Məhkəmə qərarları › İş №2(106)-1800/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1800/2025

16.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1800/2025 16.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh2 İbrahim oğluna, cavabdeh3 və cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Beyləqan filialı və cavabdeh1 arasında bağlanmış ##.##.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə cavabdeh1 şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 28% dərəcəsi ilə 12700 ABŞ dolları məbləğdə kredit verilmişdir. cavabdeh1 kredit verilərkən cavabdeh2 İbrahim oğlu və cavabdeh3 ilə bank arasında ##.##.2014-cü il tarixli *********/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. ##.##.2017-ci il tarixli * nömrəli Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 14322,38 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. İddiaçı ASC-nin İmişli filialı ilə cavabdeh2 İbrahim oğlu və cavabdeh3 arasında ##.##.2017-ci il tarixli * nömrəli Əlavə Sazişlər bağlanmışdır. Zaminlər bu Əlavə Sazişi imzalamaqla ********* nömrəli ##.##.2014-cü il tarixli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən ##.##.2017-ci il tarixli * saylı Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərini təsdiq etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin # ##### 2026-cı il tarixli */*** saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsi üzrə ## ##### 2017-ci il tarixli ** nömrəli Əlavə Sazişin 1-ci vərəqinin sağ küncündəki imza və “Borcalan” hissəsində “imza” qrafasındakı imza cavabdeh1 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin # ### 2026cı il tarixli */*** saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, # ######## 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi və ## ##### 2017-ci il tarixli № * saylı Əlavə Sazişdə qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh1 sualda qeyd edilən tarixlərə İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: ##.##.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 9942,52 ABŞ dolları, faiz borcu üzrə 3977,01 ABŞ dolları, ##.##.2025-ci il tarixə (sualda qeyd edilən tarixə (müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla): əsas borc üzrə 9942,52 ABŞ dolları, faiz borcu üzrə 3977,01 ABŞ dolları, 5%lə hesablanmış əldən çıxmış fayda borcu üzrə 1438,90 ABŞ dolları. Qeyd olunur ki, iş materiallarında # ######## 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından hazırkı ekspertiza tədqiqatı ilə cavabdeh1 cərimə hesablanmadı. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh2 İbrahim oğluna, cavabdeh3 və cavabdeh1 qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 9942,52 ABŞ dolları əsas, 2074,60 ABŞ dolları faiz, 4836,42 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra Konstitiusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1458,66 ABŞ dolları faiz borcu olmaqla, cəmi 18312,20 ABŞ dolları məbləğdə pulun və ödənilmiş 183,39 manat dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Beyləqan filialı və cavabdeh1 arasında bağlanmış ********* nömrəli ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 28% dərəcəsi ilə 12700 ABŞ dolları məbləğdə kredit verilmişdir. cavabdeh1 kredit verilərkən cavabdeh2 İbrahim oğlu və cavabdeh3 ilə bank arasında *********/ZM nömrəli ##.##.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış, müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit Müqaviləsi üzrə bağlanmış * nömrəli ##.##.2017-ci il tarixli Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 14.322,38 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. İddiaçı ASC-nin İmişli filialı ilə cavabdeh2 İbrahim oğlu və cavabdeh3 arasında * nömrəli ##.##.2017-ci il tarixli Əlavə Sazişlər bağlanmışdır. Zamin(lər) bu Əlavə Sazişi imzalamaqla ##.##.2014-cü il tarixli ********* nömrəli Kredit Müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən ##.##.2017ci il tarixli * saylı Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Füzuli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi (hakim Elmir İsmayılov) ilə cavabdeh1 “xxxx” LPO ASC-nin xeyrinə (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) 9942,52 ABŞ dolları əsas, 2074,60 ABŞ dolları faiz, 497,13 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1458,66 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13972,91 ABŞ dolları və ödənilmiş 140 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Beyləqan filialı ilə cavabdeh1 arasında bağlanmış ********* nömrəli ##.##.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 28% dərəcəsi ilə 12700 ABŞ dolları məbləğdə kredit verilmişdir. cavabdeh1 kredit verilərkən cavabdeh2 İbrahim oğlu və cavabdeh3 ilə Bank arasında *********/ZM nömrəli ##.##.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə bağlanmış * nömrəli ##.##.2017-ci il tarixli Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı borcun qalığı 14322,38 ABŞ dolları təşkil etmiş, restrukturizasiya edilmiş kredit müddəti ##.##.2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Daha sonra İddiaçı ASC-nin İmişli filialı ilə cavabdeh2 İbrahim oğlu və cavabdeh3 arasında ** nömrəli ##.##.2017-ci il tarixli Əlavə Sazişlər bağlanmışdır. Zaminlər bu Əlavə Sazişi imzalamaqla ********* nömrəli ##.##.2014-cü il tarixli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən ** saylı ##.##.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərini təsdiq etmişlər. Lakin mülki iş materiallarında olan *********/ZM nömrəli ##.##.2014-cü il tarixli zaminlik müqaviləsi və * nömrəli ##.##.2017-ci il tarixli Əlavə Sazişlər əsasında müəyyən olunur ki, zaminlər cavabdeh2 İbrahim oğlu və cavabdeh3 iddiaçı qarşısında olan öhdəliyi ##.##.2022-ci ildə bitir. Lakin iddiaçı öhdəliyin icra müddətinin bitdiyi gündən etibarən 1 il ərzində zaminlər cavabdeh2 İbrahim oğlu və cavabdeh3 qarşı tələb irəli sürməmişdir. Belə olan halda, cavabdeh2 İbrahim oğlu və cavabdeh3 zaminliyinə xitam verilməli və tələb yalnız cavabdeh1 yönəldilməlidir. Bununla yanaşı, məhkəmə tərəflərin mənafelərini nəzərə almaqla tənəsübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, iddiaçının tələb etdiyi 4836,42 ABŞ dolları dəbbə pulu 9942,52 ABŞ dolları əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün cavabdeh1 iddiaçıya ödəmədiyi əsas borc məbləğinin 5 faizinə qədər azaldılaraq 497,13 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının Konstitiusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına istinad edərək irəli sürdüyü tələbi də əsaslı hesab edərək qeyd edir ki, tələb həmin hissədə cavabdeh1 münasibətdə təmin olunmalıdır. Məhkəmə cavabdeh1 sübutların tələb olunmasına dair vəsatəti əsasında ##.##.2025-ci il tarixli sorğu ilə banka müraciət edərək lazımi sənədlərin məhkəməyə təqdim edilməsini xahiş etmiş, lakin iddaçı tərəfindən məhkəməyə bu barədə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə cavabdeh1 tərəfindən verilmiş həmin vəsatətə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən iş materiallarına vəsatətlə tələb olunan sənədlərin surətləri əlavə olunmuş və qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti nəzərə alaraq işə mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı çıxarılması qanunamüvafiqdir. Belə olan halda, məhkəmə yuxarıda qeyd olunan hüquqi aktlar və iddiaçı tərəfindən mülki iş üzrə təqdim olunmuş sübutlar - ********* nömrəli ##.##.2014-cü il tarixli kredit müqaviləsinin, *********/ZM nömrəli ##.##.2014cü il tarixli zaminlik müqaviləsinin, kredit müqaviləsi üzrə bağlanmış * nömrəli ##.##.2017-ci il tarixli Əlavə Sazişlərin, ##.##.2014-cü il tarixli kassa məxaric orderi, LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışı əsasında belə qənaətə gəlir ki, Cavabdeh cavabdeh1 iddiaçı LPO “xxxx” ASCnin xeyrinə (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) 9942,52 ABŞ dolları əsas, 2074,60 ABŞ dolları faiz, 497,13 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitiusiya Məhkəməsinin ##.##.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1458,66 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13972,91 ABŞ dolları tutulmalıdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci, 442-ci, 465.1-ci, 739.1-ci, 743.1-ci, 470.1-ci, 472.1-ci, 472.2-ci, 477.0.4-cü, 467-ci maddələrinə və Azərbaycan Respublikasının Konstitiusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2014- cü il tarixli Plenum qərarına istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı məhkəməyə vəsatətlə müraciət edərək bank tərəfindən öhdəliklərin yaranması üçün ehtimal olunan kredit müqaviləsinin əsli, eləcə də kreditin verilməsini təsdiq edən digər rəsmi sənədlərin (kassa məxaric orderinin əsli) əslini tələb etmiş, lakin vermiş olduğu vəsatət təmin edilməyərək qalmışdır. Belə ki, mübahisələndirilən müqavilənin və kassa məxaric orderinin əslinin məhkəməyə təqdim edilməməsi onu deməyə əsas verir ki, hüquq və vəzifəni müəyyənləşdirən müqavilənin tərəflər arasında bağlanması və kreditin alınması, həmin kredit üzrə faizlə şərtləndirmə, ümumiyyətlə öhdəliyin yaranmasının olub-olmaması müəyyən edilməyərək qalmışdır. Məhkəmə tərəfindən sənədlərin əsli tələb olunduğu halda tələb təmin edilməyərək qalmışdır. Müqavilədən yaranmış öhdəlik mövcud olmamış, formal olaraq mühakiməyə əsaslanmışdır. Bununla yanaşı mövcud olmayan kreditin verilməsini təsdiq edən digər rəsmi sənədlərin (kassa məxaric orderinin əsli) olmaması məhkəməyə hansı əsası verərək ödənişin icra ediləcəyi gün üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə borcun tutulmasını təmin etmişdir. Belə ki, iş materialına əlavə edilmiş * №-li əlavənin 1-ci bəndindən göründüyü kimi restrukturizasiya ilə təmin edilmiş kredit üzrə ödəniş cədvəlini 1USD=1.40 AZN məzənnəsi əsas götürülməklə qəbul edilmişdir. Bu da onu deməyə əsas verir ki, məhkəmə mövcud olmayan öhdəlik üzrə yaranmış olan kredit borcuna tələbindən kənara çıxaraq qətnamə qəbul etmiş və bu da yolverilməzdir. Digər tərəfdən məhkəmə ümumiyyətlə cavabdeh tərəfin mənafeyini nəzərə almamışdır. Əgər həqiqətən kredit mövcud olmuşdursa, onda tərəfin mənafeyi nəzərə alınmalı idi. * №-li Əlavənin 1.6-cı bəndində göstərilir ki, öhdəliyin icrası zamanı növbəti hər 12 ay ərzində gecikmə günlərin sayı 30 gündən çox olduqda kreditorun təşəbbüsü ilə saziş birtərəfli qaydada xitam verilir. Buradan aydın olur ki, faiz borcu və cərimə üzrə hesablanmalar dayandırılır. Lakin məhkəmə qeyd edilən hallar üzrə hər hansı bir araşdırma aparmayaraq, təyin edilmiş məbləğin tutulması üçün əsassız olaraq hesablanmış məbləğ üzrə ekspertiza da həyata keçirməmişdir. Bu da onu deməyə əsas verir ki, öhdəliklərin yaranması üçün ehtimal olunan kredit müqaviləsinin əsli, eləcə də kreditin verilməsini təsdiq edən digər rəsmi sənədlərin - kassa məxaric orderinin əsli yoxdur. Başqa bir məhkəmə tərəfindən təmin edilməyən hal isə odur ki, restrukturizasiya ilə təmin edilmiş kredit şəraitin əhəmiyyətli dərəcədə dəyişməsindən yaranmış olan öhdəlikdir. Belə olan halda məhkəmə cavabdehin mənafeyini nəzərə almalı idi, müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatı aradan qaldıra bilərdi. APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı ASC apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassa məxaric orderinin əsli iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Məhkəmə yekun nəticəyə gələrkən digər sübutlarla birlikdə kassa məxaric orderini də sübut kimi qəbul etmişdir. Cavabdeh tərəfindən kassa məxaric orderinin saxta olması, məzmununun həqiqətə uyğun olmaması və ya hüquqi qüvvəsinin olmaması ilə bağlı hər hansı sübut apellyasiya şikayətinə əlavə edilməmişdir. Yalnız əslinin əlavə edilməməsinə istinad edilməsi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi kassa məxaric orderini digər sübutlarla müqayisəli şəkildə qiymətləndirmiş, onların məcmusu əsasında nəticəyə gəlmişdir. Sözügedən sənəd məhkəmənin nəticəsinə təkbaşına deyil, digər sübutlarla birlikdə təsir göstərmişdir. T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ: cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, ekspertiza rəyi ilə tanış olmuşdur. İddiaçı tərəfdən sənədlərin əslinin təqdim edilməsini tələb etsə də, bu tələbim bu günədək yerinə yetirilməmişdir. Qeyd edir ki, kredit münasibətləri üzrə uzun müddət ərzində təxminən 11 il ona hər hansı xəbərdarlıq və ya iddia irəli sürülməmişdir. Müddətin başa çatmasına 4 gün qalmış iddia qaldırılması onda şübhələr yaratmışdır. Kredit götürdüyünü təsdiq edir, lakin ödənişlərin dəqiq məbləği və tam vəziyyəti hazırda dəqiq yadında deyildir. 2015-ci ildə devalvasiya baş verdiyi dövrdə banklar tərəfindən müştərilərə adətən 2-3 ay ərzində restrukturizasiya təklif olunduğu halda, iddiaçı tərəf ona restrukturizasiya ilə bağlı təklifi 2017-ci ildə etmişdir. Restrukturizasiya müqaviləsində İmişli şəhərində imzalanmanın qeyd olunduğu göstərilsə də, müqavilə Beyləqan rayonunda bağlanmışdır. 2016-cı ildən Bakı şəhərinə köçmüşdür. Kredit ödənişlərini əvvəl bankın baş ofisində həyata keçirmişdir. Daha sonra həmin ofisin bağlandığı və Bakı şəhəri Babək prospektində yerləşən ofisə müraciət etməyi bildirildi. Həmin ofisə müraciət etdikdə əlaqə nömrəsi götürülmüş və onunla əlaqə saxlanılacağı bildirilsə də, sonradan heç bir məlumat və ya xəbərdarlıq verilməmişdir. Kredit borcunun böyük hissəsini ödəmişdir və hazırkı iddia edilən məbləğin bu qədər yüksək ola biləcəyini qəbul etmir. İddiaçı ASC və digər cavabdehlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 387.1-ci maddəsinin tələbinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə tərkibi cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində qətnamənin qanuniliyinin tam olaraq yoxlanılmasını zəruri hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.2 və 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. MM-in 465.1-ci maddəsinə görə borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. MM-in 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Habelə MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki qanunvericiliyin yuxarıda şərh olunan normalarının tələbləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə iddiaçı cavabdehlərin əsas, faiz və cərimə borcu yarandığını iddia etmiş və məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz və cərimə borcunun məbləğləri hissədə dəyişdirilməlidir. Belə ki, apellyasiya baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin # ### 2026-cı il tarixli */*** saylı ekspert rəyi ilə cavabdeh1 İddiaçı ASCyə olan borcu ##.##.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 9942,52 ABŞ dolları, faiz borcu üzrə 3977,01 ABŞ dolları, ##.##.2025-ci il tarixə (sualda qeyd edilən tarixə (müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla): əsas borc üzrə 9942,52 ABŞ dolları, faiz borcu üzrə 3977,01 ABŞ dolları, 5%-lə hesablanmış əldən çıxmış fayda borcu üzrə 1438,90 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsində baxılması zamanı əldə edilmiş və ekspert rəyi ilə təsdiq olunmuş hesablamalar əsas götürülməli olduğundan əsas və faiz borcu hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Ancaq illik 5 faizlə hesablanmış əldən çıxmış fayda qismində borc 1438,90 ABŞ dolları məbləğdə müəyyən olunur ki, mübahisələndirilən (illik 5 faizlə hesablanmış əldən çıxmış fayda) hissədə qətnamədə qeyd edilən məbləğə uyğun dəyişdirilməlidir. Bundan başqa, MM-in 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan, məhkəmə tərkibi cərimə borcunun 150 manat məbləğində müəyyən edilməsini daha ağlabatan və düzgün hesab edir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi qismən - cavabdeh1 “xxxx” LPO ASC-nin xeyrinə 497,13 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1458,66 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilərək, cərimə borcu 150 (yüz əlli) ABŞ dolları və illik 5%-lə hesablanmış faiz borcu 1438 (min dörd yüz otuz səkkiz) ABŞ dolları 90 (doxsan) sent (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğdə müəyyən edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi qeyd edir ki, ##.##.2026-cı il tarixli */*** saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 200 (iki yüz) manat məbləğdə pul vəsaitinin 100 (yüz) manatı İddiaçı ASC-dən, 100 (yüz) manat hissəsi isə cavabdeh1 oğlundan, habelə ##.##.2026-cı il tarixli */*** saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 300 (üç yüz) manat məbləğdə pul vəsaitinin 150 (yüz əlli) manatı İddiaçı ASC-dən, 150 (yüz əlli) manat hissəsi isə cavabdeh1 oğlundan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi qismən - cavabdeh1 “xxxx” LPO ASC-nin xeyrinə 497,13 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1458,66 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilərək, cərimə borcu 150 (yüz əlli) ABŞ dolları və illik 5%-lə hesablanmış faiz borcu 1438 (min dörd yüz otuz səkkiz) ABŞ dolları 90 (doxsan) sent (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğdə müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. ##.##.2026-cı il tarixli */*** saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 200 (iki yüz) manat məbləğdə pul vəsaitinin 100 (yüz) manat hissəsi İddiaçı ASC-dən və 100 (yüz) manat hissəsi isə cavabdeh1 oğlundan, ##.##.2026-cı il tarixli */*** saylı ekspert rəyinin verilməsi üzrə ekspertiza tədqiqatının dəyəri qismində 300 (üç yüz) manat məbləğdə pul vəsaitinin 150 (yüz əlli) manat hissəsi İddiaçı ASC-dən və 150 (yüz əlli) manat hissəsi isə cavabdeh1 oğlundan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar