Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1779/2024 04.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili X4, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(055)-629/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 noyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 12.237 manat pulun, 127 manat dövlət rüsumunun, cəmi 12.364 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 mərhum əri X13 xəstə olduğu üçün müalicə puluna ehtiyacı olduğundan 1998- ci ilin yanvar ayının əvvəlində Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 ha torpaq sahəsini və üzərində olan 1 otaqlı fərdi yaşayış evini aralarında olan şifahi razılaşmaya əsasən köhnə məzənnə ilə 15.000.000 manata Kamala satmışlar. Həmin vaxt torpağın və evin sənədləri olmadığı üçün alqı-satqını notarial qaydada rəsmiləşdirə bilməmişlər. 1998-ci il tarixdən 2005-cı ilin sentyabr ayınadək olan müddətdə qeyd edilən torpaq sahəsi bir otaqlı fərdi yaşayış evi ilə birlikdə onun istifadəsində olmuşdur. 2006-cı ilin oktyabr həmin torpaq sahəsini üzərində yerləşən bir otaqlı fərdi yaşayış evi ilə birlikdə aralarında olan şifahi razılaşmaya əsasən həmkəndlisi X1. X13 21 noyabr 2005-ci ildə vəfat etmişdir. 2023-cü ilin iyun ayında Cavabdeh1 iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli qərarı ilə onun və ailə üzvlərinin, yəni mərhum əri X13, uşaqları Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş 0.22 hektar torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlər X14 və ailə üzvlərinin çıxarılmasını xahiş etmiş, Məhkəmənin 30 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh1 iddiası təmin edilmişdir. Bundan sonra da X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 2005-ci ilin sentyabr ayında torpağın alınmasına görə vermiş olduğu pulu tələb etmiş və Saatlı Rayon Məhkəməsinin 06 may 2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. O da məcburiyyətdən mərhum Kamal Alməmmədovun birinci növbə vərəsələri olaraq cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.Hazırda bildirir ki, 1998-ci ilin yanvar ayından 2023-cü ilin iyun ayına kimi olan müddətdə, yəni 25 il ərzində 0.22 hektar torpaq sahəsi və üzərində olan bir otaqlı fərdi yaşayış evi ilə bağlı mübahisə olmamışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Qiymət indeksləri” saytından 21 aprel 2024-cü ildə əldə edilmiş məlumata əsasən infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayında 1998-ci ilin yanvar ayına nisbətən 407,9 faiz təşkil etmişdir.Belə olan halda mərhum Kamal Alməmmədova köhnə məzənnə ilə verilmiş 15.000.000 manat hazırki qiymət indeksi ilə 12.237 manat təşkil edir. Cavabdehlər isə mərhum Kamal Alməmmədovun birinci növbə vərəsələri oluğundan həmin pulu cavabdehlərdən tələb edir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin olunması haqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclası zamanı Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN- 523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayonunun Qara Nuru kəndində yerləşən 0.22 ha torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir.Həmin torpaq sahəsi X16 və ailə üzvləri tərəfindən qanunsuz olaraq ələ keçirildiyindən torpağın geri qaytarılması barədə Saatlı Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 30 avqust 2023-cü il tarixli, 2(055)-805/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X13, Cavabdeh1, Cavabdeh3 və Mahmudova(Alməmmədova) Züleyxa Kamal qızının ümumi birgə mülkiyyətinə verilmiş, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlər X16, X17 və onların ailə üzvlərinin qanunsuz istifadələrinin dayandırılaraq çıxarılmaları qət edilmişdir. Bundan başqa, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********29 olan çıxarışa əsasən Saatlı rayonu, Qara Nuru kəndində yerləşən, ümumi sahəsi 1.7998 ha çöl torpaq sahəsi də onun və ailə üzvlərinin mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinin 1/4 hissəsi mərhum X8 məxsus olmuş, mərhumdan qalmış mirasdan tam həcmdə pay almışdır. Daha sonra pula ehtiyacları olduğundan sözügedən torpaq sahəsi xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən 5000 manat müqabilində X2. Bildirir ki, 0.22 ha torpaq sahəsinin mərhum əri Kamal Alməmmədovun xəstəliyi ilə əlaqədar şifahi razılaşma əsasında köhnə məzənnə ilə 15.000.000 manata iddiaçıya satılması barədə deyilənlər yalandır. Ola bilsin ki, iddiaçı həmin torpaq sahəsinin alınmasına görə onun mərhum ərinin qohumlarına hər hansı məbləğdə pul versin. Lakin ona hər hansı məbləğdə pul verilməmişdir. Digər tərəfdən iddiaçı torpaq sahəsini notariat qaydada da alqı-satqı etməmişdir. Hətta mərhum əri Kamal Alməmmədov həmin torpaq sahəsini satsaydı belə, onun razılığı olmadığına görə həmin alqı-satqı etibarlı hesab edilə bilməz. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X3 ifadəsində göstərdi ki, İddiaçı onun əridir. Cavabdeh Səbinə Almməmədovanı da tanıyır. Cavabdeh1 mərhum əri Kamal Alməmmədov 1997-1998-ci illərdə xəstə olduğundan müalicə ilə əlaqədar pula ehtiyac olmuşdur. Həmin vaxt əri İddiaçı Kamal Alməmmədova “15 paçka şirvan” verib əvəzində 0.22 ha torpaq sahəsini və fərdi yaşayış evini almışdır. Pulu şəxsən özü (əvvəlcə “10 paçka şirvan”, daha sonra isə “5 paçka şirvan” olmaqla) əri Sakitə vermişdir. Pulun verilməsi zamanı Polad adlı şəxs də orada olmuşdur. Həmin fərdi yaşayış evində bir müddət Solmaz adlı qadın da yaşamış, daha sonra həmin ev həmkəndlisi Səlim adlı şəxsə satılmışdır. Əlavə olaraq bildirir ki, İddiaçı Kamal Alməmmədova “15 paçka şirvan” pulu əvvəlcə borc olaraq vermiş, sonradan Kamalın həmin pulu qaytara bilməyəcəyi nəzərə alınaraq pulun əvəzi olaraq torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi alınmışdır. X6 X3 ilə eyniməzmunlu ifadə verdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(055)-629/2024 saylı qətnaməsi ilə (Hakim: Mirlətif Sadıqov), iddianın qismən təmin edilməsi, Cavabdeh1 1250 (bir min iki yüz əlli) manat pulun alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1750 (bir min yeddi yüz əlli) manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı ödəmiş olduğu dövlət rüsumunun əvəzində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 50(əlli) manat pulun alınaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin İddiaçı aid edilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 Saatlı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(055)-629/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. . d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və onun vəkili X9 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək şikayətin təmin edilməməsini, Saatlı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(055)-629/2024 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdilər. Cavabdeh1 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Saatlı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(055)-629/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İş materiallarından görünür ki, qətnamədən yalnız Cavabdeh1 tərəfindən şikayət verilmiş, digər cavabdehlər tərəfindən qətnamə mübahisələndirilməmişdir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin dəlilləri həddində Saatlı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(055)-629/2024 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Saatlı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(055)- 629/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, İşdə olan Saatlı rayonu Qara Nuru bələdiyyəsinin 05 avqust 2024-cü il tarixli 16 saylı arayışından görünür ki, Saatlı rayonunun Qara Nuru kəndində pay torpağının qiyməti hər hektara görə 6000 manatdan 8000 manatadək, 0.22 ha həyətyanı isə 7000 manatdır. İşdə olan 12 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, şəhadətnamə verilən miras əmlak Saatlı rayonu, Qara Nuru kəndində yerləşən, ümumi sahəsi 1.7998 ha torpaq sahəsinin ¼-dən ibarətdir. Cavabdeh1 mirasdan tam həcmdə pay almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********29 olan çıxarışa əsasən Saatlı rayonu, Qara Nuru kəndində yerləşən, ümumi sahəsi 1.7998 ha torpaq sahəsi 5000 manat müqabilində X2. İşdə olan Saatlı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)-805/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X13, Cavabdeh1, Cavabdeh3 və Mahmudova(Alməmmədova) Züleyxa Kamal qızının ümumi birgə mülkiyyətinə verilmiş, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlər X16, X17 və onların ailə üzvlərinin qanunsuz istifadələrinin dayandırılaraq çıxarılmaları qət edilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(055)-242/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 6300 manat məbləğində pul və ödənilmiş 100 manat dövlət rüsumu, cəmi 6400 (altı min dörd yüz) manat alınaraq iddiaçı X11 verilməsi qət edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 21 noyabr 2005-ci il tarixdə vəfat etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı iddia edir ki, Cavabdeh1 mərhum əri X13 xəstə olduğu üçün müalicə puluna ehtiyacı olduğundan 1998- ci ilin yanvar ayının əvvəlində Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 ha torpaq sahəsini və üzərində olan 1 otaqlı fərdi yaşayış evini aralarında olan şifahi razılaşmaya əsasən köhnə məzənnə ilə 15.000.000 manata Kamala satmışlar. Həmin vaxt torpağın və evin sənədləri olmadığı üçün alqı-satqını notarial qaydada rəsmiləşdirə bilməmişlər. 1998-ci il tarixdən 2005-cı ilin sentyabr ayınadək olan müddətdə qeyd edilən torpaq sahəsi bir otaqlı fərdi yaşayış evi ilə birlikdə onun istifadəsində olmuşdur. 2006-cı ilin oktyabr həmin torpaq sahəsini üzərində yerləşən bir otaqlı fərdi yaşayış evi ilə birlikdə aralarında olan şifahi razılaşmaya əsasən həmkəndlisi X1. X13 21 noyabr 2005-ci ildə vəfat etmişdir. 2023-cü ilin iyun ayında Cavabdeh1 iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli qərarı ilə onun və ailə üzvlərinin, yəni mərhum əri X13, uşaqları Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş 0.22 hektar torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlər X14 və ailə üzvlərinin çıxarılmasını xahiş etmiş, Məhkəmənin 30 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh1 iddiası təmin edilmişdir. Bundan sonra da X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 2005-ci ilin sentyabr ayında torpağın alınmasına görə vermiş olduğu pulu tələb etmiş və Saatlı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. O da məcburiyyətdən mərhum Kamal Alməmmədovun birinci növbə vərəsələri olaraq cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.Hazırda bildirir ki, 1998-ci ilin yanvar ayından 2023-cü ilin iyun ayına kimi olan müddətdə, yəni 25 il ərzində 0.22 hektar torpaq sahəsi və üzərində olan bir otaqlı fərdi yaşayış evi ilə bağlı mübahisə olmamışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Qiymət indeksləri” saytından 21 aprel 2024-cü ildə əldə edilmiş məlumata əsasən infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayında 1998-ci ilin yanvar ayına nisbətən 407,9 faiz təşkil etmişdir.Belə olan halda mərhum Kamal Alməmmədova köhnə məzənnə ilə verilmiş 15.000.000 manat hazırki qiymət indeksi ilə 12.237 manat təşkil edir. Cavabdehlər isə mərhum Kamal Alməmmədovun birinci növbə vərəsələri oluğundan həmin pulu cavabdehlərdən tələb edir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin olunması haqında qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin iddiaya etirazından müəyyən edilir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayonunun Qara Nuru kəndində yerləşən 0.22 ha torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir.Həmin torpaq sahəsi X16 və ailə üzvləri tərəfindən qanunsuz olaraq ələ keçirildiyindən torpağın geri qaytarılması barədə Saatlı Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 30 avqust 2023-cü il tarixli, 2(055)-805/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X13, Cavabdeh1, Cavabdeh3 və Mahmudova(Alməmmədova) Züleyxa Kamal qızının ümumi birgə mülkiyyətinə verilmiş, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlər X16, X17 və onların ailə üzvlərinin qanunsuz istifadələrinin dayandırılaraq çıxarılmaları qət edilmişdir. Bundan başqa, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********29 olan çıxarışa əsasən Saatlı rayonu, Qara Nuru kəndində yerləşən, ümumi sahəsi 1.7998 ha çöl torpaq sahəsi də onun və ailə üzvlərinin mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinin 1/4 hissəsi mərhum X8 məxsus olmuş, mərhumdan qalmış mirasdan tam həcmdə pay almışdır. Daha sonra pula ehtiyacları olduğundan sözügedən torpaq sahəsi xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən 5000 manat müqabilində X2. Bildirir ki, 0.22 ha torpaq sahəsinin mərhum əri Kamal Alməmmədovun xəstəliyi ilə əlaqədar şifahi razılaşma əsasında köhnə məzənnə ilə 15.000.000 manata iddiaçıya satılması barədə deyilənlər yalandır. Ola bilsin ki, iddiaçı həmin torpaq sahəsinin alınmasına görə onun mərhum ərinin qohumlarına hər hansı məbləğdə pul versin. Lakin ona hər hansı məbləğdə pul verilməmişdir. Digər tərəfdən iddiaçı torpaq sahəsini notariat qaydada da alqı-satqı etməmişdir. Hətta mərhum əri Kamal Alməmmədov həmin torpaq sahəsini satsaydı belə, onun razılığı olmadığına görə həmin alqı-satqı etibarlı hesab edilə bilməz. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh1 mərhum əri Kamala iddiaçı tərəfindən pul verilməsini birmənalı inkar etməmiş, əksinə diqqəti daha çox torpaq sahəsinin notariat qaydada alqı-satqı edilməməsinə yönəltmiş, hətta iddiaçının həmin torpaq sahəsinin alınmasına görə onun mərhum ərinin qohumlarına hər hansı məbləğdə pul verməsinin mümkün olmasını göstərmişdir. Bu isə məhkəmədə cavabdehin izahatına tənqidi yanaşmağa, onun izahatı ilə müqayisədə iddiaçının izahatını daha mötəbər sübut kimi qəbul etməyə əsas vermişdir. Ona görə də məhkəmə hazırki mübahisə üzrə iddiaçının izahatını daha mötəbər sübut kimi qəbul etmiş və İddiaçı mərhum X8 0.22 ha torpaq sahəsinin alınması üçün 15.000.000 manat pul verməsi faktının öz təsdiqini tapması qənaətinə gəlmişdir. Belə ki, şahid ifadələri qiymətləndirilərkən, ilk növbədə, şahidlərin tərəflərlə faktiki münasibətləri, qohumluq əlaqələrinin olub-olmaması, işin nəticəsində maraqlı olub-olmamaları və s. hallar yoxlanılmalıdır. Çünki konkret işin hallarından asılı olaraq tərəf işin müəyyən hallarını yalnız ona yaxın və ya qohum olan şəxslərin şahid ifadələri əsasında sübut etmək imkanına malik ola, yaxud ona yaxın insanlar da işin halları ilə bağlı mötəbər məlumatlar verə bilər. Doğrudur, hazırki iş üzrə iddiaçının təqdim etdiyi şahidlər onun yaxın qohumları olsalar da(biri arvadı, digəri qardaşı), həmin şahidlər prosesin birbaşa iştirakçısı olmaqla kifayət qədər inandırıcı şəkildə(hətta bəzi xüsusatları iddiaçının özündən daha detallı göstərməklə) ifadə verərək İddiaçı mərhum Kamal Alməmmədova 0.22 ha torpaq sahəsinin alınması üçün köhnə məzənnə ilə 15.000.000 manat pul verilməsini təsdiq etmişlər. Odur ki, kollegiya hazırki mübahisə üzrə şahidlərin ifadəsinin obyektivliyinə və inandırıcılığına şübhə ilə və tənqidi yanaşmaq üçün əsasların olmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmənin torpaq sahəsinin alınmasına görə iddiaçının mərhum Kamal Alməmmədova 15.000.000 manat pul verməsi işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, iddia tələbinin yönəldiyi miras əmlaklara Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi, həmçinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********29 olan çıxarışa əsasən Saatlı rayonu, Qara Nuru kəndində yerləşən, ümumi sahəsi 1.7998 ha torpaq sahəsinin ¼ hissəsi daxildir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi(mərhum X5 payına düşən) hazırda cavabdehlər tərəfindən miras əmlak olaraq faktiki qəbul edilmişdir. Saatlı rayonu Qara Nuru bələdiyyəsinin 05 avqust 2024-cü il tarixli 16 saylı arayışından görünür ki, Qara Nuru kəndində 0.22 ha həyətyanı torpaq sahəsinin qiyməti 7000 manat təşkil edir. Birinci instansiya məhkəməsi, əmlakın dəyəri 7000 manat qiymətləndirilməsini nəzərə alıb miras əmlak 1/4 hissədən ibarət olmaqla cavabdehlər tərəfindən qəbul edildiyindən əmlakın dəyərinin 1/4 hissəsi, yəni 1750 manat cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməsi qənaətinə gəlmişdir. İddiaçının iddia tələbinə yuxarıda qeyd olunan maddi hüquq normaları baxımından hüquqi qiymət verilməsi üçün ilk öncə iddiaçı sübut etməlidir ki, həqiqətən iddiaçı Kamal Alməmmədova 15.000.000 manat pul vermişdir. Daha sonra sübut etməlidir ki, iddia olunan cavabdehlərin mərhum Kamal Alməmmədovun ölümündən sonra vərəsələri kimi ondan miras qalan əmlakı onlar qəbul etmişlər. Qeyd edilən hallar birinci instansiya məhkəməsində məhkəmə icraatı zamanı sübuta yetirilmiş və vərəsələrin qəbul etdiyi miras əmlakın ümumi həcmi 7000 manat təşkil edir. Göründüyü kimi irəli sürülmüş pul tələbi üzrə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Beləliklə kollegiya cavabdehin apelyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə qeyd edir ki, Cavabdeh1 miras əmlakı qəbul etdiyi həddə, yəni 1750 manat həddində məsuliyyət daşıyır və mərhumun vərəsəsi kimi onun öhdəliklərinə görə qəbul etdiyi miras əmlakın dəyəri həddində də məsuliyyət daşımalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə məcmu halda dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(055)-629/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Belə olan halda cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(055)-629/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1779/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1779/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver