Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-179/2023 25.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X1, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Astara Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ASC) və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Astara Rayon Məhkəməsinin (M.Məmmədov) 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 14 sentyabr 2021-ci il tarixli, 13-MCR-1-2877-21 saylı Bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə kredit limitinin ayrılmasına dair müqaviləsinin və 14 sentyabr 2021-ci il tarixli, 13-MCR-1-2877-21/1 saylı Bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə kredit verilməsinə dair razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 30000 (otuz min) manat, faiz borcu üzrə 2415 (iki min dörd yüz on beş) manat, dəbbə qismində 400 (dörd yüz) manat olmaqla, ümumilikdə cəmi 32815 (otuz iki min səkkiz yüz on beş) manat məbləğində borcun, eləcə də iddiaçı tərəfindən çəkilən məhkəmə məsrəfləri ilə bağlı 235 (iki yüz otuz beş) manat pulun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, Cavabdeh1 xüsusi mülkiyyətində olan Astara şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxsə qaytarılması, ipoteka predmeti olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin (likvid qiymətinin) 95000 (doxsan beş min) manat müəyyən edilməsi, ekspertiza xərcini təşkil edən 200 (iki yüz) manat məbləğindəki pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq, "xxxx" MMC-nin hesabına köçürülməsi, ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat məbləğindəki pulun cavabdehlərdən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. İşinhalları 14 sentyabr 2021-ci il tarixli, 13-MCR-1-2877-21 saylı Bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-nin Lənkəran filialından illik 30%-lə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. 14 sentyabr 2021-ci il tarixli, 13-MCR-1-2877-21/1 saylı Bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə kredit verilməsinə dair razılaşmasına uyğun olaraq, Cavabdeh1 İddiaçı ASC-nin Lənkəran filialından 18%-lə 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq, 14 sentyabr 2021-ci il tarixli, Z/07878/21 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 borcalanın öhdəliklərinin icrasına zamin durmuşdur. 14 sentyabr 2021-ci il tarixli, DA/00682/21 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan Astara şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə müraciət edərək aşağıdakı tələblərlə çıxış etmişdir:
1. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 14 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 30000 (otuz min) manat əsas borc, 2414 (iki min dörd yüz on dörd) manat, 37 qəpik faiz borcu və 85 (səksən beş) manat, 70 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 32500 (otuz iki min beş yüz) manat, 07 qəpik məbləğində borcun, 187 (bir yüz səksən yeddi) manat, 50 qəpik ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 120 (bir yüz iyirmi) manat xidmət haqqının ödənilməsi;
2. Tutmanın Cavabdeh1 məxsus olan Astara şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması və borcun Astara şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binasının hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi;
3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi;
4. Cavabdeh1 məxsus olan Astara şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 01 (bir) ay sonra Cavabdeh1 və digər şəxslərin Astara şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasından çıxarılmaları, həmin qeyri-yaşayış binasının boşaldılması və Banka təhvil verilməsi;
5. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 14 sentyabr 2021-ci Bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə kredit limitinin ayrılmasına dair müqaviləni və Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə kredit verilməsinə dair razılaşmanın ləğv edilməsi. Sonra iddiaçı faiz və cərimə borcuna dair hissədə tələbini artırmış, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixə olan 3539 (üç min beş yüz otuz doqquz) manat, 38 qəpik faiz borcu və 795 (yeddi yüz doxsan beş) manat, 08 qəpik cərimə borcunu tələb etmişdir. İddiaçı tərəf sonradan yenə də tələbini faiz və cərimə borcuna dair hissədə artırmış, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 14 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış, 30000 (otuz min) manat əsas borcla yanaşı, 5368 (beş min üç yüz altmış səkkiz) manat, 32 qəpik faiz borcu və 1955 (bir min doqquz yüz əlli beş) manat, 41 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 37323 (otuz yeddi min üç yüz iyirmi üç) manat, 73 qəpik məbləğində borcun, 187 (bir yüz səksən yeddi) manat, 50 qəpik ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 120 (bir yüz iyirmi) manat xidmət haqqının ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmış, nəticədə cavabdehlərin borcu yaranmışdır. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6, 385.1, 442, 448.1, 460.1, 462.1, 467, 472.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34, 36.1, 37, 39.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir.
Apellyasiyaşikayətinindəlilləri İddiaçı ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - cavabdehlərdən borcun tutulmasının və cavabdehin ipoteka predmeti olan qeyriyaşayış sahəsindən çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissələrdə iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş məhkəmədə baxıldığı dövrdə iddiaçı tələbinin həcmini artırmış, lakin məhkəmə bunu nəzərə almamışdır. İddia tələbinin artırılması üzrə tələbin hansı hüquqi əsasa görə rədd etdiyini məhkəmə əsaslandırmamışdır. Həmçinin məhkəmə ipoteka predmeti olan qeyri-yaşayış sahəsi satıldıqdan sonra Cavabdeh1 və qeyrilərinin həmin qeyri-yaşayış sahəsindən çıxarılmasına dair hissədə iddianı əsassız olaraq təmin etməmişdir. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, Bank tərəfindən borc məbləği şişirdilmişdir. Bundan başqa, qətnamədə cavabdehlərə qarşı 400 manat dəbbə pulu hesablanmışdır. Bu da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə ziddir. Şikayətində cavabdeh, cavabdehlərin Banka 2415 manat faiz borcu olmadığını qeyd etməklə, təkrar ekspertizasının keçirilməsini də xahiş etmişdir.
İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavadehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin- cavabdehlərdən borcun tutulması və cavabdehin və digər şəxslərin ipoteka predmeti olan qeyri-yaşayış sahəsindən çıxarılmasının təmin edilməməsi hissədə ləğv edilməsini və həmin hissələrdə iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Cavabdeh1 məhkəməyə ərizə göndərərək, işə məhkəmədə baxıldığı dövrdə iddiaçı Bankın hüquqşünası ilə görüşərək, əldə etdikləri razılığa əsasən 4 dəfə 500 manat, ümumi 2000 manat pul ödədiklərini, həmin məbləğin işə baxılarkən nəzərə alınmasını və borcundan çıxılmasını xahiş etmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya cavabdehlərin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsinə əsasən mümkün saymışdır.
Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya işə MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya şikayətləri həddində baxır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında müvafiq olaraq kredit, zaminlik və ipoteka müqavilələri bağlanmışdır. Kreditor İddiaçı ASC-nin Lənkəran filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən sonuncuya illik 30%-lə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. 14 sentyabr 2021-ci il tarixli razılaşmaya uyğun olaraq, Cavabdeh1 18%-lə, 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. 14 sentyabr 2021-ci il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 borcalanın öhdəliklərinin icrasına zamin durmuşdur. 14 sentyabr 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan Astara şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasıİddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşin hallarından görünür ki, cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə-yetirməmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia keçərlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu, icranı gecikdirmə sayılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Tərəflər arasında kredit və ipoteka müqavilələrinin mövcudluğu, müqaviləyə uyğun borcun yaranması mübahisəli deyil. İddiaçı apellyasiya şikayətində qətnaməni faiz borcunun tutulmasının və cavabdehin ipoteka predmeti olan qeyri-yaşayış sahəsindən çıxarılmasının təmin edilməməsi hissəsində, cavabdeh apellyasiya şikayətində qətnaməni borcun məbləğinə dair hissədə mübahisələndirmişdir. İddiaçının təqdim etdiyi 12 sentyabr 2022-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh1 14 sentyabr 2021-ci il tarixli, 13-MCR-1-2877-21 saylı kredit müqaviləsi üzrə 30000 (otuz min) manat əsas borc, 5368 (beş min üç yüz altmış səkkiz) manat, 32 (otuz iki) qəpik faiz borcu və 1955 (bir min doqquz yüz əlli beş) manat, 41 (qırx bir) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 37323 (otuz yeddi min üç yüz iyirmi üç) manat, 73 (yetmiş üç) qəpik məbləğində borcu yaranmışdır. Kollegiya hesab edir ki, iddiaçı cavabdehlərdən, müqavilə müddəti başa çatmamış borcunu tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməməklə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öz-üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu, icranı gecikdirmə sayılmalıdır. Ona görə də iddiaçı kredit borcunu və borca hesablanmış faizi haqlı olaraq tələb etmiş, məhkəmə də tələbi təmin etmişdir. Birinci instansiya məhkəməsi faiz borcunun məbləğini 2415 manat müəyyən etmişdir. İddiaçı tərəf faiz borcuna dair hissədə qətnaməni mübahisələndirmişdir. Kollegiya hesab edir ki, faiz borcunun tutulması hissəsində məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. İşin hallarından görünür ki, iddiaçı tərəf iddia tələbinin həcmini bir neçə dəfə artırmışdır. Belə ki, iddiaçı əvvəlcə cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixə olan 3539 (üç min beş yüz otuz doqquz) manat, 38 qəpik faiz borcu və 795 (yeddi yüz doxsan beş) manat, 08 qəpik cərimə borcunu tələb etmişdir. İddiaçı tərəf sonradan yenə də tələbini faiz və cərimə borcuna dair hissədə artırmış, cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixə yaranmış, 30000 (otuz min) manat əsas borcla yanaşı, 5368 (beş min üç yüz altmış səkkiz) manat, 32 qəpik faiz borcu və 1955 (bir min doqquz yüz əlli beş) manat, 41 qəpik cərimə borcunu tələb etmişdir. MPM-in 53-cü maddəsinin tələbinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin hallarından görünür ki, iddiaçı Bank əvvəlcə xx.xx.2022-ci ildə iddia tələbinin həcmini artırdıqdan sonra mülki iş üzrə hazırlıq mərhələsi başa çatmış və iş baxılmağa təyin edilmişdir. Kollegiya hesab edir ki, sonra məhkəmə baxışı mərhələsində iddia tələbinin həcmini artıqmaqda iddiaçı haqlı olmamışdır. Ona görə də MPM-in 53-cü maddəsinin tələbinə görə, Kollegiya yalnız xx.xx.2022-ci ilədək olan borcun ödənilməsi barədə iddianı əsaslı sayır. xx.xx.2022-ci il tarixədək olan borcun miqdarını müəyyən etmək üçün apellyasiya baxışında məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. İş üzrə iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28 fevral 2023-cü il tarixli, 9/859 nömrəli rəyinə görə Cavabdeh1 İddiaçı ASC-yə maliyyə arayışının tarixinə, yəni xx.xx.2022-ci il tarixə olan borcu 33,555.00 manat məbləğində, o cümlədən: əsas borc üzrə 30.000,00 manat, faiz borcu üzrə 3.555,00 manat təşkil edir. İddiaçı tələbinin həcmini artıraraq cavabdehlərdən xx.xx.2022-ci il tarixə 3539 (üç min beş yüz otuz doqquz) manat, 38 qəpik faiz borcunun tutlmasını xahiş etmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası faiz borcu üzrə 3.555,00 manat borcun olduğunu müəyyən etsə də Kollegiya işə iddia tələbi həcmində, yəni 3539,38 manat faiz borcunun tutulmasını qanuni sayır. Bundan başqa, birinci instansiya məhkəməsi ipoteka predmeti olan qeyri-yaşayış sahəsi satıldıqda qeyri-yaşayış sahəsinin boşaldılması hissədə iddiaçının tələbini təmin etməmişdir və iddiaçı bu hissədə qətnaməni mübahisələndirmişdir. MPM-in 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Kollegiya hesab edir ki, analoji olaraq hazırkı qətnamənin nəticə hissəsində qətnamənin icra qaydası müəyyən edilməli, ipoteka predmeti olan qeyri-yaşayış sahəsi satıldıqda qeyriyaşayış sahəsinin ən geci 1 ay müddətində boşaldılması təmin edilməlidir. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, mahiyyətcə şikayətində Bank tərəfindən borc məbləğinin şişirdildiyini, faiz və dəbbə pulunun artıq hesablandığını bildirmişdir. Faiz borcu ilə bağlı Kollegiya məhkəmə-mühasibatlıq ekspertizasının 28 fevral 2023-cü il tarixli, 9/859 nömrəli rəyin sübut mənbəyi olaraq qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cərimə məbləğini azaltmaq üçün də əsas görmür. Kollegiya hesab edir ki, cavabdeh öz şikayətini əsaslandırmamışdır. Odur ki, Kollegiya cavabdehin şikayətinin təmin edilməsi üçün əsas tapmır. Cavabdeh1 apellyasiya baxışında məhkəməyə ünvanladığı məktubunda Bankın nümayəndəsi ilə razılığa gəldiklərini, 2000 manat ödəniş etdiyini də bildirmişdir. Kollegiya qeyd edir ki, məhkəmə qətnaməsindən sonra borcun ödənilməsi qətnamənin icrası zamanı nəzərə alına bilər. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə qisməncavabdehlərdən müştərək qaydada 2415 (iki min dörd yüz on beş) manat faiz borcunun tutulması və ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra bir ay müddətində qeyri-yaşayış binasının boşaldılmasının təmin edilməməsi hissələrdə ləğv edilməli və həmin hissələrdə iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan faiz borcu 3539,38 manat olmaqla ümumi tutulmalı olan əsas borc, faiz borcu və cərimə aşağıdakı kimi müəyyən edilməlidir: - əsas borc 30.000 manat; - faiz borcu 3539,38 manat; -cərimə borcu 400 manat. Ümumilikdə borc- 33.939,38 manat. Cavabdeh1 məxsus olan Astara şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan sonra bir ay müddətində Cavabdeh1 Astara şəhəri, Heydər Əliyev prospekti, 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasından çıxarılması və qeyri-yaşayış binası boşaldılması təmin edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
qətetdi:
İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsi qisməncavabdehlərdən müştərək qaydada 2415 (iki min dörd yüz on beş) manat faiz borcunun tutulması və ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra bir ay müddətində qeyri-yaşayış binasının boşaldılmasının təmin edilməməsi hissələrdə ləğv edilsin və həmin hissələrdə iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan faiz borcu 3539,38 (üç min beş yüz otuz doqquz tam yüzdə otuz səkkiz) manat olmaqla ümumi tutulmalı olan əsas borc, faiz borcu və cərimə aşağıdakı kimi müəyyən edilsin: - əsas borc 30.000 (otuz min) manat; - faiz borcu 3539,38 (üç min beş yüz otuz doqquz tam yüzdə otuz səkkiz) manat; -cərimə borcu 400 (dörd yüz) manat. Ümumilikdə borc- 33.939,38 (otuz üç min doqquz yüz otuz doqquz tam yüzdə otuz səkkiz) manat. Cavabdeh1 məxsus olan Astara şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan sonra bir ay müddətində Cavabdeh1 Astara şəhəri, Heydər Əliyev prospekti, 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasından çıxarılsın, qeyri-yaşayış binası boşaldılsın. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar.
Sədrlik edən İlham Əsədov
Hakimlər Samir Mayılov
Tofiq Heydərov