Məhkəmə qərarları › İş №2(106)-1779/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1779/2023

07.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1779/2023 07.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – X4 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, Beyləqan Rayon Məhkəməsinin 2(020)-40/2022 saylı, 20 sentyabr 2023-cü il tarixli qərardadından qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxs Beyləqan rayon 1-ci Şahsevən Bələdiyyəsinin sədri Azad Məmmədov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş yolun açılması, yolun üzərində inşa edilmiş tikilini sökülməsi, qeyri-qanuni müdaxilənin qadağan edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Beyləqan Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(020)-40/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs kimi Beyləqan rayon 1-ci Şahsevən Bələdiyyəsinin sədri Azad Məmmədov apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş prosessual müdddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, Beyləqan Rayon Məhkəməsinin 2(020)-40/2022 saylı, 20 sentyabr 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxsin Beyləqan Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(020)-40/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxs Beyləqan rayon 1-ci Şahsevən Bələdiyyəsinin sədri Azad Məmmədov şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, əks təqdirdə işin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Şikayətə baxılmış, Beyləqan Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2023-cü il tarixli qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin 2(020)-40/2022 saylı, 20 sentyabr 2023-cü il tarixli qərardadından qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxs Beyləqan rayon 1ci Şahsevən Bələdiyyəsinin sədri Azad Məmmədov tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Apellyasiya baxışında tərəflər iştirak etməmişlər. Tərəflərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi. Məhkəmə kollegiyası, məruzəçini dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, ərizəyə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq nomalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxs Beyləqan rayon 1-ci Şahsevən Bələdiyyəsinin sədri Azad Məmmədov apellyasiya şikayəti və şikayət verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə vermişdir. Birinci instansiya məhkəməsi müddəti bərpa etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozmuş, müddətin bərpasına dair ərizəyə baxarkən qətnamənin Beyləqan rayon 1-ci Şahsevən Bələdiyyəsinin hüquq və maraqlarına toxunub-toxunmamasını araşdırmamışdır. Belə ki, MPM-nin 364.1-ci maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən (MPM-nin 364.2) normasından da göründüyü kimi Beyləqan rayon İ Şahsevən Bələdiyyəsi işdə iştirak edən şəxs deyildir. Beyləqan rayon İ X2 Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(020)-40/2022 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verməsi üçün müddətin bərpası barədə ərizə vermişdir.

1. Belə olan halda, birinci instansiya məhkəməsi ilk növbədə qeyd edilən Beyləqan Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(020)-40/2022 saylı qətnaməsinin Beyləqan rayon İ Şahsevən Bələdiyyəsinin hüquq və vəzifələrinə toxunub-toxunmaması halını 364.2-ci maddəsinin tələblərinə uyğun olaraq araşdırmalı idi. Lakin işə baxan məhkəmə qeyd edilən məsələləri yoxlamadan müddətin bərpası barədə ərizəyə baxmış və sonrakı prosessual hərəkətləri etmişdir.

2. Bundan başqa, apellyator tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, şikayət Beyləqan rayon İ Şahsevən Bələdiyyəsi tərəfindən verilməli olduğu halda, həmin şikayət Bələdiyyənin sədri X6 tərəfindən imzalanaraq verilmişdir.

3. Həmçinin Beyləqan rayon İ Şahsevən Bələdiyyəsinin ümumi yığıncağı tərəfindən Bələdiyyənin sədri X5 hazırkı şikayətlə məhkəməyə müraciət etmək səlahiyyətinin olması işdən görünmür.

4. Habelə qeyd edilməlidir ki, apellyasiya şikayəti qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilmədən verilmişdir. Belə ki, apellyasiya şikayətinin məzmununa diqqət etdikdə müəyyən olunur ki, Bələdiyyə sanki öz adından deyil, digər İİİ bir şəxsin adından çıxış edir. Kollegiya qeyd edir ki, işə yenidən baxan birinci instansiya məhkəməsi qeyd edilən bəndlər üzrə müvafiq araşdırma aparmaqla qərar qəbul etməlidir. MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir. Müəyyən edilir ki, Beyləqan Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Lakin iş materiallarından görünür ki, qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinetə yüklənərək elektron imza ilə deyil, adi qaydada, poçt vasitəsilə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun qaydada (elektron qaydada) verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalı və işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı qərar qəbul etməlidir. İşə yenidən baxan birinci instansiya məhkəməsi hazırkı iş üzrə yekun məhkəmə qətnaməsinin Beyləqan rayon 1-ci Şahsevən Bələdiyyəsinin hüquq və maraqlarına toxunubtoxunmadığını araşdırmalı, apellyasiya şikayətinin qanunvericiliyə, eyni zamanda apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilib-verilmədiyi məsələsini araşdırmalıdır. MPM-in 402.2-ci madəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Qanunun mənasına görə digər qərardadlardan şikayət verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qəraraaldı:

Qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxs Beyləqan rayon 1-ci Şahsevən Bələdiyyəsinin sədri Azad Məmmədov tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-40/2022 saylı, 20 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı zəbt olunmuş yolun açılması, yolun üzərində inşa edilən tikililətin sökülməsi və başqa tələblərə dair mülki iş üzrə Beyləqan Rayon məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(020)-40/2022 saylı qətnaməsindən Beyləqan rayon 1-ci Şahsevən Bələdiyyəsinin sədri X3 verdiyi apellyasiya şikayəti üzrə hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar