Məhkəmə qərarları › İş №2(106)-1782/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1782/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1782/2025 13.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X14) pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2(036)-133/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh torpaq sahəsini satmaq məqsədilə 7000 ABŞ dolları (indiki Azərbaycan manatına olan məzənnə ilə 11900) manat məbləğində pulun və ödədiyi 126 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, tanışı Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsindən 15 dekabr 2006-cı il tarixli 49 saylı qərarı ilə aldığı 200 kv.m torpaq sahəsini dostu X6 2012-ci ilin aprel ayında 7000 ABŞ dollarına satmağa razılaşmışlar. Həmin torpaq sahəsindən Rövşənlə o, şərik istifadə edəcəkdilər. Ona görə 27 aprel 2012-ci il tarixdə 7000 dollar pulu o, Cavabdeh vermiş və o da ona torpağa dair sənədləri və qəbz öhdəlik yazıb imzalayıb verdi. Öhdəlikdə yazırdı ki, “torpaq sahəsi satmağa görə İddiaçı ona 7000 ABŞ dolları pulu təqdim etmişdir. Gələcəkdə torpağın istifadəsində və sənədləşdirilməsində problem yaranarsa, cavabdehlik daşıyır və həmin məbləği, yəni 7000 dolları geri qaytarmağı öhdəsinə götürür”. Bundan əlavə, Şirzad Rövşənə etibarnamə də vermişdir ki, torpaq sahəsinin üzərində sərəncam verə bilər. Cavabdeh 1 il bundan əvvələdək söz verirdi ki, torpaq sahəsinə çıxarış almağa çalışır və mülkiyyət sənədi alandan sonra alğı-satqını notariusda sənədləşdirəcəkdir. 2023-cü ilədək cavabdeh torpaq sahəsini sənədləşdirə bilməmiş və torpaq sahəsini almağı baş tutmamışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh torpaq sahəsinin əvəzi olaraq ödədiyi 4000 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2(036)-133/2025 saylı qətnaməsi ilə (hakim Orxan Mahmud) iddia tələbi təmin edilmiş, Cavabdeh 4000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 126 manat məbləğdə pul vəsaiti olmaqla, ümumilikdə 4126 manat məbləğdə pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Cavabdeh tərəfindən imzalanmış öhdəlikdən görünür ki, “Cavabdeh bildirirəm ki, həqiqətən Sabunçu rayon Pirşağı bələdiyyəsindən 15 dekabr 2006-cı il 49 saylı qərarla aldığı 200 m2 torpaq sahəsini X6 7000 ABŞ dollarına satmışam. Həmən məbləği, yəni 7000 ABŞ dollarını mənə X3 təqdim edib. Aramızda borc qalmayıb. Gələcəkdə torpağın istifadəsində və sənədləşdirməsində problem yaranarsa cavabdehlik daşıyıram və həmin məbləği yəni 7000 (yeddi min) dolları geri qaytarmağı öhdəmə götürürəm.” Bakı şəhər Sabunçu rayon polis idarəsinin 15-ci Polis bölməsinin xx.xx.2022-ci il tarixli 077-11848Q nömrəli məktubu ilə iddiaçı bildirilmişdir ki, ərizədə göstərilənlər mülki xarakter daşıdığı və polisin səlahiyyətli çərçivəsindən kənar olduğu üçün bu barədə aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir. Yerli (bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün 697836 nömrəli qəbzdən görünür ki, Cavabdeh torpaq vergisi üçün 2012-2013-cü il tarixdə bələdiyyənin hesabına 2.40 (iki manat qırx qəpik) manat ödəniş etmişdir. Bakı şəhər Sabunçu rayon Pirşağı Bələdiyyəsinin torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli 49 saylı qərardan görünür ki, Pirşağı qəsəbəsi yol ayrıcında yerləşən 200 kv.m torpaq sahəsini sənədləşdirmək üçün torpaq məcəlləsinin 54-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alğı-satqı yolu ilə) sənədləşdirilsin, İmişli şəhəri Araz küçəsi ev 120-də qeydiyyatda olan Cavabdeh mülkiyyətinə verilsin. Cavabdeh ilə torpağın satın alınmasına dair müvafiq qaydada akt tərtib olunsun və torpağın dəyəri (manatla) vətəndaş tərəfindən bələdiyyənin xüsusi hesabına keçirilməsi təmin olunsun. Vətəndaş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67-ci maddələrinə uyğun olaraq Bakı şəhər torpaq şöbəsindən rəsmi sənəd aldıqdan sonra tikinti işləri aparmalıdır. Evin layihəsi və tikinti işləri xüsusi razılığı olan fiziki və hüquqi şəxslər tərəfindən icra olsunsun. Kommunal xidmətlərin təşkili və icrası məqsədi ilə əlaqədar olaraq vətəndaş aidiyyatı təşkilatlar ilə iki tərəfli müqavilə bağlasın. Bələdiyyənin Vergi və ödənişlər şöbəsinə tapşırılsın ki, mülkiyyətçinin torpaq və əmlak vergisinə cəlb olunmasını təmin etsin. Ayrılmış torpaq sahəsində tikintinin layihə üzrə aparılmasına və torpağın məqsədli təyinatına görə istifadə olunmasına nəzarət bələdiyyənin Yerli iqtisadi inkişaf komissiyasına tapşırılsın. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, Cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinə qarşı Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki ictimai dövlət ehtiyacları üçün alınmış 200 kv.m torpaq sahəsini eyni həcmdəki əvəzinin ödənilməsinin cavabdehin üzərinə vəzifə qoyulma barədə iddia ərizəsi geri götürülmüş hesab edilərək, iş üzrə icraata xitam verilmişdir. xx.xx.2006-cı il tarixli qəbzdən görünür ki, Cavabdeh torpaq vergisi üçün Pirşağı bələdiyyəsinin hesabına 544 (beş yüz qırx dörd) manat ödəniş etmişdir. İmişli RİHB-nin İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024cü il tarixli 2557 saylı arayışından görünür ki, Cavabdeh İmişli şəhəri Araz küçəsi ev 120də yaşayır. İmişli RİHB-nin İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024cü il tarixli 2557 saylı arayışından görünür ki, İddiaçı İmişli şəhəri Araz küçəsi ev 8-də yaşayır. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, Cavabdeh satdığı torpağın əvəzinə 4000 manat pul almışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə razı deyildir. Məhkəmə işi düzgün araşdırmamış qanunsuz qətnamə qəbul etmişdir. 2012-ci ildə o özünə məxsus torpaq sahəsini iddiaçıya 4000 manata satmağa razılaşmışdır. Bundan sonra torpağı alğısatqı etmək üçün iddiaçı ilə Bakı şəhərində Şamaxinka adlanan ərazidə yerləşən iddaçının tanışı olan notariusun ofisinə getmiş və mən həmin torpaq sahəsini alğı-satqı yolu ilə iddiaçıya satmışdır. Hazırda iddiaçı 12 ildən sonra qanunsuz olaraq pul tələb edir. Torpaq sahəsini 12 ildən artıq vaxtdır ki, iddiaçıya alğı-atqı yolu ilə satmışdır. Hazırda iddiaçı məhkəməyə saxta bir qəbz təqdim edib və həmin qəbzdə yazılıb ki, guya torpağı iddiaçıya 7000 ABŞ dollarına satmışdır və bundan sonra torpağın sənədləşməsində nə problem çıxarsa, cavabdehlik daşıyır. Həmin qəbz saxtadır və elə qəbz yazmamışdır Hazırkı halda məhkəmə həmin saxta qəbzi əsas tutaraq qeyri-qanuni qətnamə qəbul etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, bələdiyyə sənədi əsasında mülkiyyətində olan torpaq sahəsini X1. Torpaq sahəsinin satış qiyməti 4000 manat təşkil etmişdir. Ödəniş İddiaçı tərəfindən həyata keçirilmişdir. X14 ilə şəxsi tanışlığı olmamışdır. Behbudov Rövşənlə İddiaçı vasitəsilə tanış olmuşdur. Behbudov Rövşəni yalnız notariat ofisində görmüşdür. İddiaçı ona bildirmişdir ki, dostu X14 ondan mübahisəli torpaq sahəsinin qiymətini soruşduğu halda, torpağın qiymətinin 7000 ABŞ dolları olduğunu desin. Çünki iddiaçı dostu Rövşənə 4000 manat pulun 7000 ABŞ dolları olması üçün qalan pulu özü ödədiyini demişdir. İddiaçı öz dostuna mübahisəli torpağı şərik aldıqlarını demişdir. Amma əslində İddiaçı ona X11 məxsus cəmi 4000 manat pul vermişdir. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi iddiaçının tanışı olan notarius vasitəsilə rəsmiləşdirilmişdir. Sonradan həmin torpaq sahəsi dövlət ehtiyacları üçün təsdiq edilmiş plana düşmüş, nəticədə ərazidə körpü tikintisi aparılmışdır. Torpaq sahəsi dövlət planına düşdüyü zaman ona hər hansı kompensasiya və ya ödənişi verilməmişdir. Hazırda alğısatqı müqaviləsinin surəti onda mövcud deyildir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisəli torpaq sahəsi etibarnamə əsasında notariat qaydasında onlara verilmişdir. Torpaq sahəsi plana düşsə də, ona hər hansı kompensasiya ödənişi edilməmişdir. Kompensasiya ilə bağlı tərtib edilmiş sənədlərdə torpaq sahəsinin mülkiyyətçisi kimi cavabdehin adı göstərilmişdir. Torpaq sahəsi ilə bağlı icra hakimiyyəti və “Azəryolservis” orqanlarına edilən müraciətlər cavabdeh tərəfindən həyata keçirilmişdir. Torpaq sahəsinin alınması üçün nəzərdə tutulan ödənişi özü etmişdir. Buna görə də, həmin pul onun özünə qaytarılmalıdır. Mübahisəli torpaq sahəsini X14 ilə şərik almışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə X9 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam olaraq mübahisələndirmişdir. Odur ki, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsi yoxlanılarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması çox vacibdir. Habelə işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi həmin normaya uyğun yoxlanılmalıdır. Qeyd edilənlərə əsasən tərkib hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı tərəflər arasındakı qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İlk öncə, məhkəmə tərkibi bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Bununla bərabər, məhkəmə tərkibi hüquqi müəyyənlik prinsipinə də toxunmağı zəruri hesab edir. Bu prinsip hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Bu səbəbdən də, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması müəyyən edilmişdir. Məhkəmə tərkibi bütün iş materiallarını araşdıraraq və sübutlara hərtərəfli qiymət verərək hesab edir ki, iddia əsaslı olmuş, lakin birinci instansiya məhkəməsi tərəflər arasında cərəyan edən mövcud münasibətlərə yanlış olaraq əsassız varlanmaya dair maddi hüquq normalarını tətbiq etmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsindən 15 dekabr 2006-cı il tarixli 49 saylı qərarı ilə cavabdehə ayrılmış torpaq sahəsinin əvəzində 4000 manat məbləğində pul vəsaiti ödəmişdir. Lakin sonradan iddiaçı torpaq sahəsindən istifadə edə bilməmiş, torpaq sahəsi dövlət ehtiyacları üçün istfadə edilmişdir. Bundan sonra iddiaçı həmin məbləği cavabdehdən tələb etsə də, cavabdeh tərəfindən pulun iddiaçıya qaytarılmasından imtina edilmişdir. İşin faktiki halı iş materialları, tərəflərin izahatları, o cümlədən cavabdehin məhkəmədə verdiyi etiraf bağlı izahatı və ərizəsi ilə öz təsdini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 567-ci maddəsinə əsasən öhdəliyə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Bundan başqa, MM-in 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məhkəmə tərkibi Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, təqdim edilmiş sübutlardan və tərəflərin izahatlarından açıq şəkildə görünür ki, alğı-satqı münasibətləri üzrə hüquq və öhdəliklər Cavabdeh ilə X14 arasında yaranmışdır. Torpaq sahəsinin satılması məhz bu iki şəxs arasında formalaşmış hüquq münasibətlərinin predmetidir. Bu fakt Cavabdeh tərəfindən imzalanmış “Öhdəlik”dən və mübahisəli torpaq sahəsinə dair X11 verilmiş 27 aprel 2012-ci il tarixli etibarnamədən də müəyyən edilir. Adıçəkilən “Öhdəliyə” əsasən Cavabdeh Sabunçu rayon Pirşağı bələdiyyəsindən 15 dekabr 2006-cı il 49 saylı qərarla aldığı 200m2 torpaq sahəsini X6 7000 (yeddi min) ABŞ dollarına satdığı müəyyən olunur. İddiaçı isə həmin alğı-satqı münasibətlərində birbaşa alıcı qismində çıxış etmədiyi, ödənişi X9 xeyrinə və tərəflər arasında mövcud olan razılaşmaya əsasən həyata keçirdiyi görünür. Bu hal mülki qanunvericiliyin tələblərinə uyğun olaraq tapşırıq müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində qiymətləndirilməlidir. Bunu İddiaçı və X14 dost olsalar da, yuxarıda göstərilən etibarnamənin məhz X9 adına verilməsi də tam olaraq təsdiq edir. Beləcə, məhkəmə tərkibi qeyd edir ki, alğı-satqı müqaviləsinin tərəfi olmayan İddiaçı Cavabdeh qarşı hazırkı iddianı qaldırmaq kimi subyektiv hüququ müəyyən edilmir. Buna görə də, İddiaçı iddiasının qanuni əsası mövcud deyildir. Bundan başqa, birinci instansiya məhkəməsində Cavabdeh İddiaçı ilə razılaşdırılmış və aldığı məbləğin məhz 4000 manat olduğunu etiraf etmişdir. Bunu birinci instansiya məhkəməsində İddiaçı tələbi dəqiqləşdirməklə və apellyasiya icraatı zamanı izahatında həmin məbləği verdiyini deməklə də təsdiq etmişdir. Üçüncü şəxs X14 isə birinci instansiya məhkəməsində izahatında torpağın pulunu İddiaçı verdiyini bildirmişdir. Beləliklə, mülki işin mübahisəsiz hallarına görə mübahisəli torpaq sahəsinin alınması üçün İddiaçı tərəfindən Cavabdeh öz dostu X11 məxsus 4000 manat məbləğdə pul verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2(036)-133/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar