Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-183/2025 14.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Lənkəran Rayon Məhkəməsinin (hakim M.İsayev) 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 040R********** saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Adışırın oğlu, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 18688.17 manat məbləğində kredit borcu, 8518.23 manat məbləğində faiz borcu və 1860 manat məbləğində cərimə borcu olmaqla, cəmi 29066.40 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 manat ekspertiza xərcinin müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Adışırın oğlu, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tutularaq Dövlət nəfinə keçirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermiş, mülki iş apellyasiya şikayəti əsasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 apellyasiya şikayəti mümkün hesab edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə mühasibatlıq və məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Apellyasiya baxışı mərhələsində müəyyən edilmişdir ki, Lənkəran Rayon Məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək hazırki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2(049)-1979/2018 saylı qərardadından İddiaçı QSC tərəfindən şikayət verildiyini bildirmiş, şikayətə baxılması üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən geri tələb edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətinin mümkünlüyünə dair qərardad ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılmalı və Lənkəran Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2(049)-1979/2018 saylı qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətin yoxlanılması və digər prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 384.0.6-cı və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Cavabdeh2 apellyasiya şikayətinin mümkünlüyünə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş apellyasiya baxışından çıxarılsın. Lənkəran Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 2(049)-1979/2018 saylı qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətin yoxlanılması və digər prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(106)-183/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-183/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver