunub borcludan tutulması əsaslı hesab oluna bilməz. Ödənilməli pul məbləğinin Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 09 avqust 2022-ci il tarixli 2(106)-1665/2022 saylı qətnaməsinin qəbul edilməsi, qanuni qüvvəyə minərək icraya yönəldilməsindən sonrakı dövr üçün indeksasiya olunmasına gəlincə isə məhkəmə qeyd etmişdir ki, iş materialları və tərəflərin izahatları ilə borclu tərəfindən pul məbləğinin 1600 manatının ödənildiyi müəyyən edilmiş, həmçinin borclu pul məbləğinin qalan 904 manatını da qısa müddətdə ödəyəcyini bildirmişdir. Yəni borclu tərəfindən uzun müddət ərzində icra sənədinin icrasından yayınma halları da mövcud olmamışdır. Tələbkar İddiaçı qərardaddan şikayət verərək Saatlı Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(055)-1156/2021 saylı qərardadının ləğv edilməsini, ona ödənilməli olan pul məbləğinin indeksasiyası barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, indeksasiyanın aparılması üçün borclunun pul məbləğinin ödənilməsinə dair qətnamənin vaxtında icra edilməməsində və ya qətnamə ilə tutulan pul məbləğinin vaxtında ödənilməməsində təqsirinin olub-olmaması hüquqi əhəmiyyət kəsb etmir. Borclu qətnaməni hətta üzrlü səbəblərdən vaxtında icra etməsə belə, bu, həmin qətnamə üzrə ödənilməli olan pul məbləğinin indeksasiyasının həyata keçirilməsini istisna etmir. Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 2(055)-1156/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş materialları baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2023-cü il tarixli qərardadına əsasən şikayətə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılması qərara alınmışdır. Tələbkar İddiaçı məhkəmə iclasında izahat verərək torpağın satılması zamanı vasitəçi olduğunu, iş üzrə sözügedən pulun ona yox, qardaşına məxsus olduğunu, qardaşı ölkədə olmadığına görə onun üçün torpaq aldığını bildirmişdir. Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X15 məhkəmədə izahat verərək bildirmişdir ki, icra sənədi 11 oktyabr 2022-ci il tarixdə Saatlı rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və həmin tarixdə də İcraata baş.lamaq haqında qərar qəbul edilmişdir. Bütün zəruri icra tədbirləri həyata keçirilmiş və hazırkı dövrə cəmi 334 manat məbləğdə borc qalmışdır. Borcluya qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, on məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi yekun hüquqi nəticəyə gələrkən qanunvericiliyin tələblərinə düzgün əməl etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hazırkı nəticə ilə razılaşır. Belə ki, MPM-in 232.1-ci maddəsinin tələbinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, tələbkarın şikayəti əsassız olmaqla Saatlı Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(055)1156/2021 saylı qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və MPM-in 264, 369, 376.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Tələbkar İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(055)-1156/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1718/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1718/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver