Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-181/2023 24.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X1 ibarət tərkibdə, məhkəmə kartibi X2, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı «X5 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyətinin (MMC-nin) Cavabdeh qarşı pul tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı «X5 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyəti (MMC) Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Saatlı rayon məhkəməsinə müraciət edərək, cavabdehdən 2160 manat əsas borcun, 432 manat cərimə borcunun və 45.92 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin (hakim İ.Abuşov) 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2160 manat əsas borc, 200 manat dəbbə pulu, cəmi 2360 manat tutularaq iddiaçı «X5 Kompleksi» Məhdud Məsuliyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, bununla yanaşı, aidiyyətlə bağlı işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası məruzəni və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir MPM-in 26.1-ci maddəsinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. İşin hallarından görünür ki, Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir, o, ********** saylı VÖEN üzrə vergi ödəyici kimi qeydiyyatdadır. Birinci instansiya məhkəməsi bu halları nəzərə almamış, məhkəmə tərəfindən iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edilmiş, işə səlahiyyəti olmayan hakim tərəfindən baxılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Mülki işlərin məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Azərbaycan Respublikasının MPM-nin 31-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-nin 387.2-ci maddəsinə tələbinə görə, işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin şərtsiz ləğvinə səbəb olur. Kollegiya hesab edir ki, hazırki iş hüquqi şəxslə sahibkarlıq fəqliyyəti ilə məşğu olan fiziki şəxs arasında, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə hesab olunduğundan işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır; ona görə də qətnamə ləğv edildikməklə işə mahiyyəti üzrə baxılmaq üçün iş üzrə materialları kommersiya məhkəməsinə göndərilməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, mahiyyəti üzrə baxılmaq üçün iş məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 32, 385.1, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(055)-987/2022 saylı qətnaməsi ləğv edilsin və iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-181/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-181/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver