Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1722/2024 30.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2(017)-1413/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Cavabdeh ilə İddiaçı birgə nikahlarından bir uşaq- 26 dekabr 2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Ağcabədi Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(017)-699/2019 saylı qətnaməsi ilə, Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia tələbi qismən təmin olunmuş, birgə nikahlarından olan 26 dekabr 2018-ci il təvəllüdlü X1 üçün 120 manat məbləğində alimentin tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(106)-2658/2019 saylı qətnaməsi ilə Ağcabədi Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(017)-699/2019 saylı qətnaməsi dəyişdirilərək cavabdehdən aylıq qazancının ¼ miqdarında, eyni zamanda 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2020-ci il tarixli, 2(102)-125/20 saylı Qərarı ilə, Şirvan Apellyasiya Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(106)-2658/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyasının qərarı qüvvədə saxlanılmışdır. Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(017)-302/2021 saylı qətnaməsi ilə, Şirvan Apellyasiya Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək sabit pul məbləğində müəyyən olunmaqla, 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 130 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Hazırki tələbində İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26 dekabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aylıq aliment məbləğinin artırılaraq 235 manat müəyyən olunması, məhkəməyə müraciət üçün çəkmiş olduğu 148 manat məbləğində xərcin və 50 manat mediasiya üçün ödənilmiş xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə (iddianın dəyişdirilməsi barədə) təqdim edərək 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X5 adlı bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının dördə bir hissəsi miqdarında aliment və əlavə olaraq hər ay 150 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, Ağcabədi rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(017)-699/2019 saylı qətnaməsi ilə Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən olunmuşdur. Belə ki, sözügedən qətnamə ilə birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X1 üçün 120 (bir yüz iyirmi) manat məbləğində alimentin tutulması qət edilmişdir. Təyin edilmiş aliment məbləğindən narazı qaldığı üçün tərəfindən, həmçinin cavabdeh tərəfindən də Ağcabədi rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(017)-699/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)- 2658/2019 saylı qətnaməsi sözügedən məhkəmə qətnaməsi dəyişdirilərək cavabdehdən aylıq qazancının 1/4 miqdarında, eyni zamanda da 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh məhkəmə qərarından narazı qalaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegasiyasının 07 yanvar 2020-ci il 2(102)-125/20 saylı Qərarı kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyasının qərarı qüvvədə saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə (iddianın dəyişdirilməsi barədə) təqdim edərək 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X5 adlı bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının dördə bir hissəsi miqdarında aliment və əlavə olaraq hər ay 150 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(017)-302/2021 saylı qətnaməsi ilə 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X5 adlı bir nəfər uşağın saxlanması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı həmin məbləğlə uşağın saxlanmasında çətinlik çəkdiyindən alimentin artırılması barədə məhkəmədə iddia qaldırmışdır. Hazırda ona məlum olmuşdur ki, cavabdeh Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə Təhsil Sektorunda mühasib işləyir və aylıq gəliri vardır. Ona görə də, göstərdiklərini nəzərə alaraq Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(017)-302/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin artırılaraq 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X5 adlı bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının dördə bir hissəsi miqdarında aliment və əlavə olaraq hər ay 150 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(017)-302/2021 saylı qətnaməsi ilə 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X5 adlı bir nəfər uşağın saxlanması üçün 130 manat sabit pul məbləğində aliment təyin edilmişdir. X7 Təhsil İdarəsinin Ağcabədi rayon üzrə Təhsil Sektorunda mühasib vəzifəsində işləyir və 472,41 manat əmək haqqı alır. Onun 130 manatdan artıq aliment ödəmək imkanı yoxdur, yəni aldığı əmək haqqından başqa heç bir gəliri yoxdur. Bundan başqa, aldığı əmək haqqının çox bir hissəsini yola xərcləyir. Ona görə də, göstərdiklərini nəzərə alaraq uşağın saxlanması üçün hər ay 130 manat aliment ödənilməsi və ya gəlirinin dördə bir hissəsi miqdarında aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Rəşad Nuriyev ) 07 avqust 2024-cü il tarixli, 2(017)-1413/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(017)-302/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X5 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün atası-Cavabdeh qazancının (başqa gəlirlərin) dördə bir hissəsi miqdarında aliment və əlavə olaraq hər ay 50 (əlli) manat sabit pul məbləğində tutulub anası-İddiaçı xeyrinə ödənilməsi, dəyişdirilmiş alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması, əlavə olaraq Cavabdeh 148 (bir yüz qırx səkkiz) manat xidmət haqqı və 50 (əlli) manat mediasiya xərci tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 76.1.1-ci, 78.1-ci, 78.2-ci, 112.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Regional Təhsil İdarəsinin 21 may 2024-cü il tarixli, 3-29- 38/2-879/2024 saylı arayışına görə Cavabdeh Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə Təhsil Sektorunda mühasib vəzifəsində işləyir. Onun hesablanan aylıq əməkhaqqısı 559 manat, xalis əməkhaqqısı isə 472,41 manat təşkil edir. Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(017)-302/2021 saylı qətnaməsinə əsasən 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı həmin məbləğlə uşağın saxlanmasında çətinlik çəkdiyi üçün alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, müəyyən olunmuşdur ki, Cavabdeh Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə Təhsil Sektorunda mühasib vəzifəsində işləyir. Onun hesablanan aylıq əməkhaqqısı 559 manat, xalis əməkhaqqısı isə 472,41 manat təşkil edir. Buna görə də, iddia qismən təmin olunmalıdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən cavabddeh Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, aliment miqdarının azaldılaraq, sabit pul məbləğində təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən işin faktiki halları müəyyən edilməmişdir. Belə ki, qətnamə ilə müəyyən olunan aliment miqdarı həddən artıqdır. Qeyd etmək istəyir ki, uşaqların bütün xərclərini çəkmək tək atanın deyil, həmçinin ananın borcudur. Birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, “Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(017)-302/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X5 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün atası Cavabdeh qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment və əlavə olaraq hər ay 50 manat sabit pul məbləğində aliment tutulub anası İddiaçı xeyrinə ödənilməli, dəyişdirilmiş alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir.” Bundan başqa məhkəmə qətnamədə heç bir araşdırma aparmamış, reallığa əsaslanmayan məhkəmə qətnaməsi qəbul etmişdir. Ağcabədi rayonu üzrə Təhsil sektorunda işləyir və 472.41 manat əmək haqqı alır, anası ilə yaşayır, bütün xərcləri o çəkir. Göstərdiyi xüsusatlar birinci instansiya məhkəməsinin qətnaməsində göstərilməmişdir, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qəti olaraq ədalətli olmamışdır. İddiaçı tərəfin kifayət qədər gəlirləri mövcuddur, belə ki, İddiaçı Ağcabədi rayonu Köyük kənd tam orta məktəbinə müəllim işləyir və 686 manat əməkhaqqı alır. Məhkəmədə kirayədə qaldığını bildirsə də, məhkəmə iclas protokolunda və qərarda əksini tapmır. O, kirayə müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən Ağcabədi şəhəri, X11 küçəsi ev 181 ünvanında kirayədə qalır və 200 manat kirayə haqqı ödəyir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin hər ikisinin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən birtərəfli mövqe göstərmişdir belə ki, qətnamə əsaslandırılarkən uşağın saxlanılması yükünü sadəcə atanın üzərinə atmışdır. Beləliklə, ədalətsiz və qanunvericiliyin tələblərinə uyğun olmayan məhkəmə qətnaməsi qəbul etmişdir. Ağcabədi rayonu üzrə Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 28 mart 2016-cı il tarixli № 8- 2/2016 saylı Qərarının 8.2-ci bəndində məhkəmə tərəfindən alimentin miqdarımüəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyətinin öyrənilməli olması, bu zaman məhkəmələrin uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalı olmaları göstərilmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdı. c) Proses iştirakçılarının izahatı: İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, MPM-in 376.2-ci maddəsinə əsasən etibarlı məlumat verilmiş, lakin gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabddeh Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini, məhkəmənin qət etdiyi aliment məbləğini ödəmək imkanının olmadığını, hazırkı kirayədə qaldığını, xərclərinin çox olmasına istinad edərək, alimentin məbləğinin azaldılmasını xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76-cı maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.7-ci bəndinə əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Mülki Prosessual Məcəllə: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası cavabdehin izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin hallarından görünür ki, tərəflərin nikahından bir uşaq- 26 dekabr 2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Ağcabədi Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(017)-699/2019 saylı qətnaməsi ilə, birgə nikahlarından olan uşağın saxlanılması üçün 120 manat məbləğində aliment tutulmuş, Şirvan Apellyasiya Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(106)-2658/2019 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilərək cavabdehdən aylıq qazancının ¼ miqdarında, eyni zamanda 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2020-ci il tarixli, 2(102)-125/20 saylı Qərarı ilə, apellyasiya instansiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır. Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə, alimentin miqdarı dəyişdirilərək sabit pul məbləğində müəyyən hər ay 130 manat sabit pul məbləğində müəyyən edilmişdir. İddiaçı Cavabdeh qazancının dördə bir hissəsi miqdarında aliment və əlavə olaraq hər ay 150 manat sabit pul məbləğində aliment, məhkəməyə müraciət üçün çəkmiş olduğu 148 manat məbləğində xərc və 50 manat mediasiya üçün ödənilmiş xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayətində cavabdeh alimentin miqdarının azaldılmasını, alimentin sabit pul məbləğində tutulmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi cavabdehin qazancın və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi və sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən uşağın mənafeyini, tərəflərin maddi durumunu, əmlak vəziyyətini, yaşayış minimumunun da artdığını nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Birinci instansiya məhkəməsi cavabdehin rəsmi iş yerinin olmasını, müntəzəm aylıq maaş almasını təsdiq etdiyindən məhkəmə alimentin onun qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində tutulmasını məqbul hesab etmiş, həmin məbləğ yaşayış minimumundan az olduğundan məhkəmə aliment miqdarını müəyyən edərkən həm də 50 manat sabit məbləğdə aliment tutmaqda haqlı olmuşdur. İşin hallarından görünür ki, cavabdeh Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə Təhsil Sektorunda mühasib vəzifəsində işləyir və aylıq əmək haqqı alır. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən halları nəzərə alaraq alimentin miqdarını artırarkən əsaslı qənaətə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində və izahatında etirazını bununla əsaslandırmışdır ki, onun əlavə gəlir yeri yoxdur, kirayə haqqı ödəyir, əmək haqqının bir çox hissəsini yola xərcləyir, və iddiaçı işləyərək aylıq əmək haqqı alır. Kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi hallar hazırki iş üzrə alimentin artırılmasına mane olan hal deyil. Birinci instansiya məhkəməsi alimentin miqdarını ağlabatan və ədalətli miqdarda müəyyən etmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin həqiqi hallarına uyğundur; qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 2(017)-1413/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1722/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1722/2024
30.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver