Məhkəmə qərarları › İş №2(106)-1796/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1796/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1796/2023 14.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair ilk iddiası, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(071)484/2023 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3400 manat borc məbləğinin və 54 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 20 gün müddətinə, yəni xx.xx.2023- cü il tarixədək geri qaytarmaq şərtilə 3400 manat borc vermişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən "Borc alan” krediti xx.xx.2023-cü il tarixədək "Borc verənə” qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 8-ci bəndinə görə "Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Lakin, cavabdeh müqavilənin qeyd edilən şərtlərini pozaraq kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Sonradan iddiaçının nümayəndəsi iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən 3400 manat pulun, dəyəri 789 manat olan Honor X8 markalı (6GB/128GB Midnight Black modeli) telefonun, hüquqi yardıma görə ödənilmiş 300 manat pulun və ödənilmiş 54 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə 3400 manat borcun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı heç vaxt tanımamış, ondan borc almaq niyyəti olmamışdır. Belə ki, 2023-cü ilin yanvar ayında İddiaçı yüklərin daşınmasını həyata keçirmək istəyən şəxs kimi tanımış və bu məqsədlə yüklərin daşınmasında sürücü kimi işləyib qazanc əldə etmək niyyəti olmuşdur. Həmin ilin yanvar ayında Cavabdeh İddiaçı ilə Abşeron rayonunun, Xırdalan şəhəri ərazisində görüşərək İddiaçı yük maşınını ona yüklü formada təqdim etdikdən sonra, müvafiq sənədlərə elə oradaca qol çəkib. İlk işi yükü Bakıdan - Belarus Respublikasının Minsk şəhərinə aparmaq olmuşdur. Bundan sonra onlar sənədləşmə işlərini rəsmiləşdirmək üçün notariat ofisinə gedərək, orada avtomobili idarə etmək üçün ona etibarnamə verib və bundan sonra digər sənədlərə qol çəkib və İddiaçı bundan sonra ona 2000 ABŞ dolları məbləğində pul verərək bildirib ki, bunu ilkin olaraq yol pulu kimi verir. Daha sonra həmin gün, yəni xx.xx.2023-cü il tarixdə notariat ofisindən çıxdıqdan sonra Vüqar ondan həmin 2000 ABŞ dollarını geri istəmiş və ona bildirmişdir ki, yol getmək üçün yanacaq alacaq və sair. Həmin gün Vüqar ona "Ata Banka” məxsus kart verib və bildirmişdir ki, həmin kartda 500 ABŞ dolları məbləğində pul var, bundan başqa avtomobilə 1 ton 800 litr yanacaq vurdurduqdan sonra, o yola çıxıb Belarusiya Respublikasının Minsk şəhərinə gedərək yükü təhvil verib. Orada 5 gün qaldıqdan sonra, avtomobilə 21 ton kartof yükləyərək Azərbaycan Respublikasına gəlmək üçün yola düşüb, yolda yanacağı bitdiyi üçün avtomobili saxlamışdır. Daha sonra Vüqarla telefon vasitəsilə danışdıqdan sonra, Vüqar tanımadığı sürücü olan şəxsin kart hesabına 700 ABŞ dolları göndərdikdən sonra o yoluna davam etmişdir. Azərbaycan Respublikasına çatdıqdan sonra avtomobildə olan yükü müvafiq qeydiyyatdan keçirərək təhvil vermişdir. Azərbaycan Respublikasından Belarus Respublikasının Minsk şəhərinə gedib-qayıtması 20 gün çəkmişdir. Bundan sonra o, İddiaçı sifarişi ilə Azərbaycandan İran İslam Respublikasına, oradan Rusiya Federasiyasının Moskva şəhərinə, oradan da Azərbaycan Respublikasına keçərək Gürcüstan Respublikasına yük aparmışdır. Daha sonra Türkiyə Respublikasından yükü götürmək üçün Gürcüstan Respublikasından Türkiyə Respublikasına keçərək orada olan yükü Qazaxıstan Respublikasına aparmaq üçün lazım olan ünvana getmişdir. Orada yük avtomobilə yükləndikdən sonra bildirmişlər ki, onun işlədiyi şirkət həmin şirkətdir və dərhal həmin yükü avtomobildən boşaltmışlar. Beləliklə o, 30 gün Mersin şəhərində qaldıqdan sonra, Vüqarın göstərişi ilə Mersin şəhərindən Maressa şəhərinə getmiş, oradan Azərbaycana gələn yükü götürdükdən sonra Azərbaycan Respublikasına geri dönmüşdür. Bundan sonra o İddiaçı zəhmət haqqı olaraq pulunu tələb edəndə, Vüqar ona müxtəlif bəhanələr gətirərək pulunu verməkdən boyun qaçırmışdır. İddiaçı əvvəllər heç vaxt tanımamış, ondan heç vaxt borca pul almaq niyyəti olmamışdır. Ona qarşı kredit borcunun geri qaytarılması barədə iddia tələbi irəli sürüləndə bilmişdir ki, onunla Vüqar arasında kredit müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsindəki icraat Birinci instansiya məhkəməsində ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X4 izahatında göstərmişdir ki, tərəflər arasında notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 3400 manat pulu 20 gün ərzində qaytarmaq şərti ilə borc vermişdir. Lakin, cavabdeh borc kimi aldığı pul məbləğini 20 gün ərzində geri qaytarmamışdır. Bundan başqa, cavabdeh iddiaçıya məxsus yüklərin daşınması fəaliyyətə ilə məşğul olmuşdur. Həmin vaxt iddiaçı cavabdehə müvəqqəti istifadə etməsi üçün dəyəri 789 manat olan Honor X8 markalı telefon vermişdir. Lakin, cavabdeh həmin telefonu sonradan iddiaçıya qaytarmamışdır. Cavabdehin iddiaçıdan aldığı kredit məbləğinin onlar arasında olan yük daşıma fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh iddiaçıdan aralarında yaranmış şəxsi münasibətə görə özü üçün borc almışdır. Yük daşıma ilə bağlı yol pulu, yanacaq pulu və digər xərcləri iddiaçı cavabdehə özü vermişdir. Göstərilənlərə əsasən ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil1 izahat verərək bildirmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi imzalansa da və qeyd edilən kredit məbləği notariusun depozit hesabı vasitəsi ilə Cavabdeh verilsə də, notariusdan çıxdıqdan sonra İddiaçı həmin pul vəsaitini Cavabdeh geri almış, ona yalnız yol pulu kimi 500 ABŞ dolları vermişdir. Həmin vaxt Cavabdeh İddiaçı borca pul almağa niyyəti olmamışdır. İddiaçı onun ehtiyacının olmasından sui-istifadə edərək bu addımı atmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi əslində uydurma əqd olmaqla etibarsızdır. Bu səbəbdən kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsassızdır. Bundan başqa, iddia tələbi mobil telefonun tələb edilməsi hissəsində də əsassızdır. Çünki, İddiaçı Cavabdeh müvəqqəti istifadə etməsi üçün mobil telefon verməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı. Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(071)484/2023 saylı qətnaməsi ilə (hakim Z.Hüseynov) ilk iddia qismən təmin edilmiş, Cavabdeh 3400 manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 54 manat pul və vəkil xərcinin əvəzi kimi 243,50 manat pul alınaraq İddiaçı verilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, İddiaçı 7,89 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 20 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək geri qaytarmaq şərtilə 3400 manat borc vermişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən “Borc alan” krediti xx.xx.2023-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8-ci bəndinə görə “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Lakin, iddiaçının iddia tələbindən görünür ki, cavabdeh müqavilədə qeyd edilən şərtlərini pozaraq kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə iş üzrə iddiaçı cavabdehə qarşı 3400 manat borc məbləğinin və 54 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra iş üzrə iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehdən 3400 manat pulun, dəyəri 789 manat olan Honor X8 markalı (6GB/128GB Midnight Black modeli) telefonun, hüquqi yardıma görə ödənilmiş 300 manat pulun və ödənilmiş 54 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı tərəfindən cavabdehə qarşı ilkin iddia tələbi verildikdən sonra iş üzrə cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia tələbi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia tələbində qeyd etmişdir ki, Cavabdeh İddiaçı heç vaxt tanımamış, ondan borc almaq niyyəti olmamışdır. Belə ki, 2023-cü ilin yanvar ayında İddiaçı yüklərin daşınmasını həyata keçirmək istəyən şəxs kimi tanımış və bu məqsədlə yüklərin daşınmasında sürücü kimi işləyib qazanc əldə etmək niyyəti olmuşdur. Həmin ilin yanvar ayında Cavabdeh İddiaçı ilə Abşeron rayonunun, Xırdalan şəhəri ərazisində görüşərək İddiaçı yük maşınını ona yüklü formada təqdim etdikdən sonra, müvafiq sənədlərə elə oradaca qol çəkib. İlk işi yükü Bakıdan - Belarus Respublikasının Minsk şəhərinə aparmaq olmuşdur. Bundan sonra onlar sənədləşmə işlərini rəsmiləşdirmək üçün notariat ofisinə gedərək, orada avtomobili idarə etmək üçün ona etibarnamə verilib və bundan sonra digər sənədlərə qol çəkib və İddiaçı bundan sonra ona 2000 ABŞ dolları məbləğində pul verərək bildirib ki, bunu ilkin olaraq yol pulu kimi verir. Daha sonra həmin gün, yəni xx.xx.2023cü il tarixdə notariat ofisindən çıxdıqdan sonra Vüqar ondan həmin 2000 ABŞ dollarını geri istəmişdir ki, yol getmək üçün yanacaq alacaqdır və sair. Sonra Vüqar ona AtaBanka məxsus kart vermiş və bildirmişdir ki, həmin kartda 500 ABŞ dolları məbləğində pul var, bundan başqa avtomobilə 1 ton 800 litr yanacaq vurdurduqdan sonra, o yola çıxıb Belarusiya Respublikasının Minsk şəhərinə gedərək yükü təhvil vermişdir. Orada 5 gün qaldıqdan sonra, avtomobilə 21 ton kartof yükləyərək Azərbaycan Respublikasına gəlmək üçün yola düşmüş, yolda yanacağı bitdiyi üçün avtomobili saxlamışdır. Daha sonra Vüqarla telefonda danışdıqdan sonra, Vüqar tanımadığı sürücü olan şəxsin kart hesabına 700 ABŞ dolları göndərdikdən sonra o yoluna davam etmişdir. Azərbaycan Respublikasına çatdıqdan sonra avtomobildə olan yükü müvafiq qeydiyyatdan keçirərək təhvil verib. Azərbaycan Respublikasından Belarusiya Respublikasının Minsk şəhərinə gedib-qayıtması 20 gün çəkmişdir. Bundan sonra o İddiaçı sifarişi ilə Azərbaycandan İran İslam Respublikasına, oradan Rusiya Federasiyasının Moskva şəhərinə, oradan da Azərbaycan Respublikasına keçərək Gürcüstan Respublikasına yük aparmışdır. Daha sonra Türkiyə Respublikasından yükü götürmək üçün Gürcüstan Respublikasından Türkiyə Respublikasına keçərək orada olan yükü Qazaxıstan Respublikasına aparmaq üçün lazım olan ünvana getmişdir. Orada yük avtomobilə yükləndikdən sonra bildirimişlər ki, onun işlədiyi şirkət həmin şirkətdir və dərhal həmin yükü avtomobildən boşaltmışlar. Beləliklə o 30 gün Mersin şəhərində qaldıqdan sonra, Vüqarın göstərişi ilə Mersin şəhərindən Maressa şəhərinə getmiş, oradan Azərbaycana gələn yükü götürdükdən sonra Azərbaycan Respublikasına geri dönmüşdür. Bundan sonra o İddiaçı zəhmət haqqı olaraq pulunu tələb edən zaman, Vüqar müxtəlif bəhanələr gətirərək pulunu verməkdən boyun qaçırmışdır. Cavabdeh İddiaçı əvvəllər heç vaxt tanımamış, ondan heç vaxt borca pul almaq niyyəti olmamışdır. Vüqar ona qarşı kredit borcunun geri qaytarılması barədə iddia tələbini irəli sürəndə bilmişdir ki, aralarında kredit müqaviləsi bağlanmışdır. Əlavə olaraq qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi imzalansa da və qeyd edilən kredit məbləği notariusun depozit hesabı vasitəsi ilə Cavabdeh verilsə də, notariusdan çıxdıqdan sonra İddiaçı həmin pul vəsaitini Cavabdeh geri almış, ona yalnız yol pulu kimi 500 ABŞ dolları vermişdir. Həmin vaxt Cavabdeh İddiaçı borca pul almağa niyyəti olmamışdır. İddiaçı onun ehtiyacının olmasından sui-istifadə edərək bu addımı atmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi əslində uydurma əqd olmaqla etibarsızdır. Bu səbəbdən kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsassızdır. Bundan başqa, iddia tələbi mobil telefonun tələb edilməsi hissəsində də əsassızdır. Çünki, İddiaçı Cavabdeh müvəqqəti istifadə etməsi üçün mobil telefon verməmişdir. Qarşılıqlı iddia tələbinin əsası kimi iddiaçının istinad etdiyi halları təsdiq edən müvafiq sənədlər, səs yazılar və digər sənədlər məhkəməyə təqdim edilsədə, məhkəmə bunlara heç bir hüquqi münasibət bildmədən, onlara qiymət verməmişdir. İşdən görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin bağlanmasının məqsədi 2023-cü ilin yanvar ayında İddiaçı yüklərin daşınması həyata keçirmək istəyən şəxs kimi tanımış və bu məqsədlə yüklərin daşınmasında sürücü kimi işləyib qazanc əldə etmək niyyəti olmuşdur. Həmin ilin yanvar ayında X1 Vüqar Məjlum oğlu ilə Abşeron rayonu, Xırdalan şəhərində görüşərək İddiaçı yük maşınını ona yüklü formada təqdim etdikdən sonra müvafiq sənədlərə elə oradaca qol çəkib. İlk iş günü yükü Bakıdan Belarus Respublikasının Minsk şəhərinə aparmaq olmuşdur. Bundan sonra onlar sənədləşmə işlərini sənədləşdirmək üçün notariat ofisinə gedərək orada avtomobili idarə etmək üçün ona etibarnamə verilib və bundan sonra digər sənədlərə qol çəkib və İddiaçı bundan sonra ona 2000ABŞ dolları məbləğində pul verərək bildirmişdir ki, bunu ona ilkin olaraq yol pulu kimi verir. Daha sonra həmin gün yəni xx.xx.2023-cü il tarixdə notariat ofisindən çıxdıqdan sonra Vüqar ondan həmin 2000ABŞ dollarını geri istəyib ki, ona yol getmək üçün yanacaq alacaq və.s. Həmin gün Vüqar ona “Ata Banka” məxsus kart verib və bildirib ki, kartda 500 ABŞ dolları məbləğində pul var, bundan başqa avtomobilə 1 ton 800 litr yanacaq vurduqdan sonra o, yola çıxıb Minsk şəhərinə gedərək yükü təhvil verib. Orada 5 gün qaldıqdan sonra avtomobilə 21 ton kartof yükləyərək Azərbaycana gətirmək üçün yola düşüb. Yolda yanacağı bitdiyi üçün avtomobili saxlayıb. Daha sonra Vüqarla telefonla danışdıqdan sonra, Vüqar tanımadığı sürücü olan şəxsin kart hesabına 700 ABŞ dolları göndərdikdən sonra o yoluna davam edib. Azərbaycan Respublikasına çatdıqdan sonra avtomobildə olan yükü müvafiq qeydiyyatdan keçirərək təhvil verib. Minsk şəhərinə gedib qayıtması 20 gün çəkmişdir. Bundan sonra o, İddiaçı sifarişi ilə İran İslam Respublikasına, oradan Rusiya Federasiyasının Moskva şəhərinə, oradan da Azərbaycan Respublikasına gələrək Gürcüstan Respublikasına yük aparmışdır. Daha sonra Türkiyədən yük götürmək üçün Gürcüstandan Türkiyəyə keçmiş oradan yükü Qazaxstana aparmaq üçün lazım olan ünvana getmişdir. Orada əvvəl yükü yükləyib sonra boşaltmışlar. 30 gün Mersin şəhərində qaldıqdan sonra Vüqarın göstərişi ilə Maressa şəhərinə getmiş oradan Azərbaycana gələn yükü götürdükdən sonra Azərbaycana geri dönmüşdür. Bundan sonra zəhmət haqqı olaraq Vüqardan pulunu tələb etdikdə Vüqar müxtəlif bəhanələr gətirmişdir. Ehtibar əvvəllər Vüqarı tanımamış ondan heç vaxt borc pul almamışdır. Bütün bunlar iş materiallarında olan səs yazıları ilə təsdiq olunur. Qarşılqlı iddia tələbinin əsası kimi istinad edilən hallar və sübutlardan görünür ki, bu müqavilə tərəflər arasında olan digər bir müqavilənin pərdələnməsi üçün bağlanan əqddir. Hakim özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən işin faktiki halları qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Göstərilənlərə əsasən Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(071)484/2023 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini, Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(071)484/2023 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilmədən Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(071)484/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən yuxarıda göstərilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə ilk iddia üzrə cavabeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(071)484/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442- ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən və həmin tarixli kassa mədaxil orderinin surətindən görünür ki, borcverən İddiaçı borcalan Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarılması şərti ilə 3400 manat pulu borc kimi vermiş, borcalan isə müəyyən edilmiş müddət ərzində borcunu borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 11-ci bəndinə əsasən müqavilənin notarial qaydada təsdiqlənməsi xərclərini borcalan çəkir. Müqavilə predmeti olan notariusun depozit hesabı vasitəsi ilə borcalana verilmişdir. Kredit müqaviləsinin arxa üzündə borcalan Cavabdeh öz əlyazma xətti ilə borcverəndən 3400 manat pulu borc kimi aldığını yazaraq imzası ilə təsdiq etmişdir. İş materallarında olan "xxxx" ASC-də aid 28286 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, kredit müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı notariat xərclərinin (rüsumu) əvəzi kimi 115 manat pul Cavabdeh tərəfindən ödənilmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş bir ədəd CD diskdə olan audio fayllardan müəyyən olunur ki, Cavabdeh İddiaçı aid malları ölkə ərazisindən kənara başqa ölkələrə daşıma fəaliyyəti ilə məşğul olmuşdur. Audio fayllarda olan səs yazısının birində (watsapp audio 2023-05-03 at 11.00.46) Cavabdeh İddiaçı kredit müqaviləsi əsasında ona 3400 manat pulu hansı səbəbə verdiyini, məhkəməyə nəyə görə müraciət etdiyini soruşmuş, İddiaçı isə cavabında ona hüquqlarını məhkəmədə vəkilin müdafiə etdiyini bildirərək danışıq aparmaqdan imtina etmiş, kredit müqaviləsi əsasında verilmiş 3400 manat pulu Cavabdeh geri aldığını təsdiq etməmişdir. İş materiallarından görünür ki, iddiaçı, 3400 manat pulun cavabdehə verilməsini təsdiq edən sübutu, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsini məhkəməyə təqdim etmişdir. İşdə olan notariat işinə əlavə edilmiş sənədlərdən görünür ki, müqavilə predmeti olan 3400 manat pul vəsaiti notariusun depozit hesabı vasitəsi ilə Cavabdeh verilmiş və müqavilənin arxa üzündə Cavabdeh 3400 manat pulu şəxsən qəbul etdiyini özü əlyazma yazı ilə yazmış və imzası ilə təsdiq etmişdir. Lakin, Cavabdeh borc kimi alınmış həmin pul məbləğini və ya onun bir hissəsini İddiaçı qaytarılmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi borc kimi alınmış pulun həmin gün dərhal iddiaçıya geri qaytarılmasını, daha doğrusu iddiaçının həmin pulu cavabdehdən geri aldığını bildirsə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında 3400 manat pulun 20 gün müddətində qaytarılması şərti ilə yazılı (notarial) kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 3400 manat pulu borc kimi vermişdir. Cavabdeh iddiaçıdan kredit müqaviləsi əsasında aldığı pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh tərəf borc kimi alınmış pul məbləğini və ya onun bir hissəsini iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçı qeyd edilən kredit müqaviləsi əsasında cavabdehə verdiyi pul məbləğini ondan tələb etməkdə haqlıdır. Qarşlıqlı iddia tələbinin təmin olunmamasına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 338 və 339-cu maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. İş materiallarına əlavə edilmiş mübahisələndirilən kredit müqaviləsindən görünür ki, həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı formada bağlanmışdır. Bundan əlavə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə kredit müqaviləsinin etibarsız olmasını sübutetmə yükü də qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşür. Məhz iddiaçı kredit müqaviləsinin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sübutlarını təqdim etməlidir. İş materiallarından görünür ki, müqavilənin etibarsızlığını təsdiq edən heç bir sübut qarşlıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilməmişdir. Apellyasiya şikayətində göstərilən hallar kredit müqaviləsinin etibarsızlığı və birinci instansya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, iş materialları ilə də Cavabdeh Məjlum oğlunun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları arardırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İstinad edilən Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.1.4.-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(071)484/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən məbləğ 3400 (üç min dörd yüz) manat olmaqla, yəni Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsində nəzərdə tutulan beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384, 385, 392, və 402.1ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İlk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(071)484/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar