Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1829/2024 20.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, katib X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-693/2024 saylı 05 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(048)-7/2023 nömrəli hökmündən görünür ki, 1(048)-7/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 09 yanvar 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək 02 (iki) ay 6(altı) gün həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrum etmə cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) ay 12 (on iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (ik) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh2 16 yanvar 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək 01 (bir) ay 27 (iyirmi yeddi) gün həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrum etmə cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) ay 24 (iyirmi dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh3 16 yanvar 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək 01 (bir) ay 27 (iyirmi yeddi) gün həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrum etmə cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) ay 24 (iyirmi dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, iş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməmişdir. Həmin hökmdən görünür ki, zərərçəkmiş şəxs X6 cinayət nəticəsində ümumilikdə 4335 (dörd min üç yüz otuz beş) manat maddi ziyan vurulmuş və həmin ziyanının vurulmasına görə cinayət işi başlanmışdır. Təqsirləndirlən şəxs X4 tərəfindən 2550 manat (Cavabdeh1lə birlikdə törətdiyi cinayət əməllərinə görə), Cavabdeh2 tərəfindən isə 4000 (dörd min) manat (təqsirləndirilən şəxslər Cavabdeh3 və Cavabdeh1lə törətdikləri cinayət əməllərinə görə) zərərçəkmiş şəxsə ödənilməklə onlara elan olunmuş ittihamda göstərilən məbləğdən 2215 (iki min iki yüz on beş) manat artıq ödənilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(106)- 391/2023 nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, Cavabdeh2 və Cavabdeh3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Lerik Rayon Məhkəməsinin 1(048)-07/2023 saylı, 15 mart 2023-cü il tarixli hökmü zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-2075/2023 nömrəli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, Cavabdeh2 və Cavabdeh3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2023-cü il tarixli, 1(106)-391/2023 nömrəli qərarı zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 təqsirləndirilir ondan ötrü ki, o oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022ci ilin mart ayının əvvəllərində həmkəndliləri Cavabdeh2 və Cavabdeh3 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün, saat 22-23 radələrində yaşadıqları Lerik rayonun Əliabad kəndində yerləşməklə Lerik rayonunun Soru kənd sakini X5 mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir-şər evinin zirzəmisinə daxil olub zirzəminin tavanı ilə çəkilmiş elektrik naqillərindən 38 metr uzunluğunda 4x25 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 82 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini və 38 metr uzunluğunda 1x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış göy rəngli izolyasiyalı elektrik naqilini oğurlayıb həmkəndliləri X2 idarə etdiyi “Vaz 2106 markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini X7 əldə etdikləri mis materiallarının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə zərərçəkmiş şəxs Toğrul Cəfərova ümumilikdə 1725 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talamaq məqsədilə 2022-ci ilin aprel ayının ortalarında həmkəndlisi X4 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün saat 22 radələrində yaşadıqları kəndin giriş hissəsində yerləşməklə Lerik rayonunun Soru kənd sakini X5 mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir-şər evinin zirzəmisinə daxil olub zirzəminin tavanı ilə çəkilmiş elektrik naqillərindən 64 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı təxmini diametri 2 sm olan elektrik naqilini və 40 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı elektrik naqilini oğurlayıb həmkəndliləri X2 idarə etdiyi “Vaz 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini X7 əldə etdikləri mis materiallarının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə zərərçəkmiş şəxs Toğrul Cəfərova ümumilikdə 868 (səkkiz yüz altmış səkkiz) manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, oğurluq yəni özgənin əmlakını gizli olaraq təkrar talamaq məqsədi ilə 2022-ci ilin aprel ayının axırlarında həmkəndlisi X4 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs, halında birləşərək həmin gün, saat 22 radələrində yaşadıqları kəndin giriş hissəsində yerləşməklə Lerik rayonunun Soru kənd sakini X5 mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir-şər evinə daxil olub obyektin paylayıcı otağının yuxarısında yerləşən otağın tavanı ilə çəkilmiş elektrik naqillərindən 48 metr uzunluğunda 4x10 mm-lik mis əsaslı ərintidən hazırlanmış ağ rəngli izolyasiyalı, 4 damarlı elektrik naqilini 18 metr uzunluğunda 4x25 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 9 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini, daha sonra obyektin paylayıcı otağına daxil olub oradan 15 metr uzunluğunda 4x25 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 13 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini, 41 damarlı elektrik naqilini, həmçinin paylayıcı otaqda olan elektrik şitlərində quraşdırılmış 1 ədəd 3x80 amperlik “Simens” markalı avtomatı, 1 ədəd 3x63 amperlik “Simens” markalı avtomatı, 4 ədəd 70 sm uzunluğunda 3x4 sm ölçüdə mis şini və 2 ədəd ehtiyatın avtomatik qoşulması qurğusunu (AVR) oğurlayıb həmkəndliləri X2 idarə etdiyi “Vaz 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini X7 əldə etdikləri mis materiallarının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə zərərçəkmiş şəxs Toğrul Cəfərova ümumilikdə 1682 (bir min altı yüz səksən iki) manat məbləğində ziyan vurmuşdur. Cavabdeh2 təqsirləndirilir ondan ötrü ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022ci ilin mart ayının əvvəllərində həmkəndliləri Cavabdeh1 və X12 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün, saat 22-23 radələrində yaşadıqları Lerik rayonunun Əliabad kəndində yerləşməklə Lerik rayonunun Soru kənd sakini X5 mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir-şər evinin zirzəmisinə daxil olub zirzəminin tavanı ilə çəkilmiş lektrik naqillərindən 38 metr uzunluğunda 4x25 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 82 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini və 38 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış göy rəngli izolyasiyalı elektrik naqilini, bundan əlavə razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla orada olan 1 ədəd su motorunu oğurlayıb elektrik naqillərini həmkəndliləri X2 idarə etdiyi “Vaz 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini X7 əldə etdikləri mis materiallarının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə zərərçəkmiş şəxs Toğrul Cəfərova ümumilikdə 1785 (bir min yeddi yüz səksən beş) manat məbləğində ziyan vurmuşdur. Cavabdeh3 təqsirləndirilir ondan ötrü ki o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin mart ayının əvvəllərində həmkəndliləri Cavabdeh1 və Cavabdeh2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş və həmin gün, saat 22-23 radələrində yaşadıqları Lerik rayonunun Əliabad kəndində yerləşməklə Lerik rayonunun Soru kənd sakini X5 mülkiyyətində olan, lakin istifadəyə verilməmiş xeyir-şər evinin zirzəmisinə daxil olub zirzəminin tavam ilə çəkilmiş elektrik naqillərindən 38 metr uzunluğunda 4x25 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 3 sm olan elektrik naqilini, 82 metr uzunluğunda 4x16 mm-lik mis əsaslı ərintidən hazırlanmış qara rəngli izolyasiyalı, təxmini diametri 2 sm olan elektrik naqilini və 38 metr uzunluğunda 1x16 mmlik mis əsaslı ərintidən hazırlanmış göy rəngli izolyasiyalı elektrik naqilini oğurlayıb həmkəndliləri X2 idarə etdiyi “Vaz 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayonunun Camaşair kəndinə aparıb həmin kənd sakini X7 əldə etdikləri mis materiallarının 1 kiloqramını 10 manata öz əmlakları kimi satıb əldə etdikləri pulu aralarında bərabər hissəyə bölmüş, nəticədə zərərçəkmiş şəxs Toğrul Cəfərova ümumilikdə 1725 (bir min yeddi yüz iyirmi beş) manat məbləğində ziyan vurmuşdur. Bununla da Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmiş və təhqiqat materialları əsasında istintaq aparılaraq ittiham aktı tərtib olunmuşdur. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cinayət əməlləri nəticəsində ona külli miqdarda maddi zərər dəymiş, bununla bağlı 60.000 manat dəyərində ziyan çəkmişdir. Lakin təqsirləndirilən şəxslərin gənc olmalarını nəzərə alaraq həmin zərərin əvəzi olaraq 60.000 manat deyil ümumilikdə 50.000 manat məbləğində pulun təqsirləndirilən şəxslərdən alınıb ona verilməlidir. Bildirir ki, həyat yoldaşı X9 ilə xx.xx.1988-ci il tarixdən rəsmi olaraq nikahdadırlar. Həmin mülkiyyət birgə nikahları dövründə əldə edildiyi üçün və birgə nikah dövründə əldə edilmiş əmlaka görə o, da həmin mülkiyyət üzrə subyektiv hüquq sahibidir. Bu həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli qərarı ilə də təsdiqlənmişdir. Təqsirləndirilən şəxslər onlara təkcə maddi yox, həm də mənəvi ziyan vurmuş və onların hərəkətəri ailəni dərindən sarsıtmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində iştirak edən iddiaçı nümayəndəsi və eyni zamanda üçüncü şəxs X9 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın məbləğindən də daha artıq məbləğdə ziyanın zərərçəkmiş şəxsə ödənildiyini, bununla bağlı məhkəmə qərarlarının olduğunu bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli 2(048)-693/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 119.1, 121.1, 217.3-cü, 217.4-cü və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçının istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həm də qeyd etmişdir ki, İddiaçı X9 ilə birgə nikah dövründə əldə etdikləri Lerik rayonunun Əliabad kəndində yerləşən 0,04 ha torpaq sahəsində olan xeyir-şər evinə cinayət nəticəsində vurulmuş ziyana görə ödənilmiş pulun yarısını cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış hazırki işdə üçüncü şəxs olan X3 tələb etmək hüququ vardır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Lerik Rayon Məhkəməsinin 2(048)- 693/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qəti şəkildə razı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, bu halın isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti vardır. Apellyasiya şikayətinin 8-ci bəndində qeyd edilən hallardan (xüsusatlardan) göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş nəticədə qətnamə qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cinayət əməllərin nəticəsində onlara külli miqdarda maddi zərər dəymiş, bununla bağlı 60 000 manat məbləğində ziyan çəkmişdir. Lakin təqsirləndirilən şəxslərin gənc olmalarını nəzərə alaraq həmin zərərin əvəzi olaraq 60 000 manat deyil, ümumilikdə 50 000 manat məbləğində pulun təqsirləndirilən şəxslərdən alınaraq onlara verilməlidir. Həyat yoldaşı X9 ilə xx.xx.1988-ci il tarixdən təsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur və həmin tarixdən də ayrılmadan birgə təsərrüfat aparmışlar. Həmin mülkiyyətdə onların birgə nikah dövründə əldə edildiyi üçün və birgə nikah dövründə əldə edilmiş əmlaka görə o da, mülkiyyət üzrə subyektiv hüquq sahibidir. O, bir zərərçəkmiş vətəndaş olaraq bildirir ki, bu iş üzrə Lerik rayon Məhkəməsində gedən prosesslər zamanı yetərincə heç bir araşdırma və məhkəmə şəffaflığı aparılmadan qətnamə qəbul edilmişdir. Bu mülki işə qeyri-ciddi yanaşılaraq, ona dəymiş ziyanın ödənilməməsi üçün kifayət qədər şərait yaradılmışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdı. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, artıq yekunlaşmış cinayət işi üzrə dəymiş ziyanı zərərçəkmişə ödəmişlər, hazırkı işdə istinad olunan hökmlə ona azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Cavabdeh2 əmisi oğlu vasitəsi ilə iddiaçının həyat yoldaşı X6 4775 manat pul vermişlər. Apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, Cavabdeh1 mövqeyi ilə razılaşır. Reallıqda onlar qarşı tərəfə Cavabdeh1 dediyindən də artıq pul ödəmişlər. Ödəniş qəbzləri cinayət işinə əlavə olunmuşdur. Apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və digər cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMSin işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Göründüyü kimi, məhkəmə keçirilən iclaslar barəsində bildirişləri tərəflərin “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirmək vəzifəsi daşıyır. Yalnız elektron kabineti olmayan işdə iştirak edən şəxsə SMS bildirişin göndərilməsi məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Buna baxmayaraq hazırda baxılan iş üzrə məhkəmə iclasları barədə bildirişləri tərəflərin elektron kabinetinə yerləşdirməklə yanaşı, onlara bu iclaslar barədə SMS bildirişlər, eyni zamanda poçt göndərişi göndərilmiş, bununla da onların məhkəmə iclasları barədə xəbərdar edilməsi üçün qanunvericiliyin verdiyi imkanlardan tam istifadə etmişdir. Lakin iddiaçı və digər Cavabdeh3 məhkəmə iclaslarında iştirak etməmiş, hər hansı müraciətləri daxil olmamışdır. Kollegiya işə, MPM-in 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirdiyindən onu bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi, mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Belə ki, kollegiya hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü faktiki hallar, həmin tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin faktiki hallarından müəyyən edilir ki, İddiaçı Lerik rayonunun Əliabad kəndində yerləşməklə həyat yoldaşı X5 mülkiyyətində olan torpaq sahəsində tikilmiş xeyir-şər evinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən cinayət nəticəsində vurulmuş ziyana görə 50.000 (əlli min) manat məbləğində pulun tutulmasını xahiş edir və özünün subyektiv hüququnu X9 ilə xx.xx.1988-ci il tarixdən nikah olmaları və həmin əmlakı birgə nikah dövründə əldə etmələri ilə əlaqələndirmişdir. İddiaçı həmin pulu Lerik Rayon Məhkəməsinin icraatında olmuş 1(048)-7/2023 nömrəli cinayət işinə istinad etməklə tələb edir. Qeyd olunduğu kimi, İddiaçı iddia tələbində X9 ilə birgə nikah dövründə əldə etdikləri xeyir-şər evinə cinayət nəticəsində 50.000 (əlli min) manat məbləğində ziyanın vurulduğunu qeyd etsə də, cinayət işi materialları ilə müəyyən edilmişdir ki, cinayət nəticəsində ümumilikdə 4335 (dörd min üç yüz otuz beş) manat maddi ziyan vurulmuş və həmin ziyandan təqsirləndirlən şəxs X4 tərəfindən 2550 manat (Cavabdeh1lə birlikdə törətdiyi cinayət əməllərinə görə), Cavabdeh2 tərəfindən isə 4000 manat (təqsirləndirilən şəxslər Cavabdeh3 və Cavabdeh1lə törətdikləri cinayət əməllərinə görə) zərərçəkmiş şəxsə ödənilməklə onlara elan olunmuş ittihamda göstərilən məbləğdən 2215 (iki min iki yüz on beş) manat artıq ödənilmiş, zərərçəkmiş şəxsə cinayət nəticəsində vurulmuş ziyan tam olaraq ödənilmiş, bu hallar məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxslərin və zərərçəkmiş şəxsin (hazırkı iş üzrə iddiaçının əri X5) özünün ifadələri ilə təsdiq olunmuşdur. Belə olan halda isə iddiaçının istinad etdiyi hallar – (dəymiş zərərin həcminin 50000 manat olması və cavabdehlər tərəfindən vurulmuş ziyanın ödənilməməsi) məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür, ziyanın vurulması faktı, eləcə də, cavabdehlər tərəfindən ziyanın ödənildiyi Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(048)-7/2023 nömrəli hökmünün surətini təqdim etməklə sübut olunmuşdur. Beləliklə, ididaçı tərəf məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. Qeyd olunmalıdır ki, mülki və cinayət prosessual qanunvericiliklərin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Bu isə o deməkdir ki, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş hökmü yalnız həmin məsələlərdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Hazırkı iş materiallarında olan hökmdən aydın olur ki, həmin hökmün aid olduğu cinayət işində zərərçəkmiş qismində hazırkı iş üzrə iddiaçının əri X9 tanınmış, onun cinayət işi üzrə 50000 manat ziyanın ödənilməsinə dair mülki iddiası olmuş, həmin mülki iddia təmin olunmamış, şəxsə cinayət nəticəsində 4335 manat maddi ziyanın vurulması ilə əlaqədar başlanılmış cinayət işi üzrə zərərçəkənə dəymiş ziyan tam ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Sadalananlara əsasən, cavabdehlər tərəfindən vurulmuş ziyanın ödənilməsi faktı iş materialları ilə öz təsdiqini tapdığından, idiaçı tərəf iddiasının əsasına dair hər hansı mötəbər sübut təqdim etmədiyindən, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(048)-693/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1829/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1829/2024
20.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver