Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1778/2025 01.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin 2(069)-124/2025 saylı, 02 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə (Vəkil1) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh, X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə müştərək qaydada 16.000 manat əsas, 1.971,80 manat faiz, 403,20 manat cərimə borcu və ödənilmiş 145,12 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 2(069)-124/2025 saylı, 02 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh, X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə müştərək qaydada 16.000 manat əsas, 1.971,80 manat faiz, 403,20 manat cərimə borcu və ödənilmiş 145,12 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə (Vəkil1) Xocavənd Rayon Məhkəməsinin 2(069)-124/2025 saylı, 02 iyul 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Mülki iş materialları 12 noyabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1778/2025 saylı nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 14 noyabr 2025-ci il tarixə təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1778/2025 saylı, 14 noyabr 2025-ci il tarixli qərardadı ilə, mülki iş üzrə məhkəmə baxışı 01 dekabr 2025-ci il tarixə təyin edilmişdir. İşin apelyasiya baxışı zamanı Xocavənd Rayon Məhkəməsini tərəfindən göndərilmiş 17 noyabr 2025-ci il tarixli məktubdan görünür ki Xocavənd Rayon Məhkəməsinin 2(069)-124/2025 saylı, 02 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi X3 tərəfindən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə verilmişdir və ona görə də mülki iş materiallarının Xocavənd Rayon Məhkəməsinə geri qaytarılması xahiş olunur. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə Cavabdeh vəkili və nümayəndəsi X3 tərəfindən verilmiş şikayətə baxılması ilə əlaqədar, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1778/2025 saylı, 14 noyabr 2025-ci il tarixli apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardadı ləğv edilməklə iş materialları apelyasiya baxışından çıxarılmaqla Xocavənd Rayon Məhkəməsinin qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(106)1778/2025 saylı, 14 noyabr 2025-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş materialları Xocavənd Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(106)-1778/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1778/2025
01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver