Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1808/2025 16.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), X3 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6500 manat pulun və 85.40 manat dövlət rüsumunun əvəzinin, cəmi 6585.40 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh atası Nümayəndə yanına gələrək ondan borca pul istəmiş, həmin vaxtı atasında pul olmadığı üçün ona köməklik etməkdən ötrü ondan xahiş etmişlər ki, o öz adına kredit götürüb İbada versin. Cavabdehi tanımır, onu atası tanıyır, həmin vaxtı Cavabdeh atasıyla münasibətləri çox yaxşı olub. Ona görə də atası da onu boş qaytarmaq istəməmişdir. O da həmin vaxtı Lənkəran şəhər 1 saylı tam orta məktəbdə müəllimə işləyirdi. Ona görə də o, xx.xx.2018-ci il tarixdə "Bank Respublika” ASC-nin Lənkəran filialından 6500 manat məbləğində kredit götürərək həmin 6500 manat pulu Cavabdeh borc kimi vermişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə Cavabdeh hər ehtimala qarşı notariat kontoruna gedərək bununla bağlı notarial qaydada ona ərizə vermişdir və həmin ərizədə qeyd etmişdir ki, onun bankdan kredit götürərək verdiyi 6500 manat pulu hər ay 375 manat olmaqla 24 ay müddətinə "Bank Respublika” ASC-nin Lənkəran filialına ödəməyi öz öhdəsinə götürür. İş üzrə Cavabdeh pulu ondan aldıqdan sonra banka olan kreditin aylıq ödənişlərini etməkdən imtina etmişdir. Beləliklə, cavabdehə verdiyi 6500 manat pulu tələb edir. Birinci instansiya məhkəməsində Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək iş üzrə iddia müddətinin ötürülməsini əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim M.Aslanov) 23 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 6500 manat məbləğində pulun və 85.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 385.1, 439.1, 1091.1, 1091.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına əsaslanmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətdə göstərilir ki, o, iddiaçının təqdim etdiyi xx.xx.2018-ci il tarixli sənəd üzrə icra müddətinin 24 ay müəyyən edildiyini və icra müddətinin xx.xx.2020-ci il tarixdə bitdiyini, həmin sənəd üzrə iddia müddətinin qanunla 3 il müəyyən edilsə də, iddiaçının həmin müddəti ötürdüyünü əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə isə işi tam və hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. Hakim iş materiallarında olan əsas halları lazımi şəkildə qiymətləndirməmiş, tərəflərin hüquqi münasibətlərinin əsassız varlanma deyil, borc münasibəti olmasını nəzərdən qaçırmışdır. Borcun necə yaranması, niyə 7 ildən sonra tələb edilməsi və sair halları tədqiq edilmədən qanunsuz və əsassız qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmişdir. Şikayətə görə, məhkəmə Mülki Məcəllənin 373-cü maddəsinin tələblərini kobud sürətdə pozmuşdur. Belə ki, 2018-ci ildə pulun verilməsi müqavilə öhdəliyi kimi qiymətləndirilə bilər. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən əsassız varlanma yalnız heç bir hüquqi əsas olmadıqda tələb edilə bilər. Mülki Məcəllənin 373-cü maddəsinə görə müqavilə öhdəlikləri üzrə iddia müddəti 3 ildir. Bu müddət 2020-ci ildə başlamış və 2023-cü ildə bilmişdir. O məhkəməyə bu barədə etirazında yazmışdır. Ona görə də qətnamə ləğv edilməlidir. Eyni zamanda, şikayətə görə, məhkəmə gəldiyi nəticə üçün iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları tam araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, bir müddət öncə iddiaçının atası və hazırki iş üzrə nümayəndəsi Nümayəndə məhkəmədə ona qarşı əsassız iddia qaldıraraq guya ona borclu olduğu və borcu qaytarmadığını bildirmiş və məhkəmədən həmin borcun ondan tutulub iddiaçıya ödənilməsini xahiş etmişdir. Lakin dedikləri şər böhtanı əsaslandıra biləcək sübutu olmadığı üçün sonradan ərizə verərək iddanın baxılmamış saxlanılmasını xahiş etmişdir. Onun hazırda iddiaçıya borcu yoxdur, amma o əlindəki sənədi məhkəməyə təqdim edib 7 ildən sonra borcu tələb edir. Sual yaranır niyə 7 il sonra? Bu qədər vaxtı bankın kreditini bəs necə ödəyib? Krediti ödəməyə hər ay pulu ona kim verib? Bütün bu ziddiyyətli məqamlar məhkəmə tərəfindən araşdırılmamış və məhkəmə həmin ziddiyyətli məqamlara aydınlıq gətirmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. İzahatlar Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, o, borc götürmüşdür. Həmin borcu banka qaytarmışdır. Lakin ödəniş qəbzlərini saxlamamışdır. Aralarında yaranan mübahisə iddiaçının ona icarəyə verdiyi obyektdən əşyaların götürülməsindən sonra başlanılmışdır. Bundan sonra iddiaçı ona qarşı borc tələbi ilə iddia qaldırmışdır. Həmin tələb üzrə iddia müddəti ötdükdən sonra iddiaçı ona qarşı iddia qaldırmışdır. İddiaçının nümayəndəsi (atası) X4 apellyasiya şikayətini dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, sözügedən pulu İbada o vermişdir. Cavabdehin qeyd etdiyi obyekti o, bacanağına vermişdir. Həmin vaxt o, Rusiyada olmuşdur. Cavabdeh aylıq ödənişləri banka ödəməli idi. Lakin ödənişləri, o, özü etmişdir. İbad ona bildirmişdir ki, narahat olma həmin pulları qaytaracaqdır. Lakin qaytarmamışdır. Məhkəməyə vaxtında müraciət edə bilməməsinin səbəbi odur ki, İbadın əmisi oğlu ona bildirmişdir ki, məhkəməyə müraciət etmə, bacanağı X5 həbsdən azad olduqdan sonra borcu ödəyəcəkdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı, bankdan kredit olaraq götürüb Cavabdeh verdiyi 6500 manat pul tələb etmişdir. İddiaçı borc münasibətlərinin olduğunu qeyd etməklə iddiasını sübut etmək üçün cavabdeh tərəfindən imzalanmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2018-ci il tarixli aşağıdakı məzmunda ərizəni təqdim etmişdir: “Bu ərizəni verərək bildirmək istəyirəm ki, Lənkəran şəhər B.Mirsalayev küçəsi dalan 3 ev 19 da yaşayan İddiaçı xx.xx.2018-ci il tarixində Ban Respublika ASC-nin Lənkəran filialından 6500 (altı min beş yüz) manat kredit pul götürmüşdür. Həmin pulu götürdüyü andan mənə borc olaraq vermişdir. Həmin krediti hər ay 375 manat olmaqla 24 ay mddətinə Bank Respublika ASC-nin Lənkəran filialına ödəməyi öz öhdəmə götürürəm. ” Cavabdehin ərizəsində iddiaçının kredit borcunu Banka ödəməyi öhdəsinə götürdüyü mübahisəsizdir. Cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə vermiş, etirazında və apellyasiya şikayətində iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Tərəflər arasında münasibətlərin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsaən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, sübut kimi təqdim edilən və tərəflər arasında pul verilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli notariat qaydada təsdiq olunmuş sənədin borc müqaviləsi kimi qəbul edilməsi MM-nin 337.1-ci maddəsinin tələbinə və 739-cu maddəsinin şərtləri baxımından mümkün deyil. Çünki təqdim edilən sənəd “ərizə” adı ilə qeydə alınmaqla yanaşı, ümumiyyətlə müqavilənin tərtib edilməsi, müqavilənin vacib şərtləri, standart şərtləri və s. bu kimi halları özündə əks etdirməmiş, əksinə Cavabdeh ərizəsi qeyri-müəəyyən dairəyə (ərizədə “Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına” kimi qeyd edilmişdir) ünvanlanmışdır. Məhkəmə hesab etmişdir ki, xx.xx.2018-ci il tarixli notariat qaydada təsdiq olunmuş sənəd (ərizə) MM-nin müəyyən etdiyi forma və məzmunda bağlanmadığından müqavilə kimi qiymətləndirilməməlidir. Bununla yanaşı, məhkəmə elə həmin xx.xx.2018-ci il tarixli notariat qaydada təsdiq olunmuş sənədi tərəflər arasında pulun verilməsini təsdiq edən sübut kimi qiymətləndirmişdir. Məhkəmə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı müddəalarına istinad edərək iddianı təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflərin arasında qanunla müəyyən edilmiş qaydada yazılı (müqavilənin şərtləri, müddəti, faizlər və s. göstərilən) kredit müqaviləsi imzalanmamışdır. Tərəflərin izahatlarından görünür ki, cavabdeh iddiaçının atasından borca pul istəmiş, iddiaçı atasının xahişi ilə Bankdan kredit götürüb cavabdehə vermişdir. Cavabdeh iddiaçıya verdiyi ərizəsində iddiaçının götürdüyü krediti Banka ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Bankın kreditini özünün ödədiyini, borcun cavabdeh tərəfindən ödənilmədiyini əsas tutaraq cavabdehdən pul tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.1 və 1092.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, tərəflər arasında qanunla müəyyən edilmiş formada yazılı borc müqaviləsi tərtib edilməsə də tərəflərin izahatlarından iddiaçının Bankdan götürdüyü 6500 manat krediti cavabdehə verdiyi müəyyən edilir. Cavabdeh iddiaçının Banka olan borcunu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının tələb etdiyi pulun Banka cavabdeh tərəfindən qaytarıldığını sübuta yetirmək vəzifəsi cavabdehin üzərindədir. Lakin cavabdeh tərəfindən bu barədə hər-hansı sübut təqdim edilməmişdir. Bu, onu deməyə əsas verir ki, cavabdeh əsassız varlanan şəxsdir və belə halda iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-1092-ci maddələrinə əsasən Banka ödədiyi pulu cavabdehdən tələb edilməsində haqlı olmuşdur. Bununla yanaşı, birinci instansiya məhkəməsində və apellyasiya şikayətində Cavabdeh iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia müddəti ötürülməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Cavabdeh tərəf iddiaçının Banka olan borcunu Banka 2 il müddətinə ödəməli idi. İddiaçı Banka olan kredit borcunun özü tərəfindən ödənildiyini bildirsə də nəzərdə tutulan müddətdə 5 ildən artıq vaxt keçəndən sonra iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin müddət ərzində iddiaçı Banka ödədiyi vəsaiti cavabdehdən tələb etməmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İddiaçı tərəf iddia müddətinin axımının kəsilməsinə və ya dayandırılmasına səbəb olan hal göstərməmiş, yaxud bu barədə hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi bu halı düzgün qiymətləndirməmişdir. Kollegiya hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. İddia təmin edilmədiyindən iddianın verilməsi ilə əlaqədar dövlət rüsumu iddiaçının özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2(049)-2720/2025 sаylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-1808/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1808/2025
16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver