Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-176/2023 25.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçı (cavabdeh) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı QSC) nümayəndəsi X1 iştirakı ilə, Füzuli Rayon Məhkəməsinin 2(064)-268/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh (iddiaçı) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7714,2 ABŞ dolları məbləğində əsas kredit borcu, 10067,44 ABŞ dolları məbləğində faiz borcu və 11806,93 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 29588,57 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən 7a saylı evin 64 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 29588,57 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSCyə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulması, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən 7a saylı evin 64 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli, 02L000011320 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02R000034610 saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 02R000034610SB saylı; xx.xx.2016-cı il tarixli, 02R000034610SC saylı; xx.xx.2016cı il tarixli 02R000034610SD saylı; xx.xx.2017-ci il tarixli 02R000034610SE saylı; xx.xx.2017-ci il tarixli, 02R000034610SF saylı; xx.xx.2019-cu il tarixli, 02R000034610SG saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 12285,8 ABŞ dolları ödəmiş, onun 7714,2 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 189 gün üçün hesablanmış faiz borcu 10067,44 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 189 gün üçün hesablanmış cərimə 11806,93 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh3 iddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli, 02M000001665 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən 7a saylı evin 64 saylı mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 1726 nömrəli reyestr kitabının 158583 nömrəli vərəqində qeydiyyata alınmış və RX ******* seriya nömrəli çıxarışa əsasən həmin mənzilin Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2020-ci il tarixdə göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim olunmuş və idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri MKTD Nizami rayonu MKTB 28 saylı MKİS tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 24 saylı forma 2 arayışına əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh5 və Cavabdeh4 həmin mənzili İddiaçı QSC-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin əmlakı qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı QSC ilə onun arasında bağlanmış Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, ev 7A, 64 nömrəli mənzilin yüklü edilməsinə dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh3 tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış və ona kredit xətti açılmışdır. Kredit öhdəliyinin təminatı kimi bankla onun arasında həm zaminlik, həm də ipoteka müqaviləsi bağlanılmış və ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, ev 7A, 64 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Bu müqavilələr aldatma yolu ilə bağlandığından etibarsız hesab edilməlidir. Belə ki, onun keçmiş əri Cavabdeh5 borcalan Cavabdeh1 ilə iş yoldaşı olmuşlar. Cavabdeh1, Cavabdeh5 xahiş etmişdir ki, onun işlətdiyi kran aşıb və təmir işləri üçün kredit götürmək istəyir, təminat kimi hansısa əmlakı girov qoymaq lazımdır. Hər iki şəxsin təkidi ilə onu razı sala bilmişlər və Cavabdeh1 tanışının olduğu bankın “Babək filialı”na gedirlər. Cavabdeh1 ona məxsus olan kranları da guya girov qoyduğunu bildirir və evin də girovda olmasının heç bir problem olmadığını deyir. Borclu Cavabdeh1 onu əmin edir ki, kredit tezliklə bağlanılacaq və bankda olarkən heç kimdən heç nə soruşmamasını, ümumiyyətlə danışmamasını və göstərilən müqavilələrə qeyd-şərtsiz imza atmasını bildirir. Bir müddət sonra borcalan Cavabdeh1 evin yüklü edilməsinə arxayın olaraq krediti ödəməkdən imtina edir. Belə olan halda o, bir müddət kredit borclarını özü ödəyir. Bugünədək evin əldən çıxmaması üçün həmin kredit üzrə 4500 ABŞ dollarına yaxın ödəniş etmişdir. Ödəniş qəbzləri saxlanılıb. Cavabdeh1 hazırda Sumqayıt şəhərində yaşayır və ticarət işləri ilə məşğuldur. Özünün kranlarını və digər yük maşınlarını icarəyə verib. Bir sözlə, götürdüyü kreditləri ödəmək imkanına malikdir. Sadəcə ipotekaqoyanın yeganə evinin girov qoyulmasını və əldə çıxma qorxusundan istifadə edərək borcları ödəməkdən yayınır. Hazırda boşanmalarına baxmayaraq o, keçmiş əri ilə həmin evdə yaşayır. Problemlə bağlı Bankın “Babək filialı”nda dəfələrlə olublar. Bankın əməkdaşları da borclu ilə danışıqlar aparmış və onu güc-bəla ilə filiala gətizdirə bilmişlər. Qeyd edilən kredit xətli üzrə 3 dəfə müqavilələrə dəyişiklik edilmiş və ona vaxt verilmişdir. Razılığa və yeni ödəniş planlarına əsasən aylıq ödənişin yarısını o, digər yarısını isə borcalan ödəməli idi. Lakin borclu yeni ödəmə planlarına da əməl etmir və yayınır. Əlavə olaraq, filial tərəfindən rəsmiləşdirilən müqavilələrin heç biri ona verilməmişdir. Ona çatan nüsxələr də bu günədək Cavabdeh1 saxlanılır. Onda yalnız Bank tərəfindən göndərilən xəbərdarlıq məktubları vardır. Bu üzdən məhkəməyə həmin sənədlərin surətlərini təqdim edə bilmir. Bundan başqa, kredit xətti üzrə onun zamin durduğu müqavilə üzrə bir müddət ipotekaqoyan tərəfindən ödəniş edildikdən sonra Cavabdeh1 təkidli xahişi ilə ona yenidən kredit verilmiş və qalıq borc yeni müqaviləyə salınmaqla ona 20000 ABŞ dolları kredit verilmişdir. 2-ci kredit müqaviləsi bağlanan zaman sözügedən ev ipoteka ilə yüklü edilmişdir. Zaminlik krediti üzrə müqavilə yeniləndiyindən onun ərizəsi əsasında ona xx.xx.2019-cu il tarixdə həmin kredit üzrə borcun tam bağlanması və zaminlik öhdəliyinin olmamasına dair arayış verilmişdir. Buna baxmayaraq, Bank tərəfindən hazırda borcalana qarşı Füzuli Rayon Məhkəməsində iddia qaldırılmışdır. İddia ərizəsində borcun həm borcludan, eləcə də zamin kimi ondan tutulması və tələbin ipoteka qoyulmuş evə yönəldilməsi qeyd edilmişdir. Bankda hesab edirlər ki, əgər müqavilə müddəti bitibsə, onlar dərhal ödəniş olmasına baxmayaraq məhkəmədə iddia qaldırmalıdır. Əgər Bank iddia qaldırmasa o, çarəsizlikdən qismən də olsa, ödənişləri davam etdirmək fikrində idi. Hazırda yaşlı və xəstə olduğundan çıxılmaz vəziyyətlə qarşı-qarşıya qalıb. Bir tərəfdən aldadılaraq üzərinə öhdəlik qoyulur, digər tərəfdən zamin durduğu krediti tam bağlasa da, yenidən ona zamin kimi də iddia qaldırılır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2981/2021 saylı, 19 may 2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” 2(004)-2981/2021 saylı mülki işin icraatının Füzuli Rayon Məhkəməsinin icraatında olan 2(064)-389/2021 saylı mülki işin icraatına birləşdirilməsi və birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsi, 2(004)-2981/2021 saylı mülki iş materiallarının Füzuli Rayon Məhkəməsinin icraatına göndərilməsi qərara alınmışdır. Füzuli Rayon Məhkəməsinin 2(064)-389/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası və iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası üzrə mülki işlər baxılmaları üçün bir icraatda birləşdirilmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-268/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Yaşar Həşimov) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digərlərinə qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiasının qismən təmin olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7704,02 ABŞ dolları əsas borc, 8356,89 ABŞ dolları faiz borcu və 700 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 16760,91 ABŞ dolları milli manat ekvivalentində pulun, dövlət rüsumuna görə ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatın və xidmət haqqına görə 21 manatın tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərcə görə 200 manatın tutularaq "xxxx" MMC-nin hesabına (AZ37NABZ********************) və ekspertiza xərclərinə görə aparılmış tədqiqatın dəyəri 200 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) keçirilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 7a, 64 saylı mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılmaqla hərracdan əldə olunmuş vəsatin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyəri) 63000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 7a, 64 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iddia tələbinin digər hissədə rədd edilməsi, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiasının rədd olunması qət olunmuşdur. Cavabdeh (iddiaçı) Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv olunmasını, iş üzrə ciddi araşdırmalar aparılaraq iş üzrə əhəmiyyətli halları müəyyən etməklə qətnamə üzrə borcun dəqiq məbləğinin müəyyən edilməsi, ekspertiza və mütəxəssis rəyinə görə çəkilmiş xərclərin İddiaçı QSC-yə aid edilməsi və ya tərəflər arasında bölüşdürülməsi, tutmanın ipoteka predimeti olan mənzilə yönəldilməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh3 iddiasının təmin olunaraq ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçı Cavabdeh3 iddia ərizəsinin dəlilləri və onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, qətnamə qanunsuz və əsassız olmuş, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə tərəfindən əmlak ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilmiş, lakin həmin qərardad ona göndərilməmişdir. Bundan başqa prosessual qanunvericilikdə konkret müddətlər müəyyən olunmasına baxmayaraq ekspertin həmin rəyi məhkəmə qərardadından sonra hansı müddət ərzində məhkəməyə verdiyi məlum deyil. Digər tərəfdən ekspertiza tədqiqatında iştirak hüququ olmasına baxmayaraq ekspert bunu təmin etməmiş, bu barədə məlumat təqdim etməyi lazım bilməmiş, əmlaka baxış keçirməmiş və ona bəlli olmayan metodlarla özündən əmlaka “qiymət” müəyyən etmişdir. Ekspertin təqdim etdiyi rəy-hesabat da ona təqdim edilməmişdir. Belə halda məhkəmənin həmin qeyri-müəyyən, qeyri-mötəbər rəylə qərar qəbul etməsi qanunvericiliyin pozulması ilə nəticələnmişdir. Bundan başqa həm əmlak ekspertizası, həm də mühasibatlıq ekspertizasına görə ödənilməli olan hər iki 200 manat (cəmi 400 manat) həcmində xərcləri nədənsə məhkəmə qanunazidd formada cavabdehin üzərinə qoymuşdur. Ədalətli məhkəmə qərarının qəbulundan söhbət gedirsə, məhkəmə ən azı bu halda həmin rüsumları tərəflər arasında bölüşdürməli idi. İş üzrə bir çox məsələlər aydınlaşdırılmamışdır. Belə ki, iddiaçı pul tələbi ilə bağlı 7714,2 dollar əsas borc, 10067,44 dollar faiz borcu, 11806,93 dollar cərimə borcu istəmişdir. Məhkəmə isə mühasibatlıq ekspertzası təyin etmiş və rəyə görə 7714,2 manat əsas borc, 8356,89 faiz borcu, o cümlədən 700 dollar cərimə borcu təyin etmişdir. O, həm məhkəmənin qərardadından, həm də orada qoyulan suallardan məlumatsız olmuşdur. Necə ola bilər ki, Bankın pul tələbi ilə faiz borcu əsas borcdan dəfələrlə çox olsun. Bu yalnız o halda ola bilər ki, aldadılmış və çətin vəziyyətə salınmış Cavabdeh3 ödədiyi pullar yalnız cərimədən silinmişdir. Beləliklə, müqavilə üzrə silinmələrin həyata keçirilməsi qəsdən Bank tərəfindən qanunazidd şəkildə aparılmışdır. Belə olan halda məhkəmə bu halları araşdırmalı idi. Aydın görünür ki, kredit müqaviləsi üzrə müddət bitmiş, lakın Bank faiz hesablanmasını davam etdirir. Bu qanunsuz halın qarşısını almaq üçün ekspert qarşısında konkret müqavilə müddətə bitən tarixə faiz borcunun nə qədər olması ilə bağlı, eləcə də silinmələrin necə aparılması ilə bağlı konkret suallar qoyulmalı idi. Bundan başqa, onsuz da ağır vəziyyətə düşən cavabdehin üzərinə əlavə 700 dollar cərimə borcunun qoyulması ədalətsizlikdir və apellyasiya instansiya məhkəməsində həmin məbləğ ləğv edilməli və cərimə azaldılmalıdır. Eyni halları aldadılaraq əmlakı ipoteka ilə yüklü edilmiş əmlaka dair qiymətin müəyyən olunmasına da aid etmək olar. Aydınlaşdırılmayan digər hal ondan ibarətdir ki, iddia ərizəsində geniş əsaslandırmaya baxmayaraq ipoteka müqaviləsinin necə və hansı şəraitdə bağlanması barədə, eləcə də aldatmanın nədən ibarət olduğu hallar aydınlaşdırılmadan məhkəmə tərəfindən qərar verilmişdir. Mənzil onun mülkiyyətində olan yeganə əmlakdır və o, qızı və nəvələri ilə həmin evdə yaşayır, yeganə yaşayış yeridir. Özü ağır şəkər xəstəsidir. Ona görə cavabdehlərdin həmin evdən çıxarılması və guya hərracın nəticələri üzrə alıcıya, yəni banka təhvil verilməsi ilə bağlı qətnamə ilə razı deyil, həmin hissədə də qətnamə ləğv olunmalıdır. Digər tərəfdən istifadə hüququ qalmaqla qeyd edilən şəxslərin mənzildən çıxarılmasını qanunsuz sayır. İşə birinci instansiya məhkəməsində baxılarkən tələb üzrə borc məbləğinin dəqiq, qanunauyğun miqdarı, əmlakın real likvid qiyməti sübut olunmamışdır. Onun iddiası üzrə ipoteka, kredit və zaminlik müqavilələri məhkəməyə təqdim edilməmişdir. Çünki həmin müqavilələr onda yoxdur. Bank tərəfindən verilməmişdir. Onun əlində yalnız qorxudan ödədiyi ödəniş qəbzləri və Bankın xəbərdarlıq məktubları vardır. Ona görə bu sənədlər məhkəməyə təqdim edilməmişdir ki, Cavabdeh1 və Cavabdeh5 təzyiqi altında müqavilələr imzalanmış və bütün bunları Cavabdeh1 tanışı Bankın Babək filialının əməkdaşları birgə formada etdiyindən müqavilələrin ona təqdim edilməsini lazım bilməmişlər. Müqavilələr olmasa da, iddia və məhkəmə qərarı əsasında təxmin etmək olur ki, zaminlik müqaviləsinin müddəti bitmişdir. Həm kredit, həm də zaminlik müqavilələri olmadığından müddətlərlə bağlı məsələlər açıq qalmışdır. Bu hallar apellyasiya məhkəməsində yenidən araşdırılmalıdır. Tərəfindən rayon məhkəməsində işə baxılarkən qeyd edilən sənədlər olmadığına görə həmin halları sübut etmək mümkün olmamışdır. Digər tərəfdən Bank tərəfindən ona zamin olduğu kredit üzrə borcunun olmadığı baradə arayış təqdim edilmişdir. Həmin arayış iş materiallarına əlavə edilməsi üçün məhkəmə təqdim olunmuşdur. Bir-biri ilə ziddiyyət təşkil edən həmin halların yenidən araşdırılmasına ehtiyac vardır. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh (iddiaçı) Cavabdeh3 və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəblərinin üzrlü olması barədə sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası işə cavabdeh (iddiaçı) Cavabdeh3 və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saydı. Apellyasiya məhkəməsinin iclasında iddiaçı (cavabdeh) İddiaçı QSC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətində ifadə olunmuş dəlillərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının (cavabdehin) nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə xx.xx.2023-cü il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulan 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqavilə əsasında kreditlərin verilməsi və qaytarılması hər bir fərdi kredit razılaşmasının şərtlərinə və müvafiq planına uyğun olaraq həyata keçirilməlidir. İşdəki 02S000023025 saylı, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 120 ay müddətinə xx.xx.2023-cü il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulan 100000 ABŞ dolları məbləğində kredit xətti barədə 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdəki xx.xx.2013-cü il tarixli ərizəsinin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh5 həmin mənzilin İddiaçı QSC-yə ipoteka qoyulmasına razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə həmin əmlakı qeydşərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. İşdəki xx.xx.2013-cü il tarixli ərizəsinin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh4 həmin mənzilin İddiaçı QSC-yə ipoteka qoyulmasına razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə həmin əmlakı qeydşərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. İşdəki xx.xx.2013-cü il tarixli, 02M000001665 saylı ipoteka müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh3 məxsus 64 saylı mənzil 120 ay müddətinə xx.xx.2023-cü il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulan 100000 ABŞ dolları məbləğində kredit xətti barədə 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi və onun ayrılmaz hissələri olan kredit razılaşmaları üzrə Cavabdeh1 öhdəliyinin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 4.7-ci bəndinə əsasən onun 2 nüsxəsi tərəflərdə saxlanılır. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 49423,50 manat müəyyən edilmişdir. İşdəki hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh3 məxsus 64 saylı mənzilin 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İşdəki 02S000025578 saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 120 ay müddətinə xx.xx.2023-cü il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulan 100000 ABŞ dolları məbləğində kredit xətti barədə 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdəki 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə 02R000034610 saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşmasından və ödəniş planından görünür ki, İddiaçı QSC Cavabdeh1 aylıq faiz dərəcəsi 1,8333% olmaqla, 24 ay müddətinə 20000 ABŞ dolları kredit verməyi, sonuncu isə kreditin əsas məbləğini və hesablanmış faizləri hər təqvim ayı bərabər hissələrlə olmaqla xx.xx.2016-cı il tarixədək ödəməyi, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0,5%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşdəki xx.xx.2015-ci il tarixli, 02R000034610SB saylı; xx.xx.2016-cı il tarixli, 02R000034610SC saylı; xx.xx.2016-cı il tarixli, 02R000034610SD saylı; xx.xx.2017-ci il tarixli, 02R000034610SE saylı; xx.xx.2017-ci il tarixli, 02R000034610SF saylı; xx.xx.2019cu il tarixli, 02R000034610SG saylı sazişlərdən görünür ki, İddiaçı QSC və Cavabdeh1 kredit razılaşmasına və ödəniş planına dəyişikliklər etmişlər. Sonuncu dəyişikliyə əsasən 02R000034610 saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 10028,2 ABŞ dolları restrukturizasiya olunmuş, aylıq faiz dərəcəsi 1.1667 %-dək, cərimə 0.1%-dək azaldılmış, öhdəliyin icrası üçün müddətin xx.xx.2020-ci il tarixdə bitəcəyi nəzərdə tutulmuşdur. Cavabdeh3 ödəniş planına, onunla tanış olması, girov qoyan və zamin olaraq razı olması barədə qeyd etmişdir. İşdəki 0282 saylı, xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 02R000034610 saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə 7714,2 ABŞ dolları məbləğində əsas kredit borcu, 10067,44 ABŞ dolları məbləğində faiz borcu və 11806,93 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi borcu 29588,57 ABŞ dolları təşkil edir. İşdəki xx.xx.2020-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, İddiaçı QSC kredit müqavilələri üzrə öhdəliklərinin icrasını borcluya və zaminlərə təklif etmiş, əks təqdirdə borcun qaytarılması tələbi ilə müraciət ediləcəyi onların nəzərinə çatdırılmışdır. İşdəki xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı QSC tələbin ipoteka ilə yüklü edilmiş ünvan 1-ə yönəldilməsinə başlandığını ipoteka qoyanın nəzərinə çatdırmışdır. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı QSC-nin ipoteka ilə yüklü edilmiş ünvan 1-ə tutmanın yönəldilməsinə dair ipotekaqoyana çatdırılmış bildiriş xx.xx.2020-ci il tarixdə ********** sayla qeydə alınmışdır. İşdəki Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalının çıxarışlarından görünür ki, İddiaçı QSC tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənmişdir. X6 Portalının ********* saylı, xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC hazırkı tələb üzrə 30 manat dövlət rüsumu ödəmişdir. İşdəki 713 saylı, xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, İddiaçı QSC Cavabdeh1 xx.xx.2013-cü il tarixdə götürdüyü 13000 ABŞ dolları məbləğli kreditin xx.xx.2019-cu il tarixdə tam ödənildiyini, onun bu kredit üzrə İddiaçı QSC qarşısında zaminlik öhdəliyinin olmadığını Cavabdeh3 nəzərinə çatdırmışdır. İşdəki "xxxx" MMC-nin mənzilin qiymətləndirilməsinə dair 38 saylı, xx.xx.2021-ci il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 7a, 64 saylı mənzilin likvid dəyəri 63000 manat təşkil edir. Qiymətləndirmə üzrə tədqiqatın dəyəri 200 manat təşkil edir. Mənzilin fotogörüntüləri hesabata əlavə olunmuşdur. İş üzrə Cavabdeh3 təşəbbüsü ilə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/8008 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2014-cü il tarixli, 02R000034610 saylı kredit razılaşması (əlavə sazişlərin şərtləri nəzərə alınmaqla) üzrə xx.xx.2020-ci il tarixə borcunun əsas borc üzrə 7704,02 ABŞ dolları, faiz borcu üzrə 8356,89 ABŞ dolları olmaqla, cəmi 16060,91 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, cavabdeh (iddiaçı) Cavabdeh3 ipoteka müqaviləsinin keçmiş əri Cavabdeh5 və keçmiş ərinin iş yoldaşı Cavabdeh1 təkidi ilə, evin girovda olmasının heç bir problem olmaması, kreditin Cavabdeh1 tərəfindən tezliklə bağlanılacağı adı ilə aldadılması nəticəsində bağlaması ilə əsaslandırsa da, tələbinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün hər hansı sübut təqdim etməmişdir. İş üzrə sübutlarla xx.xx.2013-cü il tarixli, 02M000001665 saylı ipoteka müqaviləsinin Cavabdeh3 keçmiş əri Cavabdeh5 və keçmiş ərinin iş yoldaşı Cavabdeh1 tərəfindən aldadılması nəticəsində bağlanması halı təsdiq edilməmişdir. Bundan başqa, cavabdeh (iddiaçı) Cavabdeh3 keçmiş əri Cavabdeh5 və keçmiş ərinin iş yoldaşı Cavabdeh1 bankda olarkən heç kimdən heç nə soruşmamasını, ümumiyyətlə danışmamasını və göstərilən müqavilələrə qeyd-şərtsiz imza atmasını istədiklərini qeyd etsə də, həmin halların təsdiqi üçün də hər hansı sübut təqdim etməmişdir. İş üzrə sübutlarla həmin hal da təsdiq edilməmişdir. Eyni zamanda cavabdeh (iddiaçı) Cavabdeh3 bu qeyd etdiklərinin təsdiq olunması halında isə İddiaçı QSC-nin aldatmadan xəbərdar olmaması və xəbərdar olmalı olmaması müəyyən edilir ki, bu da əqdin mübahisələndirilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (Bundan sonra MM-in) 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Bundan başqa, özünün kranlarını və digər yük maşınlarını icarəyə vermiş, götürdüyü kreditləri ödəmək imkanına malik borcalan Cavabdeh1 krediti ödəməkdən imtinası ilə bağlı cavabdeh (iddiaçı) Cavabdeh3 həmin kredit üzrə 4500 ABŞ dollarına yaxın ödəniş etməsi, öhdəliyi icra etmiş zamin üçün başqa hüquqi nəticələrə səbəb olmaqla, əqdin etibarsız sayılmasına əsas deyil. Eyni zamanda apellyasiya şikayətində göstərilənlərin əksinə olaraq, ipoteka müqaviləsinin şərtlərindən görünür ki, notariat orqanı müqavilənin bir nüsxəsini cavabdeh (iddiaçı) Cavabdeh3 saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə onu da qeyd etməyi zəruri sayır ki, hazırkı tələb xx.xx.2014-cü il tarixli, 02R000034610 saylı kredit razılaşması üzrə verilmiş 20000 ABŞ dolları kreditin qaytarılması ilə bağlı olduğundan, Cavabdeh1 xx.xx.2013-cü il tarixdə götürdüyü 13000 ABŞ dolları məbləğində krediti xx.xx.2019-cu il tarixdə tam ödəməsi ilə cavabdeh (iddiaçı) Cavabdeh3 həmin kredit üzrə İddiaçı QSC qarşısında zaminlik öhdəliyinə xitam verilməsi, hazırkı iddianın ona münasibətdə rədd edilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, mənzilin fotogörüntülərinin hesabata əlavə olunması, qiymətləndirmənin apellyasiya şikayətində qeyd edilənlərin əksinə olaraq ipoteka ilə yüklü edilmiş mənzilə baxış keçirilməklə aparıldığını təsdiq edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə onu da qeyd etməyi zəruri sayır ki, mülkiyyətində olan mənzilin onun yeganə yaşayış yeri olması, qızı və nəvələri ilə həmin evdə yaşaması, ağır şəkər xəstəsi olması tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini istisna etmir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, ipoteka qoyan, ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam vermək səlahiyyətinə malik olduğundan, eyni zamanda ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürdüklərindən cavabdehlərin ipoteka predmetinə istifadə hüquqlarının mövcudluğu onların mənzildən çıxarılmasına və evin hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsində iddianın rədd edilməsinə əsas deyil. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Həmin Qanunun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Həmin Qanunun 46.1-ci maddəsinə əsasən, ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə onu da qeyd etməyi zəruri sayır ki, Cavabdeh3 02S000023025 saylı, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi ilə 120 ay müddətinə xx.xx.2023-cü il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulan 100000 ABŞ dolları məbləğində kredit xətti barədə 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, bununla da, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarmadığından, eləcə də sonuncu dəfə restrukturizasiya olunmuş 10028,2 ABŞ dolları üzrə aylıq faiz dərəcəsi 1,1667 %-dək, cərimə isə 0,1%-dək azaldıldığından, öhdəliyin icrası üçün nəzərdə tutulmuş xx.xx.2020-ci il isə Cavabdeh3 təminat verdiyi xx.xx.2023-cü il tarixdən əvvələ təsadüf etdiyindən, bununla da dəyişdirilmiş öhdəlik onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmadığından onun zaminliyə xitam verilməsi üçün əsaslar yaranmamışdır. Ümumiyyətlə, restrukturizasiya barədə sonuncu sazişin bağlanmasına Cavabdeh3 özünün razılığı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə onu da qeyd etməyi zəruri sayır ki, MPM-in 134-cü maddəsinə əsasən ekspert və mütəxəssis rəyləri tərəflərə rəsmi qaydada verilməli olan sənədlərə aid edilməsə də, Cavabdeh3 həmin sənədləri özünə təqdim edilməsini tələb etməsi, məhkəmənin isə bundan imtina etməsi halı da təsdiq edilmir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə xx.xx.2023-cü il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulan 100000 ABŞ dolları məbləğində kredit xətti açmış, xx.xx.2013-cü il tarixli, 02M000001665 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 7a ünvanında yerləşən Cavabdeh3 məxsus 64 saylı mənzil 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi və onun ayrılmaz hissələri olan kredit razılaşmaları üzrə Cavabdeh1 öhdəliyin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. Müqavilə bağlanakən Cavabdeh5 və Cavabdeh4 həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. İpoteka ilə yüklülük daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 120 ay müddətinə xx.xx.2023-cü il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulan 100000 ABŞ dolları məbləğində kredit xətti barədə 02L000011320 saylı, xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə iddiaçı qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər, xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1nna aylıq faiz dərəcəsi 1,8333% olmaqla, 24 ay müddətinə 20000 ABŞ dolları kredit verilmişdir. Sonuncu bərabər hissələrlə krediti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüş, öhdəliyin icra edilməməsi halında cərimə ödəyəcəyini vəd etmişdir. xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2019-cu il tarixli sazişlərlə, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 10028,2 ABŞ dolları restrukturizasiya olunmuş, aylıq faiz dərəcəsi 1,1667 %-dək, cərimə 0,1%-dək azaldılmış, öhdəliyin icrası üçün müddətin xx.xx.2020-ci il tarixdə bitəcəyi nəzərdə tutulmuşdur. Cavabdeh1 kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə iddiaçıya ödənilməmiş əsas və faiz borcları yaranmışdır. O, öhdəliyini lazımınca icra etmədiyindən iddiaçı yaranmış borca cərimə hesablamış, yaranmış borcu ödəmələrini cavabdehlərə təklif etmiş, ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş təqdim edilmiş və bu bildiriş iddiaçının ərizəsi əsasında ipotekanın dövlət qeydiyyatı orqanlarında qeydə alınmışdır. İddiaçı bunun üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, hazırkı iddia üzrə isə 30 manat dövlət dövlət rüsumu ödəmişdir. İddiaçı QSC tələbini Cavabdeh1 iddia edilən məbləğdə əsas və faiz borcunun yaranması, cərimənin hesablanmasının müqavilədə nəzərdə tutulması ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün maliyyə arayışını təqdim etmişdir. Cavabdeh (iddiaçı) Cavabdeh3 ödədiyi pulların yalnız cərimənin ödənilməsinə yönəldilməklə silinmələrin həyata keçirilməsinin qanunazidd şəkildə aparılması əsası ilə tələbə etiraz etmişdir. Yanaşı yoxlanılmış məhkəmə-mühasibatlıq ekspertizasının 9/8008 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə isə Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2014-cü il tarixli, 02R000034610 saylı kredit razılaşması üzrə 7704,02 ABŞ dolları əsas, 8356,89 ABŞ dolları faiz borcu olmaqla, cəmi 16060,91 ABŞ dolları borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası rəyi vermiş şəxsin mühasibatlıq sahəsində xüsusi biliyi olduğunu, rəyin iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və kredit razılaşmasının şərtləri əsas götürülməklə verildiyini nəzərə alaraq, həmin rəylə razılaşır və Cavabdeh1 iddiaçıya rəylə müəyyən edilən məbləğdə borcunun yaranmasını işin hallarına uyğun sayır. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti üzrə onu qeyd etməyi zəruri sayır ki, tərəflər ipoteka müqaviləsində ipoteka predmetinin dəyərini 49423,50 manat olaraq müəyyən etsələr də, ilkin satış qiymətində razılaşmadıqlarından və bu qiymət müqavilədə öz əksini tapmadığından, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hesabatında müəyyən edilmiş likvid dəyərinə uyğun olaraq 63000 manat müəyyən etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. MM-in 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, tənasübsüz surətdə yüksək cərimənin azaldılması qanunla nəzərdə tutulsa da, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalı olduğundan birinci instansiya məhkəməsi 7704,02 ABŞ dolları əsas borc üzrə cərimənin məbləğini 700 ABŞ dollarınadək azaltmaqda haqlı olmuşdur. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. MM-in 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. MM-in 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. MPM-in 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 117.1-ci maddəsinin tələbinə görə, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləğ və iş üzrə digər zəruri xərclər xahiş etmiş tərəfə aiddir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmiş Cavabdeh1 borcuna tənasübsüz surətdə yüksək cərimənin azaldılmasının qanunla nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsinin qadağan olduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin əsas və faiz borcları üzrə, həmçinin hesablanmış cərimənin azaldılmalı olması, çəkilmiş xərclərin, ekspertə və mütəxəssisə verilməli olan məbləğlərin aidiyyət məsələsi üzrə gəldiyi nəticəsini işin hallarına uyğun sayır. Məhkəmə kollegiyası tələbin pul vəsaitinin əsas borclu ilə yanaşı zaminlərdən də tutulmasına dair hissəsi üzrə onu da qeyd etməyi zəruri sayır ki, zaminliyə xitam verilməsi üçün əsaslar yaranmadığından, birinci instansiya məhkəməsinin iddia tələbinin zaminlərə münasibətdə də təmin edilməli olmasına dair gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası tələbin ipoteka predmentinə tutmanın yönəldilməsi hissəsi üzrə belə nəticəyə gəlir ki, Cavabdeh3 məxsus mənzil öhdəliyin təmin edilməsi məqsədi ilə iddiaçının xeyrinə ipoteka ilə yüklü edildiyindən və təminat vasitəsi ipoteka olan əsas öhdəlik icra edilmədiyindən, bununla da iddiaçının ipoteka predmentinin satılmasını tələb etmək hüququ yarandığından, birinci instansiya məhkəməsinin tələbin həmin hissəsi və ipoteka predmetinin ilkin satış qiyməti üzrə gəldiyi nəticə də düzgün olmuşdur. Məhkəmə kollegiyası iddianın 7704,02 ABŞ dolları əsas borc, 8356,89 ABŞ dolları faiz borcu və 700 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 16760,91 ABŞ dolları milli manat ekvivalentində pul, dövlət rüsumuna görə ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqına görə 21 manatın əsas borcludan və zaminlərdən tutulmasına dair hissədə təmin edildiyini, bununla da qeyd edilən pul vəsaitinin istənilən halda həmin şəxslərdən iddiaçının xeyrinə tutulmalı olduğunu nəzərə alaraq, iddianın hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulmasına dair hissəsini eyni tələb hesab edir və birinci instansiya məhkəməsinin tələbin bu hissəsi üzrə gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası mənzilin kreditin qaytarılması üçün ipoteka qoyulduğunu, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürdüklərini, bununla da o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduqlarını, əks halda həmin şəxslərin evdən məcburi qaydada çıxarılmalı olduqlarını nəzərə alaraq, birinci instansiya məhkəməsinin tələbin fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi hissəsi üzrə gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası xx.xx.2013-cü il tarixli, 02M000001665 saylı ipoteka müqaviləsinin etibarsız sayılması üçün əsasların müəyyən edilmədiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin həmin tələb üzrə gəldiyi nəticəni də düzgün hesab edir. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-268/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Samir Həsənov
Məhkəmə qərarları › İş №2(106)-176/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-176/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver