Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-175/2023 12.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 qarşı kredit müqavıiləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 08 sentyabr 2017ci il tarixli, 2(020)1762/2017 saylı qətnaməsindən Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X4 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, Müəyyənetdi: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 qarşı kredit müqavıiləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli, 2(020)1762/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamə icraya yönəldilmiş, 19 aprel 2022-ci il tarixdə Beyləqan rayon icra şöbəsinin icra məmuru Rzayev Elgiz tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. 09 oktyabr 2022-ci il tarixdə Cavabdeh1 ərizə ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasını xahiş etmiş, Beyləqan Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(020)-1762/2017 saylı qərardadı ilə ərizə təmin olunmuş və iş materialları apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Beyləqan Rayon Məhkəməsi 26 dekabr 2022-ci il tarixdə məktubla Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, İddiaçı QSC tərəfindən Beyləqan Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(020)-1762/2017 saylı qərardadından şikayət verildiyini bildirmiş, həmin şikayətə baxılmasından ötrü mülki işin apellyasiya baxışından çıxarılaraq Beyləqan Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 verilmiş şikayətlərinə baxılması üçün işin apellyasiya baxışından çıxarılaraq Beyləqan Rayon Məhkəməsinə qaytarılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair qərardaddan iddiaçı şikayət verdiyindən, apellyasiya şitkayətinin icraata qəbul edilməsinə dair 06 dekabr 2022-ci il tarixli, 2(106)- 2404/2022 saylı qərardad ləğv olunmalı, mülki iş apellyasiya baxışından çıxarılaraq qərardaddan verilmiş şikayətə baxılmasından ötrü Beyləqan Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0.6, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Beyləqan Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli, 2(020)1762/2017 saylı qətnaməsindən Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X4 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(106)-2404/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş apellyasiya baxışından çıxarılaraq, Beyləqan Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(020)-1762/2017 saylı qərardadından İddiaçı QSC tərəfindən verilən şikayətə baxılmasından ötrü Beyləqan Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahid İmanov Hakimlər: Tofiq Heydərov Tale Kərimov
Məhkəmə qərarları › İş №2(106)-175/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-175/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver