Məhkəmə qərarları › İş №2(106)-1799/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1799/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1799/2024 10.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(050)-1215/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlakına dəymiş ziyanın, yəni 4645 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(050)-1215/2024 saylı qətnaməsi ilə (hakim Firdovsi Əliyev) iddia qismən təmin edilərək Cavabdeh vurulmuş ziyana görə 3466 manat və ödənilmiş dövlət rüsumuna görə 54,66 manat, cəmi 3520 (üç min beş yüz iyirmi) manat 66 qəpik məbləğində pul alınaraq İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsini qət edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş edilmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 yanvar 2024-cü il tarixdə saat 20:30 radələrində idarə etdiyi “Samand SE” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Biləsuvar rayonu Xırmandalı kəndinə gedərkən Ələt-Astara İran yolunun 107-ci km.-də kəndə dönən zaman Cavabdeh idarə etdiyi “Opel Astra” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilinin arxa hissəsindən vurmuş, nəticədə avtomobili yaxınlıqda olan kollektora arxası üstə aşaraq ona maddi zərər vurmuşdur. “Opel Astra” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Masallı rayonu Çaxırlı kənd sakini Cavabdeh heç bir sənədi (sürücülük vəsiqəsi) olmadan, özünə aid olmayan avtomobili idarə edərək avtoqəza törətmişdir. Qəza zamanı ona aid olan avtomobilə dəyən ziyan barədə Biləsuvar rayonunda yerləşən “Cəsur” Avtoservis tərəfindən akt tərtib edilmişdir. Dəymiş ziyanın məbləği 4645 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən idarə edilən “Opel Astra” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət sığortası olmamışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya qeyd olunan məbləğdə maddi ziyan vurmamış, həmin hadisəyə görə 12 gün müddətinə həbs olunmuş və cəza çəkmişdir. Hazırda ondan ziyan tələb olunması qanunsuzdur. İddiaçı məhkəməyə avtoservisdən qanunsuz rəy təqdim etmiş, məhkəmə ekspertiza keçirmiş və ekspertiza tədqiqatı zamanıda “Cəsur” avtoservisin vermiş olduğu rəyə istinad olunmuşdur. Bəlkə avtomobilin real olaraq həmin hissələri zədələnməmişdir. Bunun üçün ilkin hadisə yerinə gələn polis əməkdaşları akt tərtib edir və avtomobilə dəymiş ziyan həmin aktda göstərilir. Lakin polis əməkdaşları belə hadisə yerinə gəlməmiş və heç bir sənədləşmə olmamışdır. Lakin sonradan hansısa özəl müəssisə tərəfindən verilmiş rəy qanuni və əsaslı hesab oluna bilməz. İddiaçıya məxsus avtomobildə çox cüzi hissə əzilmişdir. Əslində hadisədə onun yox, iddiaçının təqsiri olmuşdur, lakin polis qanunsuz olaraq onu təqsirli bilmişdir. Məhkəmə araşdırması qanuni aparılmamış, məhkəmədə ekspert rəyinə istinad etmişdir, halbuki, ekspert rəyi də avtoservisin rəyinə istinad etmişdir. Təbii ki, avtoservis iddiaçının deməsi ilə qiymətlər və görülən işləri qeyd etdiyi üçün şişirdilmiş, real olmayan məbləğ göstərilmişdir. Əslində ekspertlər birbaşa avtomobilə baxış keçirməli və daha sonra rəy verməlidirlər. Kompyuter qarşısında avtomobili görmədən ekspertin rəy vermək səlahiyyəti yoxdur və belə bir rəyin hüquqi əsası da ola bilməz. Onun məhkəmədən xəbəri olmamış, ona zəng vurulmamış, onun iştirakı olmadan ziyan hesablanmışdır. Əslində ziyan onun iştirakı ila hesablanmalı və hansı hissələrdə problem vardısa, həmin hissələr videoçəkiliş və ya fotoçəkilişlə qeydə alınmalıdır. Bəlkə, iddiaçı maşının qəzada əzilməyən hissələrini də dəyişmişdir və həmin pulu ondan tələb edir. Məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki halları ilə sübutlar düzgün qiymət verilməmiş, sübutlar iddiaçının xeyrinə qiymət verilmişdir. Ekspertiza tədqiqatı düzgün aparılmamış, ekspert avtoservisin rəyini ekspert rəyinə köçürməklə rəy vermişdir, ekspertin rəyi əsassızdır və məhkəmə həmin rəyə istinad edə bilməzdi. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçriilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, o , valideynləri ilə iddiaçı 1000 manat məbləğində pul apararaq iddiaçı ilə barışıq əldə etmək üçün onun evinə getsələr də razılıq əldə edilməmişdir. İddiaçı həmin məbləğlə razı olmamışdır. Həmin avtomobil 2015ci il istehsalı olsa da, kənardan köhnə avtomobil kimi görünürdü. Hadisə zamanı qarlı hava şəraitində istifadəsində olan avtomobildə idarəetməni itirərək iddiaçının istifadəsində olan avtomobilə dəyərək ön hissəsi üzərində suya düşmüşdür. Hadisə baş verən gün sığortalı olmadığından ona sığortaçı tərəfindən heç bir ödəniş edilməmişdir. Dəymiş ziyanın məbləği ilə bağlı heç bir mütəxəssis rəyi olmadığından məlumatı yoxdur. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(050)-1215/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İşdə olan: Biləsuvar Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 3(022)-181/2024 saylı qərarından görünür ki, Şükürov X2 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 12 (on iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X4 tərəfindən verilmiş 07 may 2024-cü il tarixli 19/341 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “CəsurAvtotəmir Servisi” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı (cild.i.v 6) məlumatlarına əsasən 2015-ci il buraxılışlı “Samand SE” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müyyən edilir: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablamaqla 3983,00 manat. Dəyişilməli hissələrin qiyməti-1863,00 manat; Təmir-bərpa işlərinin qiyməti- 2120,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3466,00 manat. Dəyişilməli hissələrin qiyməti-1346,00 manat; Təmir-bərpa işlərinin qiyməti-2120,00 manat müəyyən edilmişdir. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Hazırda apellyasiya şikayətinin dəlilləri təhlil olunduqda müəyyən olunur ki, cavabdehin qətnamədə mübahisələndirdiyi avtomobilə dəymiş zərərin məbləği ilə bağlıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə həmin hissədə gəldiyi qənaət düzgün və əsaslıdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin tam hüquqlu məhkəmə olaraq hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə X1 Regional Bölməsi tərəfindən verilmiş 07 may 2024-cü il tarixli 19/341 saylı rəyi ilə ekspertiza keçilmiş, ekspertiza tədqiqatında da avtomobilə dəymiş zərər təmir-bərpa xərcləri ilə birlikdə dəyşilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablamaqla 3983,00 manat, dəyişilməli hissələrin qiyməti-1863,00 manat, təmir-bərpa işlərinin qiyməti-2120,00 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3466,00 manat dəyişilməli hissələrin qiyməti-1346,00 manat, Təmir-bərpa işlərinin qiyməti-2120,00 manat müəyyən edilmişdir. Kollegiya cavabdehin yenidən ekpertiza keçirilməsini tələb etməsini işin yubadılması kimi qiymətləndirir və apellyasiya şikayətinin dəlillərini formal və əsassız hesab edir. Həmin dəlillərdə iş üzrə apellyasiya instansiyasında da yenidən ekspertiza keçirilməsi üçün heç bir zəruri hallar yoxdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh məsuliyyəti istisna edilmədiyindən, o, vurduğu zərərin əvəzini iddiaçıya ödəməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən vurulmuş zərərin məbləğini iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin adıçəkilən ekspert rəyi ilə müəyyən etməklə düzgün qənaətə gəlmişdir. Belə ki, həmin rəyə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği təmir-bərpa xərcləri də olmaqla 3466 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə yekun nəticəyə gəlir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, qətnamədə göstərilmiş nəticələr işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(050)-1215/2024 saylı qətnaməsi dəyişdirilmədən mübahisələndirilən hissədə saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 385.2, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(050)-1215/2024 saylı qətnaməsi dəyişdirilmədən mübahisələndirilən hissədə saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar