Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1765/2023 21.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2(049)-1708/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 7360 manat, onun tərəfindən vəkil xidmətinə görə ödənilmiş 500 manat və ödənilmiş 101 manat dövlət rüsumunun, cəmi 7961 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, dövlət qeydiyyat nişanı **-HC-*** olan, Audi A6 markalı avtomobil şəxsi mülkiyyətindədir. Bu avtomobili çox vaxt həyat yoldaşı X5 idarə edir. Həyat yoldaşı idarə etdiyi Audi A6 markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nissan Sunny markalı dövlət qeydiyyat nişanı **-CU-*** olan avtomobil arasında Bakı şəhəri, Nizami küçəsində nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, taksi fəaliyyəti ilə məşqul olan Cavabdeh2, xx.xx.2022-ci il tarixində, təxminən saat 14:50 radələrində idarə etdiyi Nissan Sunny markalı avtomobili Bakı şəhəri, Nizami küçəsində, dayanacaq üçün nəzərdə tutulmayan yerdə saxlamışdır. Nissan Sunny avtomobilin sərnişini olan Cavabdeh1 qəflətən avtomobilin arxa sağ qapısını açaraq düşmək istəmişdir. Bu zaman həyat yoldaşı idarə etdiyi hərəkətdə olan Audi A6 markalı avtomobilin qabaq sol hissəsi həmin qapıya dəymişdir. Nəticə olaraq onun avtomobilinə 7360 (yeddi min üç yüz altmış) manat dəyərində ziyan dəymişdir. Bunu «Audi» mərkəzinin ********** nömrəli təmir kartı təsdiq edir. Qeyd edilən məbləğ, avtomobili təmirdən tez çıxartmaq üçün tərəfimizdən bank kart vasitəsilə ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Yazılı etirazında və məhkəmə baxışı iclasında verdiyi izahatında Cavabdeh1 iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində təqribən 14:30 radələrində Bakı şəhəri, Nizami küçəsində sərnişini olduğu «Bolt» taksi xidmətinin sürücüsü Cavabdeh2 Ehtiram oğlu başqa müştəriyə çatmaq üçün onu və qucağında olan az yaşlının həyatını təhlükə altına qoyaraq qadağan olunmuş yerdə endirmişdir. İlk öncə özü düşüb, körpəyə məxsus uşaq arabasını yolun kənarına atmış və ona çatdıqlarını bildirmişdir. Qapını açıb taksidən enmək istiyərkən bu zaman arxadan gələn dövlət qeydiyyat nişanı ** HC *** olan Audi A6 markalı avtomoblinin sürücüsü X5 önünə fikir vermədən gəlib taksi sürücüsü Cavabdeh2 Ehtiram oğlu ** CU *** dövlət qeydiyyat nişanlı Nissan Sunny avtomobilinin qapısına vurmuşdur. Xoşbəxtlikdən o qapını açan kimi qəfil taksidən enməmişdir. Əks təqdirdə o və övladı yaralana bilərdi. Bu zaman məsuliyyət kimə aid olacaqdı. Qadağan olunmuş yerdə onu və azyaşlını endirməyə çalışan taksi sürücüsü onu və ya dar küçədə sürət həddini aşan yolda qarşısına çıxan maneələrə diqqət etməyən digər sürücüdür. Onu da bilməlidir ki, Audi A6 markalı avtomobilə heç bir ziyan dəyməmişdir. Hadisə yerinə heç bir polis əməkdaşı və ya sığorta işçisi çağırılmamışdır. Hansı əsasla bu məsələdə o təqsirləndirilə bilər. Bəlkə 10 metr irəlilədikdən sonra Audi markalı avtomobil harasa çırpılmışdır. Əgər iddiada bildirdiyi zərər dəymişdirdə bu hadisə yerində bir protokolla rəsmiləşdirilməli idi. Haradadır hadisə yerində dəymiş zərərin fotoşəkilləri və sübutlar. İddiada böyük zərərdən söhbət gedir, bu zərər həqiqətəndə dəymişdirsə yerindəcə həll olunmalı idi. Avtoekspertiza keçirilməli idi. Həmin an taksi sürücüsü və digər sürücünün içkili və ya hansısa maddənin təsiri altında olub olmadığı ekspertiza rəyi ilə müəyyənləşdirilməli idi. Burada dəymiş bir zərər varsa o da ona və qucağında olan az yaşlıdır. Taksi sürücüsünün vəzifəsi onu və az yaşlını təhlükəsiz yerdə endirməkdir o isə qadağan olunmuş yerdə onu və azyaşlını taksidən endirərək həyatını təhlükə altında qoymuşdur. Heç bir sübut olunmadan təqsirləndirilir. İddianı qəbul etmir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında Cavabdeh2 iddianı qəbul etməyib, iddianın ona münasibətdə rədd olunmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2(049)-1708/2023 saylı (hakim R.Məmmədov) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi ziyana görə 7360 manat, vəkil xidmətinə görə ödənilmiş 500 manat və ödənilmiş 101 manat dövlət rüsumunun, cəmi 7961 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi» barədə iddiası rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, vurulmuş maddi ziyana görə 7360 manatın, vəkil xidmətinə görə ödənilmiş 500 manatın və ödənilmiş 101 manat dövlət rüsumunun, cəmi 7961 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbləri pozulmuşdur. İş materiallarından, o cümlədən cavabdehlərin özlərinin verdiyi izahatdan açıq şəkildə görünür ki, iddiaçıya maddi ziyan dəyib. Bundan başqa baş vermiş nəqliyyət hadisəsi ilə bağlı DYP tərəfindən cavabdehlərdən birinin qeyd edilən hadisə ilə bağlı təqsirkar olan protokol tərtib edilmişdir və qüvvəyə minmişdir, həttə cavabdeh tərəfindən cərimə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələbləri pozulmuşdur. İddiaçıya qarşı birbaşa zərər vuran təqsirli hərəkət edilib və bu hal iş materialları ilə öztəsdiqini tapir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən baş vermiş hadisənın mahiyyəti əhəmiyətsiz hesab edilib və nəzərə alınmayıb. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçının əmlakına zərər vurulub. Bu fakt təkzibedilməzdir. Zərər cavabdehlərin hərəkətləri nəticəsində əmələ gəlib. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində bu hal nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Hesab edirlər ki, Mməhkəmə sübutlara obyektiv və hərtərəfli qiymət verməyib. Belə ki, məhkəmə nəzərə almalı idi ki, çıxartdığı qətnamə ilə, faktiki olaraq iddiaçını, ona vurulmuş şübhə zərərin əvəzini almaqdan tamamı ilə məhrum edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamədə Cavabdeh1 iddiaya qarşı etiraz verdiyini qeyd olunur. Lakin, diqqətə çatdırmaq istəyirlər ki, həmin etiraz onlara təqdim edilməmişdir və elektron məhkəmə sisteminə yüklənməmişdir. Yəni onlar, cavabdeh tərəfindən təqdim olunmuş sənədlə tanış ola bilməmişlər. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və cavabdehlərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin iddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində baş vermiş nəqliyyət hadisəsi zamanı, **-HC-*** dövlət qeydiyyat nişanı olan, AUDİ 6 markalı avtomobilə zərər vurulmuş və həmin maşının sahibi olan, iş üzrə İddiaçı 7360 manat maddi ziyan dəymişdir. Bunu, AUDİ mərkəzindən təqdim olunmuş sənədlər təsdiq edir. Eyni zamanda Səbail rayon DYPŞ tərəfindən tərtib olunmuş inzibati protokol, qeyd edilən yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirkar olduğunu bir qayda olaraq təsdiq edir. Cavabdehin özü bununla razılaşıb, protokoldan şikayət verməyib və tətbiq olunan cəriməni ödəyib. Bununla yanaşı, həmçinin qeyd etmişdir ki, AUDİ 6 markalı avtomobilin sürücüsünə bu hadisə ilə bağlı DYPŞ tərəfindən heç bir cərimə tətbiq edilməyib, yani baş vermiş sözügedən nəqliyyət hadisəsində onun heç bir təqsiri yoxdur. Ortada iddiaçıya 7360 manat məbləğində dəymiş ziyan var və müvafiq dövlət orqanı tərəfindən tərtib edilmiş və qanuni qüvvəyə minmiş protokolla təqsirkar kimi tanınmış şəxs var. Bunlara əsasən, hesab edirlər ki, Lənkəran Rayon Məhkəməsinin qətnaməsi həqiqəti əks etdirmir, ədalətsizdir və qanunverciliyin tələblərinə riayət edilmədən, işin faktiki hallarını nəzərə almadan qəbul edilmişdir. Bundan başqa ciddi prossesual pozuntulara da yol verilmişdir. Belə ki, Lənkəran Rayon Məhkəməsinin qətnaməsində cavabdeh tərəfindən etiraz verildiyi göstərilir. Lakin, həmin etiraz elektron kabinetdə yerləşdirilməyib, iddiaçıya surəti təqdim edilməyib. Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna "xxxx" MMC tərəfindən verilmiş cavabdan da aydın şəkildə görünür ki, qeyd edilən nəqliyyat hadisəsi zamanı iddiaçıya maddi ziyan dəymişdir. Qeyd edilənləri nəzərə alaraq, apellyasiya şikayətlərini müdafiə etdiklərini bildirmiş və yazdıqlarını çıxışları kimi qəbul edərək onların iştirakları olmadan apellyasiya şikayətlərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmçinin Cavabdeh1 xx.xx.2023-cü ildə məhkəmənin elektron ünvanına etiraz ərizəsi göndərmişdir. Qeyd edilən etiraz ərizəsinin məzmunu onun birinci instansiya məhkəməsində vermiş olduğu izahatına uyğundur. Həmçinin Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ona qarşı irəli sürülmüş iddianı qəbul etmədiyini bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirməklə, qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam olaraq apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nə¬ticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əm¬lakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödə¬nilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vur¬ma¬yan şəxsin öhdəsinə qoyula bilər 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə tərəflərin izahatını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və ləğv edilən hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; - AE008366 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Audi A6 markalı ** HC *** markalı avtomobil İddiaçı mülkiyyətindədir. - Dream Auto MMC tərəfindən verilmiş təmir kartından görünür ki, İddiaçı məxsus 2020-ci il buraxılışlı Audi A6 markalı ** HC *** markalı avtomobilin təmir-bərpa işləri üçün ümumilikdə 8020,80 manat (660,80 təmirə və 7360 manat ehtiyat hissələrə görə) xərc tələb olunur. - İXP5228920 №-li xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 barəsində Bakı şəhəri Səbail RPİ-nin DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə (Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə) inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Hüquqi yardım göstərilməsi barədə müqavilədən və ödəniş qəbzindən görünür ki, «Pro Bono» vəkil bürosunun vəkili Vəkil tərəfindən İddiaçı hüquqi xidmət görə 500 manat ödəniş edilmişdir. - Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavaba edilmiş materiallardan görünür ki; Cavabdeh2 Səbail rayon Polis İdarəsində verdiyi izahatında bildirmişdir ki, Səbail rayon Nizami küçəsində etibarnamə ilə idarə etdiyi Nissan Sunny markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərgiz Molun arxasında yolun sol hissəsində park etmiş, onun avtomobilin arxa sağ oturacağında əyləşən sərnişin arxa sağ qapını açıb və həmin küçədə hərəkətdə olan Audi markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsinə onun avtomobilin arxa sağ qapısı dəyərək maddi ziyanla nəticələn yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı heç bir bədən xəsarəti alan olmamışdır. Cavabdeh1 Səbail rayon Polis İdarəsində verdiyi izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14:50 radələrində Səbail rayon Nizami küçəsində Nissan Sunny markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində həmin avtomobilin arxa sağ oturacağında əyləşmiş, göstərdiyi ünvana çatdıqda sürücü maşını sol hərəkət hissəsində saxlamış, o qapını açıb düşmək istəyərkən küçədə hərəkətdə olan Audi markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sol hissəsi onun açdığı qapıya dəyərək maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı heç bir bədən xəsarəti alan olmamış, sürücü o düşən zaman düşüb-düşməməyi barədə heç bir söz deməmişdir. X2 rayon Polis İdarəsində verdiyi izahatında bildirmişdi ki, xx.xx.2022-ci il tarixdə saat 14:50 radələrində Səbail rayon Nizami küçəsində etibarnamə ilə idarə etdiyi Audi markalı ** HC *** nömrəli avtomobil ilə hərəkətdə olan zaman yolun sol tərəfində saxlanmış Nissan markalı ** CM *** dqn avtomobil arxa sağ qapını açaraq onun idarə etdiyi avtomobilin ön sol hissəsinə toxundu. Hadisə zamanı heç bir bədən xəsarəti alan olmamışdır. İşdə olan "xxxx" ASC vasitəsilə ödənilmiş 11767 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən “Pro Bono Vəkil Bürosuna 501 manat ödəniş edilmişdir. Apellyasiya baxışında sorğu edilərək "xxxx" MMC-dən müvafiq məlumatlar alınmışdır: - "xxxx" MMC-nin 01 dekabr 2023-cü il tarixli, 26 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli müraciəti əsasında **-HC-*** dövlət qeydiyyat nişanlı “Audi A6” markalı avtomobilə tərəflərindən xidmət göstərilmiş və həmin xidmətlərin əsasında ********** və ********** nömrəli təmir kartları tərtib edilmişdir. Həmin təmir kartları əsasında "xxxx" MMC-yə ƏDV daxil 8038,50 manat ödəniş həyata keçirilmişdir. Qeyd edilən təmir kartları və ödənişə dair qəbzlər sorğuya cavab məktubuna əlavə edilmişdir. (sənədlər toplusu məktuba əlavə edilmişdir) - Sorğuya cavab məktubuna əlavə edilmiş ödəniş qəbzindən görünür **-HC-*** dövlət qeydiyyat nişanlı “Audi A6” markalı avtomobilin təmiri üçün iddiaçı tərəfindən "xxxx" MMCyə 7360 manat ödəniş edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən ləğvi üçün əsasdır. Belə ki, iddia ərizəsindən aydın olur ki, İddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində, yəni xx.xx.2022-ci il tarixində, saat 14:50-də Cavabdeh2 idarə etdyi Nissan Sunny markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı mexaniki nəqliyyat vasitəsində sərişin kimi əyləşən Cavabdeh1 tərəfindən həmin nəqliyyat vasitəsinin qapısının açılması və iddiaçının mülkiyyətində olan Audi markalı ** HC *** nömrəli nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində sonuncuya vurulmuş 7360 manat maddi ziyanın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ödənilməsini tələb edir. İş materialları ilə müəyyən olunur ki, qeyd edilən Audi markalı ** HC *** nömrəli nəqliyyat vasitəsinə dəymiş maddi zərərin təqsirkarı Nissan Sunny markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı mexaniki nəqliyyat vasitəsində sərişin kimi əyləşən Cavabdeh1dir. Belə ki, işdə olan İXP5228920 №-li xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 barəsində Bakı şəhəri Səbail RPİ-nin DYPŞ tərəfindən İXM-nin 338.3-cü maddəsi ilə (Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə) inzibati xəta haqqında protokol tərtib edilmişdir. Öhdəlikdən kənar hüquq münasibətlərinin növlərindən biri də delikt öhdəlikləridir. Delikt öhdəliklərinin subyektləri zərərçəkən və zərərvuran hesab edilir. Zərərçəkən öhdəliyin kreditoru, zərərvuran isə öhdəliyin borclusu rolunda çıxış edir. Delikt öhdəliklərinin əmələ gəlməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır.
1. Zərərin mövcud olması
2. Zərərvuranın hüquqa zidd əməli (hərəkət və hərəkətsizliyi)
3. Hüquqazidd əməl ilə zərər faktı arasında səbəbli əlaqə
4. Zərərvuranın təqsiri Baxılan işdən göründüyü kimi vurulmuş zərər mövcuddur. Bu məbləğ 7360 manat təşkil edir. Belə ki, işə əlavə edilmiş ödəniş qəbzindən görünür **-HC-*** dövlət qeydiyyat nişanlı “Audi A6” markalı avtomobilin təmiri üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə 7360 manat ödəniş edilmişdir. Zərərvuran Cavabdeh1 hüquqazidd əmələ yol vermiş və buna görə də onun barəsində İXP5228920 №-li xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cavabdeh1 tərəfindən müştəri kimi əyləşdiyi nəqliyyat vasitəsindən düşmə zamanı inzibati qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulması nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Beləliklə məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh1 baş verən hadisədə təqsirli olduğunu sübut edən inzibati xəta haqqında qərarı mövcuddur və həmin qərarda müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, Cavabdeh1 təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə ziyan dəyməsi işin mübahisəsiz halıdır. İşə əlavə edilmiş hüquqi yardım göstərilməsi barədə müqavilədən və ödəniş qəbzindən görünür ki, «Pro Bono» vəkil bürosunun vəkili Vəkil tərəfindən İddiaçı hüquqi xidmət görə 500 manat ödəniş edilmişdir. Kollegiya hesab edir ki, qeyd edilən məbləğ də cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. İşdən görünür ki, iddiaçı birinci instansiya məhkəməsində 101 manat, apellyasiya instansiyası məhkəməsində isə 51 manat rüsum ödəmişdir. Buna görə də cəmi 152 (101+51=152) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2(049)1708/2023 saylı qətnaməsi - “İddiaçı Cavabdeh1 qarşı «vurulmuş maddi ziyana görə 7360 manat, vəkil xidmətinə görə ödənilmiş 500 manat, ödənilmiş dövlət rüsumuna görə 101 manat, cəmi 7961 manat pul vəsaitinin tutulması tələbinin rədd edilməsinə dair hissələrdə ləğv edilməli, həmin hissədə iddia təmin olunaraq Cavabdeh1 vurulmuş maddi ziyana görə 7360 manat, vəkil xidmətinə görə ödənilmiş 500 manat, ödənilmiş dövlət rüsumuna görə 101 manat, cəmi 7961 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2(049)1708/2023 saylı qətnaməsi - “İddiaçı Cavabdeh1 qarşı «vurulmuş maddi ziyana görə 7360 manat, vəkil xidmətinə görə ödənilmiş 500 manat, ödənilmiş dövlət rüsumuna görə 101 manat, cəmi 7961 manat pul vəsaitinin tutulması tələbinin rədd edilməsinə dair hissələrdə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh1 vurulmuş maddi ziyana görə 7360 manat, vəkil xidmətinə görə ödənilmiş 500 manat, ödənilmiş dövlət rüsumuna görə 101 manat, cəmi 7961 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası üçün ödənilmiş 51 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.