Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1761/2023 06.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 2(018)-1398/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadından Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 1944 manat, Cavabdeh4 1722 manat, Cavabdeh1 1199 manat, Cavabdeh6 848,75 manat, X1 673,39 manat, Cavabdeh7 848,75 manat və Cavabdeh5 759,32 manat bir aylıq orta əmək haqqı məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-1398/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən hakim İlqar Məmmədov) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, İddiaçınə iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Qərardaddan narazı qalan Vəkil şikayət vermiş, şikayətində Astara Rayon Məhkəməsinin 2(018)-1398/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi və iddianın icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-1398/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi Vəkil şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(018)-1398/2023 nömrəli qərardadından İddiaçı nümayəndəsi Vəkil verdiyi şikayətin 7 gün müddətində 2(018)-1398/2023 nömrəli mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirərək, belə nəticəyə gəlir ki, Astara Rayon Məhkəməsinin 2(018)-1398/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadından Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, Astara Rayon Məhkəməsinin 2(018)-1398/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qərardadı qüvvəsini itirmiş hesab edilməli, mülki iş materialları qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Astara Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Astara Rayon Məhkəməsinin 2(018)-1398/2023 saylı, 26 sentyabr 2023cü il tarixli qərardadından “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Vəkil tərəfindən şikayət verilmiş, şikayətə AR-İİİ 063997 seriya nömrəli, 05 iyul 2023-cü il tarixli etibarnamənin surəti əlavə edilmişdir. Həmin etibarnamə üzrə X2 bir sıra səlahiyyətləri, eyni zamanda məhkəmə aktlarından şikayətlərin verilməsi (imzalanması) səlahiyyətini Vəkil etibar etmişdir. Bundan sonra, Astara Rayon Məhkəməsi 2(018)-1398/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qərardadını qəbul edərkən Astara Rayon Məhkəməsinin 2(018)-1398/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə baxdığını qeyd etmişdir. İş materiallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçı tərəf qismində İddiaçı qeyd edilmişdir. Vəkil etibarnamə də məhz İddiaçı adından verilməli idi. Hazırkı halda isə iş materialları ilə Vəkil İddiaçı nümayəndəsi olması öz təsdiqini tapmır. Bu səbəbdən də Astara Rayon Məhkəməsinin 2(018)-1398/2023 saylı, 26 sentyabr 2023cü il tarixli qərardadından verilmiş şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Şikayətin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasına birinci instansiya məhkəməsi tərəfindən diqqət yetirilməyərək, şikayət qaytarılmalı olduğu halda baxılaraq 05 oktyabr 2023-cü il tarixli qərardadla təmin edilməmiş və baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 267.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən, şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-in 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mülki Prosessual Məcəllənin 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. MPM-in 269.3-cü maddəsinə əsasən, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, prosessual qanunvericiliyin tələblərinə əsasən, qərardaddan verilən şikayətə onu qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılmalı, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi şikayətin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasına diqqət yetirməmiş, şikayəti qaytarmalı olduğu halda, ona baxaraq həll etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)-1398/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadından Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, Astara Rayon Məhkəməsinin 2(018)-1398/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qərardadı qüvvəsini itirmiş hesab edilməli, mülki iş materialları qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Astara Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267-269, 397 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Astara Rayon Məhkəməsinin 2(018)-1398/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərardadından Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Astara Rayon Məhkəməsinin 2(018)-1398/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qərardadı qüvvəsini itirmiş hesab edilsin. Mülki iş materialları qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Astara Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1761/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1761/2023
06.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver