Məhkəmə qərarları › İş №2(106)-1747/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1747/2024

19.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1747/2024 19.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «evə köçürmə, istifadə hüququnun tanınması və istifadə qaydalarının məhkəmə tərəfindən müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Açar sözlər: «evə köçürmə, istifadə hüququnun tanınması və istifadə qaydalarının məhkəmə tərəfindən müəyyən edilməsi» X14 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Hüseynova (Möhsümzadə) Səbinə Sehran qızının Cavabdeh qarşı «evə köçürmə, istifadə hüququnun tanınması və istifadə qaydalarının məhkəmə tərəfindən müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(049)-1536/2024 saylı qətnaməsindən (hakim Muradağa Qasımov) iddiaçı Hüseynova (Möhsümzadə) Səbinə Sehran qızı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı X8 ilə birlikdə cavabdehə məxsus Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi, istifadə hüquqlarının tanınması və evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2015-cı ildə rəsmi nikaha daxil olaraq el adəti ilə cavabdehin Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən evinə gəlin köçüb və müddət orada yaşamışdır. Onunla cavabdeh arasında xx.xx.2015-ci ildə Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə inzibati ərazi dairəsində bağlanmış nikah 01 nöğmrəli aktla qeydə alınmışdır. Həmin nikahdan xx.xx.2014-cü il təvəllüd X8 dünyaya gəlmişdir. Gəlin köçərkən valideynləri tərəfindən verilmiş cehiz əşyaları cavabdehlərin yaşadığı evdə, bütün otaqlarda yerləşdirilmişdir. Hazırda həmin cehizlər orada saxlanılır. Cavabdehlə olan ailə münasibətləri kəskinləşdiyindən Lənkəran Rayon Məhkəməsin 2(049)-2131/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Onun yaşamaq üçün həmin evdən başqa yaşayış yeri yoxdur. O, bu səbəbdən gəlin köçdüyü və cavabdehin yaşadığı Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən fərdi yaşayış evinə azyaşlı uşağı ilə birlikdə köçürülməyini və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı məhkəmə hazırlıq iclasında bildirmişdir ki, hazırda qarşdaşı, atası və anası ilə qalır. Qardaşı psixi xəstədir, uşağı ilə birlikdə onunla qalmaq təhlükəlidir. Ev 3 otaq 1 eyvan 1 mətbəx və 1 uzun zaldır. 2 mərtəbəli olsa da, 1-ci mərtəbədə yaşayan yoxdur. Video görüntüdə görünən otaq onun otağıdır və əmlakı da həmin otaqdadır. Artıq 8 ildir ki, orada yaşayır. 2013-cü ilin 19 oktyabr tarixində həmin evə gəlin köçmüşdür. xx.xx.2013-cü ildə gəlin köçdüyü evə köçmüş, cavabdehlə heç bir il orada yaşamamış, qayınanası onlara orada yaşamağa imkan vermədiyi üçün cavabdeh həmin evdən çıxaraq Moskva şəhərində gedərək orada yaşayır, özü isə uşağı ilə birlikldə həmin vaxtdan valideynlərinin evində qalır. Hazırda qardaşı onları narahat edir. 10 ildən sonra iddia qaldırmasının səbəbi də odur ki, cavabdehə şans vermişdir ki, bəlkə cavabdeh qayıdıb onunla barışar. Lakin qaynanası onları ayırmışdır. Cavabdeh də onun tərəfin saxlayır. Cavabdeh qismində qayınansını deyil, sabiq ərini ona görə göstərmişdir ki, o, yaşayış sahəsini məhz sabiq ərindən tələb edir. Sabiq ərinin evi olsa da, həmin ev qaynının adınadır. Verilən sullara cavab olaraq bildirmişdir ki, evə köçdüyü zaman qaynanası ilə heç bir müqavilə bağlamayıb, qaynanası toy günü demişdir ki, evi oğluna verir. Verdiyi iddia sabiq ərinə qarşıdır. Ev sabiq ərinin şəxsi mülki deyil, qaynanasının adınadır. O, əsl olmayan cavabdehi əsl cavabdehlə əvəz edilməsinə etiraz edir. Məhkəmə hazırlıq iclasında deyil, baxışı iclasında iddiaçı ərizələr verərək cavabdehin anası X3 da cavabdeh qismində işə cəlb edilməsini və onu uşağı ilə birlikdə cavabdehlərə məxsus Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi, istifadə hüquqlarının tanınması və evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və Cavabdeh iddia ərizəsinə etiraz verərək, iddianın rədd edilməsini xahiş etmidir. İddiaya qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının köçürülməsinin tələb olunduğu ev ona məxsus deyildir. Məxsusluq o deməkdir ki, həmin əmlakın (mübahisəli evin) həm qanuni, həm də faktiki sahibi o olmalıdır. Lakin, o uzun müdətdir ki, Rusiya Federasiyasında yaşamaqdadır və mübahisəli ev də onun ata-ana evidir. Həmin evin qanuni və faktiki sahibi də anası X4r. Bu səbəbdən də hesab edir ki, iddia tələbi düzgün olmayan cavabdehə qarşı verilmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin oluna bilməz və rədd edilməlidir. Belə ki, sözügedən mənzilin anası qanuni istifadəsində olması və gözlənilən mülkiyyətçi olması ilə bağlı məhkəmənın diqqətinə çatdırır ki, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1 -ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1 -ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Həmçinin "Önər Yıldız (Oner Yıldız)Türkiyəyə qarşı" 18 iyun 2002-ci il tarixli qərarında hazırkı mübahisə üçün hüquqi əhəmiyyəti olan məqamlar vardır. Qərarın 139-cu bəndində məhkəmə müəyyən etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququv hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1 -ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmin qərarın 142-ci bəndində isə qeyd olunur ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1 -ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Həmçinin həmin qərarda qeyd olunur ki, «Mülkiyyət» anlayışı "mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 -ci və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Mənkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1- ci maddəsinin ikinci cümləsinin "digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəsli 'Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” adlanır və "qardaş yə bacıların”, "babanın, nənənin və nəvənin” qarşılıqlı aliment öhdəliklərindən, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsindən bəhs edir. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi hazırkı iş üzrə iddiaçı mülkiyyətçinin nə "ailə üzvləri”nə, nə də "digər qohumlar"ına aid deyildir. Buna görə iddiaçının mülkiyyətçiyə məxsus olan yaşayış evindən istifadə hüququ mövcud deyildir. Hazırkı işdə iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü olmadığı üçün Ailə Məcəlləsinə əsasən özünün saxlanılmasını məndən tələb etmək hüququ da yoxdur. Çünki, həmin Məcəllənin "Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” başlıqlı 15-ci fəslində hansı qohumların və hansı şərtlər çərçivəsində birinin digərini saxlamaq vəzifəsi konkret şəkildə öz əksini tapmışdır. Lakin iddiaçı ilə mövcud olmuş qohumluq münasibəti həmin normaların təsir dairəsinə düşmədiyindən, iddiaçının iş üzrə mübahisə predmeti olan yaşayış binasının tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Hesab edir ki, iddiaçının mənzildən istifadə hüququ qohumluq vəziyyətinə görə müəyyən edilmədiyi üçün onun həmin mənzilə köçməklə orada yaşaması və s. kimi hallarla bağlı da əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə olan halda, yəni iddiaçının mübahisə predmeti olan mənzilə istifadə hüququnun tanınması tələbi əsaslı sayılmadığı halda, iddianın digər hissəsi də özü-özlüyündə əsassız olmuş olur. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyib iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(049)-1536/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam olaraq təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdehlər arasında ailə əlaqələrinin mövcudluğunu və iddiaçının cehizlərinin hələ də cavabdehlərin evində qalmasını, iddiaçının himayəsində uşağın olmasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Belə olan halda mənim cavabdehlərə qarşı verdiyim iddiam tam təmin olunmalı idi. Cavabdehlərə məxsus evə dair istifadə hüququm Cavabdehla ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Tərəfindən əlavə cavabdeh kimi X1 (cavabdehin anasının) işə cəlb olunmasına dair ərizə verilməsinə baxmayaraq məhkəmə həmin ərizəni nəzərə almamışdır və nəticədə AR MPM-nin 51.3-cü maddəsinin tələbini pozmuşdur. Birinci instansiya məhkəməsi iddianın rədd olunmasının əsası kimi təkcə onu göstərmişdir ki, cavabdeh əsl cavabdehlə əvəz olunmamışdır. Halbuki bir daha bildirir ki, əlavə cavabdehin cəlb olunması ilə bağlı tərəfindən ərizə verilmiş və məhkəmə həmin cavabdehi işə cəlb etməli idi və iddiam təmin olunmalı idi. Məhkəmə sübutları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Əlavə cavabdehin işə cəlb edilməsinə dair ərizəyə hüquqi qiymət verməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, o Cavabdehla 2013-cü ildə ailə qurmuş, nikahlarını isə 2015-ci ildə rəsmləşdirmişdir. 2014-cü ildə 1 uşaqları anadan olub. Həyat yoldaşı RF-na gedib əsasən orada yaşadığından ailə qurandan 1 il keçməmiş anası evinə gedərək orada yaşamağa başlamışdır. Lakin arada-bir ər evinə getmişdir. Lakin sonradan cavabdeh ailəsi ilə maraqlanmadığından iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və nikahlarə xx.xx.2022-ci ildə pozulmuşdur. Həmçinin sonradan, yəni 2024-cü ildə cehiz əşyaları tələbi ilə məhkəməyə müraciət etmiş və Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq gösdərmişdir ki, iddiaçı 2024-cü ildə cehiz əşyaları tələbi ilə məhkəməyə müraciət etmiş və Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin qeyd etmişdir ki, iddiaçının hələ cavabdehin evinə gəlin gəlməmişdən əvvəl həmin evə cavabdehin anası X1 “gözlənilən hüququ” olmuş, iddiaçının həmin mübahisəli evdə yaşaması ilə bağlı qaynana X5 arasında hər hansı notarial razılaşmasının olmamamsını bildirmiş və hazırda da evin onun mülkiyyətində olmasını göstərmişdir. Apellyasiya baxışında mübahisəli evin mülkiyyətçisi X5 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən İİİ şəxs X5 xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək iddiaçının hələ onların evinə gəlin gəlməmişdən əvvəl həmin evə “gözlənilən hüququnun” olmasını, hazırda da evin onun mülkiyyətində olmasını bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, qətnamənin qanunauyğunluğu iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1 -ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1 -ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM-in) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəllənin 68.1 və 68.2-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqailəsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə, kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə digər vətəndaşları onun birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Mənkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən "Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən "Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan Lənkəran ŞİHB-nın Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Lənkəran rayonu Kosalar kəndində yaşayır. İşdə olan Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 29 iyul 2014-cü il tarixdə Lənkəran rayonu Şürük kəndində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-2131/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 18 fevral 2015-ci il tarixdə Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyində 01 sayla qeydə alınmış nikah akt qeydi pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2014-cü il tarixdə doğulmuş X8 İddiaçı yanında qalsın və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilib. İşdə olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-2376/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə məhkəməyə müracət edərək X1 xüsusi mülkiyyətində olan evdən ona məxsus cehiz əşyalarının çıxarılmasını xahiş etmiş və onun iddiası təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahat verərək bildirmişdir ki, Səbinənin anası rəfiqəsidir. Cavid qardaşının qohumudur, onlar deyirdi ki, bir ev olsun Cavidin onu evləndirsinlər. Cavid çoxdan o evdən çıxıb gedib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirib ki, Səbinə qonşusudur, toyunda iştirak edib. 2013-cü ildə gəlin gedib. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, iddiaçının köçürülməsini təlb etdiyi ev xüsusi mülkiyyət hüququ əsasında X1 adına qeydiyyata alınmışdır. Müəyyən edilir Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Mənkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəsli 'Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” adlanır və "qardaş yə bacıların”, "babanın, nənənin və nəvənin” qarşılıqlı aliment öhdəliklərindən, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsindən bəhs edir. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi hazırkı iş üzrə iddiaçı mülkiyyətçinin nə "ailə üzvləri”nə, nə də "digər qohumlar"ına aid deyildir. Buna görə iddiaçının mülkiyyətçiyə məxsus olan yaşayış evindən istifadə hüququ mövcud deyildir. Hazırkı işdə iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü olmadığı üçün Ailə Məcəlləsinə əsasən özünün saxlanılmasını məndən tələb etmək hüququ da yoxdur. Çünki, həmin Məcəllənin "Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” başlıqlı 15-ci fəslində hansı qohumların və hansı şərtlər çərçivəsində birinin digərini saxlamaq vəzifəsi konkret şəkildə öz əksini tapmışdır. Lakin iddiaçı ilə mövcud olmuş qohumluq münasibəti həmin normaların təsir dairəsinə düşmədiyindən, iddiaçının iş üzrə mübahisə predmeti olan yaşayış binasının tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Hesab edir ki, iddiaçının mənzildən istifadə hüququ qohumluq vəziyyətinə görə müəyyən edilmədiyi üçün onun həmin mənzilə köçməklə orada yaşaması və s. kimi hallarla bağlı da əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə olan halda, yəni iddiaçının mübahisə predmeti olan mənzilə istifadə hüququnun tanınması tələbi əsaslı sayılmadığı halda, iddianın digər hissəsi də özüözlüyündə əsassız olmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibətləri Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu il tarixdən sonra yaranmışdır. Belə olduğu təqdirdə isə həmin münasibətlərə Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Normanın məzmunundan göründüyü kimi ailə münasibətləri ilə bağlı istifadə hüququ o vaxtı yaranır ki, həmin hüququn tələb olunduğu yaşayış evi ərin mülkiyyətində olmuş olsun. Lakin yuxarıda qeyd olunduğu kimi iddiaçının mübahisələndiridiyi fərdi yaşayış evi heç vaxt onun ərinin mülkiyyətində olmamışdır. Mənzil Məcəllənin 68.1 və 68.2-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqailəsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə, kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə digər vətəndaşları onun birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı deyil, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, maddi və prosessual hüquq normalarına riayət eytmişdir. Göründüyü kimi qanunvericilikdə də müəyyən edildiyi kimi, iddiaçıların fərdi yaşayış evinə köçürülməsi qanunidir. Birinci instansiya məhkəməsi də, iddianı əsaslı hesab edərkən, doğru qənaətə gəlmişdir. Məhkəmə kоllegiyаsı həmçinin hesаb edir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlərdən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cаvаbdehə münasibətdə ləğv edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Hüseynova (Möhsümzadə) Səbinə Sehran qızının apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(049)-1536/2024 saylı qətnaməsi iddiaçı Hüseynova (Möhsümzadə) Səbinə Sehran qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar