Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1762/2024 03.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, Lənkəran Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 737.89 manat əsas, 10.84 manat faiz, 4.08 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 72.30 manat faiz olmaqla, cəmi 825.11 manat (səkkiz yüz iyirmi beş manat, 11 qəpik) kredit borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, LM052100107 saylı restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 12 (on iki) ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 737.89 manat (yeddi yüz otuz yeddi manat, 89 qəpik) məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli, LM052100107 saylı zaminlik müqavilələri bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Cavabdeh1 krediti Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilər hazırlanmışdır və həmin müqavilə cavabdeh tərəfindən imzalanmışdır. Lənkəran Rayon Məhkəməsinin (hakim M.Aslanov) 2(049)-2498/2024 saylı, 14 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 737.89 manat əsas, 10.84 manat faiz, 4.08 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 72.30 manat faiz olmaqla, cəmi 825.11 manat kredit borcu və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi, iş üzrə əsas məbləğdən 300 manat çıxıldıqdan sonra faiz məbləğinin müəyyən edilməsindən ötrü iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi, əsas kredit borcunun və ona hesablanmış faiz məbləğinin dəqiqləşdirildikdən sonra yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, mübahisə predmeti olan pul məbləğinin kreditin restrukturizasiyası zamanı əsas məbləğdən 300 manat X1 əmək haqqısından məcburi qaydada Lənkəran rayon məhkəməsinin 2(049)-2730/2019 saylı 24 oktyabr 2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar tutulmasını, kreditin əsas məbləğdə borca münasibətdə düzgün hesablanıbhesablanmaması araşdırılmamışdır. İş üzrə kreditin restrukturizasiyası zamanı əsas məbləğdən 300 manat X1 əmək haqqısından məcburi qaydada Lənkəran rayon məhkəməsinin 2(049)-2730/2019 saylı 24 oktyabr 2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar tutulmasını, həmin məbləğin əsas borcdan çıxıldıqdan sonra əsas kredit məbləğinin ona hesablanmış faiz məbləğlərinin düzgün hesablanıb-hesablanmamasının dəqiqləşdirilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda edilməmişdir. Prosessual məsələlər İddiaçının təmsilçisi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya baxışında iştirak etməmişlər. İddiaçının nümayəndəsi elektron məhkəmə sistemində ərizə yerləşdirmiş, ərizəsində bildirmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsi əsaslıdır. Apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən etibarlı məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində işə sadələşdirilmiş qaydada baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 05 noyabr 2024-cü il tarixdə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə icraatı qaydasında baxılmasını qərara almışdır. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdehlərdən Cavabdeh2 münasibətdə iddia təmin edilməmiş, bu hissədə qətnamə mübahisələndirilməmişdir. Qətnaməni iddiaçı mahiyyətcə özünə aid hissədə və borc məbləğinə aid hissədə mübahisələndirmişdir. Kollegiya işə apellyasiya şikayəti həddində baxmışdır. İşin hallarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 737.89 manat əsas borc, müddətin sonuna hesablanmış 285,98 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 1073 manat məbləğində borcun tutulması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş, icra zamanı 737,89 manat əsas borc restruktruzasiya olunmuşdur. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM052100107 saylı restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 12 (on iki) ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 737.89 (yeddi yüz otuz yeddi manat, 89 qəpik) manat məbləğində kredit verilməsi rəsmiləşdirilmişdir. Kreditin təminatı olaraq Bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən sonuncu, Cavabdeh1 krediti üzrə Bank qarşısında öhdəliklərinin icrası üçün zamin durmuşdur. Təqdim edilmiş maliyyə arayışına görə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-cü il tarixli müqavilə üzrə 737.89 manat əsas borc, 10.84 manat faiz borcu və 4.08 AZN cərimə borcu vardır. İşin hallarından görünür ki, cavabdehlər borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında deyilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehdən borcunu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin hallarından görünür ki, müqavilənin müddəti başa çatmışdır. Cavabdeh apellyasiya şikayətində ekspertiza təyin edilməsini xahiş etsə də, bunu əsaslandırmamışdır. Bununla yanaşı, cavabdeh əsas borcdan 300 manat ödənildiyini bildirmiş və bu barədə qəbzlərin surətini təqdim etmişdir. Cavabdeh ayrı-ayrı, hər biri 100 manat olmaqla 300 manat ödənişlə bağlı qəbzlərin surətini təqdim etmişdir. Kollegiya ödəniş qəbzlərini sübut olaraq qəbul edir və hesab edir ki, bu məbləğ əsas borcdan çıxılmalıdır. Faiz və cərimə məbləğlərinin tutulması hissədə Kollegiya məhkəmənin qənaəti ilə razılaşır. Beləliklə, Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə əsas borcun tutulması hissədə dəyişdirilməli, cavabdehlərdən tutulmalı əsas borcun miqdarı 437.89 manat müəyyən edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbi əsasən təmin edildiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(049)-2498/2024 saylı qətnaməsi əsas borca dair hissədə dəyişdirilsin. Cavabdeh1 tutulmalı əsas borcun məbləği 437.89 manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1762/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1762/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver