Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1783/2024 21.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli 2(064)-329/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi vəkil X2 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Füzuli Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli 2(064)-329/2024 saylı qətnaməsi ilə (hakim Elmir İsmayılov) iddia qismən təmin edilmişdir. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətini baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1271/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Füzuli Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli 2(064)-329/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi vəkil X2 tərəfindən verilmiş apellyasiyanın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün cavabdehin nümayəndəsi vəkil Nümayəndə1 tərəfindən verilmiş apellyasiyanın qeyrimümkün hesab edilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi vəkil X2 apellyasiya şikayəti və şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə vermişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(064)-329/2024 saylı qərardadı ilə iddiaçının nümayəndəsi vəkil X2 tərəfindən verilmiş şikayətin təmin edilməsi, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(064)-329/2024 saylı qəradadın ləğv edilməsi, Füzuli Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli 2(064)-329/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi vəkil X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Habelə MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Bundan başqa, MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133-cü maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır; Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). MPM-in 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Həmçinin MPM-in 133.4 və 133.5-ci maddələrinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Məhkəmə müddətin bərpasından imtina barədə də qərardad çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlayır. Belə ki, iş materiallarında və işin “AZEMİS”dəki məhkəmə sənədlərində mövcud olmayan Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(064)-329/2024 saylı qəradadından iddiaçının nümayəndəsi vəkil X2 tərəfindən verilmiş şikayət təmin edilərək adıçəkilən qərardadın ləğv edilməsi, Füzuli Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli 2(064)-329/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi vəkil X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin müddətlə bağlı tələblərinə əməl edilib-edilməməsi MPM-in tələblərinə uyğun yoxlanılmamışdır. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş ərizəyə məhkəmə iclasında hüquqi qiymət verilməmiş, habelə şikayətin kağız daşıyıcıda surətini iş materiallarına əlavə etməklə onun elektron qaydada verilib-verilməməsi dəqiqləşdirilməmişdir. Bununla da, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar aradan qalxmışdır. Nəzərə alınmalıdır ki, MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, həmin apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 267-269, 372, 384, 391 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı nümayəndəsi vəkil X2 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. Füzuli Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli 2(064)-329/2024 saylı qətnaməsindən apellyasiyanın mümkünlüyü əsaslarına və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair iddiaçının nümayəndəsi vəkil X2 tərəfindən verilmiş ərizəyə hüquqi qiymət verilməsi üçün mülki iş materialları Füzuli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1783/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1783/2024
21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver