Məhkəmə qərarları › İş №2(106)-1801/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1801/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1801/2022 15.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Məmmədov Cəbrayıl Bayram oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Salyan rayon məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(057)- 423/2022 saylı qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apelyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Məmmədov Rüstəm Bayram oğlu, Cavabdeh1, Cavabdeh2 və Məmmədov Cəbrayıl Bayram oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 37R000003517 saylı kredit razılaşması üzrə 12975.68 ABŞ dolları məbləğində kredit borcu, 20573.51 ABŞ dolları məbləğində faiz borcu və 31334.57 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 64883.76 ABŞ dolları məbləğində borcun və iddia qaldırmaq üçün ödənilmiş 400.4 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Məmmədov Cəbrayıl Bayram oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 37R000003517 saylı kredit razılaşması üzrə 12975.68 ABŞ dolları məbləğində kredit borcu, 20573.51 ABŞ dolları məbləğində faiz borcu və 31334.57 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 64883.76 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 400.4 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsinə dair xx.xx.2022-ci il tarixli ərizəsində göstərmişdir ki, müvafiq notariat orqanlarına və digər aidiyyatı orqanlara sorğular verilmiş, Məmmədov Rüstəm Bayram oğlunun adına vərəsəlik işinin açılmadığı aşkar olunmuşdur.Lakin texniki yanlışlığa yol verilərək iddia ərizəsinin xahiş etdi hissəsində Məmmədov Rüstəm Bayram oğlundan və digərlərindən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 37R000003517 saylı kredit razılaşması üzrə 12975.68 ABŞ dolları məbləğində kredit borcu, 20573.51 ABŞ dolları məbləğində faiz borcu və 31334.57 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 64883.76 ABŞ dolları məbləğində borcun və iddia qaldırmaq üçün ödənilmiş 400.4 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.Bu səbəbdən icraatın dayandırılmasına əsas olan halın aradan qalxdığını qeyd edərək, mülki iş üzrə icraatın təzələnməsini və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Məmmədov Cəbrayıl Bayram oğluna qarşı iddianın təmin edilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Məmmədov Cəbrayıl Bayram oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 37R000003517 saylı kredit razılaşması üzrə 12975.68 ABŞ dolları məbləğində kredit borcu, 20573.51 ABŞ dolları məbləğində faiz borcu və 31334.57 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 64883.76 ABŞ dolları məbləğində borcun və iddia qaldırmaq üçün ödənilmiş 400.4 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, bank ilə Məmmədov Rüstəm Bayram oğlu arasında xx.xx.2014-cü il tarixli 37L000002835 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır.Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur.Kredit xətti müqaviləsi üzrə Məmmədov Rüstəm Bayram oğlu xx.xx.2014-cü il tarixdə bağladığı 37R000003517 saylı kredit razılaşması əsasında 2.25 faiz olmaqla, 18 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir.Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 37R000003517S saylı, xx.xx.2015-ci il tarixli 37R000003517SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə 25.12. 2015-ci il tarixdən hazırki vaxtadək ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Məmmədov Rüstəm Bayram oğlu götürdüyü kredit borcundan 7024.32 ABŞ dolları ödəmiş və onun iddiaçıya 12975.68 ABŞ dolları məbləğində kredit borcu qalmışdır.Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır.Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır.Məmmədov Rüstəm Bayram oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə faiz borcu 16795.52 ABŞ dolları təşkil edir.Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faiz məbləğində cərimə ödəməlidir.xx.xx.2021-ci il tarixə 2187 gün üçün hesablanmış cərimə 34507.77 ABŞ dolları təşkil edir.Cavabdeh Məmmədov Rüstəm Bayram oğlu öldüyündən və onun qanun və vəsiyyətnamə üzrə vərəsəsi olmadığından kredit müqaviləsi üzrə borcu zaminlərdən tələb etmək zərurəti yaranmışdır.Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla cavabdehlər arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Məmmədov Cəbrayıl Bayram oğlu zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə Məmmədov Rüstəm Bayram oğlu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Göstərilənləri nəzərə alaraq, İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Məmmədov Cəbrayıl Bayram oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 37R000003517 saylı kredit razılaşması üzrə 12975.68 ABŞ dolları məbləğində kredit borcu, 20573.51 ABŞ dolları məbləğində faiz borcu və 31334.57 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 64883.76 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 400.4 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Salyan rayon məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(057)-423/2022 saylı qətnaməsi ilə (sədrlik edən A.Səmədov) İddiaçı QSC-in Cavabdeh1, Cavabdeh2 və Məmmədov Cəbrayıl Bayram oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 37R000003517 saylı kredit razılaşması üzrə 12975.68 ABŞ dolları məbləğində kredit borcu, 20573.51 ABŞ dolları məbləğində faiz borcu və 31334.57 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 64883.76 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 400.4 manat dövlət rüsumunun tutulması barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarını və Banklar haqqında Azərbaycan Respublikası Qanununu 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 11 oktyabr 2019-cu il tarixli qərardadı nəzərə alınmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə istinad edilsə də, həmin maddənin birinci cümləsi nəzərə alınmamış, düzgün təhlil və tətbiq edilməmişdir.Belə ki, sözü gedən maddənin 1-ci cümləsinin məzmununa görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir.İddiaçı ilə cavabdehlər zaminlər arasında bağlanmış müvafiq müqavilələrdə həmin müddət 23.09. 2024-cü il tarixinə kimi müəyyən edilmiş və iddiaçı tərəfindən irəli sürülən tələb isə qeyd olunan müddət daxilində olmuşdur.İstinad olunan maddənin 2-ci cümləsindəki 1 və ya 2 illik iddia müddətinin tətbiq edilməsi tərəflər arasında bağlanmış müqavilədə belə müddət təyin edilmədiyi hallara şamil olunur.Lakin, hazırki mülki işə əlavə edilmiş sənədlərdən göründüyü kimi zaminlik müqaviləsində onun verilmə müddəti konkret olaraq müəyyən edilmişdir.Bu səbəbdən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsi hazırki məsələyə aid olmadığından tətbiq edilməməlidir. Apellyasiya şikayətində Salyan rayon məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(057)- 423/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi Salyan rayon məhkəməsinin 13 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətində Salyan rayon məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(057)- 423/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilməklə qətnamə bütövlükdə mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını, məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Salyan rayon məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(057)- 423/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, Cavabdeh2 məhkəməyə 17 mart 2022-ci il tarixli yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, uzunmüddətli kredit müqaviləsi üzrə 23 sentyabr 2014-cü il tarixdə və 19 mart 2015-ci il tarixdə bağlanmış kredit razılaşmalarının ayrılmaz hissəsi olan 23 sentyabr 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 19 mart 2015-ci il tarixli və 30 noyabr 2015-ci il tarixli ödəniş planlarına uyğun olaraq 2 dəfə dəyişdirilmişdir.Lakin kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə ona bank və kredit alan tərəfindən məlumat verilməmiş, ödəniş planı bank və kredit alan qarşılıqlı razılığı əsasında ödənişin son ödənilmə müddəti xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixə, 30 noyabr 2016-cı il tarixdən 25 yanvar 2018-ci il tarixə kimi 2 dəfə uzadılmışdır və aylıq faiz dərəcələridə dəyişdirilmişdir.Bu isə onun zamin kimi məsuliyyətinin artmasına səbəb olmuşdur.Onunla zaminlik müqaviləsi üzrə qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmamış, onun məsuliyyətinin artmasına səbəb olan hallar baş verdiyindən zaminliyə bütövlükdə xitam verilməlidir.Odur ki, göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, kredit xətti müqaviləsində mühüm şərtlərdən biri olan kredit vəsaitinin qaytarılması üçün nəzərdə tutulan illik və ya aylıq faiz dərəcəsi göstərilmədiyindən, həmçinin həmin kredit xətti müqaviləsi əsasında bağlanmış kredit razılaşmasında verilmiş 20000 ABŞ dolları məbləğində kredit vəsaitinin qaytarılması üçün müəyyən edilmiş aylıq 2,2596 dərəcəsi barədə razılığı olmadığından, bank və kredit alan qarşılıqlı razılığı əsasında ödənişin son ödənilmə müddəti xx.xx.2016-cı il tarixdən 25 yanvar 2018-ci il tarixə kimi uzadılması onun zamin kimi məsuliyyətinin artmasına səbəb olduğundan, hazırkı iddia tələbinin əsas, faiz və cərimə borcunun ondan tutulması hissəsində rədd edilməlidir.Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir.Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hesab edir ki, bank ona qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə ona qarşı heç bir tələb irəli sürülməmişdir.Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın ona qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən ona qarşı tələb irəli sürülmədiyindən, zaminlik müqaviləsinə xitam verilmiş hesab edir.Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.Qeyd olunanlara əsasən hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə iddia tələbi ona aid hissədə rədd olunmalıdır. Ona görə də İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinin Cavabdeh2 münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materillarında olan cavabdeh X2 məhkəməyə göndərdiyi Cavabdeh2 yazılı etirazı ilə eyni məzmunlu yazılı etirazında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinin Cavabdeh1 münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamədən görünür ki, cavabdeh Məmmədov Rüstəm Bayram oğlu xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 37L000002835 saylı kredit xətti müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Məmmədov Rüstəm Bayram oğluna 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 37R000003517 saylı kredit razılaşmasından görünür ki, Məmmədov Rüstəm Bayram oğluna aylıq 2.25 faiz olmaqla, 18 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixə 12975.68 ABŞ dolları məbləğində kredit borcu, 20573.51 ABŞ dolları məbləğində faiz borcu və 31334.57 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 64883.76 ABŞ dolları məbləğində borcu vardır. İş materallarında olan xx.xx.2015-ci il tarixli, 37R000003517S saylı, xx.xx.2015-ci il tarixli 37R000003517SA saylı sazişlərdən görünür ki, iddiaçı ilə cavabdeh Məmmədov Rüstəm Bayram oğlu arasında bağlanmış həmin sazişlərlə ödəniş planında dəyişiklik edilmiş və yeni ödəniş planı ilə bağlı razılığa gəlmişlər. İş materallarında olan zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Məmmədov Cəbrayıl Bayram oğlu kredit götürən Məmmədov Rüstəm Bayram oğlunun öhdəlikləri üçün bank qarşısında zamin kimi üzərinə öhdəlik götürmüşlər. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, müqavilə tələbləri üzrə qanunda nəzərdə tutulmuş 3 illik müddət ərzində iddiaçı ilkin olaraq əsas borcluya qarşı iddia qaldırmalı olduğu halda həmin müddəti ötürmüş və əsas borcluya qarşı deyil, zaminlərə qarşı iddia qaldırmışdır.Əsas borclunun xx.xx.2016-cı ildə vəfat etməsinə baxmayaraq hüquqi varisi müəyyən olunmadan və ona qarşı tələb irəli sürülmədən zaminlərə qarşı tələb irəli sürülmüşdür, həmçinin müəyyən edilmişdir ki, zaminlərdən biri Məmmədov Cəbrayıl Bayram oğlu da 13 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi iddiaçı əsas borcluya və ya hüquqi varisinə qarşı iddia tələbi irəli sürmədən bir başa zaminlərə qarşı tələb irəli sürmüşdür. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, zaminlərlə bağlanmış zaminlik müqaviləsində zaminlər kreditor qarşısında uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə zaminlik müqaviləsi bağlamışlar.Uzunmüddətli kredit müqaviləsində kreditin məbləği bir milyon ABŞ dolları, müddəti isə 120 ay qeyd olunmuşdur.Həmin kredit xətt müqaviləsində mühüm şərtlər, yəni məbləğ, müddət və faiz dərəcəsi konkret olaraq qeyd olunmamışdır. İstər uzunmüddətli və istərsə də kredit razılaşması barədə müqavilələrə zaminlər imza etməmiş və həmin müqavilələrin onlara təqdim olunması və ya onların bu barədə məlumatları olması haqqında məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Oşdən görünür ki, məhkəmə tərəflər arasında ayrıca, yəni tələbkarla borclu arasında bağlanmış kredit müqaviləsini uzun müddətli xətt müqaviləsinin tərkib hissəsi kimi hesab etməmiş, həmin müqaviləyə ayrıca müqavilə kimi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında ayrıca müqavilə bağlanmış və həmin müqavilənin müddəti xx.xx.2014-cü ildə 18 ay müddətinə bağlanmışdır.Müqavilənin müddəti bitmədən tərəflər arasında 19 mart 2015ci il və 30 noyabr 2015-ci ildə iki dəfə ayrıca razılaşma olmuş, həmin razılaşmaya əsasən tərəflər arasında münasibətlər dəyişilmiş, müqavilə müddəti və faizlər fərqli razılaşma ilə rəsmiləşdirilmişdir.Lakin, bu razılaşmalar barədə zaminləri məlumatları olmamış, onlar həmin razılaşmaya imza etməmişlər.Eyni zamanda müəyyən olmuşdur ki, kredit müqaviləsinin müddəti bitdikdən sonra iddiaçı bir il ərzində zaminlərə qarşı iddia tələbi irəli sürməmişdir.Belə olan halda kreditor zaminlərə qarşı müddət bitdikdən sonra tələb irəli sürməkdə haqlı olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 470.1-ci maddəsində qeyd olunmuşdur ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər.Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. 474.2. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 474.3. Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir.Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda.Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 375.1-ci maddəsində göstərilir ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli Qərarında qeyd olunur ki;

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir.

3. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir.Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki;

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır.Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.

2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Apelyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarını və Banklar haqqında Azərbaycan Respublikası Qanununu 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 11 oktyabr 2019-cu il tarixli qərardadı nəzərə alınmamışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə istinad edilsə də, həmin maddənin birinci cümləsi nəzərə alınmamış, düzgün təhlil və tətbiq edilməmişdir.Belə ki, sözü gedən maddənin 1-ci cümləsinin məzmununa görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir.İddiaçı ilə cavabdehlər zaminlər arasında bağlanmış müvafiq müqavilələrdə həmin müddət xx.xx.2024-cü il tarixinə kimi müəyyən edilmiş və iddiaçı tərəfindən irəli sürülən tələb isə qeyd olunan müddət daxilində olmuşdur.İstinad olunan maddənin 2-ci cümləsindəki 1 və ya 2 illik iddia müddətinin tətbiq edilməsi tərəflər arasında bağlanmış müqavilədə belə müddət təyin edilmədiyi hallara şamil olunur.Lakin, hazırki mülki işə əlavə edilmiş sənədlərdən göründüyü kimi zaminlik müqaviləsində onun verilmə müddəti konkret olaraq müəyyən edilmişdir.Bu səbəbdən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsi hazırki məsələyə aid olmadığından tətbiq edilməməlidir. Məhkəmə kollegiyası apellyasya şikayətinin həmin dəlillərini iş materilları üzrə araşdırıb hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarının və Banklar haqqında Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2019-cu il 25 iyul tarixli Qərarlarına dair 11 oktyabr 2019-cu il tarixli qərardadının tələblərinə uyğun olduğu üçün qanuni və əsaslı hesab edilməlidir. Ona görə də, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə istinad edilsə də, həmin maddənin birinci cümləsi nəzərə alınmaması, düzgün təhlil və tətbiq edilməməsi, sözü gedən maddənin 1-ci cümləsinin məzmununa görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilməsi, iddiaçı ilə cavabdehlər zaminlər arasında bağlanmış müvafiq müqavilələrdə həmin müddətin xx.xx.2024-cü il tarixinə kimi müəyyən edilməsi və iddiaçı tərəfindən irəli sürülən tələb isə qeyd olunan müddət daxilində olması barədə apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, iddiaçının etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.1-ci, 392-ci, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan rayon məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(057)-423/2022 saylı qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:İmza var. Hakimlər:İmzalar var. Əsli ilə düzdür.Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar